Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

 
127
Döyüşün gözəlliyi əslində çirkinliyin təsdiqidir. 
Qüdrət – qəddarlıq tələb edir. 
Qələbə – olüm! 
Şöhrət – fəryad, nalə! 
Əzəmət – nifrət! 
Cürət – qan! 
Döyüşdə bahar unudulur, çiçək unudulur, məhəbbət unudulur, 
mərhəmət unudulur! 
Döyüş – həqarətdir. 
Ancaq dünya onu sevir. 
Dünya böyük səhv üzərində qurulub.  
Gəl, dünyanın halına ağlayaq. 
Döyüşdə eybəcərlik meydan oxuyur. 
Torpağın üzərində meyid otları qalxır, çaylar qan seli daşıyır, üfu-
nət aləmi bürüyür, əllər quduzlaşır, ürək bədəni tərk edir, heyvan 
insanı üstələyir, insan ölümü əvəz edir, ölüm nəşəsinə dalır. 
Döyüş başkəsənləri ucaldır. 
Dünya böyük səhv üzərində qurulub, Priam ata! 
Gəl, dünyanın halına ağlayaq. 
Döyüş zamanı dağ dağa bənzəmir, yer yerə bənzəmir, insan insana 
bənzəmir, fəsillər pozulur, ömürlər ahəngini itirir, nalə  səsi səmanın 
qulağını batırır, meşələr qan sızır. 
Dünya bunu yüksəklik sayır. 
Qalib yırtıcıya səcdə qılır. 
Məğlub yırtıcıya acımır.  
Deyir ki, düşməndə insanı görmə, insafı unut, hiddəti alışdır, qan 
hərisliyinin qarşısına bənd çəkmə, göz yaşına, fəryada məhəl qoyma, 
məsumluğa, saflığa məhəl qoyma, ümidə, arzuya məhəl qoyma! 
Dünya böyük səhv üzərində qurulub.  
Gəl, dünyanın halına ağlayaq. 
Belə yaşamışıq, belə yaşayırıq! 
Qatilliyimizə dünya əhsən oxuyur.  
Mən Hektoru yerlə sürüyəndə dünya mənə əhsən dedi.  
Əslində o, məni lənətləməliydi. 
O, mənə deməliydi ki, Hektorun meyidinə  həqarətin – misilsiz 
qəbahətindir. 
 
128
Həmin məqamda sən insaniliyindən ayrıldın. 
Dünya mənə bunu demədi. 
Məni alqışladı. 
Mən dünyada qatilliyimə, cəlladlığıma görə yüksəlmişəm. 
Sərkərdəliyimi gecə-gündüz mədh edirlər.  
Mən isə sevmək və sevilmək üçün dünyaya gəlmişəm.  
İnsanilik həsrətindəyəm. 
Dünya böyük səhv üzərində qurulub, qoca Priam!  
Gəl, dünyanın halına ağlayaq. 
Hektor döyüşə çıxmasaydı, Hektor olmazdı. Əslində isə o, döyüşə 
çıxmamalıydı! 
Bunun üçün gərək Troya müharibəsi olmayaydı! 
Dava meyindən heç kəs içməyəydi! 
Paris Yelenanı qaçırmayaydı, Hektor qəhrəmanlığına ehtiyac 
yaranmayaydı! 
Başqa dünyada yaşamalıydıq. 
Dünya böyük səhv üzərində qurulub, qoca Priam!  
Gəl, dünyanın halına ağlayaq. 
Döyüş olmasa, rəşadət də olmaz! 
Onda Axilleslər vəsf olunmaz! 
Qoy vəsf olunmasın! 
Qoy döyüş rəşadəti olmasın! 
Məhəbbət rəşadəti olsun! 
Mərifət rəşadəti olsun! 
Ülviyyət rəşadəti olsun! 
Dünya böyük səhv üzərində qurulub, Priam ata. 
Gəl, dünyanın halına ağlayaq! 
Dünya kökündən dəyişilməlidir. 
Tamam yeni dünya yaranmalıdır. 
Ancaq biz onu bacarmarıq. 
Bunun üçün dünyaya başqaları  gəlməlidir. Gələcəklərmi, 
bacaracaqlarmı? 
Dünya böyük səhv üzərində qurulub, qoca!  
Gəl, dünyanın halına ağlayaq! 
2 Od 5-ci il. 
(2 iyul 1984-cü il). 
 


 
129
QABİL ETİRAFI 
 
– Allahı öldürə bilməyəndə, bəndəni öldürürlər. 
Habili öldürməklə mən bəndəliyi öldürmək istəyirdim. 
Düşünürdüm ki, Allahları yaşadan bəndəlikdir. 
Bəndəlik ölən kimi Allah da öləcək. 
Qardaşım Habil ən sadiq bəndə idi. 
Ən saf  bəndə idi. 
Ən məsum, günahsız bəndə idi. 
O, məni hiddətləndirirdi. 
Allaha düşünmədən səcdə qılırdı. 
Düşüncədə şübhə yaşayır. 
Habil düşüncəni daxili aləminə yaxın qoymurdu. 
Gecə-gündüz Allaha sitayiş edirdi. 
Kimə sitayiş etdiyini əməlli-başlı bilmirdi. 
Səcdəgahının səcdəyə layiq olub-olmaması qardaşımı düşündür-
mürdü. 
Mənə elə gəlirdi ki, o, düşünməkdən qorxur. 
Düşünmək narahat olmaqdır. 
Habil narahat yaşamaq istəmirdi. 
Düşünmək – başqalarından seçilmək, fərqlənməkdir. 
Habil fərqlənmək, cəmdən ayrılmaq istəmirdi. 
Cəmlə eyniləşmək onun təbiətinə uyğun idi. 
Cəmdən kənarda yaşamaq üçün güclü olmalısan! 
Habil özünə inanmırdı. 
Bu səbəbdən də cəmdən qopmurdu. 
O, çayda damla olmağa razı idi, bununla barışırdı, çaydan kənarda 
itməyindən qorxurdu. 
Buna görə də mən Habilə acıqlıydım. 
Qardaşımın daxili aləmində küləklər əsmirdi, göl durğunluğu vardı 
onun xilqətində, təlaş burulğanına düşmürdü, düşməyəcəkdi qardaşım, 
şübhə odunda yanmırdı, yanmayacaqdı qardaşım, mənim isə içim 
göynəyirdi: 
Əgər Allah səcdəyə layiqdirsə, o bu dünyanı niyə yaratdı? 
 
130
Ani səadət – sonsuz fəlakət, ani sevinc – sonsuz iztirab, ani həqiqət 
– sonsuz yalan, həyata keçməyən arzular, azdıran yollar, zalımlıqlar, 
çirkinliklər, rəzalətlər dünyasını yaradanı böyük saymaq olarmı? 
Nə vaxt əlimizdən tutdu, kömək elədi, nicat yolu göstərdi bizə 
Allah? 
Nə vaxt ədalətli hökm çıxartdı, yaxşını qiymətləndirdi, pisi pislədi 
Allah? 
Nə vaxt günahsızı günahlının,  əsili xəbisin, gözəli eybəcərin 
cəngindən qurtardı? 
Nə vaxt alini alçaltmadı, alçağı ucaltmadı? 
Nə vaxt ləyaqətlini tapdalamadı? 
Nə vaxt cəlladı aşiqdən üştün tutmadı? 
Nə vaxt vicdanlının aqibətini vicdansıza tapşırmadı? 
Nə vaxt göz yaşlarından sel yaratmadı, belləri  əymədi, mərdə 
qıymadı, ədaləti təqib etmədi, həqiqəti didərgin salmadı? 
Hansı suyu bulandırmadı, hansı ocağı söndürmədi, hansı  çırağı 
keçirmədi, hansı sinəyə dağ çəkmədi, hansı təmizi çirkaba bulamadı? 
Allahın nəyi böyükdür? 
Nəyi səcdəyə layiqdir? – deyə yanıb-yaxılırdım. 
Bəndələr isə Allaha dua oxuyurdular. 
Bunlardır, bu mənəvi  əlillər, korlar, karlar, lallardır Allahın 
böyüklüyünü yaradan, – deyə düşünürdüm. 
Bəndəlik aqibətidir insanları rəzalətlə barışdıran. 
Bəndəliyi öldürmək lazımdır, həm də onun ən parlaq timsalında. 
Bu fikir məndən artıq və məndən güclü idi. 
O, həyata keçməliydi, keçməyə bilməzdi. 
Dünyada qardaşım Habil inamında bəndə yox idi. 
Dünyada qardaşım Habil yüksəkliyində möminlik yox idi. 
Dünyada qardaşım Habil sədaqətində Allaha xidmət yox idi. 
Habil – bəndəliyin misilsiz təcəssümü idi, bəndəlikdən artıq timsalı 
idi. 
Onun paklığı yalançı böyüklüyün dəhşətinə bərabər idi. 
Ona görə də Habil ölməliydi! 
Dəhşət dəhşət yaratmalıydı və yaratdı. 
Mən həm də Habili rəzil dünyadan xilas etdim. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə