Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   2   3   4   5   6   7   8   9   10   ...   63

 
31
gələcək və  s. Məktəbdə dərs keçirdilər Tolstoy haqqında. Mahiyyətcə 
Tolstoyçuluğa zidd olan bəsit fikirlər danışırdılar.  Tolstoyda böyük 
olan nə varsa, onu tənqid eləyirdilər. Tolstoyu müasirləşdirirdilər  –  
pis mənada, özlərinə  bənzədirdilər. Bu, məndə yalnız hiddət doğurur-
du. O hiddəti aşkarlamaq mümkün döyüldü. Hiddət daxilə çəkilirdi və 
böyüyürdü. Həmçinin də başqa klassikləri. Hegel başdan-ayağa tənqid 
olunurdu və başa düşmək  olmurdu ki, bu Hegel dialektikası Marks 
tərəfindən mənimsənilib və Hegel bu dərəcədə tənqid olunurdu. Bu da 
mənə pis təsir bağışlayırdı  və hiddət yaranırdı. Lakin hiddəti aşkar-
lamaq mümkün olmurdu və böyüyürdü.   
Fəlsəfə  dərsləri lap dəhşətli dərəcədə anti fəlsəfəydi. Orda bütün 
fəlsəfə tarixi materializmin və idealizmin döyüşü kimi qiymətləndi-
rilirdi. İdealizm tamamilə inkar edilirdi. Və təkcə materializm qalırdı  
fəlsəfədə. Məndə də şübhə yaranırdı, öz-özümə sual verirdim ki, bütün 
fəlsəfə tarixi idealizm ola-ola, bütün  idealizmi tənqid eləyirlər, özləri 
də fəlsəfədən danışırlar  –  yalançı fəlsəfəçilər. Deyirdi Platon idealist-
di. Öz-özümə belə sual verirdim ki, Kant idealist idi, Şellinq idealist 
idi. Necə  fəlsəfə idi ki bu, başdan-ayağa tənqidə layiq idi?! Və bu, 
necə  tənqid idi ki, bu dahilərə çatır? Bu da məndə yenə çox hiddət 
yaradırdı. Və mən  bu hiddəti aşkarlaya bilmirdim deyə bu hiddət də 
böyüyürdü. Daxili aləmə çəkilirdim.  
Həmçinin o biri fənlər. Hərçənd,  Ədəbiyyat  İnstitutu bizdə çox 
böyük hesab olunurdu. Və bu işə böyük alimlər gətirmişdilər,  dəvət  
eləmişdilər. Və  o böyük  alimlər nəyə əl atırdılarsa, kiçilirdi – ədəbiy-
yat tarixində, ədəbiyyat nəzəriyyəsində, etikada. Və burada təbiidir ki, 
mənim suallarıma cavab axtarmağın özü çox sadəlövhlük olardı. Bunu 
heç mən  axtarmırdım da. Onu deyim ki, məktəbdə  ədəbiyyat dərsi, 
fəlsəfə  dərsi məndə  nə  dərəcədə cansıxıcı duyğular  yaradırdısa da, 
kitabxanada öyrəndiyim fəlsəfə (özümün öyrəndiyim) məni heyrətə 
gətirirdi, uçmağa qanadım olmurdu. Yadımdadır, birinci dəfə  mən 
Hegeli oxuyarkən gördüm ki, bu, tamam ayrı dünyadır. Buradakı 
fikirlərin göyü var,  fikirdən başqa heç nə yoxdur. Amma fikir özü 
bəzən sıldırım olur qaya kimi, bəzən çay kimi axır, həmişə ucadır.  
Uzun müddət Hegel  mənim üçün  böyük bir,  əlçatmaz bir  meyar 
oldu –  əlçatmaz  bir meyar ölçüsü, fəlsəfə ölçüsü. Burada ən adi mən-
 
32
tiq o idi ki, neçə min səhifələr fikirdən artıq bir şey olmurdu. Bir fakt 
da olmurdu, demək olar ki bir informasiya da olmurdu. Məni dəhşətə 
gətirirdi.  İnsan beyni burada doğrudan da qurubdu. Bu, Beynin 
quruculuğuydu, bənnalığı idi  –  böyük mənada  –  ruhani bənnalığı. 
Məni heyrətə  gətirirdi.  İşin özünün memarlığıydı.  İndi də  mən belə 
hesab edirəm ki, Hegel ən böyük fikir memarı idi. Amma onun tikdiyi 
binada həqiqətdən əsər-əlamət yox idi.  
Həmçinin də ədəbiyyat. Burda Tolstoy haqqında deyilənlər dəhşət 
idi. Burda Tolstoyun özünün əsərləri – Nataşası, Andreyin göyə 
baxması. Birdən ona elə  gəldi ki, bütün onun ölümü heçdi. Onun o 
şöhrətpərəstliyi bax bu göyün yerişinin yaında, gedişinin yanında çox 
balacaymış. Nə yaxşı ki, o, Göyə baxdı ölüm ayağında. Yaxud 
sevgiləri. Bir-birini sevmək istəyən adamlar, bir-birini nəinki sevə 
bilirlər, bir-birinə  dəlicəsinə doğma olurlar. Hərçəndi yadlıq üçün 
gələnlər, Anna Karenina və  dəhşətli dərəcədə dövlətçiliyin tənqidi, 
ifşası, yalançı böyüklərin ifşası, Napoleonun karikatura kimi veril-
məsi. Bunlar dəhşət idi. Bunlar məni tamam ayırırdı bəsitlikdən; eyni 
zamanda, onu da deyim ki, həm də tələbələrdən, həm də azərbaycanlı 
tələbələrdən. Bunların hər birinin özünəməxsus yaxşı cəhətləri var idi. 
Amma hamısı rahat idilər, hamısı.  Ən böyük arzuları da o idi ki, bu 
dünyada nəsə qazansınlar. Dünya adamı idilər, elə dünya adamı olaraq 
da qaldılar. Buna görə böyük iş görə bilmədilər. Kitabxanada isə idrak 
aləmi vardı. Birdən məndə  dəhşətli dərəcədə  dəli bir sərsəri duyğu 
yarandı: Bu kitabların hamısını adam bir günün içində oxuya biləydi.  
Bu, tamam mənm suallarıma cavabla idrak işi idi ki, bu da məndə 
anadangəlmə var idi. İdrak işi: bilmək, öyrənmək, öyrəndikcə öyrən-
mək, doymamaq – öyrənməkdən. Bu ikisini birləşdirən narahat suallar 
aləmi, həm  də idrak işi, oxumaq işi ki, məndə çox güclü idi, ordan 
qalıb hamısı. Hər şeyi sona qədər oxumaq, axıra qədər  bilmək. 
Bir vergülcə – şübhə varsa ötmək, tam həqiqətə çatmaq. Ona görə 
İnstituta getməyim azaldı  əvvəlki kimi. Demək olar ki, aynan, ilnən 
getmədim. Və təbiətimdə olan bir cəhəti təsdiq etmək. Orda aşkarlandı  
–  nə olar olar. Çıxardarlar – çıxardarlar. O təhlükəni sevmək hələ 
onda ilk addım kimi, ilk rüşeym kimi təsdiqləndi. Və günlərin bir 
günü məni çağırdılar və dedilər ki, sən min saata qədər dərs burax-


 
33
mısan, ona görə  səni biz saxlayammarıq, biz səni çıxardacağıq. Mən 
dedim ki, mənim dərsə  gəlməyim onunçündü ki, imtahandan yaxşı 
qiymət alım, elə deyilmi?! Sizə mən söz verirəm, mən əlaçı olacam.  
Bu, mənim üçün necə  ağırdı, o cür cəfəngiyyatı öyrənmək! Buna 
baxmayaraq, həmin o iradə mütləqiliyi ki, onu siz görürsünüz Atada  –  
o da elə həmin dövrdə aşkarlandı. Təbiidir ki, bunlar hamısı var idi ki, 
aşkarlandı. Amma bəzən görürsən ki, olur, ancaq aşkarlanmır. Və mən 
imtahana, məsəlçün, bir ay qalmış gecə-gündüz tamamilə  ədəbiyyat-
dan uzaq olan ədəbiyyatşünasları, fəlsəfədən uzaq fəlsəfəçiləri 
əzbərləyirdim – əlacsızlıqdan. Hafizəm də yaxşıydı. Və  mən əlaçı ol-
dum – əlacsızlıqdan. Heç zaman diplomu sevməmişəm, heç zaman 
qiyməti sevməmişəm. Ümumiyyətlə, zəmanəyə bənzəmək, cəmiyyətə 
bənzəmək heç zaman məndə olmuyubdu. Şöhrətpərəstlik – balaca 
şöhrətpərəstlik ki, tanınanlardan biri olum, mənim üçün çox balaca 
görünürdü. Ölümsüz Ocaq qalamaq ideyası isə elə o vaxtda  başlamış-
dı. Beləliklə də mənim evim oldu – kitabxana. Demək, səhər saat 10-
da ora açılır, orda hər  şey var. Aşağıda yeməkxana, sonra istirahət 
eləmək üçün yerlər də vardı. Mən heç onlardan istifadə eləmirdim. Və 
bütün  günü axşam saat 10-a qədər mən orada dəhşətli dərəcədə ruhani 
yaşayırdım. Üç hissəyə bölmüşdüm özüm öz  vaxtımı. Birinci hissədə 
fəlsəfəylə  məşğul olurdum – ən çox sevdiyim o idi. İkincidə ədəbiy-
yatşünaslıqla,  üçüncüdə tarixlə. Gözəl bir məqam yaranırdı. Musiqi 
tarixi, musiqi tarixindən rəssamlıq tarixinə,  heykəltəraşlıq tarixinə və 
tarixin özünə. Tamamilə universal bir şey alınırdı. 
Özü də tamamilə  təbii – öz-özünə. Suallarım da qalırdı. Sualları-
mın biri də o idi ki, Azərbaycan nədir?  İlk baxışda Azərbaycan heç 
yox idi, heç yerdə. Nə mənim oxuduğum institutda vardı o, nə burda –  
kitabların heç  birində. Kitabların içində Azərbaycana dair heç bir 
tarixi əsər, nə bilim nə, yox idi. Ümumən onu bilirdim ki,  Azərbaycan 
elə bil heç yox imiş. Nə  də  mənimlə oxuyan azərbaycanlılarda azər-
baycanlılıq qanı vardı. Kimin bir  yazısı  çıxırdı, o saat içirdilər, bir-
birinin sağlığına badə qaldırırdılar. Təbiidir ki, mən iştirak  eləmirdim. 
O avamlar elə bilirdilər ki, mən onlara paxıllıq eləyirdim. Paxıllıq 
məsələsiynən bağlı bir də onu  deyim ki, qəribə bir hal olubdu –  
mənim həyatımda, elə cavan – 15-16 yaşında olanda. Mənim bir əmim 
 
34
vardı    fəlsəfəçi. Yaxşı ev-eşiyi vardı. Onun evinə  gəlirdilər, məclis 
qururdular. APİ-nin müəllimləri, saatlarla yeyirdilər, içirdilər, 
danışırdılar. Partiyanın sağlığına içirdilər. Mən də  gəlirdim, məni 
gülmək tuturdu, iyrənirdim. Onun da əllidən çox yaşı vardı. O, öz 
balaca ağlınnan elə bilirdi ki, mən ona paxıllıq eləyirəm. Mən 
uşaqlıqdan özümü əla dərk eləmişəm, məndə o duyğu yoxdu. Nəyinə 
mən paxıllıq eləyim, hansı gözəl yazına? Orda da həmçinin. Mən 
bunlarnan bir yerdə olmurdum. Mənim məqsədim oydu ki, mən dünya 
mədəniyyətini tam  özümləşdirim. Təbiidi ki, o dövrdə özümləşdirmə 
sözü yox idi, amma mənası var idi. 
Bunlar da elə bilirdi mən paxıllıq eləyirdim. Bunlarla çox az 
görüşürdüm. Çox qəribədir ki, bilə-bilə ki, mən onlara paxıllıq 
eləyirəm, amma hər şeyə göz yumurdular, imtahan vaxtı yanımdan əl 
çəkmirdilər. Çünki heç nə bilmirdilər. Bilənlər də başları küçə qızla-
rına və içkiyə qarışmışdı, çox az oxuyurdular. Bir də pulları  
qurtarırdı, gəlib məndən pul istəyirdilər. Mənim pulum qalırdı, çünki 
mən içkiyə-zada pul xərcləmirdim. Və  tamamilə yaddan çıxırdı ki, 
mən bunlara paxıllıq eləyirəm.  O dövrdə  mən  hiss elədim,  bu cür  
ikiliyi – balacalarda. Bu, yəqin ki, bir bəladı azərbaycanlılarda. Kim 
onları  bəyənmir, o, mütləq paxıldı. Mən bunları  tənqid eləyirəm, 
deməli, paxılam. Çox asan bir idraksız məntiq idi onlarda. İndi yəqin 
sonralar başa düşdülər, amma ümumən bütün dərdlər üçün bir dərman 
bilirdilər: salam vermirsən, deməli, paxılsan. Heç kimin ağlına gəlmir 
ki, dünyanın mənası nədi? Məgər onun ağlına gəlirdi ki, dünya nədi? 
Onun ağlına gəlməyən sual, demək, mənim də  ağlıma gəlməməlidi. 
Belə bir bəsit məntiq. Və  mən ancaq orda Nəsimiylə bağlı oxudum. 
Nəsimi haqqında orda vardı. Mən Hegellə  bərabər, Füzulini də 
başladım oxumağa. Qəribə də olsa, Hegeli öyrəndikcə, Füzuli gözüm-
də qalxırdı. Mən bir dəfə bunu demişəm də. Mənim fərqim onda oldu 
ki, mən dünyalaşdıqca Azərbaycanlaşdım, azalmadım, ayrılmadım 
azərbaycanlığımdan. Hegelləşdikcə Füzuliləşdim. Kontlaşdıqca – 
məsəlçün, Nizamiləşdim. C.Brunolarını – onların fəlakətlərini  öyrən-
dikcə  Nəsimiləşdim. Başa düşdüm ki, Azərbaycan çox böyük bir 
aləmdir. Hələ o vaxt. Deməli, bir tərəfdən  “Dünya nədi?” sualı, bir 
tərəfdən  “Azərbaycan nədi?” sualı. Bunlar bir-birinə elə qarışdı bir 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə