Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə14/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

 
67
Qəbul imtahanı 
 
Dəstə-dəstə, sıra-sıra adam düzəldərdilər, “partiya kitabçama and 
olsun!” – deyirdilər. 
Müştərilərinə zorla qiymət yazdırırdılar, “partiya kitabçama and 
olsun!” – deyirdilər. 
İmtahan vərəqələrini dəyişdirirdilər, “partiya kitabçama and 
olsun!” – deyirdilər. 
Adamsızları kəsirdilər, “partiya kitabçama and olsun!” – deyirdilər. 
 
Obrazlı təlim 
 
Estetika dərsində uşaqlara dedim: 
– Əgər müasir üslublu rəssam dekan müavinimizin şəklini çəkmək 
istəsəydi, başsız adam şəkli çəkərdi, hər  şey aydın olardı. Təfərrüata 
ehtiyac qalmazdı. 
 
Sevincim 
 
– Müəllim, əleyhinizə məqalə yazıblar. 
Sizi idealist, revizionist və nihilist adlandırıblar. 
Biz isə sizi sevirik! 
 
 
“FİLOSOFLAR” ARASINDA 
 
Nağıl 
 
Biri vardı, biri yoxdu. 
Məmləkətdə öz fikri olan filosoflar yaşayırdı. 
Hörmətli, izzətli, qüdrətli! 
Zəka seli aşıb-daşırdı. 
Mənəviyyat bulağı qaynayırdı. 
Biri vardı, biri yoxdu. 
Şirin bir nağıl vardı. 
 
68
Talelər 
 
Rütbədən salınmışdı – filosof olmuşdu. 
İnsanlığa yaramamışdı – filosof olmuşdu. 
Əxlaqdan uzaqlaşmışdı – filosof olmuşdu. 
Kələyə yaramışdı – filosof olmuşdu. 
Naxırdan ayrılmışdı – filosof olmuşdu. 
Arvadından qaçmışdı – filosof olmuşdu. 
Qazan qalaylayırdı – filosof olmuşdu. 
Soğan satırdı – filosof olmuşdu. 
Rüşvətdə tutulmuşdu – filosof olmuşdu. 
Ədəbiyyatı bilmirdi – filosof olmuşdu. 
Riyaziyyatı bilmirdi – filosof olmuşdu. 
Tarixi bilmirdi – filosof olmuşdu. 
Dədəsini tanımırdı – filosof olmuşdu. 
Beyni zədələnmişdi – filosof olmuşdu. 
 
 
Hesabat 
 
– Mən görkəmli mütəfəkkirin ardıcıl materialist olduğunu  qəti 
surətdə sübut etmişəm. 
– Mən kitabxanadan yeni əlyazması kəşf eləmişəm. 
Mən müntəxabat yaratmışam. 
– Mən məxəzlərə enmişəm. 
–  Mən məişəti diriltmişəm. 
– Mən nikah fəlsəfəsi yaratmışam. 
– Mən fəlsəfəni şüarlaşdırmışam. 
– Mən fəlsəfəni qəzet materiallarıyla zənginləşdirmişəm. 
– Mən anketlər silsiləsi tərtib etmişəm. 
– Mən zəngin biblioqrafiya aşkar eləmişəm. 
– Mən iclası fəlsəfələşdirmişəm. 
Yazıq fəlsəfə. 
 


 
69
Baş filosof 
 
Kantı oxumağa ehtiyac duymadı. 
Hegeli oxumağa ehtiyac duymadı. 
Marksı öyrənməyə ehtiyac duymadı. 
Əyilmək dərsi öyrəndi. 
Susmaq dərsi öyrəndi. 
Gülümsəmək dərsi öyrəndi. 
Çağırdılar – yüyürdü. 
Buyurdular – əməl etdi. 
Bağırdılar – susdu. 
Baş filosof seçildi. 
Fəlsəfi əsər yazmadı. 
Fəlsəfəyə yaramadı baş filosof. 
 
Baş filosofdan bir az aşağı 
 
Hobbs dedi. 
Lokk dedi. 
Didro dedi. 
Helvetsi dedi. 
Mən ata mindim. 
 
Furye dedi. 
Füller dedi. 
Rassel dedi. 
Sartr dedi. 
Məni qonaq çağırdılar. 
 
Şopenhauer dedi. 
Nitsşe dedi. 
Berqson dedi. 
Kroçe dedi. 
 
Xəstələnmişdim. 
 
Gövdəli kitablar. Əlvan imzalar.  
“Körpə səmimiyyəti”. 
 
70
Ziyankar 
 
Çamadan daşımışdı Dayağına. 
Nəvaziş daşımışdı Dayağına. 
Özünə çamadan daşıyan tapılmadı. 
Nəvaziş daşıyan tapılmadı. 
Qəzəbləndi. 
Ziyandan yapışdı. 
Kimini təhqir elədi. 
Kimini alçaltdı. 
Kiminin müdafiəsini ləngitdi. 
Yenə sayılmadı. 
İstədi ziyandan əl çəksin – Bacarmadı... 
Alışmamışdı... 
 
Xeyirxah 
 
Platonumuzsan – bizə avtoreferat yaz. 
Aristotelimizsən – dissertasiyamıza əl gəzdir. 
İsamızsan – məqaləmizi sağalt. 
Musamızsan – tezisimizə duz qat. 
Tərif sənin olsun, qazanc bizim. 
 
Şəhid 
 
Akademiyaya seçmədilər. 
Özümü aynadan atacam – dedi. 
Eşitmədilər. 
Ən böyüyü mənəm – dedi. 
Eşitmədilər. 
Görün sizin başınıza nə gətirəcəm – dedi. 
Eşitmədilər. 
Hiddətindən çatlayıb öldü. 


 
71
İclasda dediklərim 
 
–  Kimə lazımsınız? 
Oxucularınız varmı? 
Şair – filosofluq eləyə bilir, bəstəkar – filosofluq eləyə bilir, rəssam 
filosofluq eləyə bilir, felyetonçu – filosofluq eləyə bilir, konferansye 
– filosofluq eləyə bilir, filosof – filosofluq eləyə bilmir. 
Sənətinizi dəyişin! 
Sürücü olun, satıcı olun! 
Fəlsəfəni özünüzdən xilas edin! 
Vicdanınız olsun! 
 
 
ƏDƏBİ GÜNLƏRİM 
 
Böyük tənqidçi 
 
Üç cild bəsit resenziya! 
İki soyuq, sönük monoqrafiya! 
100-ə  qədər elmi əsər saydırılan payız yarpaqları vasitəsiylə 
akademik seçildi! 
Akademik olduğu üçün böyük tənqidçi sayıldı. 
Sonra özünə carçı tapdı. 
Tərifləndi. 
Tərif inersiyasında böyüdü. 
Təhlil qüdrəti heçə bərabər idi. 
Filan yazıçı sosializm realizminə yiyələnib, filan yazıçı yox, filan 
kollektivləşmədən yazıb, filan sənayeləşmədən! 
Meydana girməzdi. 
Kənarda dayanardı. 
Meydandakılara moizə oxuyardı. 
Yerişindəki mənəmlik misilsiz idi. 
Sifətində ifadə görməzdim. 
Özünü gizlətməyi bacarırdı. 
 
72
“Bizə böyük tənqid gərək deyil” – deyirdi – “Gərək olsa paytaxtda 
yaranardı”. 
Mənə  əvəzsiz xidmət göstərdi. Pis tənqidçi olduğunu öz 
yaradıcılığıyla əyani sübut etdi. 
Sağ olsun! 
 
Fədakar şair 
 
Vətəni üçün ölürdü. Ancaq öldürmürdülər. 
Bəsləyirdilər,  əzizləyirdilər, rütbələndirirdilər, vəzifələndirirdilər, 
muzeyləşdirirdilər. 
Əlverişli fədakarlıq idi vətənpərvərin fədakarlığı. 
Ölürdü – firavanlığa yetişirdi. 
 
 
Yeni şeir 
 
Qafiyə lazım deyil! 
Vəzn lazım deyil. 
Fikir dumanlı olanda gözəldir. 
Sərbəstlik – kamillikdir. 
İdrakilik – hecaya sığmır, əruza sığmır. 
Dünyaya üz tutmalıyıq. 
Meridianlara, radiuslara sarılmalıyıq! 
Atom əsrinə layiq olmalıyıq. 
Başı aşağı, ayağı yuxarı gəzməliyik. 
Qatar poeziyası, təyyarə poeziyası yaratmalıyıq. 
İnanmadım intellektuallara, novatorlara. 
Bayağı gəldi mənə hay-həşirli manifestlər, mühakimələr. 
İldırım sürətiylə  dəyişən poeziya konsepsiyası  mənə bayağı 
göründü! 
Səsimi ucaltdım, sözümü dedim. 
Qılığa uymadım, hədədən qorxmadım. 
Özümə sadiq qaldım. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə