Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

 
179
Həmin Zərurilik  İdrakidir – musiqi İdeyasının üzvi, daxili İnkişa-
fından doğub… 
Zəkayla idarə olunan Hiss İdrakiləşir. 
Duyğulu ifadə olunan İdrak – Duyğulaşır. 
İdeal Yanğısı yaranır Zəkalı – Hissi! 
 
«İrak» 
Təzə Hiss yaranır – Ehtizaz – hədsiz dərəcədə mənalı, idraki… 
Xüsusi Ehtiras – xüsusi İdrakilik yaradır. 
Xüsusi Hiss – xüsusi İdraki səviyyədə təzahür edir. 
Xüsusi Hissi idarə edən İdrak xüsusi dərəcədə Duyğulaşır. 
Nadir Hissiyyat – Nadir İdrakilik aşkara çıxarır. 
Hiss nə qədər qeyri-adi, ideal, parlaqdırsa – bir o qədər İdrakidir. 
Ali Ehtiras Ali Məntiq yaradır – Hissin Ali Məntiqi təsdiq olunur. 
Nadir Ehtiras gücü – nadir Zəka möhtəşəmliyi yaradır. 
Zəka hissi – İdrakı təsdiq edir. 
Hiss Zəkayla möhkəmlənir… 
İdeala Yüksəlmək – Kamil Ehtiras yaradır – yəni Kamil Zəkalı 
Ehtiras və Kamil Zəka yaradır – yəni Kamil Duyğulu Zəka. 
 
3.  «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Müdrik Kədər  güclənərək, artaraq, dərinləşərək, özünə qayıdaraq  
– daha da İdrakiləşir. 
Zəka – hissi təzahür edir. 
Kədər – İdraki-Hissi aşkarlanır. 
Hissi təzahür eləyən İdrak Hissə çevrilir. 
İdraki təzahür eləyən Hiss İdraka çevrilir. 
İdrak özünə Hissi İdrak kimi qayıdır. 
Hiss özünə İdraki Hiss kimi qayıdır. 
Hiss İdrakın təsir gücünü ifadə eləyir. 
İdrak Hissin Daxili Mahiyyətini ifadə eləyir. 
Hissin artması İdrakın güclənməsini müəyyən eləyir. 
İdrakın artması hissin güclənməsini müəyyən eləyir. 
 
180
Zəkalı Duyğu adi Duyğudan böyükdür. 
Duyğulu Zəka adi Zəkadan böyükdür. 
Zəkalı Hiss, Hissli Zəka pafosu yaranır. 
 
«Bəstə-Nigar» 
Mövzu idraki şəkildə Kədərə keçir – İdraki Kədər yaranır. 
İdraki Kədər Ehtirasla təzahür edir: – İdraki-Hissi Kədər yaranır. 
Kədər idraki-hissi şəkildə güclənir, artır, dərinləşir, gərginləşir və 
təzələnmiş tərzdə Əzələ qayıdır. 
Kədərdən – Fərəh həsrəti yaranır – Ehtiraslı – Zəkalı. 
Zəkalı Ehtiras – sarsıdır! 
 
 «Hasar» 
Şərlə Döyüş Ehtiraslı səslənir. 
Şərlə Döyüş Ehtirası – İdrakidir. 
Şər Ehtirasla inkar edilir. 
Şəri  İnkar Ehtirası – İdrakidir, çünki həqiqidir və  Zəkayla idarə 
olunur. 
İdrakilik Ehtirası  Zəruri eləyir: – Hiss Zəkası yaranır  –               
Zəka Hissi… 
Zəkalı-Hissi İradə yaranır – İdeala can atan. 
 
«Mənsuriyyə» 
İdeala Ruhani Qovuşma – İdeal Ehtirasın Təzahürü. 
İdeal İdrakiliyin Təsdiqi – İdeal Ehtirasın Təzahürü. 
İdraki İdeal Ehtiras – İdeal Ehtiraslı Zəka. 
İdeal Ehtiras – İdeal Zəkayla idarə edilən. 
İdeal Zəka – İdeal Ehtirasa çevrilən… 
Hissin təzahürü olan – Zəkalıq. 
Zəkanın təzahürü olan – Hissilik. 
Zəka gücünün, möhtəşəmliyinin təzahürü olan Ehtizaz və  həmin 
təzahürün Ehtirası! 
Adi ağıldan kənara çıxmaq və həmin çıxışın Hissiliyi! 
İdeala Yüksəlmək Ehtirası və həmin Yüksəkliyin İdrakiliyi! 
Hiss, həyəcan, hal qeyri-adiliyi və onların nadir  İdrakiliyi! 


 
181
Nadir haray və onun qeyri-adi İdrakiliyi. 
Qeyri-adi Heyrət və onun qeyri-adi İdrakiliyi. 
Qeyri-adi Vəcd və onun qeyri-adi İdrakiliyi. 
Qeyri-adi Zəka İdrakiliyi – qeyri-adi Hiss səviyyəsində! 
 
4.  «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Qüssə İradəylə İdraki ram edilir. 
Zəka Hissi zənginləşir. 
Qüssə İdraki güclənir. 
İdrak Ehtiraslı güclənir. 
Qüssə İdraki dərinləşir. 
İdrak Ehtiraslı güclənir. 
Hiss müxtəlifliyi – İdrakidir. 
Zəka – çoxcəhətli Hissidir… 
Qəm əsrarı – idrakidir. 
Qəm idrakiliyi – əsraridir. 
Hiss – İdraki təzahür edir. 
İdrak – Hissi təzahür edir. 
 
 
«Bayatı-İsfahan» 
Müdrik Qüssə  İdraki, Məntiqi, Zəruri surətdə  Kədər harayına 
çevrilir. 
İdrakilik çılğınlaşır. 
İdraki surətdə Qüssənin Təzə Pilləsi yaranır. 
İdrakilik Təzə Pilləyə qalxır. 
Qəmli Duyğu doğulur. 
Zəka – Ehtiraslı – Kədərlidir. 
Hiss gərginliyi yaranır. 
Fərəh Harayı İdrakidir. 
İdrakilik Fərəh Haraylayır. 
Zəkalı Ehtiras – Ehtiraslı Zəka yaradır. 
 
 
182
«Hüzzal» 
Qəm – məntiqi surətdə özündən kənara çıxır. 
Məntiq Qəmlidir. 
Leytmotiv Məntiqi surətdə özündən kənara çıxır. 
Məntiq – sonsuzdur. 
Təzadlı Mövzu məntiqi surətdə yaranır. 
Mövzunun Məntiqi Təzadlıdır. 
Əzələ Qayıtma Məntiqi surətdə baş verir… 
Qayıtma Məntiqi – Əzəlidir. 
Məntiqi Ehtiras təsdiq olunur – Ehtiraslı Məntiq. 
 
 
5.  «Şur» muğamı 
 
«Maye-Şur» 
Hiss Rəvanlığı – İdrakidir, İdrakilik – Rəvandır. 
Hissin Haray imkanı – İdrakidir, İdrak Haray imkanlıdır. 
İmkan – İdraki gerçəkləşir. 
İdrakilik – Gerçəkləşən İmkandır. 
Haray Rəvanlıqdan İdraki Yüksəlir. 
İdrakilik – Rəvan və Haraylıdır. 
Ehtiras Təmkinlikdən İdraki Yüksəlir. 
İdrak – Təmkinli – Ehtiraslıdır. 
Dialektik Müdriklik Əsas mövzudan İdraki səslənir… 
İdrakilik – Dialektikcəsinə Müdrikdir. 
Haray Rəvanlıqda İdraki yaşayır. 
İdrakilik – çoxmənalıdır. 
Duyğu Təmkinlikdə İdraki yaşayır. 
İdrakilik – Təmkinli – Duyğuludur. 
Təbiilik İdrakilikdə İdraki yaşayır. 
İdrakilik Təbiidir. 
Leytmotiv təzədən İdraki doğulur. 
İdrak həmişə təzədir. 
Leytmotivin özündən özünə Yolu İdrakidir. 
İdrak – Həqiqət  Yoludur. 


 
183
Şöbə – Varlıq dialektikasını İdraki Təmsil eləyir… 
Varlığın Dialektikası – İdrakidir. 
 
«Zəmin-Xara» 
Ruh iztirabı, işgəncəni, maneəni İdraki aradan qaldırır. 
İdrak – Ruhanidir. 
Mövzu İdraki Dəyişilir. 
İdrak mövzu vasitəsiylə Dəyişilir… 
Hiss gücü – İdrakidir. 
İdrak gücü – Hissidir. 
Hiss enerjisi – İdrakidir. 
Hiss gərginliyi – İdrakidir. 
İdrak – Hissi gərgindir. 
Ehtiras Pafosu – İdrakidir. 
İdrak – Pafoslu – Ehtiraslıdır. 
Yol – İdrakidir. 
İdrak – Yoldur. 
İradə Qətiyyəti – İdrakidir. 
İdrak – İradədir. 
 
«Hicaz» 
Qeyri-adilik Harayı – İdrakidir. 
İdrakilik – Qeyri-adi Haraylıdır. 
Haray Ağrısı – İdrakidir. 
İdrak – Ağrılı Haraydır. 
Məchulluq Yanğısı – İdrakidir. 
İdrak – Məchulluqla Yanır. 
Dəyişkənlik Zəruriyyəti – İdrakidir. 
İdrakilik – Zəruri Dəyişkəndir. 
 
«Bayatı-Kürd» 
Kədər – İdrakidir,  İdrak  Kədərlidir.  Əsas mövzu Mütləq Kədərə 
keçir. İdrak Mütləq Kədərli olur. 
Qapalı Kədər Dairəsi – İdrakidir. 
İdrakilik – Kədər Dairəsidir. 
 
184
Leytmotivin özünüifadəsi olan Kədər – İdrakidir. 
Zəka – Kədərin özünüifadəsidir. 
Kamilliyə aparan Yol – İdrakidir. 
İdrak – Kamil Yoldur. 
 
«Simai-Şəms» 
Leytmotiv təzə keyfiyyətə İdraki keçir. 
İdrakilik keyfiyyətcə yeni məna kəsb edir. 
İradə Hökmü – İdrakidir. 
Qəlb Coşğunluğu – İdrakidir. 
İdrak – Hökmlü və Coşğundur. 
Leytmotivin özündən kənara çıxması – İdrakidir. 
İdrak özündən kənara çıxır. 
Leytmotivin özünə qayıtması – İdrakidir. 
İdrak özünə qayıdır. 
 
6.  «Segah» muğamı 
 
«Maye-Segah» 
Qəm leytmotivi Məntiqidir.  
Məntiq Qəmlidir. 
Qəmin güclənməsi, dərinləşməsi məntiqidir.  
Məntiq – güclü, dərin Qəmdir. 
Leytmotivin Qəm vasitəsiylə özünüifadəsi  məntiqidir. 
Məntiq Qəmli ifadə olunur. 
Qəm gözəlliyi – Məntiqidir. 
Məntiq – gözəl Qəmdir. 
Qəm Müqəddəsliyi – Məntiqidir. 
Məntiq – Müqəddəs Qəmdir. 
Qəm Harayı – Məntiqidir. 
Məntiq – Haraylı Qəmdir. 
Qəmin əlvan Təzahürü – Məntiqidir. 
Məntiq – əlvan Qəmdir. 
Mahiyyətin müxtəliflikdə Təzahürü – Məntiqidir. 
Məntiq – Müxtəliflik Mahiyyətidir. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə