Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

 
39
pis vəziyyətə saldın. Və bütün bunları deyən də H.Əfəndiyev idi  –  
atamın əmisi oğlu. Hara gedirdi özüylə Stalinin əsərlərini aparırdı.  
Mənim qohumlarım çoxdu, onlar 500-ə  qədərdi. Heç biri məni 
qəbul eləmədi. Hətta mənə deyirdilər: sənin  diplomun məndə ola, indi 
mən nazir idim (ağıl çox azdı!). Və  mənə dedilər gəl Ağstafaya, 
qurtardı, bəsdi. Sənə  burda dərs verək, müəllimliyini elə. Burda nə 
fikirləşəsən?! Mənim ömrüm heç qəpiyə  də  dəyməz,  əgər mən 5 il  
Moskvada, sonra Bakıda gecə və gündüz düşündüklərimi – İnamımı, 
İdrakımı, Mənəviyyatımı, İradəmi ifadə  eləyə bilməyəcəmsə. Səbəb-
nəticə  məsələsi var, məntiq var. Belə  çıxır ki, mənim işlərim heç 
olsun. Heç kəsin  müəllimliyini inkar eləmirəm. Amma mənim yolu-
mun yarımçıq qalması, son nəticədə dəyişmə... Bu mənim ləyaqətimə  
sığmırdı, mənim vüqarıma sığmırdı. Lakin nə etmək bəs? Sən artıq 
“xalq düşmənisən”. Başqa sənətim yoxdu, hərdənbir “Bak. Rabo-
çiy”də kino haqqında resenziya  yazırdım (50-yə qədər), onunla birtə-
hər dolanırdım, ev də yox idi, kirayəyə də pul verirdim. Yol bir idi –  
aldatmaq, DTK-nı aldatmaq, “alimləri” də aldatmaq və Bakıda 
qalmaq. 
Dissertasiya yazmaq ən sevmədiyim bir işdi. Vəsiqə almaq. 
Tamamilə elə bir şey planımda yox idi. Lakin  vəziyyətdən çıxmaq 
üçün və elə bir mövzu götürmək ki, o mövzu bunlarınkı olsun, 
mənimki olmasın. Lakin içində  azdan-çoxdan bir həqiqəti yazmaq. 
Və mən Azərbaycan ədəbiyyatındə realizm məsələləriylə bağlı disser-
tasiya yazdım, birtəhər, güclə-bəlayla. Məni qəbul elədilər disser-
tantlığa. Yazdım, hazır olandan sonra Aslan Aslanov mənim elmi 
rəhbərim oldu. Bir cümlə də o, mənə məsləhət vermədi. Hazır olandan 
sonra oxudu, xoşuna gəldi, çox şeyləri də bilmirdi. Beləliklə    də, 
1965-ci ildə Ata oldu fəlsəfə elmlər namizədi. Hətta doktorluq verir-
dilər birdən-birə. Sonra fikirlərini dəyişdilər. Dissertasiyanın müda-
fiəsi bayram idi. Hərçəndi bir şey yoxdu orda, mənim qabiliyyətimdən 
aşağıdı.  Amma onu deyim ki, Cəlil haqqında, Sabir 
haqqında
 tamam 
təzə ideyalar var idi. Bilirsənmi,  İdrakın bir  xüsusiyyətidi – ən pis 
mövzuda belə nəsə bir yaxşı iş görürsən. Məsələn, orda bir on səhifə 
var ki, onları mən  indi də qəbul eləyirəm, o iki yüz səhifənin içində. 
Soruşa bilərsiniz ki, nəyə lazım idi bu?! – Ocaq olmazdı onda – mən 
 
40
kəndə getsəydim,  əl çəksəydim. Və beləliklə  də, bunlarda belə bir 
təsəvvür yarandı ki, mən peşman olmuşam  guya. Ağıl da azdı. Necə 
yəni, mən  əqidəmdən  əl çəkərəm?! Mən anlamırdım onları, amma 
aldadırdım – layiq  idilər. Və özləri başladılar (təbiidir ki, görüşsüz-
filansız), rektorluğa təsir etməyə (siz özünüz bilirsiniz ki,  o dövrdə 
rektorluq DTK-nın köləsiydi, elə indi də elədi) və  məni təzədən işə 
qəbul elədilər. 1982-ci ilə  qədər  mən rəsmi tənqidçi, müəllim, elmi 
işçi kimi, rəsmiləşmiş bir ziyalı kimi təsdiq olundum. Evləndim, necə 
deyərlər, həm də normal bir sovet ziyalısı oldum  bunların gözündə. 
60-cı ilin mahiyyəti bundan ibarətdir ki, çıxa bildim mən vəziyyət-
dən və  dərslərimi yenə  də  əvvəlki üsulda davam  etdirdim, 70-ci ili 
60-cı ildə hazırladım. 
Soylu Atalı: Nəhayət, 79-cu ildə “Ocaq” tam qalandı  və  işığını 
ətrafa salmağa başladı. Ocaq işığının  gurlaması ilə təqiblər, təzyiqlər 
də çoxalmağa başladı. Bu məqam yəqin ki, əsl mənada Atanın 
tənhalığı  məqamıydı? 
Asif Ata: Burda bəzi məqamları təkrar eləmək olar – məqam kimi, 
şərhsiz. 76-cı ildə Azərbaycan Dövlət  Universitetinin estetika kafed-
rasının nəzdində güc-bəlayla (o dövrdə A.Aslanov idi – hədsiz 
dərəcədə qorxaq və onların agenti), aldada-aldada “Estetik və Etik 
Tərbiyə Klubu” yarandı, mən də oldum o klubun sədri.  Əvvəl göz  
yumdular, elə bir şey yoxdu və klubda artıq açıq  şəkildə ideyalar 
yarandı: marksizm cəfəngiyyatdır, kommunizm sürü üçündür, millət-
lərin bir-birinə qovuşması ölümdür. – Nə olar olar. Bu, cəsarət effekti-
ni artırırdı  və kluba  hər yerdən – bütün institutlardan gəlirdilər. 
Birinci hadisə bu idi və burada qeyd eləmək lazımdır ki, zahirən bu  
fikirlər musiqi altında deyilirdi, Əbülfət Əliyev gəlib orda oxuyurdu. 
Sonra deyirdi ki, ay Asif müəllim, neyləyirsən, sən bizi də  işə 
salacaqsan. Bildim ki, onlar bir-birinə oxşayırlar – Azərbaycan ziyalı-
ları. Qaboyda Kamil gəlib çalırdı. Zahirən doğrudan da estetik klub-
dur, bədiiyyat var. Amma içərisi başdan-ayağa döyüş idi.  Sonradan 
nə deyildisə, hamısını biz orda demişdik.  İntəhası,  şöhrəti biz 
sevmirik. Xüsusi heç qeyd eləmirik  də. O dövrü sizlərdən yəqin ki, 
kimsə yazacaqsınız. Lakin 77-ci ildən başladılar klubu yavaş-yavaş 
bağlamağa.  Əvvəl lampaları söndürdülər, guya ki, elektrik enerjisi 


 
41
çatışmır. Neçə dəfə elan verdik. Amma tədricən klubun  yerini bizim 
əlimizdən aldılar və bir gün məni yanına çağırdı akademik Bağırov 
(rektor). Açıq  şəkildə dedi ki: “Bu nədir, mən gəldim, məni içəri 
qoymadılar, o qədər adam gəlmişdi ki, bu nə biabırçılıqdır?!” Mən 
dedim: “Sən yaxşı rektor  olsaydın, özləri çağırıb gətirərdilər kluba”. 
Birinci dəfə bu cür toqquşma başladı. İkinci dəfə dedi ki, a bala,  sən 
nə eləyirsən, biz uşaqlarımızı saxlamalıyıq. Gördüm bu kimdi – indiki 
iqtidarın başçısının qohumuydu. Tamam bir heç idi. Onda biz məcbur 
olduq 77-ci ildə (mənim bir pərəstişkarım var Bəhlul adında, qoy onun 
adı  bilinsin) Bəhlulun təşəbbüsü ilə keçdik “Bilik” Cəmiyyətinə  və 
burada da biz klub sözünü atdıq, “Ocaq” elan  elədik. Və çox gözəl 
altı-yeddi ideya izhar olundu, elə orda da “Atalıq” məsələsi yarandı, 
ideyaların biçimlərinin müəyyən cəhətləri tapıldı. Səlahəddin (profes-
sor), Vurğun  Əyyubov (indi guya lider olub nədi) idi və    s.  Onlar 
sonradan qaçdılar. Təxminən 11 nəfər güclü baxışçı var idi. 82-ci ilə 
qədər burda birtəhər işimizi  davam etdirdik. 82-ci il iyunun 1-də 
Atanı çağırdılar (bilirdim ki, çağıracaqlar). Universitetdə DTK-nın  
polkovnikinin sədrliyi ilə partiya iclası keçirildi və Atanı  işdən 
çıxartdılar, Attestasiya komitəsinə yazdılar  ki, mənim diplomlarımın 
hamısını alsınlar. Və zahirən guya bununla bağlı olmayan, lakin bu-
nun davamı olan hal  ki, ailəni dağıtdılar. Evsiz-eşiksiz qaldım. 
Yadımdadı, mənim həyat yoldaşım dedi ki, gəl evi bölək. Mən yalnız  
onu dedim ki, Raya, biz 65-ci ildən bir yerdə yaşamışıq, amma təəssüf 
ki, sən mənim kim olduğumu hələ  də anlamamısan, mən nə  dərddə, 
sən nə dərddə, nə mal-dövlət?! Dünya tək elə bundan ibarət deyil axı, 
əqidə  də var  axı! Məcbur oldum burda qeyzlə yox, hərarətlə 
danışmağa.  
Və belə qərara gəldilər ki, Asif Əfəndiyev ölümə  layiqdir. DTK-da 
mənə deyirdilər ki, biz səni yandıracağıq, onlarda öldürmək yandır-
maqdır. Aparırdılar-gətirirdilər. Yenə fikirləşmək lazım idi. 1982-84-
cü illərdə Ata işsiz, evsiz, lakin fərəhli,  vüqarlı  –  Ömrümün ən gözəl 
günləri idi.  
Mən nə üçün bu günə düşdüm  –  əsas var idi. Çünki mən həqiqət 
üçün  döyüşdüm, çünki mən deyən olacaqdı. Orda mən onlara bir söz 
dedim ki, əsrin sonudur, hər  əsrin sonunda dəyişikliklər olur, sizin 
 
42
xeyrinizə olmayacaq. Elə o vaxt mən  qorxu-filan tanımırdım. Lakin 
onlar mənə dedilər ki, sənin Ocağın artıq qurtardı, daha qalanma-
yacaq. Mən də  susdum və Safruhla bu bağda görüşdük. Ocaq başladı. 
Aldatdım yenə, yaxşı elədim – şəri aldadarlar. Safruha  dedim ki, 
Ocağı əsil mənada başlamaq lazımdı, tamam gizli Mərasimli, kitablı, 
təqvimli və cəmi üç adam.  Qalanı qaçdı. Safruh, Sadiq, Halal, sonra 
da  Əsil gəldi. Çox təəssüf edirəm ki, Sadiqdən bir şey alınmadı.  
Amma o dövrdə Atanın yanındaydı. Safruhun da əvəzi yoxdu. 
Birtəhər Ataya ev verdilər (güclə-bəlayla)  Əhmədlidə  və Safruh da 
altıncı mərtəbəyə su daşıyırdı, yemək gətirirdi Ataya. Görürsünüzmü, 
Safruhun bəzi nöqsanlarına incə münasibət bəsləyirəm o dövrə görə. 
Yatırdı Atayla bir yerdə – belə şeyi unutmaq olar?! 
Yox, yaxşı ki, Safruh əvvəlki nöqsanlarının çoxundan əl çəkib. 
Onun bircə nöqsanı var: Ruhu qalxır-enir.   
Beləliklə də, yavaş-yavaş mərasimləşdik, artdıq. O ki qaldı sənin o 
sualına ki, gedənlər daha çox oldu, bu  təbiidi, hünərlilər həmişə az 
olub,  İdraklılar az olub. Bütün bəşər tarixini vərəqlə, gör neçə adam 
həqiqəti  deyib?! – 5-10 nəfər. Bəli, yenə gedəcəklər, amma gələnlər 
də olacaq. O adam ki, hünərdən həzz alır, o adamın ki,  içərisində 
daxili qüdrət var, onu öldürsən də, Ocaqdan çıxmaz. Biz çoxluğa 
gərək olan azlığıq. Artacağıq, biz heç  zaman çoxluq olmayacağıq. Biz 
çoxluğa lazım olacağıq, özümüz isə az olacağıq. Bəşəri irəli aparan 
həmişə azlıq  olub. 
Beləliklə  də, 60-84-cü illərin məğzini Ata həyatında belə ifadə 
eləmək olar: Daimi Ocaq qalamaq, əvvəl özünün  içində, daxilində, 
sonra klub biçimində, daha sonra Ocaq biçimində  və  İnamından bir 
saniyə belə əl çəkməmək, bütün çətinliklərin hamısında artmaq, böyü-
mək. Sənə qarşı hücum artdıqca sən balacalaşmırsan, böyüyürsən.  
Təhlükədən   həzz  almaq  və  son   nəticədə  Ocağı  təsdiq eləmək. 
Soylu Atalı: Sabah, Ocağımız daha parlaq yanır  –  Ata görümün-
də. Mən də buna qəti əminəm... 
Asif Ata: Bir neçə mərhələlər olacaq Ocağımızın fəaliyyətində: bir 
neçə ilə Azərbaycanın bütün rayonlarında  az-çox Ocağın sədası 
bilinəcək, Ailələri yaranacaq, bu, yaxın gələcəyin söhbətidir. Bakının 
özündə radiolar,  televizorlar vasitəsiylə, qəzetlər vasitəsiylə Bakı 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə