Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə40/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

 
127
QXS- nin çox sayda tətbiqi xarakterli tərifləri var. Məsələn, 
BMT-nin  fəlakətlərin  məhdudlaşdırılması  üzrə  beynəlxalq  proq-
ramı çərçivəsində qəbul olunmuş tərif mövcuddur. Həmin sənəddə 
xüsusilə qeyd olunur ki, QXS riskə meylli insanlara və təşkilatlara 
riski  istisna  edən  və  ya  azaldan  tədbirləri  görməyə  və  effektiv 
cavabı  hazırlamağa  imkan  verən  məsul  orqanlar  tərəfindən  doğru 
məlumatın vaxtında təmin olunması məqsədilə istifadə olunur
113
.  
Bu tərifdən irəli  gəlir ki, məsul orqanların funksiyası  yalnız 
risklər  haqqında  məlumatın  verilməsindən  ibarətdir,  müvafiq 
tədbirlərin  görülməsi  isə  digər  orqanlara  həvalə  olunur.  Beləliklə, 
böhranların  nəticələrinin  müxtəlif  dərəcəli  təsirinə  məruz  qalan 
subyektlər arasında böhranların qarşısının alınması üzrə funksiya-
ların, məsuliyyətin və marağın əhəmiyyətli bölgüsü aparılır: bəzi-
ləri əvvəlcədən məlumat verir ki, bu zaman böhranın yaranmasının 
erkən  mərhələsi  xüsusi  qeyd  edilmişdir,  digərləri  isə  böhranların 
qarşısının alınması məqsədilə effektiv tədbirlər görməlidirlər. Belə 
bir yanaşma beynəlxalq təşkilatlar üçün səciyyəvidir.  
Hərbi problemlərlə bağlı QXS başqa bir tərifi istifadə olunur: 
“Erkən qarşısını alma – qabaqlayıcı tədbirlərin görülməsi məqsədi 
ilə  səlahiyyətli  hökumət  orqanlarının  böhranın  yaranma  təhlükəsi 
haqqında  əvvəlcədən  xəbərdar  edilməsidir”
114
.    Müzakirə  olunan 
halda böhranın qarşısının alınması sistemi ən yüksək etibarlılığa və 
operativliyə  malik  olmalı  olan  xüsusi  tədbirlər  kompleksidir. 
Təhlükənin  növündən  asılı  olaraq  səlahiyyətli  hökumət  orqanları 
qabaqlayıcı tədbirləri seçməlidirlər.   
On  ildən  çox  davam  edən  təbii  fəlakətlər  sahəsində  erkən 
qarşısını alma sistemlərinin işlənib hazırlanmasının, inkişafının və 
fəaliyyətinin  yekun  nəticələri  BMT-nin  müxtəlif  komitələri  və 
                                                 
113
 ISDR (UN International Strategy for Disaster Reduction), 2003: Terminolo-
gy: 
Basic 
terms 
of 
disaster 
risk 
reduction. 
Website: 
www.unisdr.org/eng/library/lib-terminology-eng%20home.htm. 
114
 Dorn W. Early warning: an introduction. Research at the Royal Military Col-
lege of Canada, 2002. – www.rmc.ca/academic/gradrech/dorn26_e.html. 


 
128
Almaniyanın,  ABŞ-nın  və  Çinin  müvafiq  hökumət  orqanları 
tərəfindən  təşkil  olunaraq  və  dəstəklənərək  2003-cü  və  2006-cı 
illərdə müvafiq olaraq Bonnda və Şanxayda keçirilmiş beynəlxalq 
elmi  konfranslarda  müzakirə  olunmuşdur
115
.  Konfransların  mate-
riallarında kompleks şəkildə  QXS-nin tətbiqinin müsbət təcrübəsi, 
həmin  sistemlərin  fəaliyyətinin  nöqsanları  və  problemləri  və 
onların  inkişaf  perspektivləri  göstərilmişdir.  Şanxayda  keçirilən 
konfransda  sistemin  aşağıdakı  tərifi  təklif  olunmuşdur:  “Erkən 
qarşısını  alma  sistemi  –  zərərin  vurulması  ehtimalı  haqqında  ən 
yüksək  dərəcədə  dəqiq  məlumatın  hazırlanması  və  həmin 
məlumatın  təhlükəyə  məruz  qalanlara  və  müdafiəni  təmin  etməli 
olanlara verilməsinin təminatı üzrə sosial prosesdir.”  
Erkən  qarşısını  almanın  çox  saylı  şərhinin  mövcudluğu 
bütün  hallar  üçün  tək  olan  tərifi  qısa  ifadə  etməyə  imkan  vermir. 
Müvafiq  tərif  sistemin  strukturu  ilə  birlikdə,  qarşıda  qoyulmuş 
məqsədlərdən və risk amillərinin tərifindən,  həmin məqsədləri və 
amilləri qısa ifadə edən orqanlardan və təhlükə haqqında xəbərdar 
etmələrin  nəzərdə  tutulduğu  şəxslərdən  asılı  olaraq  dəyişə  bilər. 
Lakin  maliyyə  bazarında  baş  verən  böhranların  vurduğu  zərərin 
miqyaslarını  və  buna  bazar  iqtisadiyyatının  demək  olar  ki,  bütün 
subyektlərinin  cəlb  olunduğunu  nəzərə  alaraq  güman  etmək  olar 
ki, QXS  sosial proses kimi  dövlət, ictimai təşkilatların və bizne-
sin  böhranların  qarşısının  alınması  üzrə  tədbirlərin  görülməsində 
rolunu  daha  dolğun  əks  etdirməyə  imkan  verir.  Məlumatın  doğ-
ruluğu, onun qabaqcadan məlum olan xarakteri və dəqiqliyi, yalnız 
səlahiyyətli  hökumət  orqanları  üçün  deyil,  həmçinin  riskə  meylli 
insanlar  və  təşkilatlar  üçün  nəzərdə  tutulması,  yalnız  qabaqlayıcı 
tədbirlərin görülməsi və müdafiənin təminatı deyil, həmçinin riski 
                                                 
115
  EWC  II.  Second  International  Conference  on  Early  Warning.  Bonn, 
Germany.  –  2003.  –  16-18  october  www.ewc2.org.;  Early  Warning  Systems: 
Do`s  and  Don`ts.  Report  of  Workshop.  –  2003.  –  20-23  October.  –  Shanghai, 
China. /prepared by M. Glantz. – www.esig.ucar.edu/warning/; EWC III. Third 
International  Conference  on  Early  Warning,  Bonn,  Germany,  2006.  –  27-29 
March / - http: // www.ewc3.org. 


 
129
istisna  edən  və  ya  azaldan  tədbirlərin  görülməsi,  effektiv  cavabın 
hazırlanması məqsədilə -cəmiyyət qarşısında duran vəzifələrə daha 
çox uyğun gəlir.   
Maliyyə  bazarında  böhranların  qarşısının  alınması  baxımın-
dan  müxtəlif  növ  böhranların  QXS  -nin  istifadəsi  üzrə  toplanmış 
təcrübəni  nəzərə  almaq  və  ümumiləşdirmək  vacib  hesab  olunur. 
Risklərin  idarə  edilməsi  və  erkən  qarşısının  alınması  ilə  əlaqədar 
yanaşmalar  risk  amillərinin  təhlili,  onların  qiymətləndirilməsi, 
məlumatın  monitorinqi  və  toplanılması,  qarşısını  alma  və  idarə 
etmə  üsullarının  planlaşdırılması  zamanı  ifadə  olunan  bir  sıra 
ümumi cəhətlərə malikdirlər. Böhranların erkən qarşısının alınması 
sistemlərinin  fərqləndirici  cəhətini  kifayət  qədər  yüksək  həyata 
keçmə  sürətinə  malik  demək  olar  ki  tamamilə  idarə  olunmayan 
risklərin səbəb olduğu çox sayda iştirakçılarla və zərərlərin böyük 
miqyası  ilə  şərtləndirilən  yanaşmanın  sistemli  şəkildə  olmasıdır. 
Bu səbəbdən böhranların monitorinqinə, proqnozlaşdırılmasına və 
erkən mərhələdə böhranın yaranma ehtimalının artmasını müəyyən 
etməyə və gözlənilən təhlükə haqqında əvvəlcədən xəbər verməyə 
imkan verən indikatorların axtarışına xüsusi diqqət yetirilir.  
Maliyyə  böhranları  zamanı  aktivlərin  satılmasına,  banka 
“hücuma”, böhranların zəncirvarı reaksiyasının yayılmasına gətirib 
çıxardan  investorların  riskin  artmasına  münasibətinin  kəskin 
dəyişməsi  halları  məlumdur.  Böhran  iştirakçılarının  böyük 
ə
ksəriyyəti böhran haqqında xəbərin qısa ifadəsi və çatdırılması ilə 
bağlı  psixoloji  amillərin  nəzərə  alınması  zəruriliyini  xüsusi  qeyd 
edir.  QXS-nin  tətbiqi  təcrübəsi  risk  qruplarını  və  məsul  orqanları 
düzgün  və  qısa  müddətdə  qabaqcadan  xəbərdar  etməyə  imkan 
verən  xüsusiləşdirilmiş  əlaqə  sistemlərinin  geniş  istifadəsini 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə