93
«Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına
səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır,
əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün
son görmə həddi qədər ölən adamdan aralı otururlar».
Bundan sonra ölüm
mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh)
317
,
Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Möminin nəfsi
(ruhu) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman
göylər və yerlər arasında olan mələklər Allahdan o, gözəl nəfs üçün
bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər
qapının gözətçiləri o, gözəl nəfsin onların yanından
ötüb keçməsini
Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə
əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi
əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar.
«Nəhayət birinizin əcəli
gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç
bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər
nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu
gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsdir». Onu
dünyada
daşıdığı ən gözəl adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar.
Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir
səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola
salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah
buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə –
Illiyyuna!». Peyğəmbər
– sallallahu aleyhi və səlləm – bu ayəni oxudu:
«Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq
yaxın olan mələklər görə bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun
adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın.
Həqiqətən
mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam,
(torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər
nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri
zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib
onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Rəbbim -
Allahdır» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən
o, adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» - «Bəs, sən nə etdin?»
O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu
təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi.
Onu Cənnət
317
Nəfs – bir neçə cürdür.
1. Sənə pisliyi əmr edən nəfs –
«Mən özümü təmizə çıxartmıram.
Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işləri görməyi əmr edir. Həqiqətən Rəbbim
bağışlayan və Rəhm edəndir». (Yusif 53). 2. Özünü qınayan nəfs –
«And içirəm özünü qınayan
nəfsə». (əl-Qiyamət 2). 3. Özünə arxayın nəfs –
«Ey özünə arxayın nəfs. Dön Rəbbinə, sən Ondan O,
da səndən razı olaraq». (əl-Fəcr 27). İbn Teymiyyə «Məcmuul Fətava» 9/294.
94
libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin
qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz
görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli,
gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni
sevindirəcək bir xəbərlə
gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd
olunmuş gündür». Mömin təəcüblü halda soruşur: «Sən kimsən? Sənin
sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm.
Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək
üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm.
Bu da sənin əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır».
Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyilir: «Əgər
sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı
sənin üçün Cənnət ilə əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən
sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və
mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına
səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətrilmiş
parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar».
Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey
xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!»
Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı
kimi çıxar. Bu zaman göylər və yerlər arasında
olan mələklər onu
lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının
gözətçiləri o, xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan
diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində
saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi
Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra
mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən
deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir».
Onu dünyada daşıdığı ən pis adlarla sadalıyırlar
və onunla birinci səma
qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin
qapılar açılmır. Peyğəmbər
– sallallahu aleyhi və səlləm – bu ayəni
oxudu:
«Ayələrmizi yalan hesab edənlərə və onlara təkəbbürlə
yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən
keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz
günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və
Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı
hissəsinə - Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah
buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki,