Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə44/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

 
139
proqnozlaşdırma və modellərin özlərinin təkmilləşdirilməsi əsasın-
da mümkündür.  
O  cümlədən  maliyyə  bazarında  iqtisadi  böhranların  təbiəti 
bir  çox  amillərdən  asılıdır  və  şəklini  dəyişdirə  bilər.  Maliyyə 
bazarlarının  qloballaşması  və  kapitalların  beynəlxalq  hərəkətinə 
qoyulan məhdudiyyətlərin götürülməsi bazarlar və ölkələr arasında 
böhran  şoklarının  yayılmasına  səbəb  olur.  Bu  böhranın  statistika 
baxımından  mühüm  olan  tərkibinin  dəyişməsinə  və  modellərin 
proqnozlaşdırılmasının  keyfiyyətinin  aşağı  düşməsinə  gətirib 
çıxardır. Bu halda diqqəti bütün böhran sarsıntıları üçün səciyyəvi 
olan  əlamətlərin  üzərində  cəmləmək  yaxud  maliyyə  bazarında 
müxtəlif  növ  böhranları  səciyyələndirən  kəmiyyət  və  keyfiyyət 
göstəricilərinin  daha  tam  uçotunu  təmin  etmək  lazımdır.  Bir  çox 
iqtisadçılar bu zaman böhranın bir növünün digərinin yaranmasına 
səbəb  olduğu  valyuta,  bank  və  borc  böhranlarının  qarşılıqlı 
asılılığını, həmçinin böhranın ölkədən ölkəyə  yayılması effektinin 
ifadəsini qeyd edirlər. Modellərin təkmilləşdirilməsi üçün maliyyə 
bazarının  müxtəlif  seqmentlərində  böhranlarla  bağlı  olan  göstəri-
ciləri və qonşu ölkələrdə böhranların mövcudluğunu nəzərə almaq 
məqsədəuyğundur.  Maliyyə  bazarında  böhranlar  kimi  çox  amilli 
diskret  hadisələrinin  yüksək  dəqiqliklə  proqnozlaşdırılması  çətin 
məsələdir,  bu  səbəbdən  onların  erkən  qarşısının  alınması  üzrə 
təqdim  olunmuş  üsullar  zəifliyin  təhlilinin  birinci  pilləsi  ola  və 
risklərin və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üsullarını 
tamamlaya bilər.  
BHB  xətti  ilə  bank  nəzarəti  təcrübəsində  böhranların  erkən 
qarşısının alınması üsullarının tətbiqi nümunələrini müzakirə edək.  
BHB-nın  vəzifələrindən  biri  milli  bank  sistemlərinin  möh-
kəmləndirilməsi  və  bank  böhranlarının  qarşısının  alınması  üçün 
mərkəzi  bankların  əməkdaşlığının  inkişaf  etdirilməsidir.  Bu  məq-
sədlə 1988-ci ildə bankların şəxsi kapital norması haqqında Bazel 
sazişi  (Bazel-1)  bağlanmışdır,  onun  yeni  redaksiyası  (Bazel-2) 
2004-cü  ilin  iyun  ayında  nəşr  olunmuşdur.  Həmin  saziş  qa-
baqlayıcı  tədbirləri  təklif  edir  və  bank  kapital  kifayətliliyinin  tə-


 
140
minatı,  bank  nəzarətinin  gücləndirilməsi  və  bazar  intizamının 
möhkəmləndirilməsi  yolu  ilə  bank  böhranlarının  qarşısının  alın-
ması üsullarını nəzərdə tutur. BHB erkən qarşısını alma üsulların-
dan istifadə etməyi tövsiyə edir.  
Bank  böhranlarının  qarşısının  alınması  üsulları  daha  ətraflı 
şə
kildə  Bazel  Bank  nəzarəti  komitəsinin  “Effektiv  bank  nəzarəti-
nin  əsas  prinsiplərinə”  əsaslanan  Problemli  banklara  nəzarət  üzrə 
təlimatda
125
  izah  olunub.  Təlimat  iki  hissədən  ibarətdir:  birinci 
hissə  böhranların  qarşısının  alınmasının  ümumi  metodoloji  məsə-
lələrinə və sisteminə, ikincisi – vəziyyətin düzəldilməsi prosedur-
larına və böhranların aradan qaldırılmasına həsr olunub. Təlimatda 
böhranların erkən qarşısının alınması üzrə statistik modellərə əsas-
lanan bankların kəmiyyət göstəricilərinin qiymətləndirilməsi üsul-
ları, bankların fəaliyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin 
kompleks qiymətləndirilməsindən ibarət olan nəzarət üsulları, mə-
lumatların  toplanılması  üçün  məlumat  yolları,  böhran  baş  verdiyi 
halda  qabaqlayıcı  tədbirlərin  planlaşdırması  və  digər  tədbirlər 
tövsiyə olunur.  
Bankların  maliyyə  göstəricilərinin  qiymətləndirilməsi  üzrə 
kəmiyyət  üsulları  müxtəlif  indikatorların  qurulmasına,  onların 
inkişaf  tendensiyasının  müəyyənləşdirilməsinə,  göstəricilərin  on-
ların eyni növ banklar qrupu üzrə qiymətləri ilə müqayisəsinə əsas-
lanır.  Erkən  qarşısını  almanın  bəzi  statistik  modelləri  müəyyən 
olunmuş  zaman  kəsiyi  çərçivəsində  bank  problemlərinin  yaranma 
ehtimalının qiymətləndirilməsi üçün, digərləri isə baş verə biləcək 
gələcək  zərərin  proqnozlaşdırılmasına  əsaslanan  bankların  ödəmə 
qabiliyyətinin proqnozlaşdırılması üçün nəzərdə tutulub. Modellər 
üçün  giriş  məlumatı  kimi  obyektiv  qiymətləndirilə  biləcək  bank 
sisteminin və bankların vəziyyət göstəriciləri çıxış edir. Modellər-
də  idarəetmənin,  risklərin  qiymətləndirilməsinin,  daxili  nəzarətin 
keyfiyyəti,  həmçinin  rəqabət  qabiliyyəti  və  xarici  amillərin  təsiri 
                                                 
125
  Supervisory  Guidance  on  Dealing  with  Weak  Banks.  Basel  Committee  on 
Banking Supervision, BIS. – Basel, 2002. – S. 52.  


 
141
kimi  göstəriciləri  nəzərə  almaq  çətindir.  Bu  səbəbdən  böhranın 
erkən  qarşısının  alınması  modelləri  yalnız  bankın  vəziyyətinin 
tədqiqinin  davam  etdirilməsi  zəruriliyi  haqqında  xəbərdaredici 
siqnal  verirlər,  bu  da  məhdud  zaman  və  ehtiyatlar  şəraitində 
nəzarət orqanlarına bütün səylərini problemlərin yaranma ehtimalı 
yüksək  olan  kredit  təşkilatlarında  cəmləşdirməyi,  bankların 
özlərinə isə mənfi amillərin təsirinin qarşısını almağa kömək edir.  
Nəzarət  orqanlarının  böhran  hadisələrinin  erkən  qarşısının 
alınması  üzrə  statistik  modellərin  istifadəsinə  artan  maraq  onunla 
şə
rtləndirilmişdir  ki,  bankların  cari  vəziyyətini  təsvir  edən  digər 
üsullardan fərqli olaraq həmin modellər bank problemlərinin proq-
nozlaşdırılmasına  istiqamətlənmişdir.  Müxtəlif  ölkələrin  nəzarət 
orqanları  onları  öz  təcrübəsində  tətbiq  edirlər.  Statistik  modellər 
riski artan bankların, onların reytinqinin aşağı düşməsi ehtimalının 
qabaqcadan müəyyənləşdirilməsi, müflisləşmənin və dəyə biləcək 
zərərin proqnozlaşdırılması üçün istifadə olunurlar.   
Böhranların erkən qarşısının alınması üzrə statistik modellə-
rin istifadəçiləri onların aşağıdakı xüsusiyyətlərini qeyd edirlər:  
• Böhran  növlərinin  və  onların  indikatorlarının  seçimi, 
bunun əsasında sarsıntıların erkən qarşısının alınması modellərinin 
yaradılması, böhranların proqnozlaşdırılması zamanı ondan əvvəl-
ki təcrübənin nəzərə alınması subyektiv amillə şərtləndirilmişdir.  
• Maliyyə bazarının dəyişiklikləri, onun fəaliyyətinin mürək-
kəbləşməsi  və  böhran  hadisələri  haqqında  statistik  məlumatların 
azlığı  şəraitində  istifadə  olunan  proqnozlaşdırma  metodikalarının 
effektivliyini daima qiymətləndirmək lazımdır. 
• Proqnoz əsas məlumatların keyfiyyətli, modellərin effektiv 
olduğu  dərəcədə  doğru  olacaq.  Proqnozlaşdırmanın  zaman  inter-
valı  proqnozların  yüksək  dəqiqliyi  tələblərinin  yerinə  yetirilməsi 
üçün müəyyən olunur; zaman intervalı adətən bir neçə aydan üç ilə 
qədər diapazonunda yerləşir.  
• Reytinqlərin  dəyişməsinin  proqnozlaşdırılması  modelləri 
üçün  zaman  intervalı  müflisləşmələrin  və  ya  gözlənilən  zərərin 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə