Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə19/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

 
99
Kor görsədir. 
Kal öyrədir. 
Küt qandırır. 
Lal söylədir. 
 
Ağlın kor, 
Qəlbin kar, 
Ruhun lal – 
Xoş iqbal! 
 
Ölü dirilər! 
Quduz sürülər! 
Cərgəli cərgəsizlər! 
Ölkəli ölkəsizlər! 
 
Canlıya oxşayan kölgələr! 
Sahibə oxşayan kölələr! 
Diriyə oxşayan meyidlər! 
Kölgəyə oxşayan ölkələr! 
 
Günəş – göyün üzündə. 
Məna – ömrün izində. 
İşıq – mərdin gözündə, 
Dərman – dərdin özündə. 
 
Yolda qəza gözləyirəm. 
Zordan cəza gözləyirəm. 
Sonsuz qəzəb meydanında  
Sonsuz əzab gözləyirəm. 
 
Haqq kimiyəm – qocalmıram! 
Xalq kimiyəm – qocalmıram! 
Ay dolanır – il dolanır –  
Dağ kimiyəm – qocalmıram! 
 
 
100
İşıqda axtarma – gözündə axtar! 
Cığırda axtarma – izində axtar! 
Səadət çiçəyi diləsə könlün – 
Həyatda axtarma – özündə axtar! 
 
Alçalmısan doyunca! 
Əl çalmısan doyunca! 
Əzəmətli fırfıra, 
Həşəmətli oyuncaq! 
 
Dağlar mənim qardaşım! 
Çaylar mənim sirdaşım! 
Göylər mənim qohumum! 
Yollar mənim yoldaşım! 
 
Mərdi nalan öldürür. 
Düzü yaman öldürür. 
Fikri nadan öldürür. 
Sözü yalan öldürür. 
 
Şimşək yoxdur gurultuda,  
Nalə yoxdur  bağırtıda, 
Hər görünən olan deyil
İşıq yoxdur işıltıda. 
 
Yaşayıram həyatda, 
Bir nişanda, bir adda – 
Təhlükəylə oyunda, 
Ölümlə zarafatda. 
 
Ucalardan ucayam! 
Qocalardan qocayam! 
Böyüklərdən böyüyəm – 
Özümdən balacayam! 
 


 
101
Fəlakətdən güc alıram, 
Mətanəti dost sayıram, 
Kiçildirlər – böyüyürəm, 
Alçaldırlar  – ucalıram. 
 
Göy sənindir – qanad mənim! 
Zor sənindir – inad mənim! 
Qüvvətlisən – qüdrətliyəm! 
Gün sənindir – həyat mənim! 
 
Aldadanda – aldanmısan! 
Aldanışa inanmısan! 
Aldatmırsan, aldanmırsan! 
Yuxudaydın, oyanmısan! 
 
Cəza tapır güclünü. 
Qəza tapır güclünü. 
Əzab tapır güclünü. 
Savab tapır güclünü. 
 
Can qorxuya əsirsə,  
Ürək tir-tir əsirsə, 
Dizlərin titrəyirsə, – 
Özündən ayrılmısan! 
 
Vahiməli gözündə  
Düşmən dağa dönürsə, 
Ümid odu sönürsə, – 
Özündən ayrılmısan! 
 
Çirkabı bəzədilər, 
Günahı gözədilər, 
Hamıdan ləyaqətli, 
Hamıdan gözəldilər! 
 
 
102
İnsan harda gizlənib? 
Vicdan harda gizlənib? 
İman harda gizlənib? 
İnam harda gizlənib? 
 
Çirkabdan azad oldum. 
Günahdan azad oldum. 
Riyadan azad oldum. 
Boyadan azad oldum. 
Körpəydim, yaşa doldum! 
 
Yaxşıya yağı dünya, 
Yamanın dağı dünya, 
Sənə ölü gərəkdir, 
Neynirsən sağı, dünya! 
 
Qorxaq qorxur cəsarətdən, 
Xain qorxur sədaqətdən, 
Nadan qorxur həqiqətdən
Qəddar qorxur ədalətdən. 
 
Su – bulağın günahı. 
Söz – dodağın günahı. 
İz – ayağın günahı. 
Nur – çırağın günahı. 
 
Çirkab – bulaq hakimi. 
Yalan – dodaq hakimi. 
Axsaq – ayaq hakimi. 
Zülmət – çıraq hakimi. 
 
Bulud çöküb gözlərə, 
Günah çöküb üzlərə, 
Çirkab çöküb sözlərə, 
Qar ələnib izlərə. 


 
103
Zülmət ziyaya güldü, 
Riya həyaya güldü, 
Külək qayaya güldü... 
Ürək dünyaya güldü! 
 
Kölə – azad göründü. 
Kədərli – şad göründü. 
Zəlilləşən dünyada 
İgidlər yad göründü. 
 
Dərdə düşən ağlamaz! 
Sinəsini dağlamaz! 
Bahar mütləq gələcək – 
Qış baharı saxlamaz! 
 
Yadlıq – ərzin işində, 
Lovğanın yerişində, 
Saxtanın gülüşündə, 
Zamanın gedişində. 
 
Çiçəklər sinə dağlar,  
Sellər nərildər, çağlar,  
Külək dil deyib ağlar! 
Qartalsız qaldı dağlar! 
 
Göy imdada çatmadı, 
Yatanı ayıltmadı. 
Gələnlər gedər oldu
Gedənlər qayıtmadı. 
 
Qaranlıqlar söküldü. 
Torpağa nur töküldü, 
Ölüm gecə gəlmişdi, –  
Səhər çağı çəkildi! 
 
 
104
Qartal göydə süzmədi, 
Maral dağda gəzmədi, 
Ruh cəfaya dözəcək – 
Bəlkə bədən dözmədi! 
 
Nurdan duruydu bulaq, 
Dağdan uluydu bulaq
İnsana həmdəm oldu – 
Dərddən qurudu bulaq! 
 
Zəlil deyil – dəlidir. 
Zəli deyil – dəlidir. 
Zail deyil – dəlidir. 
Qafil deyil – dəlidir. 
 
Titrəyə-titrəyə sevinir, 
Titrəyə-titrəyə öyünür, 
Titrəyə-titrəyə söyülür, 
Titrəyə-titrəyə döyülür. 
 
Yalanı sevməmişəm, 
Yamanı sevməmişəm, 
Olmayanı sevmişəm – 
Olanı sevməmişəm. 
 
El yiyəsi, sayma məni! 
Çöl yiyəsi, sayma məni! 
Zor yiyəsi, sayma məni! 
Diri-diri soyma məni! 
Öz yerinə qoyma məni! 
 
Çirkabla salamlaşdım! 
Günahla salamlaşdım! 
Niqabla salamlaşdım! 
İnsandım – adamlaşdım! 


 
105
 
Ormanlarda böyümüşəm, 
Xırmanlarda döyülmüşəm, 
Adi gündə söyülmüşəm, 
Çətin gündə sevilmişəm. 
 
Bağladılar gözünü, 
Dağladılar sözünü, 
Tanımadın dünyanı – 
Tanımadın özünü. 
 
Qaya uçur – görən yox
Çıraq keçir – görən yox, 
Karvan köçür – görən yox, 
Ölüm biçir – görən yox. 
 
Bəd çağlarla görüşdüm, 
Qorxaqlarla görüşdüm, 
Alçaqlarla görüşdüm, 
Qaçaqlarla görüşdüm. 
 
Ucalar alçaq oldu
Sağlamlar naçağ oldu, 
Qeyrət məqamı gəldi, 
Qoçaqlar qaçaq oldu. 
 
Qorxaq deyil – dəlidir! 
Alçaq deyil – dəlidir! 
Yaltaq deyil – dəlidir! 
Sarsaq deyil – dəlidir! 
 
Gəlirlər – heç olurlar. 
Ölürlər – heç olurlar. 
 
 
106
Çirkabda doğulanlar! 
Günahdan yoğrulanlar! 
Qorxuda qovrulanlar, 
Namusdan qorunanlar! 
 
Azğınlıqla barışdıq, 
Pozğunluqla barışdıq, 
Quzğunluqla barışdıq, 
Mütilərlə yarışdıq. 
 
Can verənlər yaşayır! 
Xalqsevənlər yaşayır! 
Haqq deyənlər yaşayır! 
Qəm yeyənlər yaşayır! 
 
İlan daxilimizdə
Yalan daxilimizdə, 
Yaman daxilimizdə. 
Dərman daxilimizdə. 
 
Həyatın yükü – Yalan! 
Çirkabın kökü – Yalan! 
Günahın ilki – Yalan! 
İdrakın çirki – Yalan! 
 
Əzab qoruyur məni. 
Qəzəb qoruyur məni. 
Qəza qoruyur məni. 
Cəza qoruyur məni. 
 
Surətində sünilik. 
Ülfətində sünilik. 
Qüdrətində sünilik. 
Xilqətində sünilik. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə