Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

 
173
3.  «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Dünyayla Görüşün ciddiliyini, əzəmətini ifadə eləyən Müdrik 
Kədər – artan, yüksələn, incələşən – özünə qayıdan! 
İlkinlik, Dərinlik, Əzəlilik çalarları. 
Əsas Mövzu genişlənir, zənginləşir, Çoxcəhətlilik Vahidliyi aşkara 
çıxır; Başlanğıc Davam edir,  Dəyişkənlik Sabitləşir. 
Əsas Mövzu Dərinləşir – Daxilə çatır. 
Daxili üzə çıxır. 
Özündən özünə doğru Yol gedir Musiqi İdeyası. 
Zahiri daxilini təsdiq edir – Qarşıdakı Əzəlini. 
Baş motiv (leytmotiv) zənginləşdikcə – müəyyənləşir. 
 
«Bəstə-Nigar» 
Kədər şeiriyyəti. 
Müdrik Qəmin patetik, çılğın məqamı, özünüifadəsi. 
Musiqi İdeyasının Kədər pilləsi… 
Kədərin Kədərdən artığa, böyüyə, yüksəyə çatması – Şərlə Döyüş 
qətiyyətinin doğulması. 
 
«Hasar» 
Şərlə Döyüşmək qətiyyəti İdeala, – Yeni, Xüsusi Ruhani Hala 
keçid tələb eləyir – İdraki, Hissi! 
 
«Mənsuriyyə» 
Başqa Duyğular, Həyəcanlar, Düşüncələr – Bənzərsiz,  Əlçatmaz, 
Heyrətli, Sehrli, Sirli. 
Başqa Həqiqət, Zəka, İradə, Ölçü. 
Əzəliyə oxşamayan və bu səbəbdən də  Əzəlinin mahiyyətinə 
oxşayan! 
Əzəlidən  ən çox Uzaq olan, Ayrılan və bu səbəbdən də  Əzəlinin 
Mahiyyətinə ən yaxın olan… 
Öz  əksinə çevrilən və bu səbəbdən də öz mahiyyətinə  ən çox 
bənzəyən. 
Əzəlidən Əzəliyə! 
 
174
4.  «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Ruhani İradəylə ram edilən Kədər gah artır, gah azalır; gah ucalır, 
gah enir – əlvan biçimdə – gah möhtəşəm, gah zərif, gah əzəmətli, gah 
əsrarlı səslənir. 
Vahidlik zənginliyi, müxtəlifliyi, Sabitlik dəyişkənliyi. 
Özündən kənara çıxmaq və özünə qayıtmaq. 
Dəyişdikcə özümləşmək. 
 
«Bayatı-İsfahan» 
Müdrikliyin Çılğınlığa keçidi. 
Kədərin yeni pilləsi: əzəli mövzunun Təzələşməsi. 
Kədərin Fərəh harayı! 
 
«Hüzzal» 
Kədərdən Yüksəyə qalxmaq. 
Baş motivin («Leytmotivin») özündən kənara çıxması. 
Baş motivlə  təzad təşkil eləyən motivin yaranması  və               
Yeni Biçimdə Əzəliyə Qayıtmaq. 
Leytmotivdən Ayrılma və Leytmotivə çatma. 
Özündənayrılma vasitəsiylə özünüdərketmə . 
 
 
5. «Şur» muğamı 
 
«Maye-Şur» 
Özündə  daxili Çılğınlıq gəzdirən Rəvanlıq. 
Özündə  daxili Hissiyyat gəzdirən Zəkalıq. 
Özündə  Ziddiyyət gəzdirən Bütövlük. 
Özündə  Müxtəliflik gəzdirən Vahidlik. 
Rəvanlığın Daxilindən Çılğınlıq qalxır. 
Zəkalığın Daxilindən Hissiyyat qalxır. 
Rəvanlıqda Çılğınlıq gizlənib. 
Zəkalıqda Hissiyyat gizlənib. 


 
175
Dəyişilən, Zənginləşən, Dərinləşən Leytmotiv yenidən doğulur; 
özündən özünə doğru yol gedir – Həyati, Dialektik! 
 
 
«Zəmin-Xara» 
Ruhun Əzab, Möhnət keçidləri… 
Əsas mövzunun Təzə pilləsi: Uzaq Yol ideyasının Təsdiqi – 
Usanmayan, Yorulmayan Yolçu timsalında… 
Qətiyyət Pafosu. 
 
«Hicaz» 
Qeyri-adilik Həsrəti. 
Həsrət Ehtirası, İdrakiliyi, Ağrısı, Yanğısı. 
Leytmotivdən kənara çıxmaq və onu yüksək səviyyədə  Təsdiq 
eləmək. 
Sabitlikdən kənara çıxmaq və onu yüksək səviyyədə  Təsdiq 
eləmək. 
 
 
«Bayatı-Kürd» 
İdrakın Kədər Mərhələsi – Baş motivin təzə məqamı. 
Qapalı Kədər Dairəsi – Kədərdən çıxmaq istəyi. 
Əsas  mövzu Mütləq mənada Kədərləşir – Mütləq Kamillik 
istəyində! 
Kədər əsas mövzunu Təsdiq edir – Kamillik Yolu səviyyəsində. 
 
 
«Simai-Şəms» 
Kamilliyə çatmış İradə Hökmü. 
Kamilliyə çatmış Zəka Heyrəti. 
Kamilliyə çatmış Ürək Harayı. 
Baş motivin özündən kənara çıxması  və öz Əzəli Mahiyyətinə 
çatması. 
 
 
 
176
6. «Segah» muğamı 
 
«Maye-Segah» 
Kədər Leytmotivi – daim güclənən, artan, dərinləşən. 
Kədər çalarları: 
Kədər gözəlliyi – Leytmotivin gözəl özünüifadəsi. 
Kədər  müqəddəsliyi – Leytmotivin müqəddəs özünüifadəsi. 
Kədər  harayı – Leytmotivin haraylı özünüifadəsi. 
Leytmotiv Kədərin müxtəlif hallarından keçib özünə qayıdır. 
Mahiyyət müxtəlif hallarda təzahür edir ki, özünü hərtərəfli 
təsdiq etsin. 
Mahiyyət müxtəliflik vasitəsiylə Vahidliyi təsdiq edir. 
 
 
«Şikəsteyi-Fars» 
Kədər  Zirvəsi  – Leytmotivin təzə Məqamı.  
Kədər  Ağrısı – Leytmotivin gərgin özünüifadəsi. 
Kədər  Harayı –  Leytmotivin özünüifadə Zəruriliyi. 
Kədər  Odu – Leytmotivin özünüifadə Yanğısı. 
Kədər  Göyü – Leytmotivin özünüifadə Ucalığı.  
 
 
«İrak» 
İşıqlanmış, Təzələşmiş Leytmotivin təsdiqi  əvvəlki mərhələlərdən 
Fərqli, onlara qarşı Təzadlı idraki-hissi Keyfiyyətlər vasitəsiylə. 
 
 
 
Nəticə 
Əsas Mövzu dəyişərək, zənginləşərək, öz əksinə çevrilərək və 
özünə qayıdaraq, özünü dialektikcəsinə, hərtərəfli təsdiq edir. 
Muğam Quruluşunun (strukturasının)  əsas xüsusiyyəti bundan 
ibarətdir. 
 


 
177
Altıncı Fəsil 
 
MUĞAMDA İDRAKİLİYİN   
və   
HİSSİLİYİN DİALEKTİKASI 
 
1.  Qanunauyğunluq 
Muğamda Duyğu İdraki təzahür edir, Duyğu Məntiqi təsdiq olunur. 
Muğamda İdrak Hissi təzahür edir, İdrak Hissiliyi təsdiq olunur.  
İdraklı Duyğu, Duyğulu İdrak yaranır. 
 
 
2. «Rast»  muğamı 
 
«Maye-Rast» 
Əsas mövzu ardıcıl  şəkildə  dəyişir, inkişaf eləyir, variasiyalaşır – 
emosionallaşır, duyğulaşır. 
Əzəmətli, möhtəşəm hiss – maksimal dərəcədə idraki səciyyə 
daşıyır… 
Zəka Duyğu yaradır, Duyğu  İdraki Təzahür edir, İdrakla idarə 
olunur. 
Zəka Duyğuyla zənginləşir, Duyğu Zəkayla nizamlanır. 
Əsas mövzu idraki-hissi şəkildə ifadə olunur – yəni Zəkalı, 
Məntiqli, Ardıcıl, Zəruri, həm də Duyğulu, Qarşısıalınmaz halda. 
Zəka Duyğunu buxovlamır – daxili mənaya yönəldir! 
Duyğu Zəkaya psixoloji təsir gücü verir. 
Zəka Hisslə idraklı – yəni məntiqli, ardıcıl, zəruri bəhrələnir:   
Duyğu Məntiqi Duyğulu olur… 
Hiss nə qədər artırsa – bir o qədər İdraklı olur. 
İdrak nə qədər artırsa – bir o qədər Hissi olur. 
Rəvan, Ahəngdar Mövzu – İdraki-hissi  səciyyə kəsb edir. 
Təzə  Zəka və  Təzə Duyğu yaranır – Duyğulu Zəka və  Zəkalı 
Duyğu! 
 
 
178
«Hüseyni» 
İdraki Duyğu gərginləşir… 
İdraki-hissi Kədər yaranır – Kədər İdrakiliyi. 
Kədər İdraki, yəni Məntiqi, Zəruri, Ardıcıl yaranır. 
Kədər – İdrakidir,  çünki Dünya haqqında Həqiqəti söyləyir. 
Kədər – Duyğuludur, çünki Həqiqət İnsanı sarsıdır. 
Kədər nə qədər Həqiqidirsə – bir o qədər Duyğuludur. 
Hissilik – Həqiqətin Atributuna çevrilir. 
Həqiqət – Duyğulu ifadə olunur, bu səbəbdən də o, maksimal 
dərəcədə təsirlidir. 
Kədər Həqiqəti Kədərdən yüksəyə qalxmaq tələb edir. 
Bu tələb İdrakidir və eyni zamanda Duyğuludur. 
İdraki-duyğulu Tələb yaranır. 
Bu Tələb nə qədər İdrakidirsə, bir o qədər Duyğuludur. 
Duyğu İdrakiliyin Atributuna, əsas xassəsinə çevrilir. 
İdrak Duyğu vasitəsiylə aşkara çıxır. 
Şərə Müqavimət Qətiyyəti təsdiq olunur. 
Bu qətiyyət İdrakidir – yəni Zəruridir, Labüddür. 
Eyni zamanda o, Hissidir. 
Ruhani İradə nə qədər İdrakidirsə, bir o qədər Hissidir. 
Duyğulu Zəka Ruhani İradə yaradır. 
Zəkalı Duyğu Ruhani İradə yaradır. 
İdraki-hissi İradə yaranır. 
 
«Vilayəti» 
Şərin  İnkarı  İdeyası  İdraki yaranır – yəni Zəruri, Qanunauyğun, 
Məntiqli. 
İdrakilik Duyğulu təzahür eləyir. 
Şər İdraki-hissi İnkar olunur. 
Duyğu artır, güclənir, gərginləşir və daha  müdrik, daha idraki olur. 
Zəka dərinləşir, güclənir və daha hissi olur. 
Hiss məntiqi ifadə olunur. 
Məntiq hissi aşkarlanır. 
Zəkalı Duyğu təzə pilləyə qalxır: İdeal Zəruriliyi Dərk olunur. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə