Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

 
119
GÜNƏŞ OĞLU 
 
– Oğlum  İkar, indi biz səmaya uçacağıq. Məni, ustadın Dedalı 
dinlə. 
Çox yüksəklərə qalxma, günəş  səni yandırar. Onun şüalarının 
hərarəti dağı, daşı əridir. Yandırıb kül eləyər səni günəş. 
Orta ölçüdən kənara çıxma. 
Nicat ondadır. 
Orta ölçüyə riayət edənlər salamat qalırlar. 
Özünə yazığın gəlsin. Günəşə yaxın getmə. Yanıb külə dönərsən. 
Aman günüdür! 
Səmanın üzərinə iki qanadlı insan qalxdı. 
Ənginlik və ucalıq fərəh qanadını qollara caladı və İkarın ürəyində 
anası Günəşə çatmaq istəyini alışdırdı. 
Günəş balasını çağırırdı, onu bağrına basmaq, öpmək, oxşamaq 
istəyirdi, neçə vaxt idi ki, o, övladının həsrətiylə qovrulurdu.  
İkar indi, yalnız səmada pərvazlanarkən anlamışdı ki, o, yerdə 
yaşasa da, əslində Günəşin oğludur, yerdə böyümüş, yaşa dolmuş olsa 
da, göydə doğulmuşdur. 
O, mütləq Anası Günəşin ağuşuna atılacaq, atılmalıdır, bu – 
qismətdir, aqibətdir. 
– Oğlum, əhdi pozursan, orta ölçüdən kənara çıxırsan! 
Günəşin təbəssümünə uyma! 
O, özünü tanımır. 
Hərarətinin dəhşətini hiss etmir.  
Səni bağrına basanda səni öldürəcəyini bilmir. 
Onun hərarəti ölümcüldür, oğul! 
Həsrət hərarəti daha da artırıb. 
Günəşə çatan kimi məhv olacaqsan! 
Aşağı en, oğul. Özünə yazığın gəlsin! 
–Enə bilərəmmi, ustad? 
Anama qovuşmaq ehtirasına qalib gələn qüdrət varmı? 
Təhlükə həvəsimdən gücsüzdür, ustad. 
Anamsız yaşaya bilərəmmi? 
 
120
Bağışla məni. Orta ölçüyə əməl edə bilmədim, onda qala bilmədim, 
dayana bilmədim. 
Anam – Günəş məni çağırır. 
Əlvida! 
 
II 
 
Günəş balasını bağrına basdı. 
Günəşin hərarəti  İkarın cisminə yayıldıqca, onun qəlbini sevinc 
atəşi doldururdu. 
Yanıb külə dönən İkar bəxtiyarlığın zirvəsinə çatmışdı. 
 
30 Şölə  5-ci il. 
(30 iyun 1984-cü il). 
 
 
TANTAL AQİBƏTİ 
 
– Su, məndən niyə qaçırsan? Yanğımı söndürmürsən? 
Qaya, mənim başımın üstündən niyə  çəkilmirsən, məni niyə 
qorxudursan? Zevsdənmi qorxursan? 
Mən Zevsdən qorxmadım, özümü ona bərabər saydım. 
Zevs məni əbədi yanğıya və əbədi qorxuya məhkum etdi. 
O bilirdi ki, sən su və sən qaya onu eşidəcəksiniz. Onun hökmünə 
tabe olacaqsınız. 
Siz Zevsə baş əyməsəydiniz, o mənə qalib gələ bilməzdi. 
Onu Zevs eləyən sizsiniz, sizin köləliyiniz, mütiliyinizdir. 
Zevs ona görə var ki, siz yoxsunuz. 
Sən, su, yoxsan. Zevsin əmriylə yox olmusan, çünki sənin  əsl 
təbiətin, dünyada yerin – yanğı söndürməkdir. 
Sən isə yanğını söndürmürsən, alışdırırsan, çağırırsan, cəlb edirsən 
və yoxa çıxırsan, susuzluq yaradırsan. 
Sən susan, ancaq Zevsin havasıyla susuzluq oyunu oynayırsan. 
Özünə yad olursan. 
Xilaskarsan – günahkar olursan, nicat verənsən – fəlakət gətirirsən. 


 
121
Qaya, sənin qismətin göylərə baş vurmaqdır, mənim başımın 
üstündə əyilmək deyil. 
Sən dünyaya Tantalı qorxuzmaq üçün gəlməmisən, torpağın, yerin 
vüqarı olmaq üçün gəlmisən. 
Sən yüksəkliyi, saflığı, sonsuzluğu təsdiq eləmək üçün yaranmısan. 
Ancaq cəlladlığı təsdiq eləyirsən
Mən həmişə sənin kimi olmağa can atırdım. 
İndi sən mənim qəddimi əyirsən. 
Zevs səni fəlakətli günə saldı. Özünə oxşamırsan. Başımın üstündə 
durursan və “başına uçacağam” deyə məni hədələyirsən.  
Sənin isə dünyanı bəzəmək imkanın var idi. 
Bir an, bir məqam üçün Zevsi eşitmə, su! Qoy səndən bir qurtum 
içim, yanğım bir az azalsın. 
İnan ki, Zevs səndən güclü deyil, o səni cəzalandıra bilməz. Onun 
buna qüdrəti çatmaz. Təlqin tilsimindən ani də olsa qurtar. 
Zevsin gücü yalnız ondadır ki, özünün səndən güclü olduğunu sənə 
təlqin edə bilib. 
Səni inandırıb ki, səni məhv edə bilər.  
Bircə dəfə cürət göstər, tərpən və görəcəksən, biləcəksən ki, Zevsin 
qüdrəti hədsiz deyil, onu hədsiz eləyən sənin və  sənin kimilərinin 
zəifliyi, zəlilliyi, təlqinə uymalarıdır.  
Sən, qaya, bircə anlıq Zevsi eşitmə, görəcəksən ki, o, sən qayaya 
heç nə edə bilməz. 
Sən, qaya, Zevsin qüdrətindən kənardasan. 
O səni özünün hüdudsuz Qüdrətinə inandırıb, bunu sənə  təlqin 
edib. 
Bir məqam, bir an daxilində özünə inan, Zevsə baş  əymə, qaya 
vüqarını özünə qaytar; onda görəcəksən, biləcəksən ki, Zevsin hök-
münə baş əymədən də yaşamaq olur və əsl yaşamaq elə budur. 
Kiçik bir addım atmalısan, lap kiçik, sonra həqiqəti biləcəksən. 
 
xxx 
Su Tantalı  eşitmədi, Qaya Tantalı  eşitmədi, Tantalın yanğısı 
sönmədi, əzabı azalmadı. 
30 Şölə 5-ci il. 
(30 iyun 1984-cü il). 
 
122
EDİPİN  DEMƏDİKLƏRİ 
 
– Atam Layı  mən öldürməmişəm, Zevs öldürüb. Anamı  mən 
özümə arvad eləməmişəm, Zevs eləyib. Mən hələ dünyaya 
gəlməmişdən Zevs mənim əlimlə atamı məhv edib. 
Mən hələ dünyaya gəlməmişdən Zevs anamın namusuna toxunub. 
Mən dünyada yaşamamışam, Zevsin aldanışında yaşamışam. 
Mən qoca bir kişini atdan salmışam, atamı öldürməmişəm. 
Mən mərhum  şahın yaşlı qadınına evlənmişəm – anama 
evlənməmişəm. 
Mən atamı axtarmışam, Zevs atamı öldürüb. 
Mən anamı axtarmışam, Zevs onu mənə arvad eləyib. 
Mən yaşamamışam – Zevs yaşayıb. 
Dünyada yaşayan yalnız Zevsdir. 
Məni atamın yuxusuna gətirən də Zevsdir, öldürməyən, salamat 
qoyan da Zevsdir, özgə əllərdə böyüdən də Zevsdir, atamı axtarmağa 
yola salan da Zevsdir, qatil edən, rüsvay edən də Zevsdir. 
Dünyada Zevsdən başqa yaşayan yoxdur. 
Atam Laya müdhiş cəza göndərən də odur, həmin cəzanı qətiyyətlə 
həyata keçirən də odur. 
Biz insanlar yaşamırıq. Yaşayan Zevsdir. 
Atam yaşamaq istədi, cəzanı taledən qovmaq istədi. 
Zevs ona sübut etdi ki, yaşamır, yaşaya bilməz, cəza mütləq onu 
tapacaq, çünki Zevsin iradəsinin qarşısında heç nə dura bilməz. 
İnsanlar yaşamırlar, yaşayan yalnız Zevsdir. 
İnsanlar yaşamır, çünki istəkləri özlərindən asılı deyil, Zevsdən 
asılıdır. 
İnsanlar yaşamır, çünki özlərinin sahibi deyillər. 
Təhlükədən xilas olmaq istəyirdi Lay, “taleyim öz əlimdədir”, – 
deyirdi Lay, “Edipi öldürün, Zevsin hökmü həyata keçməsin!” – 
söyləyirdi Lay. Ancaq o unutmuşdu ki, əsl hökm Zevsindir, çünki 
Layın sahibi odur. 
Atam özünü müstəqil saymışdı, yadından çıxarmışdı ki, Zevslər 
dünyaya onların iradələrini əllərindən almaq üçün gəlirlər. 
Zevs varsa, sən yoxsan. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə