Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə54/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   50   51   52   53   54   55   56   57   ...   68

 
171
 
IV FƏSİL   
 
QLOBAL BÖHRANIN 
AZƏRBAYCAN 
İ
QTISADİYYATINA  
TƏSİRİ VƏ TƏTBİQ 
OLUNAN ANTİBÖHRAN 
SİYASƏTİN NƏTİCƏLƏRİ  


 
172
4.1. QLOBAL BÖHRANIN AZƏRBAYCAN 
İ
QTISADİYYATINA  TƏSİRİ VƏ TƏTBİQ OLUNAN 
ANTİBÖHRAN SİYASƏTİN NƏTİCƏLƏRİ  
 
Qlobal  maliyyə  böhranının  təsiri  Azərbaycan  maliyyə  siste-
minə daha çox psixoloji xarakterli olmuş və maliyyə institutlarını 
inkişaf strategiyalarını yenidən nəzərdən keçirməyə sövq etmişdir. 
Ə
lverişsiz  xarici  mühitə  baxmayaraq  Azərbaycan  bank  sistemi 
reallaşan risklərə davamlılıq nümayiş etmişdir. 
2008-ci  ildə  Azərbaycanın  maliyyə  sektoru  tərəfindən 
görülən  bir  sıra  adekvat  tədbirlər  Milli  Bankın  pul  siyasətinin 
yumşaldılması,  faiz  dərəcələrinin  bir  neçə  dəfə  aşağı  salınması, 
məzənnə  siyasətində  dəyişkənliyi  sabitliyin  təmin  edilməsinə 
yönəldilməsi  və  ehtiyat  tələblərinin  faizlərinin  aşağı  salınması 
nəticəsində  ümumilikdə  bankların  vəziyyətinin  sabitləşməsinə, 
likvidliyinin dayanıqlığına gətirib çıxartmışdır. 
2009-cu  ildə,  xüsusən  ilin  əvvəllərində  dünya  iqtisadiyya-
tında  tənəzzul  meylləri  artmış,  əmtəə  bazarlarında  qiymətlər,  ma-
liyyə bazarlarında aparıcı indekslər aşağı düşmuşdur.  
Bu  şəraitdə  bir  cox  ölkələrdə  pul  siyasəti  əhəmiyyətli 
yumşaldılmış,  dövlət  xərcləri  və  büdcə  kəsirləri  artırılmış,  eyni 
zamanda maliyyə sistemi üzərində nəzarət gücləndirilmişdir. 
Qlobal  böhran  Azərbaycana  da  müəyyən  təsir  göstərmiş  və 
milli  iqtisadiyyat  bir  sıra  risklər  ilə  uzləşmişdir.  Qlobal  böhranın 
ölkəyə  təsiri  əsasən  neftin  və  digər  qeyri-neft  ixrac  məhsullarının 
qiymətinin aşağı düşməsi, bank sisteminə xarici kredit axınlarının 
kəskin  məhdudlaşması,  xaricdən  pul  baratlarının  azalması 
vasitəsilə özunu  göstərmişdir. Butövlukdə, məcmu tələbin demək 
olar  ki,  bütün  xarici  maliyyələşmə  mənbələrində  azalma  baş 
vermişdir.  
Qlobal  böhran  milli  iqtisadiyyatda,  xüsusilə  valyuta  ba-
zarında  və  bank  sektorunda  mənfi  gözləntilər  yaratmışdır. 
Nəticədə ölkə iqtisadiyyatı aşağıdakı risklərlə üzləşmişdir: 


 
173
1.
  makroiqtisadi  sabitliyin  pozulması  (milli  valyutanın 
devalvasiyası və inflyasiyanın yuksəlməsi); 
2.
  maliyyə  sabitliyinin  pozulması  (bankların  kredit 
portfelinin  keyfiyyətinin  əhəmiyyətli  pisləşməsi  və  əmanətlərin 
bank  sektorundan  qacışı,  bankların  odəniş  qabiliyyətinin  pis-
ləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması); 
3.
  iqtisadi  resessiyanın  baş  verməsi,  yaradılmış  iş 
yerlərinin itirilməsi. 
Azərbaycan iqtisadiyyatı qlobal böhranı kifayət qədər hazır-
lıqlı və guclu mudafiə resursu ilə qarşılamışdır. Bu, böhrandan ön-
cəki  dövrdə  ölkədə  həyata  keçirilmiş  rasional  makroiqtisadi  və 
monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin 
qabaqlayıcı rejimdə idarə olunması sayəsində mumkun olmuşdur.  
Bütun  bunlar  iqtisadiyyatın  “təhlukəsizlik  yastığı”nı 
ə
həmiyyətli  gucləndilməklə  makroiqtisadi  və  maliyyə  sabitliyi 
potensialını artırmışdır. 
13
Azərbaycanda qlobal böhranın qarşılanması
2008-ci ildə
İ
qtisadi artım:
Azərbaycan: 10.8%
MDB (orta): 6%
Avrozona: 0.9%
Pribaltika: 0.5%
Strateji  ehtiyatlar/məcmu  xarici  borc 
nisbəti: 2 dəfə
Xarici  dövlət  borcu/valyuta  ehtiyatları
nisbəti:
Azərbaycan: 16.5%
Pribaltika: 193%
Macarıstan: 121%
Ukrayna: 75%
Strateji ehtiyatlar/idxalın örtülməsi, aylar 
ilə: 19 ay
Ölkənin  kreditor  mövqeyi  – xaricə qarşı
xalis maliyyə tələbləri: 12.6 mlrd. dollar
 
Mənbə: Elman Rüstəmov.
 
Qlobal böhran və Mərkəzi Banklar. 
Bakı, 2009. 


 
174
Neft-qaz  sektoru  üzrə  yaranmış  ümumi  müsbət  saldo 
iqtisadiyyatın  digər  sektorlarının  xarici  valyutaya  tələbatının 
maliyyələşməsini və ölkənin valyuta ehtiyatlarının artmasını təmin 
etmişdir. Ölkənin strateji valyuta ehtiyatları 2.5 dəfə artaraq 2009-
cu il 01 yanvar tarixinə 18555.4 mln. $ həcmində olmuşdur. Bunun 
11219.2 mln. $-ı Dövlət Neft Fondunun aktivlərindən, 869.0 mln. 
$-ı  hökumətin  depozitlərindən,  6467.2  mln.  $-ı  isə  Milli  Bankın 
məcmu beynəlxalq aktivlərindən ibarətdir. 
2008-ci  ildə  tədiyə  balansının  ümumi  saldosu  müsbət  12.0 
mlrd. $ olmuş və ötən illə müqayisədə 4.2 dəfə  artmışdır. Tədiyə 
balansının  cari  əməliyyatlar  hesabında  son  illər  müşahidə  olunan 
profisit  ötən  illə  müqayisədə  1.8  dəfə  artaraq  16.5  mlrd.  $  təşkil 
etmişdir.  Xarici  ticarət  balansının  müsbət  saldosu  keçən  illə 
müqayisədə 1.5 dəfə artmışdır.
 
23.02. 2009 –ci ildə “Azərbaycan Respublikası regionlarının 
sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”nın  icrasının  yekunlarına 
həsr  olunmuş  konfransda  Prezident  İlham  Əliyev  nitqində 
antiböhran  tədbirləri  kimi  qəbul  edilən  proqramın    tezisləri 
aydın və dolgun formada açıqladı: “Azərbaycan dövləti son beş il 
ə
rzində bölgələrə  çox böyük sərmayə qoyubdur,  bununla bərabər, 
özəl  sektorun  inkişafı  üçün  böyük  həcmdə  kreditlər,  güzəştli 
şə
rtlərlə  kreditlər  ayrılmışdır,  sahibkarlığın  inkişafına  böyük 
dəstək verilmişdir. Həm mənəvi dəstək, həm siyasi, həm də maddi 
dəstək.  Yəni  bütün  bu  amillər  birləşəndə,  əlbəttə  ki,  uğura  nail 
olmaq mümkündür və Azərbaycanın son beş il ərzində keçdiyi yol 
bunun  əyani  sübutudur.    Azərbaycanın  təcrübəsi  və  apardığımız 
siyasət onu göstərir ki, biz öz maliyyə imkanlarımızdan ən düzgün, 
ə
n ağıllı şəkildə istifadə etdik. O maliyyə resursları investisiyalara 
qoyuldu,  iqtisadiyyatın  real  sektoruna  qoyuldu,  energetika, 
qazlaşdırma,  nəqliyyat,  səhiyyə  və  təhsilə,  humanitar  sahəyə 
qoyuldu. Beləliklə, xidmət səviyyəsi qalxdı, imkanlar artdı, biznes 
üçün daha da yaxşı şərait yaradıldı”.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə