173
Neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo
iqtisadiyyatın digər sektorlarının xarici valyutaya tələbatının
maliyyələşməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin
etmişdir. Ölkənin strateji valyuta ehtiyatları 2.5 dəfə artaraq 2009-
cu il 01 yanvar tarixinə 18555.4 mln. $ həcmində olmuşdur. Bunun
11219.2 mln. $-ı Dövlət Neft Fondunun aktivlərindən, 869.0 mln.
$-ı hökumətin depozitlərindən, 6467.2 mln. $-ı isə Milli Bankın
məcmu beynəlxalq aktivlərindən ibarətdir.
2008-ci ildə tədiyə balansının ümumi saldosu müsbət 12.0
mlrd. $ olmuş və ötən illə müqayisədə 4.2 dəfə artmışdır. Tədiyə
balansının cari əməliyyatlar hesabında son illər müşahidə olunan
profisit ötən illə müqayisədə 1.8 dəfə artaraq 16.5 mlrd. $ təşkil
etmişdir. Xarici ticarət balansının müsbət saldosu keçən illə
müqayisədə 1.5 dəfə artmışdır.
23.02. 2009 –ci ildə “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına
həsr olunmuş konfransda Prezident lham Əliyev nitqində
antiböhran tədbirləri kimi qəbul edilən proqramın tezisləri
aydın və dolgun formada açıqladı: “Azərbaycan dövləti son beş il
ə
rzində bölgələrə çox böyük sərmayə qoyubdur, bununla bərabər,
özəl sektorun inkişafı üçün böyük həcmdə kreditlər, güzəştli
şə
rtlərlə kreditlər ayrılmışdır, sahibkarlığın inkişafına böyük
dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi
dəstək. Yəni bütün bu amillər birləşəndə, əlbəttə ki, uğura nail
olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol
bunun əyani sübutudur. Azərbaycanın təcrübəsi və apardığımız
siyasət onu göstərir ki, biz öz maliyyə imkanlarımızdan ən düzgün,
ə
n ağıllı şəkildə istifadə etdik. O maliyyə resursları investisiyalara
qoyuldu, iqtisadiyyatın real sektoruna qoyuldu, energetika,
qazlaşdırma, nəqliyyat, səhiyyə və təhsilə, humanitar sahəyə
qoyuldu. Beləliklə, xidmət səviyyəsi qalxdı, imkanlar artdı, biznes
üçün daha da yaxşı şərait yaradıldı”.
174
Prezident lham Əliyevin Azərbaycan hökumətinin yanvarda
keçirilmiş iclasında səsləndirdiyi tədbirlər kompleksini Prezidentin
7 antiböhran istiqamətləri aşağıdakılardır:
1. stehlak qiymətlərinin azaldılması zərurəti
127
.
2. nhisarçılıqla mübarizə.
128
3. Milli banklara dəstəyi, kreditlərə və faiz dərəcələrinə
nəzarəti əhatə edən maliyyə monitorinqi.
129
Əsas tədbirlərdən biri
dövlətin valyuta ehtiyatlarının bir qismini Azərbaycan banklarında
yerləşdirməkdir. Dünya bank qruplarının itkiləri fonunda Azərbay-
canın milli bankları ölkənin Neft Fondunun aktivlərinin daha eti-
barlı “saxlanma yerlərinə” çevrilməkdədir. Bundan əlavə, antiböh-
ran tədbirləri sahibkarlara bundan sonra da güzəştli kreditlərin ve-
rilməsini nəzərdə tutur
130
.
4. Real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdiril-
məsi
131
.
127
Azərbaycan Respublikasının prezidentinin 31 may 2005-ci il tarixli fərmanı
ilə Azərbaycan Respublikasında “Anti-inflyasiya tədbirlərinin gücləndirilməsi
haqqında” fərmanı ilə inflyasiyanın tənzimlənməsi üçün kompleks tədbirlərin
həyata keçirilmışdir.
128
AR Prezidenti . Əliyevdən nitqindən sitat : “Əsassız inhisarçılığa, qeyri-
sağlam rəqabətə son qoyulmalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə
cəzalandırılmalıdırlar ki, bu sahədə biz ciddi dönüş yaradaq. Bu sahədə
maksimum şəffaflıq olmalıdır, dövlət qurumları tərəfindən bütün qanunsuz
tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dərhal dayandırılmalıdır. Bu
qanunsuz işlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Artıq
olunur və daha geniş və daha ciddi şəkildə olmalıdır”.
129
sitat: “Biz həmişə maliyyə intizamının möhkəmlənməsinə fikir vermişik.
ndiki şəraitdə bunun daha da böyük əhəmiyyəti var. Ona görə maliyyə intizamı,
maliyyə resurslarının xərclənməsinə nəzarət – bu, həmişə diqqət mərkəzində
olmalıdır, indi, isə buna daha da böyük ehtiyac var”.
130
sitat: “Mən hesab edirəm ki, xaricdə saxlanılan valyuta ehtiyatlarımızdan biz
müəyyən həcmdə ən əmniyyətli, ən etibarlı yerli banklara yerləşdirə bilərik.
Ancaq o şərtlə ki, bu vəsait yalnız iqtisadiyyatın real sektoruna yönəldilsin və bu
vəsaitin xərclənməsində dövlət nəzarəti həddindən artıq güclü olsun”.
131
sitat :Azərbaycanda bu gün yeni sənaye müəssisələrinin yaradılması üçün
dövlət öz köməyini göstərməlidir.
175
5. Sosial öhdəliklərin dəstəklənməsi.
132
6. Sənaye müəssisələrinin daxili bazara istiqamətləndiril-
məsi
133
.
7. Ərzaq təhlükəsizliyinin təmin edilməsi.
134
2009-cu ildə
ölkənin özünü bütün strateji ərzaq məhsulları ilə tam təmin etməsi
xətti
götürüləcəkdir.
Buna
müvafiq
olaraq,
fermerlərə
subsidiyaların verilməsi, gübrə alınması və güzəştli şərtlərlə onlara
verilməsi davam etdiriləcəkdir.
Beləliklə, xüsüsi qeyd etmək gərəkir ki, Azərbaycanda
səmərəli antiböhran idarəçiliyini həyata keçirməyə imkan verən ən
önəmli amil ev idarələri və işgüzar dairələr tərəfindən ölkə pre-
zidentinə olan inam və güvən sistemidir.
Bütün bunları nəzərə alaraq, Yanvarın 16-da 2009 – cu ildə
Prezident lham Əliyev Nazirlər Kabinetinin iclasında dünyada
gedən iqtisadi proseslər kontekstində Azərbaycan iqtisadiyyatın-
dakı vəziyyəti təhlil etmiş və dünyada gedən maliyyə böhranını nə-
zərə alaraq hansı qərarların qəbul edilməsi ilə bağlı mövqeyini
açıqlamışdır. Bu, dövlət başçısı səviyyəsində dünyadakı iqtisadi
böhrana reaksiya verən və ondan çıxış yolunu bütövlükdə göstərən
ilk açıqlama idi. lk dəfə idi ki, rəsmi olaraq qlobal iqtisadi
132
sitat : Sosial problemlərin həlli, ümumiyyətlə, ölkənin inkişaf imkanlarını
göstərir. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir və əlbəttə
ki, bizim artan maddi imkanlarımız sosial məsələlərin həllinə çox müsbət təsir
etmişdir. Azərbaycanda bu istiqamətdə görülmüş işlər onu göstərir ki, sosial
məsələlər, sözün əsl mənasında, bizim üçün prioritetdir.
133
sitat : “Azərbaycanın təcrübəsi və apardığımız siyasət onu göstərir ki, biz öz
maliyyə imkanlarımızdan ən düzgün, ən ağıllı şəkildə istifadə etdik. O maliyyə
resursları investisiyalara qoyuldu, iqtisadiyyatın real sektoruna qoyuldu,
energetika, qazlaşdırma, nəqliyyat, səhiyyə və təhsilə, humanitar sahəyə
qoyuldu”.
134
sitat : “Bu gün Azərbaycanda istehlak olunan məhsulların tam əksəriyyəti,
yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu böyük nailiyyətdir,
həm ölkədə biznesin, sahibkarlığın inkişafına, regionların inkişafına böyük
xidmət göstərir, eyni zamanda, biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik”.
Dostları ilə paylaş: |