Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

 
61
Proletariat kapitalist sinfini ləğv edir, siyasi hakimiyyətə sahib olur 
və ideal cəmiyyət yaradır. 
Bütün bəlaların başı – xüsusi mülkiyyətdir. 
Xüsusi mülkiyyət ictimai (ümumi) mülkiyyətlə  əvəz olunanda 
bütün problemlər həll olunacaq, bərabərlik, qardaşlıq, ədalət bərqərar 
olacaq. 
İndiyə qədər olan fəlsəfə labüd şəkildə müasir, yeni, vahid fəlsəfəni 
yetirmək üçün yaranıb. 
Müasir fəlsəfəyə zidd nə varsa – cəfəngiyyatdır. 
Həqiqət birdir, o da bizdədir. 
Başqa həqiqət axtaranlar – heyvərə və canidirlər. 
Yalnız və yalnız... 
Fəlsəfə tədrisində fəlsəfə qurtarırdı. 
 
 
Özümünkülər 
 
Biri deyirdi: Cansızdır. 
O biri deyirdi: Kitab adamıdır, həyat adamı deyil. 
Başqası deyirdi: Fərdiyyətçidir. 
Digəri deyirdi: Səliqəsizdir! 
Biri deyirdi: Özünü bilikli göstərir. 
O biri deyirdi: Cavanlığını qurban verir. 
Başqası deyirdi: Oxumaqla dahi olmaq istəyir. 
Digəri deyirdi: Yəqin vergisinə inamı yoxdur. 
Biri deyirdi: Boydan balacadır. 
O biri deyirdi: Lütün biridir. 
Başqası deyirdi: Nəzakət qaydalarını bilmir. 
Digəri deyirdi: Özündən razıdır. 
Gündə yüz yol məni asırdılar, kəsirdilər özümünkülər.  
 
 
 
62
Kitabxana 
 
Hegeli oxuyurdum. Kəndimizi görürdüm. 
Platonu oxuyurdum. Kəndimizi görürdüm. 
Tolstoyu oxuyurdum. Kəndimizi görürdüm. 
Füzulini oxuyurdum. Kəndimizi görürdüm. 
Nəsimini oxuyurdum. Kəndimizi görürdüm. 
Musiqi tarixini oxuyurdum. Kəndimizi görürdüm. 
Rəssamlıq tarixini oxuyurdum. Kəndimizi görürdüm. 
Dünya tarixini oxuyurdum. Kəndimizi görürdüm. 
Vuruldum kitablara. 
Unutdum özümü, şəhəri, institutu, özümünküləri. 
Özümü təzədən oxudum, təzədən tapdım. 
 
 
Hiddətli səslər 
 
– Komsomoldan çıxarılsın! 
– İdealistləri oxuyur. 
– Dərsə gəlmir. 
– Bizi saymır. 
– Özünü böyük sayır. 
– Dili acıdır. 
– İntizamsızdır. 
– Laureatları ələ salır. 
– Sifətində istehza var. 
– Çıxarılsın. 
– Qovulsun. 
– Bizə bənzəmir... 
 
Növbədə  duranlar 
 
Dünya Matəm işindəydi. 
Stalin ölmüşdü.  
Şəhər  mərhumla vida növbəsinə durmuşdu. 


 
63
Uşaqlı, qocalı, qadınlı, xəstəli, şikəstli bütün şəhər. 
Növbədə gecələyirdilər, səhəri açırdılar. 
Bir-birini itələyirdilər. 
Ölənlər də vardı. Heç kəsin ölümü görünmürdü. 
Stalinə yas saxlayırdılar. 
Stalinin ölümü ildırım tək insanlar vurmuşdu. 
Unutmayacaqlar yəqin ki, rəhbərini növbədə dayananlar! 
Əziz tutacaq hörmətini rəhbərinin növbədə duranlar! 
Qoymayacaqlar “çirkaba qərq eləsinlər xatirəsini rəhbərin”! 
Kəsəcəklər “rəhbəri tarixdən silməyə çalışan” əlləri! 
Öləcəklər rəhbərin ləyaqəti naminə! 
Meyidini “murdar qəsddən” qoruyacaqlar... 
 
 
TƏLƏBƏLİ GÜNLƏRİM 
 
Müəllimlik 
 
Füzulidən danışırdım tələbələrimə. 
Nəsimidən danışırdım tələbələrimə. 
Bayrondan danışırdım tələbələrimə. 
Şekspirdən danışırdım tələbələrimə. 
Mənəviyyatdan danışırdım tələbələrimə. 
İdrakdan danışırdım tələbələrimə. 
Sifətlərə çökdüm, gözlərə çökdüm, ürəklərə çökdüm, talelərə 
çökdüm. 
 
 
Müdir 
 
– Salamı soyuq verirsən, bala. 
İnstitutun sütunuyam. 
Sən hələ anadan olmayanda mən külüng çalırdım elm yolunda. 
Ehtiyatlı ol biziynən... 
Sənin kimilərinin çoxunun belini qırmışam. 
 
64
Ürəyindən bizə dərs demək keçir, nədi? 
Çox öyrənməlisən hələ bizdən. 
O günkü məruzəndən də faşizm iyi gəlir. 
– Sizin danışığınızdan da idiotizm iyi gəlir, qocaman sütun. 
 
Katib 
 
Axsayırdı. Ancaq şəstli görünürdü. 
Başını yuxarı tutardı. 
Bütün vücudu “Məni tanıyın!” – deyirdi. 
Məkrdə güclüydü, çünki məhəbbətsizdi. 
Ləyaqəti tapdamağı sevərdi. 
Məkriylə qorxuzardı. 
İtaətə salmağı sevərdi. 
İşçiləri kölə görmək istəyirdi.  
Zərbəni birdən vururdu, bütün gücüylə vururdu, gözlənilməz 
şəkildə və gözlənilməz tərəfdən vururdu. 
Miqyaslı, müasir, savadlı, mahir qatil idi. 
İşdən qovdururdu İnstitutun ləyaqətini qorumaq bəhanəsiylə. 
Düşmənini sıradan çıxarırdı əxlaq bəhanəsiylə. 
Rəqibini yolundan kənara atırdı ədalət bəhanəsiylə. 
Əqidəsi hakimlik, ağalıq idi, ancaq əqidəli görünürdü. 
Daxili qara idi, sifətində süni işıq parlayırdı. 
Şəhvətli idi, zahid görünürdü. 
Əlacı olsaydı, ətrafındakıları cansız əşyaya, masaya, stula, təbaşirə 
çevirərdi. 
İstədiyini tam həyata keçirə bilmirdi. 
İçəridən yanırdı, ancaq büruzə vermirdi. 
Sifətinə ikrah yaradan bir gərginlik qonurdu. 
Özünü gizlətməli olurdu. 
Kabus olmaq istəyirdi – bacarmırdı. 
Mənə: partiya üzvlüyünə layiq deyilsən – dedi. 
Sənin kimilərin üzvü olduğu partiyaya girmək istəmirəm! – dedim. 


 
65
Rektor 
 
Kabinetindəki stolu dəfə çevirmişdi. Vaxtaşırı  səsləndirirdi. 
Tələbələrinə deyirdi ki, bircə  kərə  gəlin yanımdan nazlana-nazlana 
keçin, bəsimdir. Qoca kişiyəm. Qiymətləriniz məndə! 
“Həyat adamıdır!” – deyirdilər. 
“Hər üzünə var” – deyirdilər. 
Tədris kitablarının tarixindən yazıb alim olmuşdu. Müəllimlərinə 
qandırırdı ki, rüşvət alın, amma qədərində, ləyaqət çərçivəsində.  
Boğaz boydan aşağıdır. 
Elə yeyin ki, həmişə yeyəsiniz. 
Dəli-dolu müəllimləri pullandırıb kurortlara yollayırdı. 
Ağızlarını qapayırdı. 
Adına Rokfeller deyirdilər – qürrələnirdi. 
Balaca rüşvətxorları tutdururdu. İnstitutun şərəfini qoruyurdu. 
Hörmətliydi, izzətliydi. 
Dünyanın yarısını gəzdi. 
Evladlarına, nəvəsinə, nəticəsinə, qohumuna, qərəvəsinə yaradı. 
Onları evli-eşikli, varlı-dövlətli, rütbəli, vəzifəli elədi. 
Nümunəyə çevrildi. 
“Kişi belə olar” – dedilər. 
Pərəstişkarları artdı. 
“Ağa gəldi, Ağa getdi, Ağa buyurdu” – dedilər. 
Öləndə də meyidinin üstünə gələnlər çox oldu. 
Küsənmədim Ağanın ağalığına. 
Heç saydım Ağanın ağalığını. 
Əvvəl mənə güldülər. 
Sonra Ağanın institutundan uzaqlaşdırdılar. 
 
 
 
66
İclas 
 
Katib olmaq istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Varlanmaq istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Rütbə qazanmaq istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Kimisə itirmək istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Təzə qəhrəmanlar peyda olurdu. 
Tələbəsini zorlamaqda ittiham olunan müəllim özünü görünməmiş 
inadla, məharətlə, hərarətlə müdafiə edirdi. 
İclas iki cəbhəyə bölünərdi. 
Döyüş şiddətlənərdi. 
Ya müttəhim qələbə çalardı, ya da ittihamçılar. 
Ancaq sonda mütləq zəfər əhvali-ruhiyyəsi bərqərar olardı. 
Əli bala batmayan qrup əli bala batan qrupa şiddətli siyasi 
ittihamlar yağdırardı. 
Digər qrup əks hücuma keçərdi. Gurultu qopardı. 
Döyüşlərin arasında yuxarının qərarı müzakirə edilərdi və yekdil-
liklə qəbul olunardı. 
Hesabat-seçki yığıncağında seçilən təzə başçı indidən yer 
cənnətinin nəşəsiylə xumarlanırdı. 
 
 
Yenilikçi 
 
Köhnə basketbolçu paytaxtda alim olub gəlmişdi. 
– Yenilikçisən – dedim. 
– Necə yəni? 
Sübut elədin ki, ən istedadsız adam belə alim ola bilər. 
 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə