Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

 
43
Ocaq İşığını hiss eləyəcək (demirəm qərq olacaq, hiss  eləyəcək). Lap 
Ocağın yarısı azalsa belə, hiss olunmayacaq. Hər bir Ocaqçı beş 
Ocaqçı olacaq. Elə də var.  Tədricən adbaad Şərqə yayılacağıq. Artıq 
İranda varıq, Türkiyədə varıq, Hindistanda olmalıyıq, Çində olmalı-
yıq,  Avropaya keçməliyik – Dünyalaşmalıyıq. Demirəm sel kimi; 
ağac-ağac. Skandinaviya bizi tam tanıyır, azdı bu.  Almaniyada bizi 
hətta o qədər tanıyırlar ki, Atanı fəxri üzv seçiblər, böyük bir şey deyil 
bu, amma dünyalaşmaq  üçün cüzi bir əhəmiyyəti var. 
Birinci mərhələdə bu olacaq. Bu başlayır – fikirlərimizi,  İdeyala-
rımızı yayırıq, elə bilməyin ki, bunun heç  bir təsiri yoxdur, var, əməlli 
təsiri var – içəridən.  İkinci mərhələ artıq bizim xalqlaşmağımızın 
artması, xalqla bir yerdə olmaq. Xalqı imtinaya hazırlamaq. İmtina elə 
dindən (hələ bunu deyəmmərik), imtina elə kapitalizmdən, sosializm-
dən, imtina elə xaricilikdən, qərbçilikdən. Və o imtinanın əsası olsun 
bizim beş  İdeyamız. Təzə duyğular, təzə biçimlər, təzə üsullar əmələ 
gələcək. 
Üçüncü mərhələ ki, Ata bəlkə onu görmədi, Atanın yaşı var (bəlkə 
də gördü)  –  artıq camaatın Ocaqlaşması, ayağa  qalxması, o da yenə 
təzə üsulda. Mitinq kimi yox. Camaat ayağa qalxacaq. Üçü də olacaq
üçüncüsü bir az gec olacaq.  Gərək biz səbrli olaq, kal işlər görməyək, 
kal meyvələr dərməyək. 
 
Soylu Atalı: Ata Ömrümüzdədir  Ruhu Qəlbimizdədir! 
 
Asif Ata: Qaranlıqlar Yarılsın! 
 
 
 
 
Qeyd: Birinci üç fəsil Soylu Atalıya söhbət biçimində deyilib. 
Sonradan səsdən sözə çevrilib. Atanın danışıq üslubunu saxlamağa 
çalışmışıq. ( N.Atalı). 
 
 
44
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÖMRÜM – 
GÜNÜM 
 
ÖMRÜM – GÜNÜM 
 
 
 
 
 
 
 
 


 
45
 
 
 
GÜNƏŞLİ GÜNLƏRİM 
 
Dağların başından boylanır, çayların sularında oynayır, düzlərə 
səpələnir, sifətlərə qonur Günəş. 
Günəş rəngində görünür Dünya! 
Günəş rənginə boyanır Günlərim! 
Ürəyimdə günəş mahnısı doğur. 
Günəş ahəngli günlərim yaranır! 
 
BAHARLI GÜNLƏRİM 
 
Çaylar daşır, ağaclar pöhrələnir, çiçəklər açır, düzlər yaşıla bürü-
nür, meşələr yarpaqlanır, səma ulduzlanır, aylanır. Ömrə bahar gəlir. 
Günlər bahar fərəhinə qərq olur. 
 
YOLLU GÜNLƏRİM 
 
Görəsən qayaların boynuna dolanan, kəndi kəndə,  şəhəri  şəhərə 
calayan yolların sonu varmı? 
Yoxsa, o məni hara çağırır? 
Sonsuzluğa! 
Qəlbimdə Sonsuzluq ehtirası aşıb-daşır, yollara qarışır! 
 
ÇAYLI GÜNLƏRİM 
 
Çay danışır, eşidirsənmi? 
Sahillərə hekayət nəql edir. 
Gecənin qoynunda səslənən etirafı anlayırsanmı? 
Həyəcanlı nəşə vücudunu sarsıdırmı? 
Ürəyin oyaqdımı? 
 
SƏMALI GÜNLƏRİM 
 
46
 
Səmada nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Səmada Yüksəklik var. 
Qəlb Yüksəkliyə müştaqdır! 
Gecədə nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Gecədə Sirr var. 
Qəlb Sirrə müştaqdır! 
Ulduzda nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Ulduzda Məchulluq var. 
Qəlb Məchulluğa müştaqdır. 
Ayda nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Ayda Şəfqətli Bakirəlik var. 
Qəlb Bakirəliyə müştaqdır. 
 
DAĞLI GÜNLƏRİM 
 
Gözlərimin qabağında dayanan, məndən uca, mənə doğma! 
Sakit, məğrur, qorxmaz! 
Şimşək nərildəyir – gözünü qırpmır. 
Tufan qopur – gözünü qırpmır. 
Başına qar qonur – dinmir. 
Ayağının altında dərələr fəryad qoparır – dinmir, nəsillər gəlib-
gedir – dinmir. 
Mənəviyyatıma hakimdir. Sükutuyla, Vüqarıyla, Qorxmazlığıyla! 
 
SƏHƏRLİ GÜNLƏRİM 
 
Dan yerinin qızarması – ürəyimi titrədir. 
İlk səs, ilk səda, ilk xışıltı – ürəyimi titrədir. 
Günəşin aynamıza qonması – ürəyimi titrədir. 
Körpənin yuxudan oyanması – ürəyimi titrədir. 
Evlərdən bir-bir, iki-iki başı papaqlının çıxması – ürəyimi titrədir. 
Quzuların mələşməsi – ürəyimi titrədir. 
Anaların balalardan qabaq oyanması – ürəyimi titrədir. 
Xoruzun ilk banı – ürəyimi titrədir. 


 
47
Otağıma daxil olan ilk bahar mehi – ürəyimi titrədir. 
Kəndimizin səhər qəribliyi – ürəyimi titrədir. 
 
 
48
YAĞIŞLI GÜNLƏRİM 
 
Düzlərin, meşələrin, yolların üstünə şığıyan, arxlara dönüb çaylara 
axan, təbiəti bəsləyən,  əzizləyən, bəzəyən, Göylə Yeri birləşdirən 
yağış – heyranınam! 
Səni dinləyirəm, duyuram, anlayıram. 
Qohumumsan! 
 
MEŞƏLİ GÜNLƏRİM 
 
İtirdim ağaclarında, səsində, nizamında, boyunda, buxununda, 
qüssəndə! 
Tapılırdım mənanda! 
 
KƏNDLİ GÜNLƏRİM 
 
Bir ovuc torpaq. İki dağ arasında. Arxası meşə. Ortasında çay axır. 
Həsrəti ürək oynadır. 
Bir sıra dam. DÜNYA BOYDA DOĞMALIQ. 
 
 
ÇIRAQLI GÜNLƏRİM 
 
Axşamlar evlərdə çıraq yandırardılar. 
Çırağın işığı həyalıydı, zərifdi, təbəssümə bənzəyirdi. 
Çıraq yananda – evlərdə ülfət yanırdı. 
 
 
BAĞÇALI GÜNLƏRİM 
 
Alma ağacı dostum idi! 
Gilas ağacı dostum idi! 
Armud ağacı dostum idi! 
Bağçam üçün darıxardım! 
Bağçamla görüşəndə sevincim yerə-göyə sığmazdı. 
Ağac deyildi bağçam – insandı! 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə