7
dağılır. O bu basqılar altında tamam tək qalır və gizli fəaliyyətə keçir.
Bundan sonra Ata Ömrünün (şərti bölgümüzə görə)
ikinci mərhələsi
başlayır. Fiziki yaşamağın özü belə sual altında qaldığı bir halda
hərəkat yaratmaq?!. Yatmağa yeri yox, yeməyə çörəyi. Hansı güc
insanı ayaqda saxlamalıdır ki, belə çətin aşırımları aşasan?!
Bu dövrdən Asif Atanın işi iki istiqamətdə gedirdi:
həm hərəkatın
təlimini, fəlsəfəsini yazmaq, həm də bu işi həyata keçirən insanlar
yetişdirmək. Bu ömrü yaşamaq sıradan birisinin işi deyildi, bu artıq
Peyğəmbərlik idi, ancaq ənənəvi Peyğəmbərlikdən fərqli bir səviy-
yədə. Məzmunca ənənəvi Peyğəmbərliyə uyğun, – yəni İnam yarat-
maq, İnamına tən yaşamaq və onu həyata keçirmək üçün əziyyətlərə
qatlaşmaq. Fərq isə məramında, meyarında, biçimində idi. Hal fərqi,
anlayışlar fərqi, ideyalar fərqi “peyğəmbər” sözünə sığmadığı üçün
Ruhani İntibahçılıq hərəkatı
Ruhani Atalıq məzmununda ifadə
olundu. (“Ata sözü Peyğəmbər sözündən üstündür” deyirdi Asif Ata).
Atalıq məzmununda vüqarlı olmaq, səbirli olmaqla yanaşı, həm də
hökmlü olmaq tələbi yaşayır. Təvazökar olmaqla gedişatı dəyişmək
mümkün deyil. Asif Atanın yaratdığı İnam İnsana və insandakı bu ali
keyfiyyətlərə bağlıdır. Ancaq hanı elə bir
mühit ki, insandakı ali
keyfiyyətləri sevgi ilə qarşılasın?! Bütün dövrlərdə olduğu kimi, Asif
Atanın çağdaşları da onun fikirlərini, çağırışlarını süngü ilə qarşıla-
dılar. Əski Peyğəmbərlərə ən çox avamlar təpki göstərirdilər, Asif
Ataya isə ən çox elmli, bilikli, savadlı çağdaşları ağız büzdülər: –
“XX əsr hara, peyğəmbərlik hara, – sən ən yaxşı halda ədəbiyyat
tənqidçisi ola bilərsən. Heç filosof da ola bilməzsən, çünki sənin
fəlsəfi əsərlərində bir dənə də olsun, başqa fəlsəfələrdən sitat yoxdur,
onların şərhi yoxdur”.
Asif Ata Peyğəmbərliyi elmə, biliyə, idraka əsaslanır. Əski
Peyğəmbərlərdə isə fanatizm, fantaziyalara əsaslanan sehr,
möcüzə
üstünlük təşkil edirdi.
Asif Atanın fəlsəfəsi İnam Fəlsəfəsidir. O, ənənəvi fəlsəfələrə
bənzəmir. Burada geniş şəkildə şərhçilik yoxdur. Eyni zamanda O, öz
fikirlərini gücləndirmək və sübuta yetirmək üçün ənənəvi fəlsəfə-
lərdən, baxışlardan nümunə götürmür. Bu, həm də İnsan fəlsəfəsidir.
Bu fəlsəfə Asif Atanın Mütləqə İnam Sivilizasiyası carçılığına yön
8
verməklə, gələcəyi ümumbəşər səviyyəsində gözəlliyə, Müqəddəsliyə,
İnsana – İnsanlığa bağlayan düşüncə sistemidir.
Asif Atanın başlıca məqsədi dini İnamla əvəz eləməkdir. O, dinin
alleqorik və mifik baxışlarla insanı yönəltmək üçün aldadıcı manevr-
lərini rədd edir. Bu manevrlərin insanlığa zərbə vuraraq siyasətin
inkişafına yaradığını vurğulayır. Asif Ata hesab edir ki, insanı
transsendental, fövqəltəbii qüvvələrin xidmətçisinə çevirməklə bəşə-
riyyəti ağ günə çıxartmaq olmaz. İnam işi insana daxili ali güc, qüvvət
verməlidir. Yalnız
bu halda o, mənəvi Kamilliyə yüksələ bilər. İnsanı
Qorxuya inandırmaqla itaətdə saxlamaq – Vicdana, Ədalətə yol açmır.
Dində insan nə eləyirsə, “Göylər Səltənəti”nin xoşuna gəlmək və
orada özünə yer eləmək üçün eləyir. Təmənnalı ibadət, təmənnalı
xidmət insanı ölümlü, keçici “uğurlara” şirnikdirir. İnam deyir
Ölməzliyə – təmənnasızlıq, fədakarlıq, özündənkeçmə səviyyəsində
qovuşmaq mümkündür. İnsan Mütləqi Göylərdə deyil, içində
tapmalıdır. İçindəki Mütləq onu həqiqətə yönəldər, vicdanlı və ədalətli
edər. Ədalətin təməli göylərdə deyil, insanın içindədir. Dində insan
bəndəliyə, qul psixologiyasına alışdırılır. İnamda isə insan həqiqi qiy-
mətini tapır. Mütləqə İnam baxışına görə, “İnsan – daxilində Mütləq
daşıyan, gerçəklikdən, şəraitdən,
mühitdən, zamandan üstün olan,
Mütləqiliyə meyil edən və Mütləqləşməyə qadir olan ruhani varlıq-
dır”. Bununla da həyat nizamının, gözəlliyinin, müqəddəsliyinin “o
dünya”dan asılılığı rədd olunur və İnsan özünə tapşırılır.
İkinci, dində Dünya yoxdan yaranır, özü də dünyadan kənardakı
“İradənin” təsiri ilə. Sonra isə heçdən yaranan dünya heç (fani) sayılır.
Dünyada yaşamaq formal hesab olunur – ömür ikinci və “əsas
dünyaya” – “o dünyaya” keçid mərhələsi kimi təqdim olunur. İnsan
dünyanı sevmir (fanini sevməzlər), sevgisini o biri dünyaya yönəldir.
O biri dünyanın qayğısı ilə yaşamağa tərbiyə olunan insan heçliyə
çevrilir. Dünyanın gözəlliyi də, ahəngi də, məzmunu da maddiləş-
dirilir, axirət qarşısında törəmə bir vasitə kimi dəyərləndirilir – Dünya.
İnamda Dünya Özündən – Əzəli, Əbədi, Kamil, Sonsuz Dünyalıq
Mənasından yaranır. Əzəli olan faniləşə bilməz, Əbədi olan dayana
bilməz, Sonsuz olan tükənə bilməz, Kamil olan idarə oluna bilməz.
Əzəlinin ötəri olan təzahürü var, Əbədinin
keçici olan təzahürü var,
9
Sonsuzun sonlu olan təzahürü var, Kamilin qeyri-kamil olan təzahürü
var. Bunlar Dünyadakı hadisələrdir. Dünya öz hadisələriylə daim
təzələnir, ancaq Dünya Dünya olaraq qalır. Məna yox olmur, – yox
olmayacaq.
Dində Vətən və millət yoxdur. Əgər dünya fanidirsə, insan o
dünyaya hazırlaşırsa, bu dünyada özünə sərhəd yaratmağa, dəyər
yaratmağa həsr olunmağa nə hacət?! Hər kəs peyğəmbərin ümmətidir
və onlar peyğəmbərin çağırışı ilə axirətə – babalarının gəldiyi yerə
qayıtmalıdırlar. Onsuz da qiyamət qopanda dünya dağılacaq.
İnamda Vətən – milləti bəşər səviyyəsinə qaldıran əbədi, ölməz
dəyərlərin yaşadığı ünvandır. Əbədi, ölməz dəyərlərin yaşadığı
müqəddəs ünvan fani ola bilməz. Nisbi, keçici, ötəri müqəddəslik
olmur. Vətən və millət bir-birinə bağlı ölməz məsələlərdir. Millətsiz
bəşər yoxdur. Asif
Ataya görə xalq, millət bir şeydir. “Xalq Ruhunda
həmişə əbədi keyfiyyətlər saxlanılır.
... Xalq cəmiyyət qanunlarına əməl eləyir, ancaq öz qanunları
əsasında yaşayır. Bu səbəbdən də qəsbkarların yaratdıqları eybəcər
mühitdə belə, xalq xalq olaraq qalırdı. Çünki xalq insanların sadəcə
cəmi deyil, Birliyidir. Bu Birlik Mənəviyyatın dərinliyində mövcud
olur, bu dərinliyə isə cəmiyyət müdaxilə edə bilmir” (Yol. Ata Sözü).
Buradan da Asif Atanın millətçilik məsələsi öz izahını tapmış olur.
Çoxları düşünürlər ki, Asif Atada millətçilik var, Peyğəmbərlik isə
ümumbəşər hadisəsidir. Ancaq unutmaq olmaz ki, Peyğəmbər xalqda
yaranır. Peyğəmbərlik insani problemləri ilk öncə öz xalqında – yaşa-
dığı mühitdə aşkarlayır. Ümumbəşəri problemlər isə xalqlarda möv-
cud olan insani problemlərin ümumiləşməsi və genişlənməsidir. Pey-
ğəmbər konkret bir xalqın nümayəndəsidir. Öz xalqına yaramayan
bəşərə də yaramaz. Öz xalqını sevdiyi üçün bəşəri də sevir. Xalqda ali,
gözəl,
müqəddəs nə varsa, o, elə bəşərilik deməkdir. İnsanilik – milli-
likdə aşkarlanan və bəşəriliyə doğru inkişaf edən azadlıq və
humanizm yaradır.
Vətənləşmədən dünyalaşmaq mənasızlıq və xülyəvilikdir. “Bütün
dünya mənim vətənimdir” deyənlər Vətəni dərk eləmirlər. Vətənin
özünü dünyaya çevirməyən dünyanı tanımaz və sevməz. Vətənsizlər
10
ülviyyəti görmürlər. Öz millətini doğrultmaq bəşəriyyəti doğrultmaq-
dır, öz milləti vasitəsilə bəşəriliyə xidmət etməkdir.
Hökmdarlar öz millətindən bəşəriyyətə ağa düzəldirlər, başqa
sözlə, öz millətləri vasitəsilə dünyaya ağalıq edirlər.
Milləti bəşəriy-
yətə qarşı qoyanda imperiya yaranır.
Peyğəmbərlik millətin insani keyfiyyətlərini aşkarladığı üçün
bəşəridir.
Asif Ata İnamının adı İnsanilikdir, yəni əslində bəşərilikdir. Azər-
baycan İnamın həm mərkəzidir, həm də bir bölgəsidir. İnsana səcdə
üzərində qurulan Mütləqə İnam dünyabaxışının carı “İnsanlaşın – İn-
sanlaşdırın!Bəşərin nicatı İnsanlaşmaqdadır” məzmunundan ibarətdir.
Asif Atanın İnam İşinin istiqaməti, yuxarıda vurğuladığımız kimi,
Ruhani İntibahı həyata keçirən insanlar yetişdirməkdən ibarət idi.
Mütləqə İnam Dünyabaxışının yaşaması və yayılması üçün Ruhani
Qurum yaranmalı və hərtərəfli biçimini tapmalı idi. Bu qurum “Ocaq”
adı daşıyırdı. Asif Ata Ocağın qaydalarını, iş prinsiplərini, üslubunu
başa gətirməklə əslində yeni sivilizasiya tarixini başlamış oldu.
Burada insanlararası münasibətlər Ruhani quruculuğun ana xətti idi.
İndiyə qədərki ruhaniyyat tarixinin qorxu və təlqin ənənəsi İnam
Ruhaniyyatında inanmaq və dərk eləmək səviyyəsi ilə əvəz olunurdu.
Bunun
özəyində isə, ilk növbədə, Atanın Özünü yaratması dayanırdı.
Onun Ömrü Evladları üçün həm də ruhani bir örnək idi. O, Evladlarını
müqəddəs tabeçiliyə (səcdəyə) çağırırdı, bunsuz İnamın baş
tutmasının mümkünsüzlüyünü anladırdı. Bununla belə, heç kimə “bəli,
başüstə” halı aşılamırdı, qüsurlu Ataya tabe olun demirdi. Qüsurlu Ata
olmur, Ata qüsursuzluq deməkdir. Özünü kamilləşdirməyən, Mütləqə
tən yaşamayan şəxs peyğəmbər ola bilməz. Asif Atanın Ömrü
əzablarla yoğrulmuş, sarsıntılar odunda təmizlənmiş, müqəddəs
fikirlər, düşüncələr selinə qarışmış, ali mənəviyyatla qurulmuş bir
Ömürdür. Bu səbəbdən də səcdəyə layiqdir.
Ümumən Ocaqda özünəməxsus münasibət qanunları qüvvədədir.
Bunlar Asif Atanın Ruhani Hökmlərindən və yaratdığı Özüylədöyüş
xəttindən qaynaqlanır. Özüylədöyüş Yenidəndoğulma ideyasının
gerçəkləşmə üsuludur. Özüylədöyüş vasitəsiylə cəmiyyətçilik aradan
qaldırılır, əhvallarda, münasibətlərdə ülviyyət bərqərar olur. Bununla