Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   2   3   4   5   6   7   8   9   ...   63

 
7
dağılır. O bu basqılar altında tamam tək qalır və gizli fəaliyyətə keçir. 
Bundan sonra Ata Ömrünün (şərti bölgümüzə görə) ikinci mərhələsi 
başlayır. Fiziki yaşamağın özü belə sual altında qaldığı bir halda 
hərəkat yaratmaq?!. Yatmağa yeri yox, yeməyə çörəyi. Hansı güc 
insanı ayaqda saxlamalıdır ki, belə çətin aşırımları aşasan?!  
Bu dövrdən Asif Atanın işi iki istiqamətdə gedirdi: həm hərəkatın 
təlimini, fəlsəfəsini yazmaq, həm də bu işi həyata keçirən insanlar 
yetişdirmək.  Bu  ömrü  yaşamaq sıradan birisinin işi deyildi, bu artıq 
Peyğəmbərlik idi, ancaq ənənəvi Peyğəmbərlikdən fərqli bir səviy-
yədə. Məzmunca  ənənəvi Peyğəmbərliyə uyğun, – yəni  İnam yarat-
maq,  İnamına tən yaşamaq və onu həyata keçirmək üçün əziyyətlərə 
qatlaşmaq. Fərq isə  məramında, meyarında, biçimində idi. Hal fərqi, 
anlayışlar fərqi, ideyalar fərqi “peyğəmbər” sözünə  sığmadığı üçün 
Ruhani  İntibahçılıq hərəkatı  Ruhani Atalıq  məzmununda ifadə 
olundu. (“Ata sözü Peyğəmbər sözündən üstündür” deyirdi Asif Ata). 
Atalıq məzmununda vüqarlı olmaq, səbirli olmaqla yanaşı, həm də 
hökmlü olmaq tələbi yaşayır. Təvazökar olmaqla gedişatı  dəyişmək 
mümkün deyil. Asif Atanın yaratdığı İnam İnsana və insandakı bu ali 
keyfiyyətlərə bağlıdır. Ancaq hanı elə bir mühit ki, insandakı ali 
keyfiyyətləri sevgi ilə qarşılasın?! Bütün dövrlərdə olduğu kimi, Asif 
Atanın çağdaşları da onun fikirlərini, çağırışlarını süngü ilə qarşıla-
dılar.  Əski Peyğəmbərlərə  ən çox avamlar təpki göstərirdilər, Asif 
Ataya isə  ən çox elmli, bilikli, savadlı çağdaşları  ağız büzdülər: –   
“XX  əsr hara, peyğəmbərlik hara, – sən  ən yaxşı halda ədəbiyyat 
tənqidçisi ola bilərsən. Heç filosof da ola bilməzsən, çünki sənin 
fəlsəfi əsərlərində bir dənə də olsun, başqa fəlsəfələrdən sitat yoxdur, 
onların şərhi yoxdur”.  
Asif Ata Peyğəmbərliyi elmə, biliyə, idraka əsaslanır.  Əski 
Peyğəmbərlərdə isə fanatizm, fantaziyalara əsaslanan sehr, möcüzə 
üstünlük təşkil edirdi. 
Asif Atanın fəlsəfəsi  İnam Fəlsəfəsidir. O, ənənəvi fəlsəfələrə 
bənzəmir. Burada geniş şəkildə şərhçilik yoxdur. Eyni zamanda O, öz 
fikirlərini gücləndirmək və sübuta yetirmək üçün ənənəvi fəlsəfə-
lərdən, baxışlardan nümunə götürmür. Bu, həm də İnsan fəlsəfəsidir. 
Bu fəlsəfə Asif Atanın Mütləqə  İnam Sivilizasiyası carçılığına yön 
 
8
verməklə, gələcəyi ümumbəşər səviyyəsində gözəlliyə, Müqəddəsliyə, 
İnsana – İnsanlığa bağlayan düşüncə sistemidir.  
Asif Atanın başlıca məqsədi dini İnamla əvəz eləməkdir. O, dinin 
alleqorik və mifik baxışlarla insanı yönəltmək üçün aldadıcı manevr-
lərini rədd edir. Bu manevrlərin insanlığa zərbə vuraraq siyasətin 
inkişafına yaradığını vurğulayır. Asif Ata hesab edir ki, insanı 
transsendental, fövqəltəbii qüvvələrin xidmətçisinə çevirməklə  bəşə-
riyyəti ağ günə çıxartmaq olmaz. İnam işi insana daxili ali güc, qüvvət 
verməlidir. Yalnız bu halda o, mənəvi Kamilliyə yüksələ bilər. İnsanı 
Qorxuya inandırmaqla itaətdə saxlamaq – Vicdana, Ədalətə yol açmır. 
Dində insan nə eləyirsə, “Göylər Səltənəti”nin xoşuna gəlmək və 
orada özünə yer eləmək üçün eləyir. Təmənnalı ibadət, təmənnalı 
xidmət insanı ölümlü, keçici “uğurlara”  şirnikdirir.  İnam deyir 
Ölməzliyə – təmənnasızlıq, fədakarlıq, özündənkeçmə  səviyyəsində 
qovuşmaq mümkündür. İnsan Mütləqi Göylərdə deyil, içində 
tapmalıdır. İçindəki Mütləq onu həqiqətə yönəldər, vicdanlı və ədalətli 
edər.  Ədalətin təməli göylərdə deyil, insanın içindədir. Dində insan 
bəndəliyə, qul  psixologiyasına alışdırılır. İnamda isə insan həqiqi qiy-
mətini tapır. Mütləqə  İnam baxışına görə, “İnsan – daxilində Mütləq 
daşıyan, gerçəklikdən,  şəraitdən, mühitdən, zamandan üstün olan, 
Mütləqiliyə meyil edən və Mütləqləşməyə qadir olan ruhani varlıq-
dır”. Bununla da həyat nizamının, gözəlliyinin, müqəddəsliyinin “o 
dünya”dan asılılığı rədd olunur və İnsan özünə tapşırılır.  
İkinci, dində Dünya yoxdan yaranır, özü də dünyadan kənardakı 
“İradənin” təsiri ilə. Sonra isə heçdən yaranan dünya heç (fani) sayılır. 
Dünyada yaşamaq formal hesab olunur – ömür ikinci və  “əsas 
dünyaya” – “o dünyaya” keçid mərhələsi kimi təqdim olunur. İnsan 
dünyanı sevmir (fanini sevməzlər), sevgisini o biri dünyaya yönəldir. 
O biri dünyanın qayğısı ilə yaşamağa tərbiyə olunan insan heçliyə 
çevrilir. Dünyanın gözəlliyi də, ahəngi də, məzmunu da maddiləş-
dirilir, axirət qarşısında törəmə bir vasitə kimi dəyərləndirilir – Dünya.  
İnamda Dünya Özündən – Əzəli,  Əbədi, Kamil, Sonsuz Dünyalıq 
Mənasından yaranır.  Əzəli olan faniləşə bilməz,  Əbədi olan dayana 
bilməz, Sonsuz olan tükənə bilməz, Kamil olan idarə oluna bilməz. 
Əzəlinin ötəri olan təzahürü var, Əbədinin keçici olan təzahürü var


 
9
Sonsuzun sonlu olan təzahürü var, Kamilin qeyri-kamil olan təzahürü 
var. Bunlar Dünyadakı hadisələrdir. Dünya öz hadisələriylə daim 
təzələnir, ancaq Dünya Dünya olaraq qalır. Məna yox olmur, – yox 
olmayacaq. 
Dində  Vətən və millət yoxdur. Əgər dünya fanidirsə, insan o 
dünyaya hazırlaşırsa, bu dünyada özünə  sərhəd yaratmağa, dəyər 
yaratmağa həsr olunmağa nə hacət?! Hər kəs peyğəmbərin ümmətidir 
və onlar peyğəmbərin çağırışı ilə axirətə – babalarının gəldiyi yerə 
qayıtmalıdırlar. Onsuz da qiyamət qopanda dünya dağılacaq. 
İnamda Vətən – milləti bəşər səviyyəsinə qaldıran  əbədi, ölməz 
dəyərlərin yaşadığı ünvandır.  Əbədi, ölməz dəyərlərin yaşadığı 
müqəddəs ünvan fani ola bilməz. Nisbi, keçici, ötəri müqəddəslik 
olmur. Vətən və millət bir-birinə bağlı ölməz məsələlərdir. Millətsiz 
bəşər yoxdur. Asif Ataya görə xalq, millət bir şeydir. “Xalq Ruhunda 
həmişə əbədi keyfiyyətlər saxlanılır. 
... Xalq cəmiyyət qanunlarına  əməl eləyir, ancaq öz qanunları 
əsasında yaşayır. Bu səbəbdən də  qəsbkarların yaratdıqları eybəcər 
mühitdə belə, xalq xalq olaraq qalırdı. Çünki xalq insanların sadəcə  
cəmi deyil, Birliyidir. Bu Birlik Mənəviyyatın dərinliyində mövcud 
olur, bu dərinliyə isə cəmiyyət müdaxilə edə bilmir” (Yol. Ata Sözü). 
Buradan da Asif Atanın millətçilik məsələsi öz izahını tapmış olur. 
Çoxları düşünürlər ki, Asif Atada millətçilik var, Peyğəmbərlik isə 
ümumbəşər hadisəsidir. Ancaq unutmaq olmaz ki, Peyğəmbər xalqda 
yaranır. Peyğəmbərlik insani problemləri ilk öncə öz xalqında – yaşa-
dığı mühitdə  aşkarlayır. Ümumbəşəri problemlər isə xalqlarda möv-
cud olan insani problemlərin ümumiləşməsi və genişlənməsidir. Pey-
ğəmbər konkret bir xalqın nümayəndəsidir. Öz xalqına yaramayan 
bəşərə də yaramaz. Öz xalqını sevdiyi üçün bəşəri də sevir. Xalqda ali, 
gözəl, müqəddəs nə varsa, o, elə bəşərilik deməkdir. İnsanilik – milli-
likdə  aşkarlanan və  bəşəriliyə doğru inkişaf edən azadlıq və 
humanizm yaradır.  
Vətənləşmədən dünyalaşmaq mənasızlıq və xülyəvilikdir. “Bütün 
dünya mənim vətənimdir” deyənlər Vətəni dərk eləmirlər. Vətənin 
özünü dünyaya çevirməyən dünyanı tanımaz və sevməz. Vətənsizlər 
 
10
ülviyyəti görmürlər. Öz millətini doğrultmaq bəşəriyyəti doğrultmaq-
dır, öz milləti vasitəsilə bəşəriliyə xidmət etməkdir. 
Hökmdarlar öz millətindən bəşəriyyətə  ağa düzəldirlər, başqa 
sözlə, öz millətləri vasitəsilə dünyaya ağalıq edirlər.  Milləti bəşəriy-
yətə qarşı qoyanda imperiya yaranır.  
Peyğəmbərlik millətin insani keyfiyyətlərini aşkarladığı üçün 
bəşəridir. 
Asif Ata İnamının adı İnsanilikdir, yəni əslində bəşərilikdir. Azər-
baycan  İnamın həm mərkəzidir, həm də bir bölgəsidir.  İnsana səcdə 
üzərində qurulan Mütləqə İnam dünyabaxışının carı “İnsanlaşın – İn-
sanlaşdırın!Bəşərin nicatı İnsanlaşmaqdadır” məzmunundan ibarətdir. 
Asif Atanın İnam İşinin istiqaməti, yuxarıda vurğuladığımız kimi, 
Ruhani  İntibahı  həyata keçirən insanlar yetişdirməkdən ibarət idi. 
Mütləqə  İnam Dünyabaxışının yaşaması  və yayılması üçün Ruhani 
Qurum yaranmalı və hərtərəfli biçimini tapmalı idi. Bu qurum “Ocaq” 
adı daşıyırdı. Asif Ata Ocağın qaydalarını, iş prinsiplərini, üslubunu 
başa gətirməklə  əslində yeni sivilizasiya tarixini başlamış oldu. 
Burada insanlararası münasibətlər Ruhani quruculuğun ana xətti idi. 
İndiyə  qədərki ruhaniyyat tarixinin qorxu və  təlqin  ənənəsi  İnam 
Ruhaniyyatında inanmaq və dərk eləmək səviyyəsi ilə əvəz olunurdu. 
Bunun özəyində isə, ilk növbədə, Atanın Özünü yaratması dayanırdı. 
Onun Ömrü Evladları üçün həm də ruhani bir örnək idi. O, Evladlarını 
müqəddəs tabeçiliyə (səcdəyə) çağırırdı, bunsuz İnamın baş 
tutmasının mümkünsüzlüyünü anladırdı. Bununla belə, heç kimə “bəli, 
başüstə” halı aşılamırdı, qüsurlu Ataya tabe olun demirdi. Qüsurlu Ata 
olmur, Ata qüsursuzluq deməkdir. Özünü kamilləşdirməyən, Mütləqə 
tən yaşamayan  şəxs peyğəmbər ola bilməz. Asif Atanın Ömrü 
əzablarla yoğrulmuş, sarsıntılar odunda təmizlənmiş, müqəddəs 
fikirlər, düşüncələr selinə qarışmış, ali mənəviyyatla qurulmuş bir 
Ömürdür. Bu səbəbdən də səcdəyə layiqdir.  
Ümumən Ocaqda özünəməxsus münasibət qanunları qüvvədədir. 
Bunlar Asif Atanın Ruhani Hökmlərindən və yaratdığı Özüylədöyüş 
xəttindən qaynaqlanır. Özüylədöyüş Yenidəndoğulma ideyasının 
gerçəkləşmə üsuludur. Özüylədöyüş vasitəsiylə  cəmiyyətçilik aradan 
qaldırılır,  əhvallarda, münasibətlərdə ülviyyət bərqərar olur. Bununla 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə