Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   2   3   4   5   6   7   8   9   ...   63

 
27
dət vardı, insanlar bir-birinə çox yaxşı  və yaxın idilər.  Biri öləndə 
hamı ağlayırdı. Burda isə belə deyildi. Burda hər kəs özünü qoruyurdu 
o birisindən. 
Üçüncü təmas musiqiylə bağlıydı. Kənddə  mən musiqi eşidirdim, 
saz eşidirdim və sazla meşə arasında vəhdət eşidirdim. Burda birinci 
dəfə patefon eşitdim və patefonda Qərb əsərləri çalırdılar: tanqo, vals. 
Lakin nə çalırsa, çalsın mənə bunun hamısı kəndi xatırladırdı. Qəribə 
bir duyğuydu, mən elə bilirdim ki, bax bu mahnılar meşənin içində 
daha yaxşı  səslənməlidir. Və haradasa elə orada başlayıbdı, patefona 
sonradan gəlib. Mənim üçün musiqinin vətəni kənd idi. Heç ağlıma 
gəlmirdi ki, bu, şəhərdə yaranıb – bax, bütün o tanqo, o vals.  
Dəhşətli dərəcədə ömrümün üfüqləri genişlənirdi. Bütün dünya 
gəlirdi, daxil olurdu plastinkaya. Və özümü hədsiz dərəcədə xoşbəxt 
hiss eləyirdim.  İçərim hədsiz dərəcədə duyğuluydu. Həmin o fikirlər 
ki, dünya çox mənalıdı, o, göründüyündən artıqdır – burda özünü 
göstərirdi. Demək olar ki, mənim musiqiylə  təmasımın  əsas hissəsi 
gördüyüm şəhərdə başladı – Gəncədə başladı. Həmin o plastinkadan, 
o  əsərlərdən, o musiqi parçalarından Atanın musiqiylə doğmalığı 
başladı. Və o doğmalıq bir an da azalmır.  Musiqiyə yaxınlaşdıqca Ata 
Mənaya yaxınlaşdı. Və Ata başa düşdü ki, musiqi mənanın səsidi. 
Təbiidir ki, uşaq  vaxtı belə anlayışlarla, fəlsəfi fikirlərlə, bədii 
sözlərlə ifadə eləyə bilməzdim. Deyəmməzdim ki, mənası  nədi.  
Amma bunu mən hiss eləyirdim içərimdə. Beləliklə  də, bir tərəfdən 
kəndə aparan çay, ikinci tərəfdən darvazalı    evlər, üçüncü tərəfdən 
musiqi mənim aləmimə, ömrümə, xilqətimə çox böyük bir zənginlik 
gətirdi. Sözlə ifadəsi  çox çətin mümkün olan, həm təəccüb, həqiqət, 
həm bir az yadlıq, maraq, bəzən isə qəm, kədər, həm hardasa yalqız-
lıq, tənhalıq, həm də çox güclü bir daxili göylük. Evlər, eşiklər, 
küçələr, bacalar, adamlar hamısı mənim gözümdə tamamilə nağıllaşır-
dı. Və dördüncü, böyük bir park vardı Gəncədə, çinar parkı vardı. O 
park mənim üçün möcüzə idi. Orda mən çinarları görürdüm, orda mən 
böyük  bir təbiətlə sənətin birliyini görürdüm. Orda qəribə bir vəhdət 
vardı. Axşamların qonmasını gördüm – çinarlara. Sonra işıqların 
yanması, sonra yenə hardasa musiqi səsləri, adamların gəlməsini, 
 
28
getməsini, geyimlər rəngarəngliyi, sifətlər rəngarəngliyi, gülüşlər 
rəngarəngliyi. Canlı oyanma  –  içəridən, daxildən.  
Təbiidir ki,  mən bunları idealizə eləyirdim. Bunlar tək bundan 
ibarət deyildi. Parkda murdarlıq da vardı – onu mən  görmürdüm. 
Parkda  ədabazlıq da vardı – onu mən görmürdüm. Kimsə kimisə 
aldadırdı – mən onu görmürdüm. Mənim  üçün bunlar idi – birlik. 
Çinarlar dəhşətli dərəcədə mənalı! O çinarların duruşundakı məna və 
sonra  işıqların yanmasındakı  məna. Adamların gəlişindəki məna ki, 
təkcə o mənadan ibarət deyildi. Mənasız da  olardı, amma mən 
birincini görürdüm. Dünya gözümdə hədsiz dərəcədə bir möcüzəydi.  
Lakin bunu kimə deyəsən, yenə  həmişəki vəziyyət. Dünya möcü-
zədi, həm də dünya çox adi bir şeydi. Adiliyi hamı görürdü, möcüzəni 
təkcə mən  görürdüm. Hamı gəlirdi konsertə, pulunu verirdi, oturub əl 
çalırdı. Amma heç kəs bilmirdi ki, o konserti konsert  eləyən elə 
həmin o çinarlardı, – məndən başqa. O konsert başqa bir yerdə olsaydı 
da, heç nəydi. Bütün bunların  hamısının qarışmasıydı, bax o çinarlar, 
o təbəssümlər, yerişlər, o şux axşamın çinarlara qonması. Belə bu  cür 
o fəlsəfi fikirlər yığılırdı içimə.  
Bir gün küçəylə gedəndə eşitdim ki, hardansa bir musiqi səsi gəlir.  
Kimsə  nəsə çalır. Ayrı-ayrı alətlərdə çalırlar. Gördüm ki, çalanlar 
hamısı uşaqlardır – mən yaşda. Gördüm ki,  dərnək kimi bir şey var. 
Getdim dedim ki, məni də yazın bura. Mənə bir alət gətirdilər –  
nəfəsli alət. Mən başladım bunu üfürməyə. Sonra gördüm mənim 
yanımdakı yaxşı bir ariya çalır – Şah  İsmayıldan. O birisi də  zurna 
çalır. Qəribə bir əfsunlaşmış aləm yaranır. Çox pis çalırdılar, amma 
məsələ ondadır ki, çalırdılar, bir yerdə çalırdılar. Və o səs gedir 
yayılırdı, göyə  çıxırdı – qanadlanırdı, addım-addım qanad açırdı. Bu 
da məni dəhşətə  gətirirdi. Və mən həmin o dərnəyə yazıldım, başla-
dım özüm çalmağa. Çox tez bir vaxtda da öyrəndim. Və çalanda  elə 
bilirdim ki, Günəş doğur. İndiyə qədər də bax məndə o duyğu var. Sən 
çalırsan – Günəş  çıxır. Lap qışda da,  qarda da. Hədsiz dərəcədə 
xoşbaxt idim, bax, bunların hamısıyla bir yerdə. Amma heç kəsə 
demək olmurdu  bunları. Olsa-olsa mən deyə bilərdim ki, ləzzət alıram 
çalğıdan. Nə olsun ki, nə deməliydi bu?! Bax, bu da mənim  şəhərli-
yimin canıydı. Kənddə çay vardı, kənddə dağ vardı, kənddə yollar 


 
29
vardı, kənddə  mənzərə vardı, kənddə    səmimiyyət vardı, hamının 
birliyi vardı, təpələr vardı. Bunların içində yaxşı  nə vardısa, hamısı 
gəldi  şəhərə.  Şəhərdə  də bax, bu deyilənlər vardı. Darvazalı evlər 
vardı, musiqi vardı, adamlar çox qaynaşırdılar –  gələnlər, gedənlər. 
Bunlar hamısı mənə çox doğma idilər. Və istəyirdim ki, həmişə onlar-
la olum. Odur ki, şəhərin məktəbini mən qəbul eləyəmmədim, sevmə-
dim. Birinci gündən mən başa düşdüm ki, məktəb bütün bu dedikləri-
min hamısının  əleyhinədir. Nə çinar var burda, nə musiqi var burda
nə çay var burda, nə göy var  burda, nə dağ var burda. Deməli, heç 
birində eşq yox idi. Heç bir danışıqda dağ gəlib bura çıxmır, çay gəlib 
bura  çıxmır, çinar gəlib bura çıxmır, təbəssüm gəlib bura çıxmır, 
İnsan doğmalığı gəlib bura çıxmır. Hamısı  kimidi, quru yarpaqlardı – 
bütün bu dərslər. Ona görə də mən əvvəl çox pis oxuyurdum. Oxuyur-
dum və    fikirləşirdim ki, niyə  məni gətirib bura salıblar. Bu saat ən 
gözəl dərs bax, o Günəşdi, ürəyimdə. Yəqin ki, heç  indiki yaşımda 
bunları deyə bilmərəm, deyərlər ki, bu adam dəlidi. Onda hələ  mən 
uşaq idim. Coğrafiya dərsi  deyirdilər. Fikirləşirdim ki nədir bu? Qoy 
bir Günəşə baxım, qoy bir çinara baxım. O qədər cansız, yad gəlirdi  
ki, bunlar mənə. Bacardığım qədər dərsə gəlmirdim. Və elə  onda da 
üsyankarlıq məndə özünü göstərirdi.  Şəhərdə ona görə göstərdi ki, 
bizim müəllim vardı (həm də o direktor  müavini idi), bizi sevmirdi
bizə üstdən aşağı baxırdı. Həm də  məktəb ümumən ayırırdı bizi 
mənadan. Düz 8-ci  sinfə qədər mən sevə bilmədim məktəbi. Bir təhər  
oxuyurdum, qabiliyyətli olduğum üçün çox tez öyrənirdim.  
Eyni  zamanda da həm kənddə, həm də şəhərdə dəhşətli yırtıcılıqla 
üz-üzə gəldim. Küçə halıyla rastlaşmaq.Gəncə həm də böyük küçələr-
di. Gəncədəkilər evdə oturmurlar. Küçə  uşaqları var hərfi mənada. 
Burda zahiri romantika var. Burda küçə uşaqları dedikdə, yəni kəsən, 
vuran-tutan. Bu romantikanı  mən sevirdim. Amma hər halda uşaq 
idim. Ondan sonra küçədə toxmaq oynayırdılar, aşıq oynayırdılar. Kü-
çədə yalandan sevgi bağışlayırdılar, 15 yaşı var,  gərək sevə. Ondan 
sonra döyüş başlayırdı. Bir məhlə o biri məhləylə döyüşürdü. Bütün 
cəmiyyət adlanan murdarlığı orda mən mikroskopda görən kimi görür-
düm. Sonradan mən elə bir xüsusi təzə bir şey tapmadım. Kim  
güclüydü, kim yumruqluydu – o ağaydı. Bu uşaqlar arasında ağalıq-
 
30
nökərlik adlanan duyğuların hamısı vardı. Və  sadizm. Hələ də mənim 
yadımdan çıxmaz, biz mozodaş oynayırdıq. Balaca daşı qoyursan, 
böyük daşla onu vurursan. Bir nəfər onu elə vururdu ki, bizim 
ayağımıza dəysin daş. Ləzzət alırdı. Çünki bir az bizdən ucaydı, bir az 
da yaşlıydı. Gombul bir oğlan idi. Atası ət kombinatının direktoruydu-
nəydi. O, döyməkdən ləzzət alırdı. Bir nəfər  də vardı, balaca uşaq idi. 
Onunla idi. Bütün şəhərin uşaqlarını döyürdülər. Bu, demək olar ki, 
rüşeymdə  cəmiyyət idi. Bunların hamısını mən görürdüm. Və o təzadı 
görürdüm; belə gözəl göy, belə gözəl çinar, belə  işıqlı sifətlər və belə 
bir murdarlıq. 
 
  
TƏHSİL  İLLƏRİ 
 
 
(III FƏSİL) 
 
Mənim təhsil illərim Moskvada, böyük bir SSRİ-nin paytaxtında – 
Ədəbiyyat  İnstitutunda keçdi. Moskva mənim  üçün kitabxana oldu. 
Simfonik konsertlər, operalar ünsiyyəti oldu, özüylədöyüş – özünü 
itirmə – özünüyaratma məkanı  oldu. Zahiri Moskva mənim üçün 
demək olar ki, yox idi. Mən metroya minirdim, kitabxanaya gedirdim 
və geri – yataqxanaya qayıdırdım. Həftədə bir dəfə simfonik konsert-
lərə gedirdim və daim özümlə döyüşürdüm. Özüylədöyüş    dəftəri 
hardasa yüzə çatmışdı. Sonra  onu da  götürdülər,  apardılar.  Kitabxa-
nada mən suallarıma cavab axtarırdım. Suallarım isə əsasən aşağıdakı-
lardan ibarət idi:  –  Dünyanın bu günə düşməsinin səbəbi  hərcayilik, 
günahkarlıq, aşağı  səviyyəli Ruhaniyyat, dəhşətli xudbinlik, dəhşətli 
hamılaşma, özgələşmə,  təbəqələşmə – bunların səbəbi nədir? Mən 
İnsan haqqında oxuduqlarıma, bildiklərimə yaxın heç nə görmürdüm. 
Bizim məşhur sayılan yazıçılarımız, şairlərimiz gəlib bizə əxlaqsızlıq 
dərsi öyrədirdilər, onu yaxşı şey  sayırdılar, bizə deyirdilər ki, fürsəti 
əldən verməyin, cavanlıq eləyin. Bizə araq içmək öyrədirdilər  –  
murdarlar! Şəhər özü də murdar şəhər idi. Hamı yapışmışdı cinsiyyət-
dən. Mənim tələbə yoldaşlarım  azərbaycanlılar da əsas etibarilə 
şöhrətdən, kimin hansı jurnalda yazısı  çıxacaq, kimə ordan qonorar 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə