148
onun yumşaq yerinə kimsə bir neçə təpik ilişdirir. Bundan inciyən
şəkili qayıdır ki:
– Ə, həbilə eliyirsooz da, heş kim cəhənnəmə getmax istə-
mir...
“... Səhnə o səhnə döyül”
Şəkidə milisdə işləyən birisini xidməti vəzifəsi ilə əlaqədar
Daxili işlər Nazirliyinə çağıraraq sorğu-suala tutanlar ona deyirlər
ki, ə, sən lap özo artist kimi aparırsan. Şəkili də qayıdır ki;
– Canozu yiyim, artist olmağına artistəm, amma səhnə o
səhnə döyül.
Külək yiyirəm
Hacı dayı əlindəki qorğanı bir-bir ağzına atarkən bərk əsən
külək qorğanı aparırdı. Bu mənzərəni seyr edən birisi Hacını cır-
natmaq üçün deyir.
– Hacı dayı, nə yiyirsən?
Hacı yerlisinin sarı simdə nə demək istədiyini anlayaraq qa-
yıdır ki;
– Külək yiyirəm!
Hacı dayı “Pobeda”nın “gözünü” çıxartdı
“Pobeda”nın təzə çıxan vaxtlarıydı. Hacı dayı uzun götür-
qoydan sonra arvad-uşağının əlindəki, olan-qalanı, ölülük-diriliyi
götürüb bir “Pobeda” markalı maşın alır. Yaxşı sürə bilmədiyin-
dən maşın qəzaya uğrayır. Hadisə yerinə özünü yetirən avtomobil
müfəttişi sənədləri almaq üçün ona yaxınlaşır. Hacı dayı cəld ma-
şından çıxaraq əlinə daş götürüb maşının faralarını sındırmağa
başlayır.
Müfəttiş təəccüblə soruşur:
– A kişi, nə edirsən?
149
Hacı dayı qayıdır ki, ağrın alım, sənin də iki gözün var, bu-
nun da, niyə sən görürsən, bu görmür?
Vaxt verim, amma...
Şəkili Zənqərəbağlu Əli dayı şəhərin sayılıb-seçilən adamla-
rından hesab olunurdu. Arif adam idi. Yeməkxana müdiri işlədiyi
vaxtlarda yanına tanımadığı bir gənc gəlib ondan yüz manat borc
istəyir. Kişi gəncdən atasını, anasını, nəslini xəbər alsa da heç kəsi
tanımır. O, yəqin edir ki, pulu yüz faiz batacaq. Gənc isə dil boğa-
za qoymadan hey deyir ki, bir ay vaxt verin, bəsimdi. Əli dayı
axırda hirslənib deyir ki, oğul, vaxt nə qədər istəsən verim, amma
pul yoxdur.
Əhmədiyyənin Allahdan təvəqqesi
Varlanmaq, kasıblığın daşını atmaq qərarına gələn Əhmədiy-
yə üzünü Allah-təalaya tutaraq yalvarır ki, noolar, lotoreyama bir
dənə maşın düşsün. Ulu yaradandan səs çıxmır.
Əhmədiyyə yenidən əlini göylərə açaraq təvəqqe edir:
– Ya Rəbbim, saa qurban, səən əlində bir dənə maşın nədi ki,
onu məəm lotereyama salmırsan?
Allah-təala görür ki, Əhmədiyyə əl çəkmir. O deyir:
– Ay Əhmədiyyə, mən sənin lotereyana maşın salaram, am-
ma sənin də bir insafın olsun da, heç olmasa bir dənə lotereya bi-
leti al!
Keçəl Həmzə
Hacı dayı bir məclisə düşür. Görür ki, balacaboy, cılız, keçəl
bir adam hamıdan çox yeyir. Boşqabları bir-birinin dalınca boşal-
dır, heç kəsi saya salmır. Camaat da öz abrını saxlayıb buna bir
söz demir. Amma Hacı dayı dözə bilmir, soruşur:
– Ay dost, adın nədir?
150
Deyir:
– Koroğlu
Hacı dayı deyir:
– Atan, anan sənin adını iştahına görə qoyublar. Əgər sir-sifə-
tinə görə qoysaydılar, gərək Həmzə qoyaydılar. (Rəvayətə görə
Koroğolu iştahlı adam olub. Odur ki, xalq arasında deyirlər: “Ko-
roğlu kimi yeyişi olanın, Koroğlu kimi də döyüşü olar”)
Məsləhət
Dostu Hacı dayının yanına gəlib onunla məsləhətləşir:
– Bilirsən, Hacı dayı, idarəmizdən mənə bir qol saatı, bir də
300 manat pul verib pensiyaya göndərmək istəyirlər. Heç bilmi-
rəm necə edim, razılaşım ya yox?
– Razılaşma!
– Niyə ki?!
– Sənin cano yiyim, səbəbi çox sadədir. Sən onlardan bir mo-
tosiklet, üstündə də 500 manat pul istə! Sən elə zülümsən ki, səni
başdan eləməkçün başqa əlacları yoxdur, mütləq razılaşacaqlar.
Malımı danmayacağam ki...?!
Hacı dayı bir dəfə şıdırğı paraşüt satırmış. Küyə düşən alıcı-
lar bir-birinə aman vermədən bu “mətahı” alıb gedir, Hacı dayı isə
dil-boğaza qoymadan malını tə”rifləyirdi. Alıcılardan biri dükan-
dan aralanmamış, nəsə fikirləşib geri qayıdır:
– Hacı dayı, deyirsən əntiqə maldı, hə?
– Bacı oğlu, mala pis deyənin ağzı əyilər!
– Bəs paraşüt birdən göydə açılmadı, onda neynim?
– Heç nə, dədə, gətir onu təhvil ver, başqasını al. Dünya-
nın axırı döyül, bir şey döyül, sən məni tanıyırsan, mən də səni.
Malımı danmayacağam ki?!
151
İkibaşlı işarə
Arvadı Hacı dayıya şikayət edir:
– A kişi, o cavan oğlanı görürsənmi, çox ədəbsiz imiş. Mən
onunla danışan müddətdə elə qaranquş balası kimi ağzı həmişə
açılı qaldı...
Hacı dayı sakitcə cavab verir:
– Arvad, bəlkə o yazıq da hayındı ağzını açıb bircə kəlmə söz
demək istəyirmiş...
İkinci arvadın appendisiti
Gecənin bir yarısı Hacı dayı həkimə zəng vurub hay-küy qal-
dırır:
– A doxdur, sən Allah özünü bizə yetir, arvadın appendisiti
sancı verib, əldən gedir!
Dəstəyin o başından həkimin arxayın-arxayın səsi gəlir:
– Hacı dayı, heç narahat olma, mən sənin arvadının appendi-
sitini iki il bundan qabaq kəsmişəm. İnsanda ikinci appendisit
əmələ gələ bilməz, lap arxayın ol.
Hacı dayı bayaqkından da möhkəm qışqırır:
– A rəhmətliyin nəvəsi, ikinci appendisitin əmələ gəlmədiyini
mən də bilirəm. Amma niyə başa düşmürsən, mənim ikinci arvadım
əmələ gəlib... Aydındımı sənə?!
Alın yazısı
Hacı dayının qoca bir bülbülü varmış. Quşun qocaldığını gö-
rüb onu satmaq qərarına gəlir. Quşu satıb evə qayıdan günün saba-
hısı qapı döyülür. Hacı dayı qapını açıb görür ki, bülbül satdığı
adamdır. O salam – kəlamsız: - Hacı dayı, - deyir, - ayıb döyül,
qoca bülbülü mənə sırımısan? Bəs deyirdin ki, bu bülbüllər düz on
il yaşayır. Bu gün yuxudan durub görmüşəm ki, yazıq quş elə qə-
fəsdəcə ölüb.
Hacı dayı heç təhrini pozmur:
Dostları ilə paylaş: |