Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

 
169
«Zəmin-Xara» 
Həyat Yollarıyla – Həqiqətin təzə  mərhələsinə doğru getmək – 
Mütləq Həqiqətə və Mütləq Ruhaniyyata doğru. 
Zəka və İradə səyi nəticəsində Zəkanın və İradənin güclənməsi. 
Zəka əxlaqi Kamilliklə bağlı olan Həqiqətə can atır… 
Mənəvi naqisliyi aradan qaldırmaq,  İdraki naqisliyi aradan 
qaldırmaqla Birdir. 
İdrak Eşqi – Kamillik Eşqiylə Birdir və hər ikisi Vahid Ruhani Yol 
yaradır. 
 
«Hicaz» 
Mütləq Eşqi tüğyan edir. 
Zəka can atır ki, Həqiqəti dərk etsin! 
İradə can atır ki, Kamilliyə çatsın! 
Əxlaq Zəkanı Kamilləşdirir. 
Yalnız Əxlaqi Kamillik İdraki Kamillik yarada bilər. 
Yalnız Kamil Zəka Həqiqəti dərk edə bilər. 
İradə gərginliyi – Zəka gərginliyiylə Birdir. 
Kamillik Eşqi – İdrak Eşqiylə Birdir. 
Kamillik Eşqi – Kamil İdrak Eşqi yaradır. 
 
«Bayatı-Kürd» 
Kədərə qayıtmaq – qeyri-həqiqilik və qeyri-əxlaqilik səddini aşmaq. 
Qapalı Kədər Dairəsi – Həqiqilik və Kamillik Həsrəti. 
Kədər səddi – Həqiqilik və Kamillik Sədsizliyi. 
 
 
«Simai-Şəms» 
Həqiqilik və əxlaqilik dərk olunur. 
Mütləq – Zəkayla aşkara çıxır, Ürəklə duyulur, İradəylə gerçəkliyə 
müdaxilə eləyir. 
İdrak Əməlləşir, Duyğulaşır, Vəhdət möhtəşəm Düşüncələr
Duyğular, Qətiyyət seli yaradır… 
 
 
 
170
2.  «Segah» muğamı 
 
«Maye-Segah» 
Kədərə dalmaq – Həyata dalmaqdır,  İdeala açılan Yoldur – 
Kamilliyə, Həqiqətə. 
Güclənən Kədər – İdeal Həyat, Kamil İnsan Zəruriliyinin 
Güclənməsidir. 
Kədər Harayı – İdeal Həyat, Kamil İnsan Harayıdır. 
Kədər Ülviliyi – İdeal Həyat, Kamil İnsan Ülviliyidir. 
Kədər Müqəddəsliyi – İdeal Həyat, Kamil İnsan Müqəddəsliyidir. 
Kədər Gözəlliyi – İdeal Həyat, Kamil İnsan Gözəlliyidir. 
Ürəyin Kədər Məqamı – Ali Həyat Həsrətidir. 
Kədər Yolu – Həqiqət və Kamillik Yoludur. 
 
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi – Qeyri-həqiqinin və Qeyri-kamilin dərki və 
Həqiqiliyə və Kamilliyə Keçid. 
Kədər Ağrısı – Qeyri-həqiqinin və Qeyri-kamilin verdiyi əzab  və 
Həqiqiliyə və Kamilliyə keçid. 
Kədər Çılğınlığı – Həqiqiliyə və Kamilliyə keçid Ehtirası. 
Kədər Odu – Həqiqiliyə və Kamilliyə keçid Atəşi. 
Kədər Göyü – Həqiqiliyə və Kamilliyə can atma Ucalığı. 
Kədər Zənciri – Həqiqiliyə və Kamilliyə keçid Aramsızlığı. 
 
«İrak» 
İdeal Həyat və Həqiqi Ruhaniliyin Təsdiqi – İdrak möhtəşəmliyinin 
və Əxlaq Həqiqətinin. 
Mütləqə qovuşma – Kamil Həqiqətə və Həqiqi Kamilliyə. 
 
Nəticə 
«Əxlaq – gerçəkləşmiş Həqiqətdir. 
Həqiqət – dərk olunmuş Əxlaqdır!» 
Həqiqiliyin və  Əxlaqiliyin dialektikası haqqında Muğam konsep-
siyasının mahiyyəti bundan ibarətdir. 
 


 
171
Beşinci  Fəsil 
 
MUĞAMIN  DİALEKTİK  QURULUŞU 
 
1. Qanunauyğunluq 
Muğamın Dialektik Quruluşu aşağıdakı xüsusiyyətlərə malikdir: 
a) Əsas mövzunun hərtərəfli, ardıcıl, aramsız inkişafı və yeni 
keyfiyyət kəsb etməsi. 
b) Əzələ dialektik qayıtma. 
c) Son Pillə Mövzusunun bütün başqa mövzularla Təzad təşkil 
eləməsi. 
 
2.  «Rast»  muğamı 
 
«Maye-Rast» 
Aydın, Rəvan Əsas Mövzu – incələşərək, zənginləşərək, dəyişərək 
özünə qayıdır. 
Təzahür kimi başqalaşır – Mahiyyət kimi Özümlüyünü 
saxlayır. 
Özündən kənara çıxaraq – Özünə qayıdır. 
Öz gələcək inkişafının mənasını,  əsas xassəsini ifadə eləyərək, 
əzəli cövhərini qoruyur. 
Vahidliyi müxtəlif biçimdə təsdiq eləyir. 
Özündən Özünə yol gedir. 
Müxtəlif özünüifadə biçimlərindən Vahid özünüdərketməyə doğru. 
Özünügerçəkləşdirmə Ehtirası və Özünüdərketmə Müdrikliyi. 
Sonsuzluq Eşqi və Əzəlilik Tələbi. 
Sabitliyin Dəyişkənlik vasitəsiylə Təsdiqi. 
 
«Hüseyni» 
Gərginlik yaranır – Aydınlıq əvəzi. 
Kədər mövzusu doğulur – əsas mövzunu inkişaf etdirən, onun 
özünüifadə mərhələsi. 
İdraki və Hissi cəhətdən zənginləşərək o, Kədərdən artıq olur, – 
İradə qətiyyəti ifadə eləyir. 
 
172
Əzəli Qayıtmada Ruhani mətanət öz bütöv, tam təsdiqini tapır. 
İnsani Mahiyyət Həyat  Şəriylə  Təmasda  –  Yeni  Müdriklik  –              
Şəri aradan qaldırmaq Qətiyyəti əldə edir. 
Kədərdən İradi qətiyyətə – yol gedir Ruh. 
 
«Vilayəti» 
Tədricən, ardıcıl şəkildə Şərlə döyüş Zəruriliyi yaranır. 
Şərin  İnkarı Mövzusu doğulur – əsas mövzunun özünüifadəsi 
şəklində; – leytmotiv zənginləşir, dərinləşir və eyni zamanda özünün 
təzə mövcudluğunu hazırlayır. 
Şərin Həqiqi, Ardıcıl,  İdraki-hissi  İnkarı – İdealı, Kamilliyin 
təsdiqini labüdləşdirir. 
Musiqi İdeyasının Başqalaşması zəruriyyəti təsdiq olunur. 
Şərin inkarında  İdeala qovuşmaq Zəruriliyinə  qədər Yol gedir 
İnsan – pillə-pillə. 
 
«İrak» 
Əsas Mövzu öz əksinə çevrilir – Ehtizaza keçir. 
İdrak Gerçəklik səddini aşır – İdeala keçir. 
Əxlaq  Gerçəklik səddini aşır – İdeala keçir. 
İradə Gerçəklik səddini aşır – İdeala keçir. 
Əsas mövzu İdeal Ülvilik kəsb edir – İdeal Ahəng,  İdeal Duyğu, 
İdeal Zəka və təzələnmiş şəkildə Əzələ qayıdır. 
Aydın olur ki, Musiqi İdeyası özünü Başqalaşma, özünüinkar, 
Təzad vasitəsiylə ifadə eləyir və özünüifadənin  İdeal biçimində 
özünü tam gerçəkləşdirir: 
Əsas mövzu özünü hər Pillədə natam təsdiq eləyirsə, son Pillədə 
Bütöv təsdiq eləyir. 
Həyat  özündə dayanmır, özünün Başqa halı olan İdeala can 
atır – Ali Həyata! 
İnsan özündə dayanmır, İdeala can atır – Ali Həyata! 
Muğamın  əvvəlində  səslənən  əsas mövzu özündə dayanmır, 
İdeala keçir – Ali Ahəngə! 
 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə