201
ləndirilməsinin və böhranın, onun qarşısının alınması məqsədilə,
yaranması təhlükəsinə reaksiyanın zəruriliyi əsaslandırılmışdır.
İş
lənib hazırlanmış böhran əleyhinə tədbirlərin risklərin xa-
rakterinə uyğunluğunun və onların böhranların qarşısının alınması
sisteminin əsas məqsədinə nail olmaq üçün düzgün həyata ke-
çirilməsinin təhlilinə əsaslanan sistemin effektivliyinin qiymətlən-
dirilməsinə dair yanaşma təklif olunmuşdur.
Dünya təcrübəsinə əsaslanaraq Azərbaycan maliyyə böhran-
larının qarşısının alınması sisteminin yaradılmasına dair konsep-
tual təkliflər işlənmiş və yanaşmalar müəyyən edilmiş, həmçinin
aşağıdakılar qısa ifadə olunmuşdur:
•
məqsəd – maliyyə bazarının iqtisadiyyatın sabit innova-
sion (yeniliklərin tətbiqi ilə) inkişafının təmin edilməsində rolu-
nun artırılması;
•
vəzifə – böhranların qarşısının alınması və onların nəti-
cəsində zərərin azaldılması.
Qarşısını alma sisteminin strukturunun erkən qarşısını alma,
risklərin qiymətləndirilməsi, hazırlığın və əlaqənin təminatı üzrə
alt sistemlərdən ibarət olan əsası müəyyən edilmişdir.
Dünya təcrübəsi əsasında maliyyə bazarında böhran sarsıntı-
larının qarşısının alınması sisteminin yaradılmasına dair aşağıdakı
tələblər təsnif edilmişdir: böhranın növü və onun inkişaf mərhələsi,
maliyyə bazarında böhranların qarşısının alınması sisteminin döv-
lət və korporativ idarəçilik və, məqsədlərin iyerarxiyasına əsasla-
nan, fəaliyyət prioritetlərinin strukturunda yeri.
Maliyyə krizislərin heç olmaması istəyi pul əməliyyatlarının
heç olmadığı və ya qadağan olunduğu bir dünyada mümkündür.
Daim inkişafda olan bir dünyada isə pul əməliyyatının dur-
durulması mümkün deyil. Ancaq maliyyə krizisləri ilə qar-
ş
ılaşmamaq ya da qarşılaşan maliyyə krizislərdən ən az zərərlə çıx-
maq üçün alına biləcək tədbirlər vardır: valyuta bazarlarda sabitlik,
makroiqtisadi tədbirlər və digər tədbirlər olaraq saymaq mümkün-
dür.
202
Valyuta bazarlarının sabitliyinə istiqamətlənmiş təkliflər.
Yeni maliyyə krizislərin olmaması və ya ola biləcək
krizislərin dərinləşməməsi baxımından valyuta bazarlarında görülə
biləcək tədbirlər aşağıda vurğulanmışdır:
• Pul əməliyyatlarına verginin aid edilməsi,
• Məzənnənin sabitləşdirilməsi və ya məzənnə limitlərinin
təyin olunması,
• Sərmayə bazarı əməliyyatları üçün ayrı, real bazarlar üçün
ayrı məzənnələrin tətbiq olunması,
• Beynəlxalq bank əməliyyatlarına mənfəətin və sərmayə
qaçışına maneə yaradılması,
Böhranlara qarşı alınabiləcək makro tədbirlər.
• Ümumiyyətlə krizis makro iqtisadı istiqrazsızlığın ümumi
bir nəticəsidir. Bu səbəbdən makro iqtisadi istiqrazın təmin
edilməsi əhəmiyyət daşıyır. Makro iqtisadi istiqrazın saxlanılması-
nın təməl şərtlərindən biri siyasi istiqrazın saxlanmasıdır,
• Makro iqtisadiyyatda nizam, etibar və istiqrazı təmin
edəcək reformlar mütləq həyata keçirilməlidir,
• Maliyyə və pul nizamını saxlayacaq ciddi konstitusiya
qanunları qəbul olunmalıdır, sürdürülə bilən büdcə əskiklikləri
tanımlanmalı və bu mövzuda hökumətləri bir-birinə bağlayan
konstitusiya qanunları tətbiq olunmalıdır,
• Bu mövzuda Maastrichit müqaviləsində olan büdcə
kəsirlərinin nisbətini 3% keçməyəcəyi bənzər bir qanunun yer
alması maliyyə intizamı və maliyyə cavabdehlik əxlaqı üçün vacib
görülür,
• Əhalinin ehtiyacdan borclanmaması üçün mütləq bir nizam
qurulmalı və Avropa Birliyinə üzv ölkələrdə Maastrichit müqavi-
ləsinin tələbi ilə hələ də tətbiq olunan əhali borclarının YDM 60%
nisbətinin keçməyəcəyi, buna bənzər konstitusiya qanunu ilə qo-
runmalıdır. Yüksək faiz siyasətinin və bunun nəticəsi olan zəif
203
iqtisadiyyatdan xilas olmanın əsaslarından biri əhalinin ehtiyacdan
ə
lavə borclanmasının qarşısının alınmasıdır.
• Vergi sistemi; tərəfzislik, sadəlik, ədalət, ümumilik, sabit-
lik, təsir etmə qanunları çərçivəsində radikal bir şəkildə yenidən
nizamlanmalıdır. Ölkəmizdə vergidən kənar bazar iqtisadiyyatını
zəiflədəcək tədbirlər qarşı tədbirlər görülür.
• Elasitik məzənnə sistemi valyuta bazarlarında yaranacaq
spekulyativ hücumlara qarşı, bir qalxan vəzifəsini yerinə yetirir.
Elastik məzənnə sisteminin bu əməliyyatı sürdürə bilməsi üçün
uzun dönəmdə faiz ilə valyuta məzənnəsinin inkişafinın möhkəm
bir səthə oturdulması lazımdır.
Böhranlara qarşı alına biləcək mikrotədbirlər.
Olacaq iqtisadi böhranlara qarşı yuxarıda saydığımız
makrotədbirlərlə yanaşı mikro səviyyədə, yəni firmalar bazasında
tətbiq olunması vacib tədbirlər də vardır. Ortaya çıxa biləcək
krizislərin mənfi nəticələrindən ən az səviyyədə zərər görmək üçün
firmaların bu tədbirləri görmələri vacibdir.
Müasir idarəetmə anlayışı olan “ümumi keyfiyyət idarəet-
məsi” nin təşkilatçılıqda ciddi tətbiq olunması üçün cəhd göstəril-
məlidir. Bu sahədə güclü liderlik vacibdir və xüsusilə üst təbəqə
rəhbərləri üzərinə əhəmiyyətli vəzifə düşür.
Yeni idarəetmə texnikalarının (strateji idarəetmə, insan
mənbələrinin idarəetmə sahəsində yeni texnikalar) təşkilatçılıqda
səmərəli bir şəkildə tətbiq olunması lazımdır.
“Texniki mühəndislik” (reengineering) texnikasından fayda-
lanaraq təşkilatçılıqda yüksək keyfiyyət, az məsrəf, sürət, yüksək
xidmət məqsədləri istiqamətində radikal dəyişikliklər edilməli və
yenidən təşkilatlanma həyata keçirilməlidir.
Dostları ilə paylaş: |