Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə28/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

 
149
«İrak» 
Şər qətiyyətlə, hiddətlə, inadla rədd edilir. 
İnkar haraylanır, Qeyz yeri-göyü titrədir, Daxildəki Ağrı hərarətlə 
aşkara çıxır, hədsiz dərəcədə  gərginləşmiş Duyğular  Şəri lənətləyir, 
daxili pafos ən yüksək səviyyəyə çatır, musiqi ahənginin sürəti artır. 
Həyatın məhdudluğu dərk olunur, ondan kənara çıxmaq, 
İdeala çatmaq ehtirası tüğyan edir, ruhani özünüifadə  və 
özünütəsdiq heyrətlə səslənir. 
Ülvilik burada Kamilliyə qovuşma şəklində meydana çıxır. 
Həyatla görüşdən, qaynayıb-qarışmaqdan, onun məhdudluğunu 
dərk etməyə  və Ali həyatla qovuşmağa qədər Yol gedir İnsan 
«Rast»da və bu Yolun bütün mürəkkəbliyi, çətinliyi, ziddiyyətləri, 
yoxuşları səslənir əsərdə. 
Sonda Yeni İşıqlı, Müdrikləşmiş, Zənginləşmiş Aydınlığa Qayıtma 
baş verir. 
 
Ümumi Qiymət 
Rastda ifadə olunan Ülviyyət konsepsiyasının məzmununu 
aşağıdakı şəkildə nizamlamaq, sistemləşdirmək olar. 
1. Ülvilik – Dünyanın və  İnsanın mahiyyətindəki Aydınlığın və 
Ciddiliyin təsdiqidir. 
2. Ülvilik – Dünyayla görüş və onunla daxili Təmasdır. 
3. Ülvilik – Dünyadan kənara çıxmaq – İdeala Yüksəlməkdir. 
Pillə Sənəti olan Muğamda – Ülviliyin bütün Pillələri səslənir. 
 
 
2. «Çahargah» muğamı   
 
«Maye-Çahargah» 
Şöbə – Müdrik Kədərlə  aşılanmış Mahiyyətli Fikirlər Dünyasına 
aparır.  
Dünyayla Görüş – Daxili İdrakilik,  Əzəmət,  Əsrarla görüş kimi 
mənalandırılır. 
Fikirləri Vahid bir ahəngdə birləşdirən Kədər – dünyanın fəlsəfi 
dərki səviyyəsindədir… 
 
150
Həyata daxil olma – qeyri-adiliyə, sehrə, sirrə qovuşma kimi 
təqdim olunur. 
Ruhani münaqişənin ayrı-ayrı  sədaları  eşidilir və onlar Fəlsəfi 
Kədər vasitəsiylə rəvanlaşır. 
Şöbə – uvertüranı («girişi») xatırladır, özündə gələcək mövzuların 
bir çoxunu cəmləşdirir, Rəmzi musiqi İdeyaları səviyyəsinə qalxır. 
Həyatla Görüş – möhtəşəmcəsinə, müqəddəscəsinə, riqqətlə hazır-
lanır. 
«Ülvi Həyat – İdraki, Hissi, Ruhani Görüş  tələb eləyir – Şöbənin 
əsas Fəlsəfi İdeyası bundan ibarətdir. 
 
«Bəstə-Nigar» 
Kədər çalarları, keçidləri, axarı, labüdlüyü, pillələri, münaqişələri, 
incəlikləri, əzəməti. 
Kədər ensiklopediyası. 
Kədər etirafı, Kədər etirazı, Kədər döyüşü, Kədər imtinası, Kədər 
lənəti – daim artan, yüksələn, gərginləşən, özündən artığa, yüksəyə, 
böyüyə çevrilən. 
Müdrikliyin zəruri pilləsi, Fərəhin başlanğıcı. 
Kədər Fəlsəfəsi! 
 
«Hasar» 
Kədərin aradan qaldırılması, iradənin fəallaşması, duyğuların 
daşması, hiddətin haykırtısı – Ruhaniyyat Şəri inkar edir, gerçəklik 
səddini aşır, Kamilliklə,  İdealla, Mütləqlə birləşmək üçün yanıb-
yaxılır! 
Ülvilik burada – Ruhani İradənin Mütləq, Qəti təsdiqi  şəklində 
meydana çıxır. 
 
«Mənsuriyyə» 
Mütləqlə – Qeyri-adi, Əsrarlı, İdeal Görüş! 
Qeyri-Adiliyin Dərki, Duyulması, Heyrət, Yanğı, Müqəddəs 
Sarsıntı, Fərəh, Təlaş, Bənzərsizlik, Əlçatmazlıq, çılğın Cəzb, Ruhani 
Qovuşma Məqamı! 
 


 
151
Ümumi Qiymət 
«Çahargah»da ifadə olunan Ülvilik konsepsiyasının məzmununu 
aşağıdakı şəkildə nizamlamaq, sistemləşdirmək olar: 
Ülvilik – İnsanın Dünyayla Ruhani Görüşüdür. 
Ülvilik – Həyatdakı Şərlə Döyüşdür. 
Ülvilik – Mütləqə qovuşmadır. 
 
3.  «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Ruhani İradəylə Rəvanlaşan Qəm, gah yüksələn, gah alçalan… 
Ruhani Ağrı – daim artan və Zəka vasitəsiylə ram edilən. 
Daxilə enmək və batini məqamları bütün incəliklərinə qədər tədqiq 
etmək. 
Hiss çalarları: melanxoliyadan (həzin kədərdən) başlamış Fəryada, 
Haraya qədər  əsrarlı möhtəşəmlik – təbii üzvi şəkildə  zərif lirizmə 
keçən. 
İntimlik və Dərin Fəlsəfilik. 
Musiqi İdeyasının bənzərsiz incələşməsi. 
Çılğın Etiraf və Müdrik Əzəmət. 
Zəriflikdən Əzəmətə keçid. 
Əlçatmazlığa eşq və İdrakiliyə həvəs. 
«Həyat çoxcəhətliliyə, biri-birindən fərqli, bəzən biri-birinə Zidd, 
ancaq Mahiyyət etibarilə Vahid hadisələrin qarşılıqlı  əlaqəsi kimi 
Ülvidir!» – deyir «Maye-Bayatı-Şiraz». 
«Şəxsiyyət qətiyyətlə, cəsarətlə, müdrikcəsinə  Həyata qovuşanda
öz qəlbinə onun bütün zənginliyini yığanda, Müdrikliyə çatanda – 
Həyat Ülvilik kəsb edir!» – deyir «Maye-Bayatı-Şiraz». 
Vahidlik Muğamda özünün bütövlüyü və çoxşaxəliliyiylə  aşkara 
çıxır, – Ülviliyə aparan, çatan. 
 
«Bayatı-İsfahan» 
Yüksək Kədər Dünyasına qovuşmaq. 
Birinci pillənin Rəvan Kədərindən Kədər Zirvəsinə Keçid. 
Müdriklik Məntiqinin Təsdiqi. 
 
152
Ruhani İradənin Zəruri, Qarşısıalınmaz Təzahürü. 
Dünyanı dərketmə və özünü dərketmə Yüksəkliyi. 
Görüm sonsuzluğu. 
İdeal möhnəti, Mütləq Çağırışı – aramsız, hökmlü! 
Kamillik harayı… 
Kədərdən artıq Kədər –  Ruhani Əməl səviyyəsində. 
Şöbədə Ülviyyət – Dünya Kədərinin dərki kimi mənalandırılır: 
Kədər Zirvəsinin, İdeal İztirabının, Hicrinin təsdiqi kimi. 
 
«Hüzzal» 
Kədərin ram edilməsi. 
Mütləqə qovuşmaq əsasında yaranan təzə Rəvanlıq. 
Kədərin Mütləqə çılğın Qovuşma Ehtirasına çevrilməsi. 
Kamilliklə Görüşmək, Kamilliyə qovuşmaq Patetikası. 
Ruhani Əməllə İşıqlanmaq. 
Əzələ qayıtmaq. 
Burada Ülviyyət – Mütləqə Ülvi Ehtiras, canatma, Mütləqlə 
Ülvi qovuşma kimi aşkara çıxır. 
 
Ümumi  Qiymət 
«Bayatı-Şiraz» Muğamındakı Ülvilik konsepsiyası Ülviyyətin 
aşağıdakı Pillələrini təsdiq edir: 
Dünyanın çoxmənalılığını, çoxcəhətliliyini dərk etmək, görmək, 
bilmək. 
Qəm yüksəkliyi. 
Kamilliyə çatma. 
 
4.  «Şur»  muğamı 
 
«Maye-Şur» 
Çılğınlığı hazırlayan Rəvanlıq. 
Harayı hazırlayan Səbatlıq. 
İnkişafı hazırlayan Bitkinlik. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə