Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə47/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

 
148
ölkələrin maliyyə bazarlarını tərk edən kapitalın ehtiyatda saxlanıl-
masının tətbiqidir.  
Böhranların  qarşısının  alınması  sistemi  risklərin azaldılması 
prosesinə  böyük  töhfə  verir  və  risk  qrupunda  fəaliyyət  göstərən 
bazar  iştirakçılarına  yaxınlaşan  təhlükə  ərəfəsində  onun  fəsadları-
nın  və  zərərinin  azaldılması  üçün  vaxtında  tədbir  görməyi  müm-
kün  edir.  Adətən  mövcud  sistemlərin  imkanları  keyfiyyət  para-
metrlərinin  formalaşdırılmasının  mürəkkəbliyi,  qiymətləndirmə 
metodikaları,  risklərin hərtərəfli təhlilinin və onların effektiv idarə 
edilməsi  sisteminin  yoxluğu  ilə  məhdudlaşdırılmış  olur.  Böhranın 
yaranması  riski  risk  qrupunun  onu  idarə  etmək,  fəsadlarını  yün-
gülləşdirmək  və  maliyyə  sarsıntılarının  səbəb  olduğu  zərəri  azalt-
maq  imkanının  ölçüsüdür.  mkan  nə  qədər  böyükdürsə  risk  bir  o 
qədər  kiçikdir.  Bank  təcrübəsindən  əyani  nümunə  kimi  gözlənil-
məz zərər riskini kompensasiya etməyə icazə verən bank kapitalına 
irəli sürülən minimal tələblərin müəyyən edilməsi göstərilə bilər.  
Müxtəlif  növ,  proqnozlaşdırılan  və  gözlənilməyən,  ani  hə-
yata  keçmə  sürəti  ilə  xarakterizə  olunan  və  mühitin  qiymət-
ləndirilməsi  üçün  vaxt  verən  risklər  üçün  onların  amil  və  nəticə 
tərəflərinə  təsirə  əsaslanan  zərərin  azaldılması  və  həmin  risklərin 
yaranma  ehtimalının  mümkün  azaldılması  üzrə  xüsusiləşdirilmiş 
strategiyaları nəzərə almaq məqsədəuyğundur.   
Böhranların qarşısının alınması sisteminin funksiyaları müx-
təlif  yollarla  daxil  olan  məlumatın  işlənilməsinə  əsaslanıb.  Mə-
lumat antropogen və təbii risklərin vəziyyətini və inkişafını xarak-
terizə  edən  ədədi  məlumatlardan  və  statistik  sıralardan,  həmçinin 
hesabatlardan, ekspertlərin müşahidələrindən və fikirlərindən, elmi 
nəşrlərdən  ibarət  ola  bilər.  Buna  müvafiq  olaraq,  ikinci  qiy-
mətləndirici  istiqamət  çərçivəsində  risklərin  kəmiyyət  göstərici-
lərinin  monitorinqi  və  qiymətləndirilməsi  ilə  əlaqəli  olan  prinsip-
lər, üçüncü təhlili istiqamət çərçivəsində isə risklərin göstəriciləri-
nin, əmsallarının və başqa kompleks parametrlərinin və  göstərici-
lərinin təhlili və onların həyata keçməsinin mümkün ssenarilərinin 
işlənib hazırlanması ilə bağlı prinsiplər qruplaşdırılmışdır.  


 
149
   Daxil  olan  məlumatın  daimi  monitorinqinin  və  məlumat 
bazalarının  formalaşmasının  həyata  keçirilməsi  risklərin  mümkün 
amillərini  və  inkişaf  ssenarilərini  daha  tam  nəzərə  almağa  imkan 
verir. Tarixi məlumatların böyük həcmi risklərin proqnoz-laş-dırıl-
ması  üzrə  statistik  üsullardan  istifadəni  mümkün  edir.  Proqnozun 
keyfiyyəti  daxil olan məlumatın keyfiyyəti ilə müəyyən edilir. Bu 
gün inkişaf  etmiş ölkələrin istifadəsi üçün iri həcmli statistik mə-
lumatlar  mövcuddur.  Lakin,  işləmənin  təhlili  məqsədilə  onların 
formalaşdırılması  metodikalarındakı  fərqləri  nəzərə  almaq  lazım-
dır.  nkişaf  etmiş  ölkələr  üzrə  statistik  məlumatların  çatışmazlığı 
və onların formalaşması metodikalarında əhəmiyyətli kənarlaşma-
lar mövcuddur.  
   Xüsusi məsələ kimi indikatorların formalaşdırılması və ax-
tarışıdır ki, onların əsasında böhranların yaranması mümkünlüyünü 
qabaqcadan qiymətləndirmək olar. Böhran hadisələrinin proqnozu, 
maliyyə  bazarında  böhran  riskinin  həyata  keçməsi  mümkünlüyü-
nün qiymətləndirilməsi, risklərin və sabitliyin reytinqlərinin tərtibi, 
qiymətləndirmə  üzrə  başqa  kəmiyyət  üsullarının  istifadəsi  böh-
ranın  yaranması  ehtimalı  haqqında  erkən  xəbərdarlığın  forma-
laşdırılması  üçün  əsasdır,  bu  da  qabaqlayıcı  tədbirlər  görməyə 
imkan  verir.  Riskin  dərəcəsinin  qiymətləndirilməsindən  asılı  ola-
raq bu xəbərdarlıq sistemdaxili ola və ya müvafiq formada sistem-
dən kənarlaşdırıla bilər.  stənilən halda o, riskin amil və nəticə tə-
rəflərinin  sonrakı  dərin  tədqiqinə  və  böhran  əleyhinə  tədbirlərin 
işlənib hazırlanmasına təkan verir.  
  Monitorinq,  proqnozlaşdırma,  tendensiyaların  (meyllərin) 
təhlili kimi prinsiplər bu gün  istifadə olunan erkən qarşısını alma 
sistemlərində  əsasdır.  Daxil  olan  məlumatın  tematika  spektoru 
geniş  olmalı,  təhlükə  və  risklərin  mənbəyi  olan  bütün  sahələri 
ə
hatə etməlidir. Qloballaşan dünyada iqtisadi və maliyyə sistemləri 
istənilən mənfi hadisələrə (əsas faiz dərəcələrinin dəyişməsi, milli 
tətillər,  təbii  faciələr  və  fəlakətlər)  qarşı  olduqca  həssas  oldu-
ğ
undan   ənənəvi məlumatlarla birlikdə həmçinin böhranların qar-
ş
ısının  alınması  üzrə  digər  sistemlərin  məlumatlarının  təhlili  çox 


 
150
mühüm  bir  zərurətə  çevrilir.  Erkən  qarşısının  alma  tədbiri  kimi 
yalnız  mürəkkəb  riyazi  modellərin  hesablanması  nəticələri  deyil, 
həmçinin  ekspertlərin  fikirləri,  elmi  nəşrlər  və  hətta  qabaqcadan 
xəbər  vermələr  də  çıxış  edə  bilər.  Lakin  maliyyə  bazarında 
böhranların QAS çərçivəsində onlar standart proseduradan keçməli 
-  müfəssəl  təhlil  olunmalıdır,  və  onlar  üçün  böhran  əleyhinə 
tədbirlər işlənib hazırlanmalıdır. 
  Təhlili  istiqamət  çərçivəsində  risklərin  keyfiyyət  gös-
təricilərini  və  kompleks  parametrlərini  qiymətləndirməyə  imkan 
verən    prinsiplər  qruplaşdırılmışdır.  Bu  siyasi,  institusional    və 
qanunverici  riskləri,  işgüzar  mühiti,  biznes-etikanı  və  digər  əhə-
miyyətli  keyfiyyət  göstəricilərini  nəzərə  almağa  imkan  verir  ki, 
hansılar    müvafiq  işlənmədən  sonra  müxtəlif  növ  əmsalların, 
reytinqlərin və digər vasitələrin köməyilə təqdim olunur. 
  Təhlükələrin  və  onlar  tərəfindən  yaradılan  risklər  müx-
təlifliyi,  iqtisadi  mühitin  daima  dəyişilməsi  və  qloballaşan  dünya 
iqtisadiyyatında  qarşılıqlı  əlaqələrin  güclənməsi  risklərin  qiymət-
ləndirilməsi  prosesinə  və  onların  təhlili  üçün  geniş  instrumen-
tarinin (vasitələr dəstinin) mövcudluğuna qarşı yüksək tələblər irəli 
sürürlər. Müşahidə olunan risklər təhlil olunur və proqnozlaşdırılır, 
ziyanın  səviyyəsini  qiymətləndirməyə  icazə  verirlər.  Qarşısının 
alınması  erkən  qarşısını  alma  tədbirlərinin  istifadə  edilə  biləcəyi 
tez  inkişaf  edən,  proqnozlaşdırılmayan,  müşahidə  edilməyən  və 
gizli  risklərin  təhlili  üçün  xüsusiləşdirilmiş  üsulların  işlənib 
hazırlanması tələb olunur. Həmçinin nizamlayıcı orqanlarla, bazar 
iqtisadiyyatının  subyektlərilə,  xarici  investorlarla  və  maliyyə 
bazarında  böhran riskinin yığılmış amillərinin  dərk edilməsi üzrə  
psixoloji  mexanizmləri  formalaşdıran  informasiya  mühiti  ilə 
ə
laqəli  olan  risk  mənbələrinin  xüsusiyyətlərinin  nəzərə  alınması 
tələb olunur. 
Böhran baş verdikdə mümkün olan zərərin həcmini müəyyən 
etməyə  icazə  verən  əsas  prinsiplərdən  biri  riskin  mümkün  həyata 
keçmə  ssenarilərinin  işlənməsidir.  Ssenari  yanaşma  məlumatın 
təqdim edilməsi və təhlili üzrə obyekt-yönümlü üsullar sinfinə aid 
edilir.  Bu  yanaşmanın  əsası  kimi    onların  daha  mümkün  inkişaf 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə