Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

 
153
Gələcəyi hazırlayan Əzəlilik – gələcəyi özündə gəzdirən, qoruyan, 
özündən artıq olan, gələcəyə  zəruri  şəkildə keçən, bətnində  gələcəyi 
yetirən! 
Dünyayla görüş burada potensial İmkanın gerçəkləşməsi,  İnsanın 
özünü ifadəsi kimi aşkara çıxır. 
Dünyayla təmasda  İnsan özünü dialektcəsinə – təzadcasına 
(antinomiyacasına) ifadə edir. 
İnsanın mövcudluğu, ruhani, idraki vəziyyəti dialektikdir. 
İnsanın Görüşdüyü, Qovuşduğu Dünya dialektikdir. 
Dünyanı özündə gəzdirən, özümləşdirən İnsan son nəticədə yüksək 
harmoniyaya – Uyğunluğa nail olur – Kamilliyə çatır. 
«Həyatdan – Kamilliyə!» – «Şur» Muğamında İnsan bu Ülvi Yolu 
bütünlüklə keçir və bu keçidin Mahiyyəti ümumi şəkildə «Maye-
Şur»da aşkara çıxır. 
Burada həm də  İnsan hissiyyatının Mahiyyəti ilə  Təzahürü 
arasındakı əlaqələr hərtərəfli göstərilir. 
Rəvanlıq – Çılğınlığın,  İdrakilik – Hissiliyin əzəli kimi meydana 
çıxır, hadisələrin mahiyyəti, daxili mənası açılır, Fəlsəfi görüm təsdiq 
olunur. 
Biri-birindən uzaq görünənlər arasında daxili əlaqə  kəşf olunur – 
daxili gözlə baxır Muğam Dünyaya və bu səbəbdən də görünməyəni 
görür. 
«Maye-Şur»da Ülvilik Həyatın dialektik, təzadlı  təbiəti kimi şərh 
edilir… 
Ülviliyə İnsan İdeala Qovuşmaq sayəsində nail olur. 
Ülvi Həyat burada İnsanın həyatla görüşü, yaxınlığı və qovuşması, 
həyatdan kənara çıxması və Ali Həyata Yüksəlməsi kimi şərh edilir. 
 
«Zəmin-Xara» 
Həyat Yollarıyla aramsız, inadlı, dönməz yeriş, maneələrin, 
ziddiyyətlərin, xülyaların, şübhələrin aradan qaldırılması. 
Ruhani Əzab Gərginliyi. 
Qarşısıalınmaz Yolçuluq. 
Kədərlə birləşmək və Kədərdən kənara çıxmaq, Ruhani enerji. 
Ruhani İradə təşəkkülünün pillələri, keçidləri, mərhələləri. 
 
154
İradənin Mütləqə can atması, Pafosu, Gərginliyi. 
Müdrik, Ehtiraslı, Ehtizazlı Yolçu Taleyi. 
Ruhani  İradə doğuluşu, Həyati maneələrin aradan qaldırılması  və 
İdeala çatma. 
 
 «Hicaz» 
Kamillik möhnəti – aramsız, hökmlü, ardıcıl, qarşısıalınmaz! 
Ülvi Ağrı. 
Qeyri-adiliyə çılğın ehtiras. 
Əsrarlıq Təlaşı. 
Ruhi səbatlığın pozulması və yeni Ruhani Ahəngin yaranması. 
Ürək Səyi. 
Kamilliyə vurulmaq Ülviyyəti! 
 
 
«Bayatı-Kürd» 
Kədər  Əyyamı. 
Hansı qapını açırsan-aç – Kədər evinə düşürsən… –  
Qəm dairəsinə… 
Kədərdən kənara çıxmaq səyi və təzədən kədərə qayıtmaq aqibəti. 
Kədər Zəruriyyəti, Hökmü. 
Kamilliyə qovuşmaq qətiyyəti. 
 
«Simai-Şəms» 
Heyrət Harayı… 
Ali Görüm Heyrəti. 
Müqəddəs Fərəh Sədası. 
Mütləqə qovuşmaq çılğınlığı. 
Yenilməz İradə Carı. 
Özünüifadə Vüqarı. 
Ruhani Uçuş… 
Mütləq Mənəvilik Haqqı… 
Bəyan Yanğısı. 
Mütləq mənada  Əzəliyə qayıtma – Zənginləşmiş, Təzələşmiş 
biçimdə. 


 
155
 
Ümumi Qiymət 
«Şur» Muğamında Ülvi Həyat aşağıdakı tərzdə mənalandırılır: 
1.  İnsanın Həyatla görüşü timsalında. 
2.  Ruhani İradənin Doğuluşu timsalında. 
3.  Kamilliyə can atan Ürək timsalında. 
4.  Mütləq Ruhani Haqq timsalında. 
 
5.  «Segah» muğamı 
 
«Maye-Segah» 
Kamillik Hicrinin bütün çalarları, hissləri, düşüncələri, sədaları… 
Daimi Kədərə qayıtma Ağrısı. 
Ruhani Kədərin Gözəlliyi və Müqəddəsliyi, dərinliyi, kövrəkliyi, 
riqqəti. 
Hicran qəminin bütün səsləri, sədaları – rəvan qəmdən başlamış – 
hərarətli fəryada qədər! 
Kədər təkrarı – qərarsız! 
«Hicran Kədəri Ülvidir!» – deyir «Maye-Segah». O, dünyanın və 
Ülvi Qəlbin  əsil Qiymətidir, Ruhun Mütləq Mahiyyətinin, Kamillik 
Eşqinin İfadəsidir! 
«Hicran Kədəri İnsanı Ülviləşdirir!» – deyir «Maye-Segah». 
«Ülvilik Qəmində İnsan Yüksəlir!» – deyir «Maye-Segah». 
«Ülvilik Ehtirası Ülviləşdirir Kədərlini!» – deyir «Maye-Segah». 
 
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi. Kədər Yükü. Kədər Seli. 
Kədər İmtinası. Kədər İnkarı. 
Kədər Harayı. Kədər Səyi. 
Kədər Usanmazlığı. Kədər Alovu. 
Kədər Göyü. 
Kədər Üfüqü. 
Kədər Zəruriliyi. 
Müqəddəs Fərəh doğuluşu. 
«Ülvi Həyat – Kədər Zirvəsinə ucalan, İdeala can atan həyatdır». 
 
156
«Kədər Zirvəsi Ülvidir, çünki oradan Kamillik üfüqləri görünür». 
Bunları «Şikəsteyi-Fars» maksimal dərəcədə hissi və idraki, kamil, 
əbədi söyləyir. 
 
 
«İrak» 
Mütləqlə Görüş, sarsıntılı, zəhmli. 
Qəlbin dərinliyindən hissi sel axır: Heyrət, İlham, Səcdə seli. 
Hisslər sonsuzlaşır, möhtəşəmləşir,  Əzəmətli Ruhani Qüvvə  çıxır 
aşkara. 
Həyatdan Mütləqə qeyri-adi Keçid baş verir. 
Təzələnmiş İnsanın Əzələ Qayıtması yaranır. 
«İrak»da Ülvilik İdealla Ruhani Vəhdət Halı kimi mənalandırılır. 
 
 
Ümumi Qiymət 
«Segah»da Ülvi Həyat – Ülvi Kədər Müdrikliyi kimi, Qəm Zirvəsi 
kimi, İdeala Yüksəlmək Məqamı kimi qiymətləndirilir. 
 
 
Nəticə 
Muğamlar arasında fərq olsa da, onların hamısını ümumi Ülvilik 
konsepsiyası birləşdirir. 
Həmin konsepsiyanın  əsas mahiyyətini aşağıdakı  şəkildə  şərh 
etmək olar:  
Mütləqə bərabər olan Aqibət Ülvidir. 
Mütləqə bərabər olan Ruhanilik Ülvidir. 
Ülviliyin Meyarı Mütləqdir. 
 
 
 


 
157
Üçüncü Fəsil 
 
MUĞAMDA İDEALA YÜKSƏLMƏK 
 
1.  Qanunauyğunluq 
İdeala Yüksəlmək Muğamda üç mərhələdən ibarət olur: 
1. İdeal Zəruriliyini anlamaq. 
2. İdeala can atmaq. 
3. İdeala Ucalmaq. 
 
İdeal Zəruriliyini anlamaq – Dünyayla Görüşlə; İdeala can atma – 
Dünyanı  dərk etməklə;  İdeala Ucalma isə – Dünyadan kənara 
çıxmaqla bağlıdır. 
Beləliklə  də Muğamda  İdeal Zəruriliyi – Dünyayla görüş vasitə-
siylə anlanır,  İdeala can atmaq – Dünyanı  dərk etməklə,  İdeala 
Ucalmaq – Dünyadan kənara çıxmaqla gerçəkləşir. 
 
1.   «Rast» muğamı 
 
«Maye-Rast» 
Dünyayla görüş Dünyanın Ali Mənasıyla görüş kimi qiymətlən-
dirilir. 
«Maye-Rast» bu cəhəti qabardır, daim ona qayıdır. 
Pillədə ifadə olunan Aydın, Ahəngdar Qüdrət – Varlığın Mahiyyə-
tini, Mənasını ifadə edir. 
Beləliklə  də Dünyayla görüş burada Dünyanın zahiri tərəfləriylə 
yox, daxili Mahiyyətiylə təmas səviyyəsində baş verir. 
Dünyayla görüş vasitəsiylə İdeala Ucalmaq Zəruriliyi anlanır, İdeal 
üfüqləri açılır daxili gözün qarşısında. 
Ruhani Aydınlıq Yüksəliş Üsulu səciyyəsi daşıyır. 
İdeala Yüksəlmək Zəruriyyəti üç biçimdə meydana çıxır. 
Öz Ali Mənasına can atan Həyat Zəruriliyi. 
Mahiyyətin dərkinə can atan Ruhanilik Zəruriliyi. 
Mənəvi Kamillik Zəruriliyi. 
İdrak, Əxlaq, İradə Mahiyyətə çağırır. 
Həmin çağırış aramsız, hökmlü, qarşısıalınmazdır. 
«Maye-Rast» həmin çağırışı ifadə eləyir. 
 
158
«Hüseyni» 
Həyatı anlamaq – Kədər gətirir;  
Həyatın qeyri-kamilliyini, nisbiliyini, Şərdən asılı olmasını  aşkara 
çıxarır. 
Həyat Kədəri güclənərək, artaraq İdeal Eşqi yaradır – Kədərə əks, 
Kədərdən kənara çıxan. 
Dünya Kədərlə  dərk olunur, Varlığın Mahiyyətiylə  Təzahürü 
arasında Uçurum görünür, Mahiyyətə, Mənaya, İdeala Ucalmaq Eşqi 
yaranır Ruhda. 
  
 
«Vilayəti» 
İdeal Eşqi Həyatla Münaqişə yaradır: – Şərlə döyüş qətiyyəti, İnkar 
Pafosu gərgin səslənir şöbədə. 
Həyatı ötüb keçmək istəyi yaranır, həyatın üzərində yüksəlmək, 
İdeala çatmaq, qovuşmaq ehtirası. 
«Həyat  Şəriylə münaqişədən Ali Həyata!» – «Vilayəti»nin təsdiq 
etdiyi ideya budur! 
«Həyat – dramatikdir, İdeala Yüksəlmək  əzəmətlidir!» – deyir 
«Vilayəti». 
İdeal eşqi iki mərhələdən keçir: 
Kədər Məqamı və Şərlə münaqişə. 
Birinci mərhələ «Hüseyni» pilləsində, ikinci – «Vilayəti» pilləsində 
təzahür eləyir. 
 
 
«İrak» 
İdeala Yüksəliş, Həyatdan kənara çıxmaq – gərgin Ruhani, İdraki 
Güc, hərtərəfli (total) özünüifadə və özünütəsdiq bahasına gerçəkləşir. 
Dünyanın Mənasıyla Təmas Ürəkdə Müqəddəs Riqqət yaradır, 
Qəlbin Mahiyyətlə Qohumluğundan Ülvi Vəhdət doğur, nəticədə 
Əzəli, Ahəngdar Aydınlığa qayıtma baş verir – Ali Həyatı təsdiq edən. 
 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə