Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

 
73
Yeni nəsr 
 
Məişətdə qurdalanmaq. 
Balacalarda balacalanmaq. 
Qərbi yamsılamaq. 
Cəlilin ətəyindən yapışmaq və Cəlili kiçiltmək. 
Qəhrəmansızlığı meyara çevirmək. 
Paytaxtda çap olunmaq və bunu dəyənək kimi naşıların başına 
çırpmaq. 
Dəstələşmək. 
Yuxarıya sığınmaq. 
Konservator damğasına tapınmaq və damğalanmaq. 
İntriqa məharətinə yiyələnmək. 
Həyatilik pərdəsi altında – idealsızlıq təbliğ etmək. 
Sevmədim yeni nəsri. 
Ciddi saymadım yeni nəsri. 
Ancaq gördüm ki, ciddi sayanlar var. 
Qiymətini verdim yeni nəsrin. 
Arı deşiyinə çöp salmaqdan çəkinmədim! 
 
Ağbəniz 
 
Dədəsinə söykəndi. 
Qaynatasına söykəndi. 
Əmisinə söykəndi. 
Dəstəsinə söykəndi. 
Rəsmi orqandan mənə hayqırdı. 
Eşitmədim. 
Vəzifəyə dırmaşan günün səhərisi iclas çağırdı. 
Qara fərəni üstümə fısqırtdı. 
Bəzəkli toyuğu üstümə fısqırtdı. 
Topal kəli üstümə fısqırtdı. 
Atalar sözünü yadıma saldım. 
“İt hürər, karvan keçər!” – dedim. 
Yeni nəsr dəstgahı qurdu. 
 
74
Səsi çatmadı. 
Yumruq qəbahətlə birləşdi, əleyhimə iri məqalə çap elətdirdi. 
Oxumadım. 
Maddi zərər vurdu. Hiss etmədim. 
Adımı siyahıdan sildi. 
Sevindim. 
Düm ağ sifəti vardı... 
 
Təkərək 
 
Təkərək özünü araba saydı. 
Yoxuşa dırmandı, dərəyə düşdü. 
Ədəbiyyatda inqilab etmək istədi. 
Jurnalı həqarətlə doldurdu. 
Üfunət aləmi bürüdü. 
Sensasiya arzuladı – qəbahət törədi. 
Təkərək özünü araba saydı və çilik-çilik oldu. 
 
Alabaşnəzərlik 
 
Krılovun Alabaşı filə  həqiqət naminə hürmürdü, özünütəsdiq 
naminə hürürdü. 
Öz hürüşüylə o, “mən də varam!” – deyirdi. 
Alabaşnəzərlərin ən böyük arzusu – sayılmaqdır. 
Buna görə  də alabaşnəzərlərə cavab verməzlər, bununla da 
onların heçliyini təsdiq edərlər. 
Alabaşnəzərlərin ünvanları çoxdur, onların biri budur: “Azərbay-
can” jurnalı, 1979-cu il, Şahnəzər Hüseynovun “Müdrik görünmək 
xatirinə” məqaləsi. Baş redaktor – Əkrəm Əylisli. 
 
Dünənkilər 
 

Bir zamanlar şair idi. Çünki özünə inanırdı. 
Bir zamanlar dost idi. Çünki özünə inanırdı. 


 
75
Sonradan vəzifəyə inandı, özünə inanmadı. 
Susdu, ürəyindəkiləri demədi. 
Susmağıyla şeirini dəfələrlə satdı. 
Susmağıyla dostunu dəfələrlə satdı. 
Ancaq satqın sayılmadı. 
 
II 
Şöhrət, nişan, vəzifə! 
Şöhrətinə gərək olan – dostudur! 
Nişanına gərək olan – dostudur! 
Vəzifəsinə gərək olan – dostudur! 
Nişanına, şöhrətinə, vəzifəsinə gərək olmayan – ona gərək deyil! 
Şöhrətinə, nişanına, vəzifəsinə mane olan – düşmənidir. 
Dostu yoxdur. Ona görə də dostluqdan asanlıqla danışır. 
Heç kəsi sevmir. Ona görə də məhəbbətdən asanlıqla danışır. 
“Dostu”nun düşməniylə barışır, təki o, şöhrətinə, nişanına, 
vəzifəsinə gərək olsun! 
 
 
III 
Nişan vermirdilər – xalq məhəbbətinə sığınardı, ondan ağız dolusu 
danışardı. 
Nişan ucu görünəndə xalq məhəbbətini unudardı. 
Nişan alanda – nişanıyla qürrələnərdi. 
 
 
IV 
Hamıya yaltaqlandı. Vəzifəyə dırmandı. 
Yaltaqlığı unutdu. 
Böyük göründü. 
 
 

Dedi ki: pis adam yaxşı şeir yaza bilər. 
Dedim ki: pis adamın yaxşı şeirinə inanmazlar. 
 
76
OCAQLI GÜNLƏRİM 
 
Universitet zalı 
 
Bayramsayağı geyinmiş dəstə-dəstə cavan Zala daxil olurdu! 
Çöhrələrdə sevinc, maraq, intizar, narahatlıq! 
Zal ağzına qədər dolurdu. 
Ayaq üstə duranlar, koridorda radiolanı dinləyənlər. 
Rayonlardan gələnlər, tələbələr, fəhlələr, həkimlər, yazıçılar, 
alimlər! 
Zal Azərbaycanlaşmışdı! 
Musiqi sədası insan səsinə qarışmışdı! 
Şəlaləni xatırladırdı Zal! 
Çəməni xatırladırdı! 
Dolunu xatırladırdı! 
Yaylağı xatırladırdı! 
Rəsmiyyət itmişdi! Rütbə itmişdi! 
İnsan görünürdü! 
Sevgi görünürdü! 
Ülfət görünürdü! 
Ürək görünürdü! 
Dostluq görünürdü! 
İsmət görünürdü! 
Babəkdən danışırdım. 
Qədimliyimizdən danışırdım. 
Adət-ənənələrimizdən danışırdım. 
Muğamdan danışırdım. 
Aşıqdan danışırdım. 
Sazdan danışırdım. 
Sədaqətdən danışırdım. 
Analıqdan danışırdım. 
Laylalarımızdan danışırdım. 
Özüylədöyüşdən danışırdım. 
Atalıqdan danışırdım. 
Vətəndən danışırdım. 


 
77
İdrakdan danışırdım. 
Mənəviyyatdan danışırdım. 
Gözəllikdən danışırdım. 
Təqlidçiliyi lənətləyirdim. 
Əxlaqsızlığı lənətləyirdim. 
Vətənsizliyi lənətləyirdim. 
Zal dünyalaşırdı. 
Tarix zala daxil olurdu. 
Cəngavərlər zala daxil olurdu. 
Sevənlər, sevilənlər zala daxil olurdu.  
Fədailər zala daxil olurdu. 
Nizamiləşirdi Zal. 
Nəsimiləşirdi Zal. 
Muğam oxunardı, el mahnıları səslənərdi, saz dillənərdi. 
Suallar yağışı yağardı başıma. 
Necə yaşayaq, necə duyaq, necə düşünək, necə  vətənləşək
övladlaşaq, analaşaq, atalaşaq?! 
Yoruldum,  əldən düşdüm, tər tökdüm, ancaq fərəhim yerə-göyə 
sığmırdı. 
Gərək oldu insanlara həyat tərzim,  əzablarım, ömrüm-günüm, 
qənaətlərim, düşüncələrim, duyğularım, əxlaqım, inadım, inamım! 
Gecə keçərdi, heç kəs Zalı tərk etmək istəməzdi. 
Adamlar özlərini burada tapmışdılar. 
Özlərindən ayrılmaq istəmirdilər. 
 
Dedi-qodu 
 
– Öz şöhrəti üçün eləyir, nə eləyirsə. 
– Məcnunluq aşılayır. 
– Gözünü yumur, ağzını açır. 
– Heç kəsdən sitat gətirmir. 
– Mücərrədçiliyə qapılır. 
– Məşhurlarımızı lağa qoyur. 
– Bağırtısından qulaq batır. 
– Tədris prosesini pozur. 
– Keçmişi idealizə edir. 
 
78
Maneələr 
 
Zal təmir olunduğu üçün Klubun

  məşğələsi təxirə salınır. 
Zalda işıq yanmadığı üçün Klubun məşğələsi təxirə salınır. 
Zalda konfrans keçdiyi üçün Klubun məşğələsi təxirə salınır. 
Zal üç aylığına bağlandığı üçün Klubun məşğələsi təxirə salınır. 
Zalda mikrofon qırıldığı üçün Klubun məşğələsi təxirə salınır. 
Zalda mikrofon oğurlandığı üçün Klubun məşğələsi təxirə salınır. 
 
Qəti qərar 
 
– Klub bağlanır. Bəsdir daha. 
Biz də insanıq. 
Əsəblərimizi yerindən oynatdın. 
Qoy balalarımızı saxlayaq. 
 
 
“Bilik” cəmiyyəti 
 

 
Klubun adını “Ocaq” qoyduq. 
Ocaq Məramı yarandı. 
Ocaq kodeksi yarandı. 
And içdilər Ocağa. 
And içdilər Ataya. 
Dedim ki: İnsan olmaq lazımdır. 
Özünü daxildən dəyişmək lazımdır. 
Müqəddəsliyə tapınmaq lazımdır. 
İnsanın insandan böyük mənasına  
pənah gətirmək lazımdır. 
Dünyanın dünyadan böyük mənasına  
                                                 

 Klub – Asif  Əfəndiyevin (Asif Ata) ADU-da rəsmi icazə ilə yaratmış olduğu 
“Etik və Estetik Tərbiyə Klubu”. Üç il fəaliyyət göstərmişdir: 1976-79.  


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə