Microsoft Word antibohran-vidadi doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə57/69
tarix06.05.2018
ölçüsü2,85 Kb.
#42468
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

 
179
də 2005-ci ildən sonrakı dövr ərzində ölkədə xarici iştiraklı bank-
ların ümumi payı iki dəfə artaraq 30 faizi ötüb.  
Beləliklə, aydın olur ki, qlobal iqtisadi böhran şəraitində di-
gər  sahələrdə  olduğu  kimi,  Azərbaycanın  maliyyə  sektorunda  da 
vəziyyət müsbətdir və dinamik inkişaf tempi qorunub saxlanır. Bu 
isə öz növbəsində digər sahələrdə inkişaf tendensiyasının qorunub 
saxlanmasına  münbit  təsir  göstərir.  Çünki  görülən  tədbirlər 
nəticəsində  bank  sektorunun  böhrana  dayanıqlığı  öz  növbəsində 
kreditləşmə  səviyyəsini  qoruyub  saxlayır  ki,  bu  da  fəaliyyətində 
kredit  mühüm  məqam  kimi  çıxış  edən  sahələrdə  yaranan 
problemlərin qarşısını alır. Bütün bunlar qarşıdakı dövr ərzində də 
qlobal  böhranın  Azərbaycana  təsirinin  minimal  həddə  qalmasını 
şə
rtləndirir.  
MDB  məkanında  isə  böhrandan  daha  çox  zərər  görəcək 
ölkələr  sırasına  Rusiya,  Gürcüstan,  Qırğızıstan,  Tacikistan, 
Qazaxıstan  və  Ermənistan  da  daxil  edilir.  MDB  ölkələri  arasında 
Azərbaycanda  böhranın  təsirləri  o  qədər  də  böyük  deyil  və  biz 
bunu Azərbaycanın maliyyə bazarında ehtiyatlı mövqe tutması ilə 
ə
laqələndirik.  
Ə
lbəttə ki, Azərbaycanın maliyyə imkanlarının artması ölkə-
də  bir  çox  aparcı  sahələrin,  xüsusən  də  sahibkarlığın  inkişafında 
mühüm rol oynayır və bu sahədə dövlət tərəfindən görülən tədbir-
lər bəhrələrini verir. Dövlət tərəfindən sahibkarlara verilən güzəştli 
kreditlər  isə  bu  sahədə  dinamik  inkişafı  əhəmiyyətli  dərəcədə  sti-
mullaşdırmaqdadır.  Məhz  bu  səbəbdən  dövlət  tərəfindən  verilən 
belə kreditlərin həcmi artırılmaqdadır.  
Belə  ki,  ötən  ilə  qədər  sahibkarlara  hər  il  80  milyon  manat 
məbləğində  güzəştli  kreditlər  verilirdi.  Bu  il  kreditlərin  məbləği 
130 milyon manat təşkil edir.  
Azərbaycan üçün qlobal böhran şəraitində cəlbedici digər bir 
məqam isə qiymətli kağızlar, o cümlədən istiqraz bazarının inkişafı 
ilə əlaqədardır. Bilindiyi kimi, dünyanı çulğamış maliyyə böhranı-
nın əsası elə qiymətli kağızların dəyərdən düşməsilə başlanıb. Nə-
ticədə qlobal maliyyə böhranı istiqrazların qiymətinin kəskin azal-


 
180
masına və bütün dünyada istiqraz böhranına gətirib çıxarıb. Lakin 
bu  hal  Azərbaycan  təcrübəsində  özünü  doğrultmadı.  Bunun  ən 
bariz  nümunəsi  isə  Azərbaycan  poteka  Fondunun  istiqrazlarında 
özünü göstərdi.  
Xatırladaq  ki,  iyunun  16-da  2009  –  ci  ildə  ilk  dəfə  olaraq 
Bakı  Fond  Birjasında  (BFB)  poteka  Fondunun  istiqrazlarının 
yerləşdirilməsinə  başlanılıb.  Hərraca  15  milyon  manat  həcmində 
adlı,  faizli  istiqraz  çıxarılıb.  Bir  istiqrazın  nominal  satış  qiyməti 
1000 manat təşkil edib.  llik gəlirliyi 3 faiz olan istiqrazlar 7 illiyə 
buraxılıb və onların son ödəmə tarixi 2016-cı ilin mayına qədərdir.  
Bununla  belə,  Azərbaycan  qlobal  iqtisadi  böhrandan  ən  az 
zərər  çəkmiş  ölkələrdən  biridir.  Bütün  bunlar  ölkə  hökuməti 
tərəfindən  vaxtında  və  savadlı  şəkildə  həyata  keçirilmiş  və  ətraflı 
düşünülmüş  tədbirlər  nəticəsində  əldə  edilmişdir  ki,  bunu  da 
aşağıda gözdən keçirəcəyik. 
 
Pul Siyasəti alətlərinin dərəcələri üzrə qəbul edilmiş qərarlar 
Bütün  yuxarıda  göstərilən  tədbirlər  nəticəsində  Azərbay-
canın  maliyyə  sektoru  beynəlxalq  reytinq  təşkilatları  tərəfindən 
müsbət  qiymətləndirilir.  Artıq  bir  neçə  müddətdir  Azərbaycanda 
kreditlərin  idarə  olunması  üzrə  xarici  və  yerli  valyutada  reytinqi 
Böyük  Britaniyanın  F TÇ  Reytinq  Agentliyi  tərəfindən  “BB”sə-
viyyəsində  sabit  qiymətləndirilir.  Digər  beynəlxalq  maliyyə 


 
181
qurumları  da  ölkəmizin  maliyyə  siyasəti  barədə  belə  müsbət 
rəydədir. 
Ümumiyytlə  son  illər  Azərbaycanda  bank  sektoru  sürətli 
inkişaf etməyə başlayıb. Kommersiya banklarının aktivləri 2009-ci 
ilin  sonuna  11.66  mlrd  manat  təşkil  edib  ki,  bu  da  2000-ci  illə 
müqayisədə 2.7 dəfə çoxdur. Kommersiya banklarının daxili kredit 
qoyuluşları isə 20 dəfədən çox artıb.  
Bütün  bunlar  Azərbaycan  maliyyə  sisteminin  möhkəmlən-
məsinə səbəb olaraq, bank sisteminin likvidliyinin minimal norma-
sının  30%  olduğu  halda  67%-ə  çatmasına,  kapitalın  2009-cu  ilin 
ə
vvəlinə nisbətən 9 ay ərzində 12% artmasına səbəb olmuşdur. 
2008-ci ilin oktyabrından 2009-cu ilin mayına kimi uçot də-
rəcəsinin  15  faiz  2  faizdək  endirilməsi,  həmçinin  məcburi  ehtiyat 
normalarının  azaldılması  ilə  bağlı  Azərbaycan  Mərkəzi  Bankının 
gördüyü  tədbirlərin  respublikanın  bank  sektorunda  1  milyard 
dollar məbləğində əlavə likvidliyi təmin etdiyi bildirilir. 
Hazırkı  reallıqda  maliyyə  sistemində  Azərbaycanın  milli 
inkişaf  modelinin  konkret  elmi  prinsiplər  əsasında  tədqiqi  xüsusi 
ə
həmiyyət kəsb edir.  qtisadi sahədə keçid dövrünün başa çatması 
elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz 
vəhdətinin  təmin  edilməsini,  innovativ  biliklərə  əsaslanan 
iqtisadiyyatın və güclü insan kapitalının formalaşdırılması maliyyə 
sistemində  yeni  dövrün  tələblərinə  uyğun  müasirləşdirilməsini  və 
iqtisadiyyatın tənzimlənməsində elmi proqnozlardan məqsədyönlü 
istifadə obyektiv zərurətə çevirir.  
Aktual məsələləri özünəməxsus mükəmməl elmi yanaşma ilə 
diqqətə  çəkən  Azərbaycan  Respublikasının  Administrasiyasının 
rəhbəri akademik Ramiz Mehdiyev  " ctimai və humanitar elmlər: 
zaman  kontekstində  baxış"  məqaləsində  yazır:  “...Dünyanı  bürü-
müş  maliyyə  və  iqtisadi  böhran  şəraitində  bugünkü  göstəriciləri-
miz  çox  böyük  uğur  kimi  qiymətləndirilir.  qtisadi  sahədəki  yük-
sək  nailiyyətlərimiz  isə  heç  də  asanlıqla  qazanılmayıbdır.  Əsas 
məqsədimiz  ondan  ibarətdir  ki,  yaxın  illərdə  təhsildə,  elmdə, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə