198
texnoloji risklər) ilə əlaqəli olan maliyyə bazarı risklərinin təsnifatı
keçirilmiş, risklərin həyata keçmə mərhələləri və onlara müvafiq
olan xüsusiləşdirilmiş idarə etmə üsulları ayrılmışdır.
Maliyyə bazarında böhrana təsir edən amillərin çoxluğunu
və onunla bağlı zərəri, həmçinin bu növ riskin idarə edilməsi zəru-
riliyini nəzərə alaraq həmin böhranın səbəblərinin qiymətləndi-
rilməsinə dair yanaşmanı onların yaranma riskinin kompleks
anlayışının tətbiqi yolu ilə dəyişdirmək təklifi əsaslandırılmışdır.
Risklərin ayrı-ayrı növlərinin idarə edilməsi üzrə mövcud
metodikalar sistem yox, lokal tədbirlər olmaqla maliyyə bazarında
böhranların yaranma ehtimalının azaldılması məsələsinə tam cavab
vermirlər, bu səbəbdən maliyyə bazarında böhranın yaranması
riskinin kompleks anlayışı əsasında bu riski idarə etmək məqsədilə
böhran sarsıntılarının qarşısının alınması üzrə xüsusiləşdirilmiş
sistemin istifadəsi zəruriliyi əsaslandırılmışdır.
Təbii fəlakətlərin erkən qarşısının alınması sisteminin təcrü-
bəsinin öyrənilməsi əsasında həmin sistemin və maliyyə bazarında
böhranların qarşısının alınması sisteminin, şok amillərinin səbəb
olduğu və çox böyük sayda iştirakçıları əhatə edən miqyaslı zərə-
rin qarşısının alınmasına sistem yanaşmadan ibarət olan, ümumi
məqsədlərə malik olması əsaslandırılmışdır.
Böhranların erkən qarşısının alınması və risklərin idarə edil-
məsi ilə bağlı yanaşmaların, risklərin həyata keçməsinə səbəb olan
amillərin miqdarından, böhran təzahürlərinin miqyasından, gözlə-
nilməyən və idarə olunmayan risklərlə bağlı olan problemlərin
həllinə sistemli və geniş şəkildə yanaşmadan ibarət olan, fərqləri
müəyyən olunmuşdur.
Təbii fəlakətlərin baş verməsi risklərinin və maliyyə baza-
rında böhran riskinin oxşar və fərqli cəhətləri təhlil edilmişdir. Ox-
ş
arlıq zərərin miqyasından, iştirakçıların sayından, yüksək sürətlə
həyata keçmədən və gözlənilməzlikdən ibarətdir, fərqlilik isə on-
dadır ki, birinci, yəni təbii fəlakətlər, xarici mühitdə baş verir sonra
isə dağıntıları və zərəri cəmiyyətə gətirir və cəmiyyətin daxilində
yaranıb həyata keçən maliyyə bazarı böhranlarından fərqli olaraq
199
demək olar ki, qətiyyən idarə olunmur. Beləliklə, onları idarə
etmək üçün bəzi imkanlar mövcuddur.
Riyazi proqnozlaşdırma modelləri əsasında beynəlxalq
təşkilatların və mərkəzi bankların valyuta və bank böhranlarının
erkən qarşısının alınması üsulunun tətbiqi üzrə təcrübəsi təhlil
edilmiş, onların yaxşı tərəfləri və nöqsanları üzə çıxarılmış, həmin
üsulun maliyyə bazarında böhranların qarşısının alınması üçün
tətbiqi əsaslandırılmışdır.
BVF və BHB tərəfindən valyuta və bank böhranının qarşısı-
nın alınması və proqnozlaşdırması təcrübəsi ümumiləşdirilmiş və
onlar tərəfindən istifadə edilən və böhranların qarşısının alınması-
na, hər bir inkişaf mərhələsində böhranın nəticələrinin azaldılma-
sına istiqamətlənmiş geniş yanaşmanın yalnız ilkin mərhələdə təh-
lükənin yaranması haqqında məlumatın verilməsinə yönəlmiş
məhdud yanaşma ilə müqayisədə üstünlükləri əsaslandırılmışdır.
Riyazi proqnozlaşdırma modellərinə əsaslanan valyuta böh-
ranlarının erkən qarşısının alınması sistemlərinin təhlili əsasında
belə bir nəticə çıxarılmışdır ki, göstərilmiş üsul qənaətbəxş, lakin
modellərin böhranların proqnozlaşdırılmasının və qarşısının alın-
ması üçün yeganə vasitə kimi müstəqil istifadəsi üçün kifayət et-
məyən proqnozlaşdırma qabiliyyətinə malikdir. Kəmiyyət para-
metrlərinin təhlilinə əsaslanan həmin üsulu maliyyə bazarında böh-
ranların qarşısının alınması üçün keyfiyyət parametrlərinin təhlili-
nin istifadəsilə digər üsulların tətbiqi ilə təkmilləşdirmək təklifi
ə
saslandırılmışdır.
Maliyyə bazarının müxtəlif seqmentlərinin və onların iştirak-
çılarının kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınmaqla böh-
ranların qarşısının alınması üzrə riyazi modellərin proqnoz xüsu-
siyyətlərinin təkmilləşdirilməsi yolları təhlil edilmişdir.
Böhran indikatorlarının istifadəsinə əsaslanmış statistik er-
kən qarşısını alma modellərinin təhlili əsasında ölkənin, onun ma-
liyyə bazarı qısa müddətli satınalmanın zəifliyi ilə bağlı problem-
lər yaşadıqda yaxud, xüsusən inkişaf edən ölkələrin maliyyə ba-
200
zarlarında, böhran inkişafının zəncirvarı reaksiyası yarandıqda, tə-
cili reaksiyasının zəruriliyi müəyyən olunmuşdur.
Dünya təcrübəsinin təhlili əsasında böhranların qarşısının
alınması üçün istifadə olunan aşağıdakı əsas tədbirlər sistemləşdi-
rilmişdir.
• məlumat təhlili, elmi araşdırmalar və proqnozlar;
• dövlət və iqtisadi subyektlərin iqtisadiyyatı və maliyyə və-
ziyyəti haqqında standartlaşdırılmış məlumatın təqdim edilməsi və
yayılması;
• beynəlxalq səviyyədə qəbul olunmuş standartların və mə-
cəllələrin bazar iştirakçılarının praktiki fəaliyyətində tətbiqi;
• risklərin təhlili və qiymətləndirilməsi, reytinq qiymətləndi-
rmələrinin tətbiqi;
• stress-testləmə (sarsıntıların test yoxlaması) və ssenarili
planlaşdırma;
• böhran vəziyyətlərinin proqnozlaşdırılması üçün böhranla-
rın erkən qarşısının alınması sistemlərinin modellərinin tətbiqi;
• əsas maliyyə göstəricilərinə və bazar iştirakçılarının prak-
tiki fəaliyyətinin beynəlxalq qəbul olunmuş standartlara və norma-
lara uyğunluğuna nəzarətin təkmilləşdirilməsi, meqanizamlayıcı
institutunun istifadəsi;
• bazar nizamlayıcısının böhran hadisələrinə reaksiyaya ha-
zırlığının təmin edilməsi və riskin idarə edilməsi üzrə lazımı ölçü-
lərin görülməsi.
Maliyyə böhranlarının yaranma nəzəriyyələrinin, onların
qarşısının alınması üzrə yanaşmaların, tədbirlərin və üsulların
təhlil əsasında maliyyə bazarında böhranların qarşısının alınması
sisteminin əsas prinsipləri və funksiyaları ayrılmışdır.
Böhranların qarşısının alınması sisteminin aşağıdakı əsas
funksiyaları təhlil edilmişdir: hazırlıq-ehtiyat, proqnoz-qiymətlən-
dirmə, hazırlığın təminatı, məlumat.
Maliyyə bazarında böhranların inkişaf ssenarilərinin fasiləsiz
olaraq proqnozlaşdırma mərhələlərində təhlilinin, risklərin qiymət-
Dostları ilə paylaş: |