Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   2   3   4   5   6   7   8   9   ...   63

 
15
elədi.  İdeologiya mənafelərin nəzəri təminatçısıdır. Ona görə  də din 
siyasətin əlavəsi kimi formalaşdı.  
Mütləqə  İnam ümumbəşəri bir dünyabaxış olmaqla özülündə 
türklük keyfiyyətləri daşıyır. İnam başqa xalqların öz ruhaniyyatlarını 
yaratması üçün stimul verir. İnam hesab edir ki, hər bir xalq 
özünəməxsus ruhani keyfiyyətlərini aşkarlamalı, Özümlüyünü – 
bənzərsizliyini qorumaqla ümumbəşəri birliyə nail olmalıdır.  İnam 
türklüyü başqa xalqların etnik keyfiyyətlərinin içinə daşıyıb, onların 
simasını dəyişmək istəyində bulunmur. İstənilən bir xalqın özünəməx-
susluğu pozuntuya uğrayırsa, bəşərin siması  zədələnir. Siyasət – 
xalqların özünəməxsusluğunun dəyişdirilməsindən yaranır. Hər bir 
xalqın mahiyyəti onun bəşəri məzmunudur. Buraya müdaxilə edib 
dəyişiklik yaratmaq – siyasətin özgələşdirmə  əməlidir. Xalqların 
xarakterində üstünlük və ya əskiklik başqa şeydir. Üstünlük Özümlüyə 
doğmalaşmaqdır,  əskiklik özümlüyə yadlaşmaq. Bir xalqın xarakter 
özünəməxsusluğu mahiyyət özünəməxsusluğuna bərabər deyilsə, o, 
ruhaniyyat vasitəsilə bu bərabərliyə yetməlidir. Ruhaniyyat xalq 
ruhunu qorumaq üçündür. Ruhaniyyatsız xalqın gələcəyi yoxdur. 
Xalqları çağdaş Avropa tərəqqisi ilə gələcəyə aparmaq mümkün deyil. 
Avropa tərəqqisi xalqları simasızlaşdırır. Ümumən Avropaçılıq 
dünyanı çöküşə  gətirib çıxartdı. Səbəbi  Şərq xalqlarının geriliyində 
axtarırlar.  İnsani tənəzzülü texniki tərəqqi və iqtisadi yürüşlərlə ört-
basdır eləməyə çalışırlar. İnam deyir – Xilas Peyğəmbərlik hadisəsin-
dədir. Avropanın zərərli iqtisadi-texniki sistemini uçurub bəşəriyyəti 
İnam Yoluna döndərmək lazımdır. Kapitalizm demokratiyası bütün 
eybəcərlikləri ilə özünü göstərdi. Nicat İnsanlaşmaqdadır, İnamdadır. 
İnamçılıq uzun yoldur, ancaq Azadlığın yeganə yoludur.  
İstəkli sabahdaşlarımız! Asif Atanın (İnam Atamızın) Müqəddəs 
Onluğunu sizə  təqdim edirik. Burada həyatın dərin fəlsəfi mahiyyəti 
açılır və insan taleyinin azadlığa qovuşma imkanları  əks olunur. 
İnsanın qarşısında həyatın mənası  bütün gözəlliyi ilə  aşkarlandıqca 
Ölməzliyə inam yaranır. Bu inam İnsanı özünə qaytarır. İnsanın bütün 
cəhətləri İnam vasitəsilə dərk olunur. Özünüdərkdə cəmiyyətin yaşat-
dığı ədalətsizlik, gerilik, köhnəlik bilinir və onun aradan qaldırılması 
zərurət kimi düşüncələrə  təsir göstərir.  İnsan qəlbində ali həqiqətə 
 
16
ehtiraslı pərəstiş yaranır, həm də adiliyə, süniliyə qarşı güclü bir etiraz 
baş qaldırır.  İnsanlarda özünə, Ulus’una, Yurduna qarşı inamsızlıq 
aradan gedir. Biz sizin qarşınızda öz ömrümüzdə, düşüncələrimizdə 
yetdiklərimizdən çıxış edirik. Bu vaxtacan  hər bir işimizə (bir millət 
olaraq) “başa gəlməyən iş” kimi baxa-baxa xəlqi quruculuqdan 
məhrum olmuşuq. Biz özgələrin gücünə, bizi öyrətmələrinə, bizi 
yenmələrinə inanmışıq. Öz gücümüzə, öz yaratdıqlarımıza inanmaq, 
inamsızlığa son qoymaq vaxtıdır. Yurdumuza İnam gəlib!  İndi biz 
Mütləqə İnam Ruhaniyyatı ilə dünyanı öyrətmək imkanı əldə etmişik.  
İnamımız, Ocağımız, Fəlsəfəmiz, Kitabımız, Peyğəmbərimiz – bizi 
Azadlığa qovuşduran və Gələcəyə aparan Müqəddəs Sərvətimizdir.  
 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Atamız var olsun! 
 
 
Soylu Atalı 
Mütləqə İnam Ocağının Yükümlüsü  
 
22 Qar Ayı, 30-il. Saray-S. – Atakənd.  
 
 


 
17
 
 
 
18
 
 
 
İNSANLAŞMAQ 
 
Zəmanə İnamını – İnamsızlıq saydım. 
İnam yaratdım. 
 
Zəmanə İdrakını – İdraksızlıq saydım. 
İdrak yaratdım. 
 
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım. 
Mənəviyyat yaratdım. 
 
Zəmanə İradəsini – İradəsizlik saydım. 
İradə yaratdım. 
 
Zəmanə Amalını – Amalsızlıq saydım. 
Amal yaratdım. 
 
Zəmanə Əməlini – Əməlsizlik saydım. 
Ocaq qaladım. 
Təqiblərə yüksəldim. Ata çağırıldım. 
 
Bəşərin nicatı – İnsanlaşmaqdadır. 
İnsanlaşın – İnsanlaşdırın... 
 
 
 
Şölə Ayı, 7-ci il. Bakı. 
(İyun, 1986-ci il). 
 
       
 
 


 
19
 
 
 
 
 
 
 
 
 
 
 
 
20
 
 
 
 
 
Atalıq  Xilqəti 
 
 
Atalıq  Xilqəti 
 


 
21
Kəndliyim 
 
(I Fəsil) 
 
Birinci fikirlərimi kəndliyim üstə deyirəm. Evimizin qarşı tərəfində 
qaya. Gözünü açanda qaya görürsən. Qayanın  başına yollar dolanır, 
qayanın başına yağış yağır, dolu düşür. Ancaq qaya tərpənmir, sabitdi, 
qaya vüqarını  pozmur, qaya özü olur. Heç zaman qaya yağışlanmır – 
yağış yağsa da belə, dağın dağlığında yağışlıq olur. Dolu  ağacları 
qırır, amma dolu dağın başına dəyir və geri çəkilir.  
Evimizin üst tərəfində qaya. Həssas bir körpə  ürəyi – qayayla 
danışan (ürəyində danışan, təbii ki). Və qaya ilə təmas yaradan, özü də 
daim qayaya küsənən. Bu, onu  çox mənada yalqız eləyirdi, tənha elə-
yirdi. Heç kəs dağı inkar eləmirdi, amma heç kəsin gözündə dağ bu 
qədər  açılmırdı. Uşaq başa düşürdü ki, daha doğrusu, hiss eləyirdi ki
bu dağ yalnız daş deyil, yalnız maddiyyat  deyil. Bu dağ  nəsə 
hikmətdi, mənadı. Lakin onun mənası nədi, hikməti nədi, bunu hansı 
dildə oxumaq olar, bunu  hansı sözlə demək olar, izah eləmək olar bu 
mənanı?! Çox belə içəridə, daxildən güclü bir ehtiras, vücudu titrədən, 
narahatlıq yaradan, qeyri-adiliyə çağıran gözəl bir əhval ki, bunu sözlə 
ifadə eləmək çox çətindir. Bu  qayanın üstünlüyü, qayanın səsi – 
qayalıq. Deyə bilmərəm ki, məndə o dövrdə filosofluq başladı indiki 
mənada.  Bircə onu deyə bilərəm ki, qayanın qayadan böyük mənası 
mənə çatdı, ürəyimə çatdı. Bəlkə ağlıma çatmadısa da,  ürəyimə çatdı. 
Hədsiz dərəcədə xoşbəxt idim ki, belə bir qayalı  kənddə yaşayıram. 
Və bu Qaya ilə Göy arasında elə  bir ahəng var! Axşam düşəndə Qaya 
kölgələnir, sonra Göydə Ay doğur, ulduzlar doğur. Elə bil bunlar 
dağın başına qonur. Hədsiz dərəcədə həyəcanlı idim, hədsiz dərəcədə 
zəngin duyğuluydum, duyğularım axar çay kimi daxilimdə axırdı. 
Lakin kimə deyəsən bu fikirləri?! Onda başa düşürdüm ki, bu fikirlər 
deyiləsi  deyil. Təəssüf ki! Anlamazdılar... 
Dağın aşağısıyla çay axırdı  –  şırıltıyla, daim dəyişkən. Çayın yaz 
vaxtı olurdu, payız vaxtı olurdu, qış vaxtı  olurdu. Çay danışırdı. Mən 
qəti  əmin idim ki, bu söhbətdi, danışıqdı. Bu eşqdi, bu izhardı  –  
demək istəyir  dağa. Dağla Çayın nəcabəti yaranırdı xəyalımda. Xəyal 
 
22
da məni aparırdı. Lakin yenə  də  gətirib çıxarırdı    əfsanələrdən 
mənaya: niyə Çayla Dağ arasında belə bir uyğunluq olsun?! Nəsə, bu 
dünya sirli bir şeydi – kobud dünya  görünəndən artıqdı. Məgər söhbət 
ondadır ki, dağda dağlıq var, dağda nə bilim, metal var? Məndə olan o 
daxili  ruhaniyyat pərvazlanırdı  –  xüsusilə axşamlar, gecələr... 
Çay həm də bizim kəndi iki hissəyə bölürdü. “O tay” deyirlər, “bu 
tay” deyirlər... Səhər o başdan o taydan bu taya  danışırdılar. Çox 
doğma bir danışıq idi. Telefon danışığından yerdən göyə  qədər fərq-
lənən. Belə bir qəribə dünyaya düşmüşdüm – qayalı  və çaylı. 
Yaşamaq istəyirdim. Dünyaya gəlməyimə hədsiz dərəcədə minnətdar 
idim. Nə  gözəl  şeydi bu həyat, yaşamaq, insanlarla yanaşı Qayanın 
olması... Bu cür bu “dünyanın mənası dünyadan artıqdır”  ideyasının 
rüşeymləri mənim qəlbimə çatdı. Yox, dünya görünən deyil, dünya bu 
deyil. Dünyanın görünəndəkində  görünməzlik var. Təbiidir ki, bəlkə 
bu sözlərlə deyilmirdi, amma duyğuların axarı, duyğuların ahəngi 
bunu  deyirdi. Daha doğrusu, bunu duyğular deyirdi, hisslər deyirdi, 
həyəcan deyirdi, fərəh deyirdi, qanad deyirdi. 
Evimizin üst tərəfində  təpə var idi. O təpədən uzun bir meşə 
yaranırdı  –  təpə üstə. O təpə mənim başımın  üstəydi həmişə. Üzüm 
dağa olurdu, başımın üstündə də təpə olurdu. Təpənin də üstündə me-
şələr olurdu. Bu, möcüzəni  lap artırırdı. Meşələr, o yerlər hamısı elə 
bil göylə birləşirdi. Adama elə gəlirdi ki, göy də burdadı, bu meşənin 
içindədi. Bu, məni lap dəhşətə  gətirirdi.  İçimdə mahnılar öz-özünə 
oxunurdu. Çıxırdım təpəyə, bəzən  yoldaşlarla, amma onlar öz aləm-
lərindəydilər, mən də öz aləmimdə. Lap təpənin yuxarısından bütün 
kəndimiz  görünürdü. Elə doğma görünürdü mənə o kənd  zirvədən! 
Tüstülər görünürdü. Axşamüstü çıxırdım (“qaranlıq  qarışanda” deyir-
dilər bizdə) tamaşa eləməyə. Orda çıraq yanırdı bütün evlərdə. Necə 
bunlar bir-birinə  oxşayırdılar! Necə doğmaydılar! Çıraq, qaya, meşə... 
Bax, belə, məndə filosofluq belə yarandı – öz-özünə.  İntəhası, burda 
bir ziddiyyət də ondan ibarət idi ki, bütün bunları heç kəsə deyəm-
məzdim. Hiss eləyirdim ki, heç  kəs mən deyəni deməyəcək, soyuq bir 
şey deyəcəklər, qıracaqlar qanadı. Ona görə özümə qapılmalı 
olurdum. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə