Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

 
79
pənah gətirmək lazımdır. 
Həyatın Həyatdan böyük mənasına  
pənah gətirmək lazımdır. 
Mənəvi İntibah yaratmaq lazımdır. 
Müdriklər anıldı. 
Fədakarlar anıldı. 
Muğam anıldı. 
Saz anıldı. 
Dedim ki, insan şəraitdən üstündür. 
Dedim ki, şərait insanı yox, insan şəraiti yetirir. 
Dedim ki, ən pis şəraitdə belə, yaxşı insan kimi yaşamaq olar. 
Dedim ki, Şərq özündən ayrılıb, onu özünə qaytarmaq lazımdır. 
Dedim ki, Qərbi yamsılamaq – köləlikdir. 
Sifətlər durulanırdı, ürəklər isinirdi, gözlər nurlanırdı. 
 
 
II 
Qorxdular. 
Çaşdılar. 
Şübhələndilər. 
Çəkindilər. 
Təəccübləndilər. 
Təəssüfləndilər. 
Qeyzləndilər. 
Aralandılar. 
– Xatanı bizdən uzaq elə! – dedilər. 
Cəmiyyəti üzümüzə bağladılar. 
 
80
Sevildik 
 
Rayonlarda olduq – Sevildik. 
Şəhərlərdə olduq – Sevildik. 
Fəhlələrlə olduq – Sevildik. 
Tələbələrlə olduq – Sevildik. 
Müəllimlərlə olduq – Sevildik. 
Alimlərlə olduq – Sevildik. 
Pedaqoji İnstitutda “Kim Ocaqçı olmaq istəyirsə, ayağa qalxsın!” – 
dedim. 
Hamı bir adam kimi ayağa qalxdı. 
Rütbəlilərdən biri sonra donquldandı: 
“Heç bilmirəm mən necə qalxdım və niyə qalxdım”. 
 
Axın 
 
Mühazirəmə gəlirdilər: dalğa-dalğa, sel-sel! 
Görüşümə gəlirdilər: dalğa-dalğa, sel-sel! 
Yataqxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel! 
Kitabxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel! 
 
 
Kitablar 
 
Yeni fəlsəfə lazım idi. 
Yeni idrak lazım idi. 
Yeni mənəviyyat lazım idi. 
“İnsan” kitabını yazdım. 
“İnam” kitabını yazdım. 
“Cövhər”  kitabını yazdım. 
“Meyar” kitabını yazdım. 
Biri oxudu – yüzü eşitdi. 
Üzünü köçürtdülər. 
Ölkəyə yaydılar. 
 


 
81
 
TƏQİBLİ GÜNLƏRİM 
 
Birinci xəbərdarlıq 
 
– Ocağı söndür. 
– Görüşə getmə. 
– Bu rəsmi tələbdir. 
– Özünə yazığın gəlsin. 
 
İkinci xəbərdarlıq 
 
– Hörmətdən salarıq. 
– İşdən çıxardarıq. 
– Ölərsən. 
 
Məlumat 
 
Asif Əfəndiyev – Kürdəxanı kəndində öldürülüb. Meyidini götürən 
yoxdur. 
Asif Əfəndiyevin başı kəsilib Buzovna bağlarına tullanıb. 
Asif Əfəndiyevin qana qəltan olan bədəni morqdadır. 
 
 
Evladlara ultimatum 
 
– Atadan əl çəkin! 
Yoxsa özünüzdən əl çəkməli olarsınız! 
 
İttiham 
 
Antimarksist. 
Antikommunist. 
Revizionist. 
Millətçi. 
Pantürkist. 
 
82
Klerikalist. 
Anarxist. 
Faşist. 
 
Hökm 
 
Partiyadan çıxarılsın. 
İşdən çıxarılsın. 
Elmi dərəcəsi əlindən alınsın. 
Elmi adı əlindən alınsın. 
 
Getmələr, gəlmələr 
 
Ayrı-ayrı yerlərdə, ayrı-ayrı vaxtlarda. 
Ayrı-ayrı adamlarla. 
Ayrı-ayrı mövzularda. 
Ayrı-ayrı sorğular, yazılar. 
Ayrı-ayrı mənəvi təzyiqlər. 
Ayrı-ayrı tənəffüslər. 
Ayrı-ayrı başlanğıclar. 
Məqsəd bir: Ocaqsızlıq. 
 
Qardaş 
 
Anamın oğluydu – qardaşına yandı. 
Atamın oğluydu – qardaşına dərdləndi. 
Əmimin qardaşı oğluydu – yanımdaydı. 
Qanı qanımdandı, canı canımdandı – can yandırırdı. 
Birinci dəfə bütün aydınlığıyla qardaşlığı, qardaşı gördüm. 
Bənizi ağarmışdı – qardaşına görə. 
Sifəti qırışmışdı – qardaşına görə. 
Balacaydı məndən. 
Döyərdim uşaqlıqda. 
Xörək gətirdi qardaşına. 
Paltar gətirdi qardaşına. 


 
83
Səhərlər qardaşıyla oldu. 
Sifəti anamınkıydı! 
Qaşları anamınkıydı! 
Gözləri anamınkıydı! 
Sonbeşikdi. 
Gecələr yatmırdı anamın istəkli oğlu. 
Ağır yük düşmüşdü çiyninə. 
Kövrəldim. 
Qardaş oldu mənə çətin gündə qardaşım. 
Gördüm qardaşı çətin məqamda. 
Nənəmin nəvəsi yanımdaydı. 
Babamın nəvəsi yanımdaydı. 
Qardaşlıydım! 
 
Evladlar 
 
Safruhum, Sadiqim! 
Doqquzuncu mərtəbəyə su daşıyırdılar. 
Ataya keşik çəkirdilər. 
Atanı dolandırırdılar. 
Ata üçün ölməyə hazırdılar. 
 
TƏNHA GÜNLƏRIM 
 

Dedilər: Ayrılaq. 
Razılaşdım. 
Çamadanımı götürdüm. 
Şəhərə düşdüm. 
 
II. Dostumun evi 
 
Dostumun evində yaşadım. 
Tənhalığımdan ayrılmadım. 
İstedadlı adam idi dostum, ancaq həmişə istedadlı ola bilmirdi. 
 
84
Elə bil ki, istedadlı olmaqdan bezirdi. 
Xeyirxah adam idi dostum, ancaq həmişə xeyirxah ola bilmirdi. 
Elə bil xeyirxah olmaqdan bezirdi. 
Mehriban adam idi dostum, ancaq həmişə mehriban ola bilmirdi. 
Elə bil  mehriban olmaqdan bezirdi. 
Məhəbbətliydi dostum, ancaq həmişə məhəbbətli ola bilmirdi. 
Elə bil  məhəbbətli olmaqdan bezirdi. 
Cəsarətliydi dostum, ancaq həmişə cəsarətli ola bilmirdi. 
Elə bil  cəsarətli olmaqdan bezirdi. 
İnamlıydı dostum, ancaq həmişə inamlı ola bilmirdi. 
Elə bil  inamlı olmaqdan bezirdi. 
Həssasdı dostum, ancaq həmişə həssas ola bilmirdi. 
Elə bil  həssas olmaqdan bezirdi. 
Sədaqətli adam idi dostum, ancaq həmişə sədaqətli ola bilmirdi. 
Elə bil  sədaqətli olmaqdan bezirdi. 
Böyük duyğularla yaşayırdı; ancaq kiçik duyğulara da meyli 
vardı. 
Mürəkkəbdi dostum! 
Mürəkkəblik yadlıq yaradırdı. 
Yadlıq tənhalığı qoruyurdu. 
 
 
III 
Buzovnaya köçdüm. 
Axşamlar ulduzları salamladım. 
Səhərlər günəşi. 
 
 
IV 
Əhmədlidə özgə evində qaldım. 
Özgəliyi hər addımda nəzərimə çatdırdılar. 
Özgəliyi tam dərk etdim. 
Özgəlikdən diksindim! 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə