Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə21/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

 
115
Çünki öz sözün yoxdur. 
Özünü dağa-daşa çırpıb həlak olursan. 
Görünməzdin, yenə də görünməz olursan. 
 
28 Şölə 5-ci il. 
 (28 iyun 1984-cü il). 
 
 
KASSANDRANIN  MONOLOQU 
 
– Mən – sizin divanə saydığınız, Aqamemnon əsiri  Kassandra – 
deyirəm ki, Troya məhv olacaq, onun xarabazarlığında bayquşlar 
ulayacaq. 
Fəqət siz – ağıllılar mən – divanəyə inanmayın! 
Həyatın gözünə düz baxmayın! Gerçəkliyi uydurun! Şən, rahat, 
firavan yaşayın! 
Siz ağıllılar, qorxmayın, sizdən döyüş rəşadəti tələb olunmayacaq, 
siz düşmən ordusunun qarşısında  əsim-əsim  əsməyəcəksiniz, ölümün 
pəncəsi sinənizə çökməyəcək! 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz ağıllılar, nəşənizdən, işrətinizdən qalmayın, usanmayın! Şəhvət 
şirnisindən doyunca qidalanın! 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz ağıllılar, rütbə, hakimlik dəbdəbəsindən, var-dövlət həvəsindən 
əl çəkməyin, qoy onlar sizi sərsəri həqiqətdən qorusun. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz ağıllılar, güzəran xoşhallığından, məişət xoşbaxtlığından 
ayrılmayın.  
Peyğəmbərlik – dəlilikdir. Kassandraya inanmayın! 
Siz ağıllılar, fitnənizdən, fəndgirliyinizdən çəkinməyin, ömrün 
ahəngini, axarını dəyişməyin! 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz ağıllılar, zamanın havasına coşğunluqla oynayın, qoy sevinc 
sədası həqiqətin səsini batırsın. 
Kassandra sərsəridir, onu eşitməyin! 
 
116
Siz ağıllılar, böyük fikri, böyük kədəri, böyük əzabı qəlbinizə yaxın 
qoymayın. 
Qoy hərcayilik ürəyinizi düşüncə hücumundan qorusun. 
Peyğəmbərlik dəlilikdir. Kassandraya inanmayın! 
Siz ağıllılar, yaratdıqlarınızın əbədiliyinə, bənzərsizliyinə, əvəzsiz-
liyinə sönməz inamınızdan dönməyin. 
Divanə hıçqırıqlarına gülün! 
Xülya badəsindən aralanmayın. 
Fərəh olmayan yerdə o, sizə fərəh gətirəcək, səadət olmayan yerdə 
səadət! 
Bugünün qapısını sabahın üzünə bərk bağlayın. 
Elə edin ki, sabah bugünün üzərinə işıq sala bilməsin.  
Divanə Kassandraya inanmayın, o sayıqlayır. 
Özünüzə  məftunluğunuz, heyranlığınız bir an da azalmasın, 
daxilinizdəki zülməti görməyin. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Yalandan qaçmayın. Aldadın, aldanın, aldanışla yaşayın, yaşadın. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Əxlaqı könül evindən qovun, vicdanı ömrünüzdən sürgün edin, 
xəbisliyi əsillik sayın. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Yırtıcı ehtirasları alışdırın, qoy onun işığında fəlakət görünməsin. 
Divanə Kassandranı eşitməyin, susdurun, susmasa – öldürün! 
Ancaq Troya mütləq məhv olacaq... 
 
28 Şölə 5-ci il. 
(28 iyun 1984-cü il). 
 
 


 
117
NARSİS HƏSRƏTİ 
 
Bir dəfə İnsan oğlu – Narsis özünü çayın sularında gördü. 
Bu, onun cismani surəti idi. 
Ancaq Narsis cismanidə cismanidən böyük Mahiyyəti görə 
bilmişdi. 
Həmin mahiyyət onun real mövcudluğundan hədsiz dərəcə gözəl, 
mənalı və ülvi idi.  
Narsis ona vuruldu. 
Onun heyranlığının həddi-hüdudu yox idi. 
Mahiyyət əbədi, sonsuz və kamil idi. 
Real Narsis keçici, qeyri-kamil və ölümlü idi. 
Adi Narsis – ali Narsisi, natam Narsis – bütöv Narsisi, naqis Narsis 
– xalis Narsisi sevmişdi. 
O, vüsal arzulayırdı, özünə yetişmək diləyirdi. 
Yollara çıxırdı. Sevgilisini uzaqdan görürdü. 
“Gözlə məni, gəlirəm”, – deyə dillənirdi. 
“Sənsiz yaşaya bilmirəm”, – deyə fəryad qoparırdı. 
Küləkdən tez əsirdi, quşdan tez uçurdu, ancaq Mahiyyətə çata 
bilmirdi.  
Narsis sevgilisinə yaxınlaşdıqca, sevgilisi ondan uzaqlaşırdı. 
– Sən mənə qovuşa bilməzsən, – deyirdi... 
Sən zahirsən, mən daxiləm! 
Sən nöqsanlısan, mən kamiləm! 
Sən bəsitsən, mən ülviyəm! 
Sən nisbisən, mən Mütləqəm! 
Sən mənə çata bilməzsən! 
Sən mən ola bilməzsən! 
Sənin qismətin – cəhddir, səydir, hicrandır – vüsal deyil! 
Sən mahiyyət ola bilməzsən! 
Ancaq özündə  də qala bilmirsən, daim özünlə  mənim aramda 
addımlayırsan. 
Mənə can atacaqsan, öz can evindən çıxacaqsan, ancaq mənə 
çatmayacaqsan! 
Qismətin budur. 
 
118
Narsis iradəsinə güc elədi, eşqini qəlbindən qoparıb atmaq istədi, 
öz balaca Məninə  pərçimlənmək istədi, ancaq bacarmadı, məhəbbət 
ömrünə hakim oldu.  
Yenə yola düzəldi. 
Sevgilisini dağ zirvəsində gördü, zirvəyə çatdı – sevgilisinə çata 
bilmədi, istəklisini səma ucalığında gördü, səmaya çatdı, istəklisinə 
çatmadı, naləsi yerə-göyə sığmadı: 
–  Bircə anlıq dayan. Sifətim sifətinin,  əllərim  əllərinin, dodağım 
dodağının əsiridir. 
Ya da öldür məni. 
Sənsiz yaşaya bilmirəm, – dedi. 
– Dayana bilmərəm. Dayansam, sən olaram. Öldürə də bilmərəm 
səni. Sən mənim gerçəkliyimsən. 
Sənsiz mən gerçəklikdən məhrum olaram. 
Sən yaşamalısan, mənim eşqimlə alışıb-yanmalısan, mənə şiddətli 
həvəslə can atmalısan, ancaq mən olmamalısan, mənə çatmamalısan! 
Mən sənin əbədi həsrətin, iztirabın və bəxtiyarlığınam. 
Sən mənim arxamca gəlməlisən, gəlirsən, gəlməyə bilməzsən! 
Ancaq sən mənə ən yaxın olanda belə məndən uzaq olacaqsan! 
Çünki gerçəklik Mahiyyətə bərabər ola bilməz! 
Ancaq sən özündə də qala bilməzsən. 
Həmişə vüsala can atan və həmişə hicranda yaşayan xilqət.  
Sən busan. 
Mahiyyətdən aşağı, özündən yüksək. 
Bu səddi aşa bilməzsən. 
 
II 
 
Neçə min ildir ki, Narsis yollardadır. 
Vüsal istəyir, hicrana çatır. 
Sevgilisinə yaxınlaşdıqca, sevgilisi ondan uzaqlaşır. 
Ancaq aşiq yolundan dönmür. 
 
30 Şölə 5-ci il. 
(30 iyun 1984-cü il). 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə