56
səlləm
–
buyurur: «Məndən sonra Peyğəmbər yoxdur»
162
. Əbu Hureyrə
-
radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Məni əvvəlki Peyğəmbərlərlə müqayisə etdikdə, bu o
şeyə bənzəyir ki, bir insan gözəl bir bina tikir, onu bəzəyir və evin bir
kərpicini qoymur. Camaat evə baxdıqda deyirlər: «Necə ola bilər ki, o bu
kərpici qoymağı unudub?» Mən isə həmin o, sonuncu kərpicəm»
163
.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Mənim isimlərim
var.
Mən Muhəmmədəm, mən Əhmədəm, mən Məhi (məhv edici) Allah
mənimlə küfrü məhv edər. Mən Həşirəm – insanlar mənim ayaqlarımın izi
ilə həşr olunurlar. Mən Akibəm. Akib isə məndən sonra Peyğəmbər
göndərilməyəndir»
164
.
2. Allah Onu Ən Yüksək Məqama Yüksəldib - Ən yüksək məqam isə
şəfaət məqamıdır. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
orada şəfaət
edəcək.
«Gecənin bir vaxdı durub yalnız sənə xas olan əlavə namaz qıl.
Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin».
(əl-İsra 79). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Qiyamət günü insanların seyyidi mənəm, qəbri açılacaq ilk kişi mənəm.
İlk şəfaət edən və şəfaəti qəbul olunacaq ilk kişi də mən olacağam»
165
.
3. Hər Bir Peyğəmbər Öz Qövmünə, O İsə Hamıya Göndərilmiş
Peyğəmbərdir - «Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş
Peyğəmbəriyəm». (əl-Əraf 158). (Ey Muhəmməd!) Biz səni bütün
insanlara müjdə verən, qorxudan bir Peyğəmbər göndərdik. Lakin
insanların əksəriyyəti bilməz». (Səba 28). «Biz səni insanlara Peyğəmbər
göndərdik. Allahın buna şahid olaması (sənə) kifayət edər». (ən-Nisa
79). Cabir
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Mənə beş şey verilib ki, bundan qabaq heç
bir Peyğəmbərə verilməyib… Hər bir Peyğəmbər müəyyən bir qövmə
göndərilib mən isə hamıya göndərilmiş Peyğəmbərəm»
166
.
4. Peyğəmbərimiz Xəlildir - Məhəbbətin ən yüksək dərəcəsi olan
Xəlillik
dərəcəsinə Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
də
çatmışdır. Şübhəsiz Allah İbrahimi xəlil etdiyi kimi məni də xəlil
etmişdi
167
. Bu hədis Xəlil İbrahimə, məhəbbət isə Muhəmmədə aid bir
məqamdır deyənlərin fikirlərini məhv edir. Çünki Məhəbbət digər insanlar
haqqında da sabitdir.
«Allah tövbə edənləri, təmiz və pak olanları sevər».
162
Əbu Davud 4/98,121, Tirmizi 4/498,499, Musnəd 5/16,41,46.
163
Buxari, Müslim.
164
Buxari, Müslim.
165
Müslim, Əbu Davud 4673, Musnəd 2/540.
166
Buxari, Müslim.
167
Müslim.
57
(əl-Bəqərə 222). «Şübhəsiz ki, Allah müttəqiləri sevər». (Ali-İmran 76).
«Allah yaxşılıq edənləri sevər». (Ali-İmran 134). Beləliklə xəlillik
İbrahimə, həbiblik Muhəmmədə xas olduğunu
söyləyənlərin sözlərinin
tutarsız olduğu ortaya çıxdı. Əksinə xəlillik hər iksinə də
aiddir, həbiblik
isə ümumidir. Ola bilər ki, kimsə sizə belə bir hədis də gətirə bilər. Lakin
bilin ki, bu hədis zəifdir. İbn Abbas
- radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «İbrahim Allahın
Xəlilidir. Bunu da bilin ki, mən Allahın həbibiyəm və övünmürəm»
168
.
5. Qurani Kərim - «De ki: «Şahidlik baxımından nə daha böyükdür?
Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona
(gələcəkdə) yetişəcək kimsələri (Qiyamətə qədər) xəbərdarlıq edib
qorxutmağım üçün vəhy olunub». (əl-Ənam 19). «Aləmləri qorxutmaq
üçün haqqı batildən ayıran Quranı öz bəndəsinə (Muhəmmədə) nazil
edən Allah nə qədər uca, nə qədər uludur». (əl-Furqan 1). Əbu Hureyrə
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Peyğəmbərlərdən elə bir peyğəmbər yoxdur ki, ona
bəşərin məğlub olaraq inandığı (bir möcüzə) verilmiş olmasın. Möcüzə
olaraq mənə verilən şey isə Allahın mənə vəhy etdiyi Qurandır»
169
.
6. Allah Onun Həyatına And İçmişdir - Allah şərəfini ucaltmaq və
hörmətini artırmaq üçün həyatına and içdiyi tək insan Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
dir.
«(Ya Rəsulum!) Canına and olsun ki,
onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub
qaldılar. (Lutun nəsihətini qəbul etmədilər)». (əl-Hicr 72). İbn Abbas
-
radıyallahu anhu
–
deyir ki: «Allah Muhəmməd
–
sallallahu aleyhi və
səlləm
–
dən daha dəyərli heç kimsəni yaratmamışdır. Allahın ondan
başqa bir kimsənin həyatına and içdiyini bilmirəm».
7. Peyğəmbərin İsminin Zikr Edilməsi - Peyğəmbər
–
sallallahu aleyhi
və səlləm
–
in İsmi Qurani Kərimdə
4 yerdə zikr edilmişdir:
«Muhəmməd
ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də Peyğəmbərlər gəlib-getmirlər.
Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən
dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha
heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər». (Ali
İmran 144).
«
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası
deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın
Rəsulu (elçisi) və Peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi
biləndir!» (əl-Əhzab 40). «İman gətirib yaxşı əməllər edənlərin,
Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inanların
168
Tirmizi 3620 qərib hədis. Sənədi zəif.
169
Müslim.