Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   2   3   4   5   6   7   8   9   ...   63

 
23
Ondan sonra, kəndimizdən başqa kəndlərə yollar gedirdi. Uzun-
uzun yollar idi. Yolların qırağında yenə  də balaca  təpələr olurdu və 
dağlar olurdu. Yollar da bir-birinə calanardı. Qəribə-qəribə  zəncir 
halqası yaranırdı, əl-ələ  verirdilər, qol-qola gəzirdilər, yallı gedirdilər 
yollar – dəhşətli dərəcədə bir-birinə doğma.  İstəyirdim ki, o  yollara 
nəsə yaxşı bir söz deyəsən, onlara bir nəğmə qoşasan, onları bir 
oxşayasan, bağrına basasan, deyəsən: “A  yollar, bilirsənmi ki, sən 
mənim üçün nəsən?!” 
Həm də kəndimizdə kolxoz var idi, həm də kəndimizdə kənd soveti 
var idi, kəndimizdə kolxozun briqadiri var idi,  kolxozun hesabdarı var 
idi. Bütün bunlar hamısı o dağa qarşıydı, o yola qarşıydı, o fikirlərə 
qarşıydı. Hamısı  kobud, hamısı murdar, hamısı ictimai – yamaq kimi. 
Səhər o başdan bağırırdılar: “İşə  gəl, işə  gəl, a köpək  qızı!” Az 
qalırdım ki, bağıram, qışqıram: “A korlar, a itlər, görün bir Çay nə 
danışır, görün bir Qaya nə  danışır!” Elə bilirdim ki, mənə yəqin dəli 
deyəcəklər.  
Bütün bu ictimai həyat hamısı kəndə qarşıydı. Kəndin  gözəlliyinə 
qarşıydı, qürub çağına qarşıydı. Hamı, bəzən müharibədən qalanlar 
qadınların başına min oyun  açırdılar – kolxoz sədrləri, kəndxudalar... 
Kimsə başqa qadınların qapısını döyürdü. Çox pis təsir eləyirdi mənə. 
Və həmin kənddə də ilk sevgi yarandı, qəribə bir vəziyyətdə. Bunu 
sevgi adlandırmaq da mümkün deyil, amma hər  halda o yaranmışdı. 
İndi başa düşürəm ki, həmin qayanın möcüzəsiydi o, təbiətin möcüzə-
siydi o, meşənin  möcüzəsiydi, tək bir qadına olan deyildi o. Günlərin 
bir günündə bizə bir qız gəldi (deyəsən kürd idi, bizim  evdə qalan bir 
kirayəçinin bacısı idi), onunla mən bir-iki dəfə söhbət elədik, bizim 
bağçada. İntəhası, o söhbətə  Qaya daxil olurdu, o söhbətə Çay daxil 
olurdu, o söhbətə Göy daxil olurdu, o söhbətə yollar daxil olurdu. 
Söhbət  birdən də çözələnirdi, çözələndikcə ipəkləşirdi, ipəkləşdikcə 
nurlaşırdı, nurlaşdıqca Göyləşirdi. Və o qız  bir gün qaldı, çıxıb getdi 
rayona. Mənim bir dostum var idi. Dedim, gərək biz gedək rayona. 
Niyə gedək? Çünki  orada O Qız var idi. Hardadır? – Heç bilmirəm, 
gərək axtaraq. Həmin o qayanın romantikası, həmin o dağın  romanti-
kası... Qız elə bilirdi hamısı odur, səhv eləyirdi, həmin o halın hamısı 
bir yerdə  –  bu olmalıydı. 
 
24
Getdik rayona düşdük. Hara gəlmişik? Pulumuz da az... Yaxşı bir 
divanəlik. Və küçə-küçə də qızı axtarırdıq.  Bilmirdik haradadır. Sifəti 
yadımdadı, təbii ki. Bir də təsadüfən gördük – eyvanda gördük. Əliylə 
dedi ki, gedin. Qərəz, mən onunla görüşə bilmədim. Amma axşam 
mənim məktubum ona çatdı. Təbiidir ki, bu məhəbbət elə  burda da 
qurtarmalıydı, çünki o qızın zahirindən başqa nə dağa oxşarlığı vardı, 
nə  də qayaya. Çox adi qız idi. Onun arzusu o idi ki, mən prokuror 
olam. Təsəvvür eləyirsənmi, prokuror olmalıydım mən. 
Qaya, dağ hara, bu hara? Nəyə lazım imiş bu? Hər halda, o axtarış, 
o gecələr, onun birdən-birə gəlməsi,  birdən-birə itməsi – bunlar hamı-
sı, belə bir hal  –  o qayalıq, o çaylıq, o dağlıq, o sirr, o sehr  –  bu da 
həmin o “Dünyanın mənası dünyadan artıqdır” ideyasına çox uyğun 
gəldi. Hələ  mən indi də deyirəm ki, Qızla bizim  görüşümüz qızın 
özündən çox artıq idi... Sonra isə mənim gözümdə o qalmadı, o Qaya 
qaldı, o Dağ, o Meşə qaldı – onun bir hissəsi qaldı  və  mənim o 
gecələrim qaldı... Mənim məktubumu alandan sonra,  məktubuma 
cavab yazandan sonra yenə biz gecə gözəl bir yerdə görüşdük – cəmi 
on dəqiqə, ya on beş  dəqiqə. O gəldi və  getdi. Bu cür onun gözlə-
nilmədən gəlməsi, gözlənilmədən getməsi – o da yenə  həmin o mən 
deyən dünya idi, o kəndin  aləmiydi. 
Ondan sonra fəlakətlər gəldi. Xəbər verdilər mənim babamın 35-ci 
ildə tutulmasını – bunu öyrəndim. Kənddəkilərin fəlakətini gördüm. 
Əmim getdi əsgərliyə, gəlmədi. Nənəmin ağlamaqdan gözü tutuldu. 
Bax, bu cür  çox güclü təzad yarandı  –  xeyir və şər ideyası. Və bütün 
bunlar hamısı bir yerdə, mənim məktəbdə oxumağım,  dərsdən qaçma-
ğım, dərsi sevməməyim... Dərsdə qaya yox idi, dərsdə çay yox idi. 
Həsrət başladı  məndə. Otururdum,  deyirdim, niyə  mən burda oturu-
ram? Bu saat mən qaya dibində olmalıyam, çay qırağında olmalıyam... 
Nədir bu? Dərs  deyə bilmirlər. Dərsi gərək elə keçəsən ki, ordan dağ 
çıxsın. Bəzən deyirdim də bunu müəllimlərə. Günlərin bir  günü bizə 
bir marksizm-leninizm müəllimi gəldi. Mən də  uşaq olsam da, 
maraqlanırdım. Başladı proletar diktaturasından dəm vurmağa. Mən 
də bilirəm axı, proletar kimdi. Proletar, yəni fəhlə. Dedim ki, 
bağışlayın,  proletar diktaturası deyirsiz, bax, orda bizim süpürgəçi var  
– onun diktaturasıdı? Dedi: “Səsini kəs!” Və bu  “səsini kəs” hələ də 


 
25
qulaqlarımdadır, elə bərk dedi ki, onun ayrı sübutu-filanı yox idi. Mən 
başa düşdüm ki, Dünya özünün mənasından çox ayrılıb. Yenə 
deyirəm, bu sözlərlə yox, duyğularla, həyəcanla. Belə-belə düşdüm bu 
Məna yoluna. Məna yoluna məni gətirdi kəndimiz, kəndçiliyimiz. 
Kəndimizdə bir də mənə çox təsir eləyən sadə  adamların çox böyük 
dözümü və çox böyük doğmalığı oldu. Orda hər bir adamın ömrü 
fəlakət idi. Bizim kənddə  qoşalaşırlar, sonra da üçləşirlər. 
Bizim kəndin adı Çaykənd idi. Qaraqoyunlu dərəsi deyirlər. Bizdən 
yuxarıda bir kənd, ondan aşağıda Bəryabənd  adında bir kənd, bizdən 
aşağıda gözəl bir kənd  – Qaraqaya kəndi. Qaraqaya kəndiylə də bağlı 
mənim bir eşqim olub, onu deyəcəm. Ondan sonra Çaylar, ondan 
sonra  Polad kəndləri və s. Kəndlərin  ən gözəli bizim kənd idi, –  
Çaykənd. Həmin dövrdə mənim ikinci bir halım oldu,  duyğularımın 
durulması – buna eşq demək olmaz. Hədsiz dərəcədə mənim duyğula-
rım durulmuşdu. O da yenə  zahirən çox adi bir şey idi. Biz Qazaxdan 
gəldik – Çayqarışan deyilən bir yer var, ordan piyada gəldik kəndi-
mizə  qədər, mən cavan bir qadınla. Yenə də həmin o ağaclar, yenə də 
həmin o meşələr, yenə həmin o dağ. Bunlar  hamısı yaratmışdı bizim o 
ünsiyyətimizi, sonra o qara qaya. Ora mən hər gün gedib-gəlirdim. 
Beləcə görmək, ayrı  heç nə. Çünki mən onu görmək üçün getmirdim 
axı, əslində mən o dağı, o çayı görmək üçün gedirdim. Hər nə  eləyir-
dimsə, o, olanın özündən artıq olurdu. Sifətdə mən elə şeylər axtarıb 
tapırdım ki, o, çaya oxşayırdı, dağa  oxşayırdı. Təbiət məndə  hədsiz 
dərəcədə insaniləşirdi. Sevdiyim sifətlərdə  mən təbiət görürdüm. 
Sonra mən Darvinin əsərlərini oxuyanda iyrəndim. Guya insan mey-
mundan əmələ gəlib. İnsanda hər şey var. İnsan dağdan  əmələ gəlib, 
daşdan əmələ gəlib, çaydan əmələ gəlib, göydən əmələ gəlib. Beləliklə 
də, kəndimiz mənim duyğular  məktəbim oldu. Əgər sonradan mənim 
çox zəka məktəblərim oldusa da, duyğu məktəbim mənim kənd oldu. 
Orda heç  bir xüsusi əhvalat-filan olmadı, amma hal oldu  – hədsiz 
dərəcədə. Kənd məni özümləşdirdi. Kənd məni açdı – nəyim vardısa 
duyğu aləmində. Eyni zamanda, kənd mənlə camaat arasında indiyə 
qədər davam eləyən təzadı da yaratdı. Təbiətin mənim gördüyüm 
qadirliyi, insanların ayrı-ayrı yaxşı  cəhətləri və adamların balacalığı,  
 
26
təbiətdən uzaq olması, görməməsi, adiliyi... Bunlar məndə yaranmadı 
ancaq. Belə... Mən kənddəki ağaclarla bir  yerdə böyüdüm. 
 
 
ŞƏHƏRLİYİM 
 
(II Fəsil) 
 
Şəhərliyimdə, yəni gəncliyimdə ilk duyğu kəndin özüylə bağlıydı. 
Gəncədəki çay, Gəncəni iki hissəyə bölən çay,  bizim çaya çox 
oxşayırdı. O çayda mən, çayın qırağında özümü kənddəki kimi hiss 
eləyirdim. O kənddəki duyğular  davam eləyirdi, kənddəki fikirlər 
davam eləyirdi. İkinci, şəhərlə bağlı duyğularım artıq şəhəri kənddən 
ayıran  duyğular idi, fərqləndirən duyğular idi. Duyğuların birincisi 
darvazalı evlərlə bağlıydı.  Şəhərdə evlər darvazalıydı. Bu, evləri 
fərqləndirirdi, çünki kənddə evlər qapalı deyildi, kənddə evlər bir-
birinin üzünə  hamısı açıq idi. Kənddəki evlər bir-birinə qohum idi. 
Burda isə hər bir küçənin, hər bir rayonun qapalı  aləmləri yaranardı. 
Hər darvazanın özü bir aləm idi. Burda insanlar bir-birindən ayrılırdı. 
Qapıların  açıqlığı burda ləğv olunurdu. Və bu, mənə çox pis təsir 
eləyirdi. Bunlar mənim o düşüncələrimlə uyğunlaşmırdı. Kəsiklik 
yaranırdı. Elə bil ki, bütöv bir aləmdən ayrılırdım. Parçalanırdı, para-
lanırdı    şəhər. Sonralar mən buna alışdım, bunda özünəməxsus bir 
şəhər mənası gördüm. Şəhərdəkilər kənddəkilər kimi  bir-birinə 
doğma deyildilər. Onlar darvazalı evdə yaşamalıydılar. Bunların hər 
birisi başqa-başqa aləmdən  gəlib bura düşmüşdülər. Onları elə bir 
xüsusi duyğu da birləşdirmirdi. Burda fərqlənmək lazımdı, xüsusilik  
lazımdı. Yoxsa onlar özlərini qoruyub saxlayammazdılar. Yağılıq baş-
layardı, lap belə dəhşətli. Ancaq hər halda  kəndlə şəhər arasında təzad 
mənim gözümdə darvazalı evlərdən başladı. Hərə öz evini bağlayırdı, 
evdə böyük  həyət vardı. Əgər belə demək mümkündürsə, elə bil bir-
birindən ayrılmış bir qala vardı. Heç kəs o biri qalanı    zəbt eləyəm-
mirdi. Hədd vardı, sədd vardı və bu həddə, bu səddə bir yadlıq vardı. 
Mən elə başa düşdüm ki, bir dünyadan başqa bir dünyaya gəlmişəm. 
Orda təbiətlə evlər  arasında vəhdət vardı, evlərlə evlər arasında vəh-


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə