Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə43/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

 
136
və  prinsip  etibarilə  məhdud  nöqteyi-nəzərindən  müzakirə 
olunurdu.  1999-cu  ilədək  olan  dövrdə  BVF  valyuta  böhranlarının 
qarşısının alınması üzrə əsas və yeganə üsul kimi bir neçə modeli 
işləyib  hazırlamış  və  onları  tətbiq  etməyə  başlamışdır.  Onun 
analitikləri  böhran  hadisələrinin  proqnozlaşdırılması  üzrə  riyazi 
modellərin  işlənib  hazırlanması  və  tətbiqi  sahəsində  toplanılmış 
təcrübəni və həmin modellər üçün səciyyəvi olan məhdudiyyətləri, 
həmçinin  böhranların  erkən  qarşısının  alınması  sistemlərinin 
istifadə  təcrübəsini  nəzərə  almamışlar.  Fondun  miqyaslı  tənqidi 
nəticəsində iqtisadiyyatın tənzimlənməsinə və kapitalın beynəlxalq 
hərəkətinin sürətli liberallaşmasına monetarizm yanaşmasına əsas-
lanan  “Vaşinqton  konsensusu”  siyasətindən  imtina  olunmuşdur. 
Bu  mərhələdə  böhranların  proqnozlaşdırılması  üzrə  statistik  mo-
dellərin istifadəsinə mövcud yanaşmalar tənqidi başa düşülmüşdür 
və onların aşağıdakı nöqsanları müəyyən olunmuşdur: 
•  yalnız  kəmiyyət  məlumatlarının  təhlilinə  əsaslanan  böh-
ranların qarşısının alınmasına məhdud yanaşma; 
•  böhranın  yaranma  vaxtının  proqnozlaşdırılmasının  müm-
künsüzlüyü;  
•  müxtəlif  göstəricilərin  kifayət  qədər  əlverişli  və  dəqiq  ol-
maması;  
•  müxtəlif maliyyə sarsıntılarının milli spesifikasının nəzərə 
alınmasının mürəkkəbliyi;  
•  investorların böhranın ehtimalı haqqında reaksiyasının xa-
rakterinin  və  onun  şəraitin  sabitləşdirilməsinə  və  ya  sabitliyinin 
pozulmasına təsirinin proqnozlaşdırılmasının mümkünsüzlüyü;  
•  modellərin  istiqamətlənmə  subyektivliyi,  müəyyən  növ 
böhranlara  istiqamətlənmə,  gözlənilməz  hadisələrin  proqnozlaşdı-
rılmasının mümkünsüzlüyü; 
•  çox sayda yanlış siqnalların yaranmasına səbəb olan erkən 
qarşısını alma modellərindən daxil olan siqnalların işlənilməsi me-
todikalarının mükəmməl olmaması.  


 
137
BVF  modelləri  böhranın  inkişafına  təsir  edən  dəyişənlərin 
seçimi üçün aylıq məlumatlardan istifadə edirlər. Böhran ehtimalı 
reqress  modeli  əsasında  qiymətləndirilir.  Bu  yanaşma  ilə  iki 
üstünlük əldə olunur: 1) model hər dəyişənin statistik əhəmiyyətini 
asanlıqla müəyyənləşdirməyə imkan verir və 2) böhran indikator-
ları  valyuta  böhranının  yaranması  ehtimalının  ümumiləşdirilmiş 
göstəricisi şəklində birləşir. BVF modelləri böhranın eyni tərifinə 
və eyni proqnozlaşdırma dövrünə malikdirlər. Onların parametrləri 
Fondun  dünya  valyuta  sisteminin  sabitliyinin  qorunub  saxlanıl-
masından ibarət olan əsas vəzifəsilə şərtləndirilmişdir.   
nvestisiya banklarının modellərində istifadə olunan böhran-
ların tərifləri bir-birindən mühüm dərəcədə fərqlənirlər, bu da on-
ların məqsəd fərqlərilə şərtləndirilmişdir. Özəl bankların əsas məq-
sədi  gəlir  əldə  etməkdir.  Banklar  şəxsi  aktivlərini  və  müştərilərin 
investisiya  portfellərini  idarə  edir  və  böhran  baş  verdiyi  halda 
onların satınalma sürətini müəyyən edən limit siyasəti, qiymətlərin 
düşməsinin son hədd səviyyələri və aktivlərin həcmi ilə müəyyən 
olunan  yol verilən zərərin təsbit olunmuş səviyyəsinə malikdirlər. 
Həmin  zərər  səviyyəsi  və  böhranın  inkişaf  mexanizmi  haqqında 
şə
xsi  təsəvvürlər  modellərdə  qəbul  olunmuş  valyuta  kursunun  və 
ehtiyatların  dəyişməsinin  əsas  göstəricilərini  şərtləndirirlər.  Bu 
modellərdə  əlavə  olaraq  real  sektorun,  institusional,  siyasi,  bazar 
böhranlarının  və  zəncirvarı  reaksiyanın  yayılması  ilə  bağlı  olan 
böhranların  göstəricilər  qrupundan  götürülmüş  dəyişən  kəmiyyət-
lər istifadə olunmuşdur.   
Valyuta  böhranlarının  proqnozlaşdırma  üsulları  əsasında 
qarşısının  alınması  sistemlərinin  hazırkı  inkişaf  mərhələsinin 
özünəməxsus  hüdudu  Bergin  və  Patillonun
122
  müvafiq  “Valyuta 
böhranlarını  əvvəlcədən  söyləmək  olarmı?  Testlər”  adı  altında 
elmi  əsəri  olmuşdur.  Həmin  əsərdə  Asiya  böhranından  qabaq  ha-
zırlanmış  üç  əsas  elmi  işin  ümumiləşdirilmiş  təhlili  verilmişdir. 
                                                 
122
 Berg A., Pattillo C. “Are Currency Crises Predictable? A Test”, IMF, 1998, 
IMF Working Papers, 98/154. 


 
138
Müəlliflərdən  heç  biri  böhranların  yaranma  vaxtını  kifayət  qədər 
dəqiq  proqnozlaşdıra  bilməmişdir,  yanlış  qorxuların  sayı  düzgün 
siqnalların  sayını  üstələyirdi,  statistik  əhəmiyyətli  nəticələr  onu 
təsdiqləyirdi ki, bəzi modellər öz nəticələrinə  görə məlumatlandı-
rılmış müşahidəçilərin nəticələrindən artıq olmamışdır. Furman və 
Stiqlits
123
, həmçinin “The economist”
124
 nəşriyyatı tərəfindən apa-
rılan  analoji  tədqiqatlar  oxşar  nəticələrə  gətirib  çıxartmışdır.  Bu-
nun  səbəblərindən  biri  kimi  son  böhranın  izahı  üçün  daha  uyğun 
olan indikatorların çox vaxt növbəti böhranın izahı üçün uyğun ol-
maması faktı göstərilir.  
Zamanla riskin  yeni mühüm amilləri  yarana bilər, həmçinin 
bazarların və onun iştirakçılarının vəziyyəti dəyişə bilər. Məluma-
tın emalı texnologiyasının təkmilləşdirilməsi təqdim edilən model-
lərdə proqnozlaşdırmanın keyfiyyətinin yaxşılaşdırılmasının əsası-
dır. Yanlış qorxuların və nəzərdən qaçırılmış böhranların sayı haq-
qında məlumatlar dəqiq izah edilməlidir. Nəzərdən qaçırılmış böh-
ranların  mövcudluğu  modellərdə  mühüm  göstəricilərin  və  proq-
nozlaşdırmanın keyfiyyətinə təsir göstərən hadisələrin nəzərə alın-
madığını  göstərir.  Yanlış  siqnal  gərginliyin  olmasına  baxmayaraq 
böhranın baş vermədiyini ifadə edir. Bu iki səbəbdən mümkündür. 
Birincisi,  istifadə  olunan  tərif  bəzi  hadisələri  böhran  kimi  təsnif-
ləndirmir, lakin modelə daxil olan və həmin hadisələrlə bağlı olan 
indikatorların  bir  hissəsi  onun  yaxınlaşmasına  işarə  edə  bilər. 
kincisi, böhran haqqında xəbərdarlıq maliyyə bazarında möhtəkar 
hücumlarının qarşısının alınması üçün istifadə edilə bilər.  
Erkən  qarşısını  alma  modellərinin  işinin  yaxşılaşdırılması 
statistik  modelin  məlumatlarına  əsaslanan  müxtəlif  ölkələr  üçün 
valyuta  böhranının  yaranma  ehtimalının  reytinqinin  istifadəsi 
ə
sasında,  həmçinin  proqnozun  həmin  ölkə  üçün  səciyyəvi  olan 
keyfiyyət  göstəricilərinin  və  risklərin  ətraflı  tədqiqi  ilə  əlavə 
                                                 
123
  Furman  J.  and  J.Stiglitz.  Economic  crises:  evidence  and  insights  from  east 
Asia. Brookings Papers on Economic Activity, No 98:2, 1998. – S. 1-114. 
124
 The perils of prediction. The Economist, I August, 1998. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə