Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

 
35
oldu. Və  beləliklə  də  mənim öz vətənpərvərliyim yarandı ki, onun 
indiki vətənpərvərlərə dəxli yoxdu. Azərbaycan Dünya  səviyyəsində 
böyükdü. Azərbaycan Füzuli veribsə, Nəsimi veribsə, bu, böyükdü. 
Və bugünlə bağlı döyül. Bu, ümumi  bir böyüklükdü, həmişəlikdi. Bu 
fikir də  mənim daxilimdə yarandı. Həmin dövrdə dördüncü bir əməl 
də yarandı – dini öyrənmək. Deməli,  ədəbiyyat, fəlsəfə, tarix öyrə-
nildi, ümumiyyətlə, humanitar fənlər nə vardısa.  Ensiklopediyadan da 
istifadə eləyirdim, həm də din. Burda yenə  mənim bir sualım ortaya 
çıxdı: – niyə bəşər heyvandan uzaq gedə bilmədi, əgər peyğəmbərlik 
olubsa? Axı peyğəmbərliyin guya ki, məqsədi insanı heyvanlıqdan  
ayırmaqdı. Moskva çox murdar bir heyvanxanaydı (hər yerdə – 
metroda, bağda, parkda cinsiyyət), başdan-ayağa onun  göyü də 
cinsiyyət idi, yeri də, nəfəsi də. Və mənim azərbaycanlı dostlarım da o 
körpülərin altında, üstündə. Burda da yaxşı bir tənhalıq. Mən başladım 
peyğəmbərlər haqqında çıxan əsərləri  öyrənməyə. Sonra da mən bunu 
Bakıda davam etdirdim. Sonra dinlərin tarixini öyrənməyə başladım. 
Və bir neçə  dəftər də konspekt alındı. Burda da yenə yaxşı adamlar 
gördüm, burda da məsələn,  İsanın çarmıxını gördüm. Amma burda 
dəhşətli bir hökmdarlıq da gördüm, Peyğəmbərin hökmdarlaşması, 
əyyaşlaşması, hərəmxanalar,  siğələr, eybəcərliklər və yalan  – cənnət, 
cəhənnəm, o dünya, qismətçilik. Və bütün bunların hamısı, həm 
ədəbiyyat,  həm fəlsəfə, tarix, incəsənət, həm dinin öyrənilməsi gətirib 
məni belə bir fikrə  çıxardı ki, bəşər hələ indiyə    qədər qaralama 
əməliylə  məşğul olub: ağ  əməllər, tam əməllər, bütöv əməllər hələ 
qabaqdadır. Və bu vaxt mənim  ürəyimdə, ağlımda çox təbii  şəkildə 
belə bir fikir yarandı ki, təzə fəlsəfə lazımdı, təzə İnam lazımdı və bu  
işi azərbaycanlı görməlidi, bunu Azərbaycanda başlamaq lazımdı. 
Ocaq lazımdı, Ocaq sözü yox idi o zaman. Ruhani  İntibah lazımdı, 
təzə Peyğəmbərlik lazımdı, ömrü buna həsr eləmək lazımdı. 
  
 
 
 
 
36
ATALIQ  XİLQƏTİ 
 
(IV FƏSİL) 
 
Soylu Atalı: Ali Səcdə,   Müqəddəsim! 
Asif Ata: Səcdən Ucadı,  Oğlum! 
Soylu Atalı: 60-cı illər Asif Ata ömrünün, qapalı şəkildə olsa belə, 
Ocaq yaradıcılığı idi. Ocaq İdeya  biçimində yaranmağa başlayanda 
ilk olaraq ictimai qurum adlanan cəfəngiyyatı qorxutdu və Ataya qarşı 
hiddət  yaratdı. Ata o məqamları necə xatırlayır? 
Asif Ata: 60-cı illər, daha dəqiq desək, 60-cı ilin özündə Asif 
Atanın tənqidçilik vasitəsilə yaydığı ideyalar  DTK-nın nəzərini cəlb 
elədi (yumşaq şəkildə desək). O dövrdə hələ Ocaq özü bir biçim kimi 
yox idi, amma Asif  Əfəndiyev adlı çox populyar bir müəllim var idi  
– Rus Dillər  İnstitutunda Qərb  ədəbiyyatı müəllimi. O,  dərslərini 
orijinal aparırdı. Ona görə də dərslərinə başqa yerlərdən də gəlirdilər
hətta rayonlardan  gəlirdilər. Qərb  ədəbiyyatının özü çox maraqlı bir 
fəndi, orda böyük şəxsiyyətlər var: Bayron var, Şekspir var. Onlar 
mənə çox lazım idilər ki, özümün artıq içimdə  qımıldayan ideyaları 
onların vasitəsilə – dahilərin vasitəsiylə,  ədəbiyyatın vasitəsiylə –  
deyəm. Alınırdı. Şekspirdən  biz İnam fəlsəfəsi üçün istifadə eləyirdik. 
Bayrondan istifadə eləyirdik, Heminqueydən istifadə eləyirdik.  
Proqram-filan hamısı  rədd olmuşdu. Proqramsız dərs deyirdi Ata. 
Vəhy gəlirdi, Vəhy həmişə Atanın qolundan  tuturdu. Bir saat necə 
gəlib keçirdi, heç kəs bilmirdi. Amma narahatlıq başlamışdı ki, bu nə 
deyir, nə  danışır. Necə  yəni sosializm heçdi, nəyinə lazımdı bu? 
Bayronun bəs buna nə dəxli var?! Amma hələ ki, DTK-ya  gəlib çat-
mamışdı o hadisələr tam. Hər halda, institut miqyasında, direktorluq 
miqyasında, partkomluq miqyasında bu narahatlıq gündən-günə artır-
dı, hiss olunurdu – salamın soyuq verilməsində, “pıçı-pıçılarda”, 
kafedrada hücumlarda, hələlik bir siyasi təzyiq yox idi. Ancaq mən 
1959-cu ildə “Literaturnıy Azərbaycan” jurnalında “Tənqid və 
Zəmanə” məqaləsini yazandan sonra vəziyyət çox gərginləşdi. Və 
mən burda sentimentallığa qapılmaq istəmirəm ki, mən cavan idim.  
Adiləşdirmək istəmirəm söhbəti. 


 
37
“Tənqid və Zəmanə” məqaləsində söhbət zahirən tənqiddən gedirdi  
– Məmməd Arifdən, Məmməd Cəfərdən, Hüseyn Mehdidən. O 
dövrün “böyük tənqidçilərindən” gedirdi söhbət. Zahirən söhbət ondan 
gedirdi ki, Azərbaycanda tənqid yoxdu, burda beşinci sinfin təhlili var  
–  bu əsər filan şeyə  əsasən yazılıb, filan il yazılıb və s. Və bunun 
səbəbi o idi ki, cəmiyyət özü imkan verirdi ki, belə adamlar akademik 
olsun. O dövr üçün bu, sensasiya idi. Təzə  tənqid lazım idi, fəlsəfi 
tənqid lazım idi, fikir lazım idi, çətin işdi. Məqsədim isə tənqid məsə-
ləsi deyildi. Məqsədim artıq başlamaq idi. Antikommunist, anti-
marksist, pantürkist, klerikalist – hansı adlar qalmadı ki, mənə veril-
məsin! Mən o adlarla fəxr edirəm. Amma onlar bunu dəhşət hesab 
edirdilər. Əvvəl bu məqaləni azərbaycanca yazmışdım. “Azərbaycan” 
jurnalında bunu çap eləmədilər, necə yəni M.Arif heçdi?! Deyirdilər, a 
balam, M.Arifin  əsərlərini oxu da. O qədər bunlara təsir eləmişdi bu 
yazı (o qədər də  həcmi böyük deyildi), xüsusi plenum  çağırdılar 
1960-cı ildə. Ondan sonra birinci dəfə  mən gəldim dərsə, heç kəs 
mənə qulaq asmırdı, narahatlıq  vardı. Biri utana-utana dedi ki, Asif 
müəllim, bəs sizin adınızdan məqalə çıxıb, sizi revizionist  adlandırır-
lar. Bu nədi: nə biabırçılıqdı, biz protest eləyəcəyik və s. Mən də 
dedim ki, uşaqlar, bu məqaləni  sizə oxuyacam. Arqumentləri nəydi, 
bizim böyük, ağsaqqal tənqidçilərimizə qarşı hücum eləyir, bu pis 
tendensiyadı,  özü də marksizmi reviziya eləyir. Bütün Azərbaycan 
ədəbi ictimaiyyəti etirazını bildirir və belə hesab eləyir ki,  bu yazı 
pislənməlidir. Ondan sonra plenum o məqaləyə  həsr olunub (Məni 
plenuma çağırmamışdılar – “mən günahkaram”). Necə qorxurdular 
Ali tənqiddən! Çünki görməmişdilər. Bu, hələ əvvəli. O qədər Atanın 
həyatında gərgin anlar olub ki, bununla qurtarsaydı, heç bu söhbəti 
açmazdım. 
Hadisə  təxminən yanvar ayında idi, yanvarda həm də  tətil olur. 
Mən getdim Ağstafaya. Bakıda mənim bir əmim vardı, Həmid 
Əfəndiyev – marksist fəlsəfəçi – əzbərçi. Onun da hörməti çox idi, 
çünki  elmlər namizədi idi (guya çox böyük bir iş imiş alim olmaq). 
Zəng eləyir atama ki, Asif gəlsin, onu axtarırlar  (atama baxıram, sifəti 
dəyişib, yerə-göyə  sığmayan narahatlıq vardı). “Niyə axtarırlar, necə 
axtarırlar?” Telefon  söhbəti deyil, tez gəlsin. Bunun mənə heç bir 
 
38
təsiri olmadı, mən özümü belə  şeylərə hazırlamışdım. Çünki mən  
təhlükədən ləzzət alıram, təhlükə mənim üçün mey idi, elə indi də. 
Gəldim Bakıya və getdim instituta. Heç kəs mənə salam vermir, 
hamı  məni görəndə qaçır. Ziyalı necə heç imiş,  necə qorxaq, necə 
riyakar, fikrini dəyişən!.. Mənə dahi deyənlər hamısı məndən qaçırdı. 
Getdim kafedraya  (kafedra müdiri B.Axundova yəhudi idi, mənə 
əvvəllər münasibəti yaxşı idi), o da məndən qaçdı. Dedi ki, tez get,  
səni rektorun otağında gözləyirlər. Məndə  qəribə gülüş yarandı. Nə 
olub axı, ora yüyürürlər, bura yüyürürlər.  Sosializm kapitalizmdən də 
zəhlətökən bir komediyadı. 
Gördüm rektor, Qulam “Kərimoviç” oturub orda, onun yanında iki 
nəfər bic-bic baxan DTK-nın nümayəndələri var  idi. Sual başlandı. 
Birinci sual bu idi ki, necə olub ki, siz azərbaycanlı ziyalı, Moskva 
Ədəbiyyat İnstitutunu  bitirən şəxs bizim əqidəni yaymaq əvəzinə, elə 
şey yazırsınız ki, sizi Türkiyədə Ankara radiosu bizə qarşı  çevirir. 
Onlar deyirlər ki, sizə imkan vermirlər, talantlı adamsınız və s. Mən 
dedim ki, bu, onu görsədir ki,  Türkiyənin əks kəşfiyyatı sizdən ağıllı 
işləyir. Bunun mənə  nə  dəxli var?! O ki qaldı  mənim fikirlərimə, 
bunlar  hamısı həqiqətdi. Bu həqiqət hələ indiyə qədər deyilməyib. 
Qərəz, söhbət alınmadı. Pıçıltı başladı, bunu aparaq, aparmayaq. 
Onda rektor qeyrətə gəldi və dedi ki, yox, aparmayın. Mən özüm bu 
işlə  məşğul olacam və sizə deyəcəm. Bununla da bu məqam bitdi. 
Amma əslində 60-cı ildən Atanın təqibi başladı. Sonra 82-ci ildə DTK 
mənə dedi ki, biz 60-cı ildən səni izləyirik. Bu məqalədən başladı 
təqib. Bütün bu işlər onunla qurtardı ki, məni işdən çıxartdılar və 8 il 
çap eləmədilər. Düzdü, mən 60-cı ildən başlamışam çap olunmağa, 
amma ümumiyyətlə, mənim çapım çox azdı. 60-cı ildə çap olundum, 8 
il çap olunmadım, sonra 8 il çap olundum, 76-cı ildə yenə bağladılar, 
90-cı ilə qədər. Məni işdən çıxartdılar, çox çətin vəziyyət əmələ gəldi 
və düşünmək lazım oldu. Mənim atama da, anama da böyük hörmətim 
var, təmiz adamlar olublar, onların da yaxşı  cəhətləri yəqin mənə 
keçibdi. Amma bu böyük məsələnin heç birində onlar mənimlə 
olmadılar. Onların xatirəsinə, zənnimcə, bu ziyan verməz. Həqiqət 
tarixdi, burda aldatmaq olmaz camaatı. Onların fikri bu oldu ki, a bala, 
ayağını yorğanına görə uzat, alınmadı sənin arzuların, sən özünü çox 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə