Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə20/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

 
107
Zaman düşdü yadıma, 
Cavan düşdü yadıma, 
Yaman düşdü yadıma, 
Çatmadı imdadıma. 
 
Zülmün qaşı çatıldı, 
Mərd namərdə satıldı, 
Düzlərə dolu yağdı, 
Dağlara daş atıldı. 
 
Dərdə dərman dərd olur, 
Dərd dərmandan mərd olur
Həmdərdi olmayana – 
Dərd özü həmdərd olur. 
 
Zülmətdə alış, könül! 
Günəşlə yarış, könül! 
Həmsöhbət tapmayanda 
Özünlə danış, könül! 
 
Sabah öləcək gecə, 
Nura dönəcək gecə, 
Söz yığır ürəyinə, 
Nə vaxt dinəcək gecə? 
 
Gecənin ömrünə baxt 
Dərd yazıb varaq-varaq
Nə dinir, nə danışır, 
Gecədə dözümə bax! 
 
Könül dağlayır gecə! 
Yara bağlayır gecə! 
Hamı aşkar ağlayır – 
Pünhan ağlayır gecə! 
 
 
108
Qəlbim qəmə yar oldu, 
Günüm ahu-zar oldu, 
Rəngim ağ idi bir vaxt, 
Dərd çəkməkdən qaraldı. 
 
Neçə dəfə sinəm üstə çökdü ölüm, 
Son məqamda pəncəsini çəkdi ölüm, 
“Qoy yaşasın! – dedi – hələ, arzuludur!” 
Həm sərtlikdə, həm mərdlikdə təkdir ölüm! 
 
Davadayam – düyündəyəm! 
Vətənimlə – bir gündəyəm! 
Vətənimdə – sürgündəyəm! 
 
Arif oldum aqillərin dünyasında! 
Zərif oldum adillərin dünyasında! 
Hərif oldum zaillərin dünyasında! 
Qərib oldum cahillərin dünyasında! 
 
Mən cəfanı sevmişəm! 
Səfa qoy sənin olsun! 
Dərdim dünyadan böyük, 
Dərdsiz düşmənin olsun! 
 
Cəsarətdən ayıldı, 
Həqiqətdən ayıldı, 
Ədalətdən ayıldı, 
Yetkin insan sayıldı. 
 
Ədalətə ölüm yardır, 
Haqq ölümə tərəfdardır, 
Bütün bəşər günahkardır, 
Günah varsa – cəza vardır! 
 


 
109
Xəbis ilqarlı olmur, 
Həris vüqarlı olmur, 
Vicdansızdır varlılar – 
Vicdanlı varlı olmur. 
 
Qarlı dağlar aşmışam! 
Sellər kimi daşmışam! 
Qışda yaşa dolmuşam – 
Yazda cavanlaşmışam! 
 
Köpükləşən dünyamız! 
Kəpəkləşən dünyamız! 
Kötəkləşən dünyamız! 
Köpəkləşən dünyamız! 
 
Sevdalı sevdasızlar! 
Sədalı sədasızlar! 
Həyalı həyasızlar! 
Atalı atasızlar! 
 
Ürəkli ürəksizlər! 
Diləkli diləksizlər! 
Gərəkli gərəksizlər! 
Köməkli köməksizlər! 
 
Korsan – xəbərin varmı? 
Karsan – xəbərin varmı? 
Kalsan – xəbərin varmı? 
Lalsan – xəbərin varmı? 
 
Ölüdür – sağ görünür. 
Qaradır – ağ görünür. 
Çəpərdir – bağ görünür. 
Çınqıldır – dağ görünür. 
 
 
110
Yalan dərdik – bar yerinə
Yalan sevdik – yar yerinə, 
Yalan yedik – bal yerinə, 
Yalan tapdıq – var yerinə. 
 
Yalan gəzdi qayalarda, 
Yalan axdı dəryalarda, 
Yalan bitdi səhralarda, 
Yalan çaxdı səmalarda. 
 
Sağ ol, bədən, odlanmadın! 
Sağ ol, ağıl, aldanmadın! 
Sağ ol, ürək, dayanmadın! 
Qızıl qana boyanmadın! 
 
Sağ ol, dodaq, yarılmadın! 
Sağ ol, ayaq, yorulmadın! 
Sağ ol, səbr, daralmadın! 
Sağ ol, ömür, qırılmadın! 
 
Sağ ol, vüqar, əyilmədin! 
Sağ ol, inam, döyülmədin! 
Sağ ol, vicdan, söyülmədin! 
Ayaqlara sərilmədin! 
 
 
 
 
 
 
 
 
 
 
 


 
111
 
 
 
 
 
 
 
 
 
 
FƏLSƏFİ    HEKAYƏT 
 
112
 
 
 
 
 
 
 
 
 
 
 
Əsatir  əsasında fəlsəfi-bədii yaradıcılığın tarixi 
qədimdir. Mifoloji təfəkkür ilə daxili dünyam arasında 
doğmalıq gördüm. 
Əsatir toxumundan fəlsəfi bədiiyyat meyvəsi yetirdim. 
Əsatir pətəklərini fikir balımla doldurdum. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
113
ƏKS-SƏDA 
 
Əks-sədanın öz sözü yoxdur. Özgə sözünün təkrarıdır  əks-səda. 
Ona görə də ürəyindəkiləri deyə bilmir. 
İçəridən yanır, göynəyir, ancaq dərdini izhar edə bilmir. 
Əks-sədanın peşəsi özgələrin son sözünü təkrarlamaqdır.  
Özgələrin son sözündə başlayır və qurtarır əks-səda. 
Özgələr qurtaranda başlayır əks-səda! 
Özgələrin sonunda yaşayır əks-səda! 
Özgələrin sonunu dağlara, daşlara yayır, çəmənlərə səpir, sulara 
qatır əks-səda! 
Özgələrə yararlı olur, özünə yad əks-səda! 
Qəlbindəkiləri heç kəs eşitmir, deməli, onu heç kəs tanımır, bilmir! 
Qəlbindəki qəlbində qalır, deməli, həyatda özü olmur! 
Sevdiyi əks-sədanı görmür, çünki onu dinləmir, özünü dinləyir. 
Əks-sədanın səsində sevgili özünün kölgəsini görür, əks-sədanı 
görmür. 
Kölgə sevilməz! 
“Səni sevirəm!” – demək istəyir  əks-səda sevgilisinə, – deyə 
bilmir. 
Əks-səda dünyaya gəlib ki, özgə sözünü aləmə yaysın. 
Özü üçün mövcud olmayan özgə üçün mövcud olarmı? 
Sən,  əks-səda ürəyindəkiləri sevdiyinə deməliydin, bulud kimi 
boşalmalıydın, şimşək kimi çaxmalıydın, bulaq kimi qaynamalıydın! 
Onda sevgilin səni görəcəkdi! 
Sən son sözün arxasında yox, ilk sözün bərabərində dayanmalıydın. 
Onda sevilərdin! 
Sevmək qismətinmiş, əks-səda! 
Həm də dəhşətin, fəlakətin! 
Sevdin – ürəyinə dağ boyda yük götürdün və yük həmişəlik 
ürəyində qaldı. 
“Tale həmişə haqlıdır” – deyirlər. 
Sənə münasibətdə o, haqsız idi. 
Dərd vermişdisə, dərman da verməliydi, duyğu zənginliyi 
vermişdisə, izhar imkanı da verməliydi. 
 
114
Tale sənə qıymışdı, əks-səda! 
Sevirsən – bilən yox, kədərlənirsən – bilən yox, heyrətlənirsən – 
bilən yox, səsləyirsən – eşidən yox! 
Məşəqqətdə qovrulursan – duyan yox! 
Balaca səsləri, balaca sözləri böyütdün, artırdın, yüksəltdin, yaydın, 
ancaq özün görünmədin. 
Özgələri yaşatdın, özün yaşamadın. 
Hamıya bənzədin, özünə bənzəmədin. 
Hamını təkrar etdin, özün olmadın. 
Hamıyla bir oldun, özünlə bir olmadın. 
Öz sözün yoxsa – yaşamırsan! 
Ömürlərə, talelərə, arzulara, fikirlərə, sözlərə əlavəsənsə – artıqsan! 
Fədailər – dünyada ən çox özü olanlardır. 
Çünki fədai özünü Amalda Mütləq mənada təsdiq edir. 
Fədai Amalda öz sözünü söyləyir. 
Fədai son söz olanda belə ilk söz olur. 
Fədai sədası əks-sədanı qabaqlayır! 
Yox deyilsən, əks-səda, ancaq gerçəklik üçün yoxsan! 
Lal deyilsən, əks-səda, ancaq gerçəklik üçün lalsan! 
Batində dolusan, zahirdə boşsan! 
Batində zənginsən, zahirdə səfilsən! 
Özgə sözündən, özgə səsindən asılısan! 
Özgə kəlməsinin son sözünü gözləyirsən! 
Həmin sözün özünə də yadsan! 
Çünki özündən uzaqsan! 
Sevgilinin son sözünü təkrarlayırsan. Ancaq həmin sözdə istədiyini 
tapmır, istədiyinə çatmırsan. 
Həmin sözdə məhəbbət yoxdur. 
Çünki sevgilin səni tanımır. 
Sevgilinin son sözünü ümidlə, riqqətlə gözləyirsən, bəlkə o, mən 
arzuladığımı dedi – deyə düşünürsən, ancaq o, sən deyəni demir, 
deməz, çünki o, səni görmür, əks-səda adlanan varlıq dünyada yoxdur. 
Səni səndən başqa görən yoxdur. 
Taleyinə hiddətlənirsən, aqibətini lənətləyirsən, ancaq özün ola 
bilmirsən. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə