Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə35/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

 
185
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi – İdrakidir. 
İdrak – Zirvə Kədəridir. 
Kədər Ağrısı – İdrakidir. İdrak – Ağrı Kədəridir. 
Kədər Harayı – İdrakidir. İdrak – Haray Kədəridir. 
Kədər  Odu – İdrakidir. İdrak – Od  Kədəridir. 
Kədər  Göyü – İdrakidir. İdrak – Göy  Kədəridir. 
Kədər  Zənciri – İdrakidir. İdrak –  ardıcıl surətdə  Kədərlidir. 
Kamillik  Yolu  – İdrakidir: İdrak – Kamillik  Yoludur. 
 
 
«İrak» 
Leytmotivin  İşıqlanması   İdrakidir. İdrak  İşıqlıdır. 
Leytmotivin  Təzələnməsi  İdrakidir. İdrak  Təzədir. 
Leytmotiv Ehtirası  İdrakidir. İdrak  Ehtiraslıdır. 
Musiqi İdeyasının Təzadlı İnkişafı İdrakidir. 
Zəka Təzadlıdır. 
Varlığın Həqiqi Mahiyyəti – İdrakidir. 
İdrak – Həqiqidir. 
 
 
Nəticə 
Muğamda  İdrakla Hiss Təzadı («Ya İdrak, ya Hiss» Qaydası)  
aradan qaldırılır. 
Ülvi, Dərin  İdraki olan Muğam, həm də Üzvi Ehtiraslıdır  –               
İdraki Ehtiraslıdır, Ehtiraslı İdrakidir. 
 
 
 
 
186
Yeddinci Fəsil 
 
MUĞAMIN  SİNKRETİK TƏBİƏTİ 
 
1. Qanunauyğunluq 
Muğam həm Epik, həm Dramatik, həm də Lirikdir. 
Muğam Epikdir, çünki İnsanın Ruhani əməlləri haqqında 
hekayətdir. 
Muğam Dramatikdir, çünki İnsanın Kamillik uğrunda Ruhani 
Döyüşünü göstərir. 
Muğam Lirikdir, çünki İnsan Qəlbinin tərcümanıdır. 
Muğam sinkretikdir, çünki onda Epos, Dram, Lirika birləşir. 
 
 
2. «Rast»  muğamı 
 
«Maye-Rast» 
Rəvan, Ahəndar, Ciddi Həyat haqqında Hekayət nəql edilir. 
Nəqletmə tərzi Aydındır, Ahəngdardır, Ciddidir. 
Həyatın çoxcəhətli Təzahürü haqqında danışılır – İdrak Ləyaqə-
tindən, Kamillik zəruriliyindən… 
Nəql edən Müdrik bilinir Muğamda – Həyatın acısını-şirinini 
dadmış, Kamilliyə yüksəlmiş. 
 
«Hüseyni» 
İnsan Qəlbi Kədər İzhar edir. 
Kədər Qəlbin dəruni halı kimi şərh edilir. 
Kədər vasitəsiylə İnsan dərindən aşkarlanır… 
Kədərli Həyatı dərk etmiş lirik qəhrəman yaranır. 
Nəql edən – Həyatı Kədər vasitəsiylə duyan Qəhrəmana çevrilir. 
Kədərli Ürək Bilinir. 
Lirika Eposu əvəz eləyir. 
Ürək Dünyaya dalır. 
Dünya Ürəkləşir. 
 


 
187
«Vilayəti» 
Qəhrəman Şərlə Toqquşur. 
Daxili – Qəlbi Dram yaranır. 
Şər Dramatik, Gərgin inkar edilir. 
Gərgin Duyğular seli çağlayır. 
Gərgin münaqişə Ehtiraslı aradan qaldırılır. 
Dram geniş, hərtərəfli təzahür edir, dramatik pafos öz yüksək 
məqamına çatır. 
Dünyanı Dramatikcəsinə Duyan İnsan Aqibəti təsdiq olunur. 
 
«İrak» 
Epiklik lirikcəsinə aşkarlanır. 
Lirika epikcəsinə ifadə olunur. 
Dram – lirik-epik tərzdə təzahür edir. 
Epos lirikaya çevrilir. 
Lirika Epos olur, – Dram – lirik-epos.  
İdeala qovuşmaq – sənət növlərinin biri-birinə qovuşmalarını 
yaradır. 
Həyatdan kənara çıxmaq – Sənətin növ sərhədlərini yaradır. 
İdeala Yüksəlmək – Bədii Sintezə – Birliyə Yüksəlməyi yaradır. 
Əzələ qayıtmaq – Lirika və Dramla zənginləşmiş Eposa, Lirik və 
Dramatik keyfiyyətlərlə  zənginləşmiş Epik Qəhrəmana Qayıtmaq 
olur. 
 
 
3.  «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Həyat haqqında Hekayət – Müdrik Kədərlə, Mahiyyətli 
Düşüncələrlə başlanmış. 
Həyatla görüş haqqında – Dünyayla Təmas haqqında Hekayət. 
Hekayət Müqəddəsliyi, Möhtəşəmliyi, Riqqəti.  
Müdrik nəql edən Surəti – Həyatın Mahiyyətini Dərk etmiş! 
 
 
188
«Bəstə-Nigar» 
Kədər vasitəsiylə – Qəlbi görmək. 
Kədər Ensiklopediyası – Qəlb Kitabı. 
Kədərə dalmaq – Qəlbə çatmaq. 
Kədər lirikası. 
Özünüdərketmə lirikası. 
Kədər Gücü – Qəlb Qüvvəti. 
Özünü Kədər vasitəsiylə dərk etmiş lirik Qəhrəman. 
 
«Hasar» 
Şərlə Döyüş Gərginliyi. 
Dramatik Vəziyyətin, Pafosun, İradənin yaranması. 
Lirikanın Dramı əvəz eləməsi. 
Qəm Qəzəbi… 
Dramatik Ehtiras Tamlığı. 
İstəyin Qətiyyətə çevrilməsi. 
Maneələr Dramatizmi. 
Dramatik Xarakter Doğuluşu. 
 
«Mənsuriyyə» 
Epiklik – Ehtiraslı Lirikaya çevrilir. 
Liriklik – Müdrikcəsinə Epikləşir. 
Dram – lirik-epik səciyyə kəsb edir. 
İdealla qovuşma Sənət növlərinin biri-birinə qovuşmasını yaradır. 
Əzələ Qayıtma – Dramatik və Lirik Xarakter kəsb etmiş  Nəql 
edənə Qayıtmaq olur. 
 
4.  «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Dünyanın Çoxcəhətliliyi haqqında Hekayət. 
İnsanın Müdrikliyi və Ruhani Gücü haqqında Hekayət. 
Bilik və Qəlb Pillələri haqqında Hekayət. 
Özünütəmizləmə Pillələri haqqında Hekayət. 
Kamil Ruhanilik haqqında Hekayət. 
Dünyagörmüş Müdrik Nəqledən haqqında Hekayət. 


 
189
«Bayatı-İsfahan» 
Kədər – Qəlb Həqiqəti. 
Kədərə Dalmaq – Qəlbi dərk etmək. 
Kədər Duyğusu – Qəlb Ehtirası. 
Kədər İdrakı – Qəlb İdrakiliyi. 
İdeal Zəruriliyi – Qəlbi Zəruriyyət. 
Şərlə Döyüş Dramatizmi – Ehtiras, İradə, İdrak gərginliyi… 
Kədər – dramatikləşir. 
Lirika – dramlaşır. 
Dramatik Xarakter yaranır. 
 
«Hüzzal» 
İdeala Yüksəlmə – Sənətin Növ Sədlərini aşmasını müəyyən eləyir. 
Epos Lirikaya çevrilir. 
Lirika epikləşir. 
Dram – lirik-epikləşir. 
Nəql edən lirik-epik Hekayət söyləyir İnsanlara. 
 
 
5.  «Şur» muğamı 
 
 
«Maye-Şur» 
Haray haqqında Rəvan Hekayət. 
Coşğun Duyğu haqqında təmkinli Hekayət. 
İdeala Yüksəlmək Zəruriliyi haqqında Hekayət. 
Həyatın əzabları, dərdləri, maneələri haqqında Hekayət. 
Nəql edən Surəti – Həyat  bilən! 
 
«Zəmin-Xara» 
Həyat Yollarıyla addımlamaq və Kədərə düçar olmaq. 
Qeyri-kamilliyə qarşı Döyüş və Ehtiras seli. 
Qəlbində Dünya Kədərini gəzdirən Müdrik Yolçu surəti. 
 
 
190
«Hicaz» 
Kamillik Həsrəti – Gərgin, Dramatik. 
Həsrətin Dramatik İztirabı. 
Qeyri-kamilliklə döyüşən Dramatik İradə Doğuluşu. 
İdeala can atan Dramatik Xarakter Doğuluşu. 
Ülviliyə can atan Dramatik Pafos Doğuluşu. 
 
«Bayatı-Kürd» 
Qəlb inadla, aramsız Kədərə qayıdır, özünü onda ifadə etmək üçün. 
Qapalı Kədər Dairəsi – Kədərdə təzahür eləyən Qəlb. 
Qəlbin Kədərli Halı – Həqiqi Qəlb Halı. 
Qəlbin Kədər izharı yaranır. 
Qəlbini Kədərdə izhar eləyən Lirik Qəhrəman yaranır. 
 
«Simai-Şəms» 
İnsanilik – Ruhanilik hərtərəfli – yəni həm epik, həm lirik, həm də 
dramatik tərzdə aşkara çıxır. 
Epiklik İdeal Lirizmə Yüksəlir. 
Lirizm İdeal Epikliyə çatır. 
Dramatizm İdeal lirik-epik səciyyə kəsb edir. 
Lirik Epos, Epik Lirika, Lirik-Epik Dram yaranır… 
Nəql edən surəti – lirik-dramatik keyfiyyətlərlə zənginləşir. 
 
6.  «Segah» muğamı 
 
«Maye-Segah» 
Kədər Mahiyyəti haqqında, onun müxtəlif Halları haqqında 
Hekayət! 
Kədər Gözəlliyi, Müqəddəsliyi, Əlvanlığı haqqında Hekayət! 
Kədəri dərk etmiş Şəxsiyyət haqqında Hekayət! 
 
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi – Qəlb evi. 
Kədər  Ağrısı – Qəlb İztirabı. 
Kədər  Harayı – Qəlb Möhnəti. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə