Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

 
203
Onuncu Fəsil 
 
MUĞAMDA GERÇƏKLİYİN  
və  
İDEALIN DİALEKTİKASI 
 
1.  Qanunauyğunluq 
Muğam Gerçəkliklə  İdealın təzadlı qarşılaşdırılması  əsasında 
qurulur. 
Təzad  şöbələrdə hazırlanır,  İdeal Həsrəti ifadə eləyir,  –               
İdeala Yüksəlmə Yoluyla aradan qaldırılır. 
Gerçəklik Əhəmiyyətlidir, ancaq İdealla Təzad təşkil edir. 
 
 
2. «Rast»  muğamı 
 
«Maye-Rast» 
Rəvanlıq – gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət 
deyil, İdeala Ali Rəvanlıq gərəkdir – Rəvanlıqla Təzad təşkil eləyən. 
Ciddilik – gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət 
deyil, İdeala Ali Ciddilik gərəkdir – Ciddiliklə Təzad təşkil eləyən. 
Ahəngdarlıq  – gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün 
kifayət deyil, İdeala Ali Ahəngdarlıq gərəkdir – Ahəngdarlıqla Təzad 
təşkil eləyən. 
Dünyayla görüş – gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün 
kifayət deyil, İdeala Mütləqlə görüş  gərəkdir – Dünyayla görüşlə 
Təzad təşkil eləyən. 
İdeal gərəkdir İnsana – gerçəkliklə Təzad təşkil eləyən. 
 
«Hüseyni» 
Dramatizm gerçək məziyyətlərə malikdir, ancaq İdeal üçün kifayət 
deyil, İdeal üçün Ali Dramatizm gərəkdir – Dramatizmlə Təzad təşkil 
eləyən. 
Qəm gerçək mənaya malikdir, ancaq İdeal üçün kifayət deyil, İdeal 
üçün Ali Qəm gərəkdir – Qəmlə Təzad təşkil eləyən. 
 
204
Dəyanət gerçək  əhəmiyyətə malikdir, ancaq İdeal üçün kifayət 
deyil,  İdeal üçün Ali Dəyanət gərəkdir – Dəyanətlə  Təzad təşkil 
eləyən. 
İdeal gərəkdir İnsana – gerçəkliklə Təzad təşkil eləyən. 
 
«Vilayəti» 
Şərlə münaqişə gerçək təsirə malikdir, ancaq İdeal üçün kifayət 
deyil, İdeala Şərin Ali İnkarı gərəkdir – adi münaqişəylə Təzad təşkil 
eləyən. 
İradə – gerçək Qüdrətə malikdir, ancaq İdeal üçün kifayət deyil, – 
Ali İdrak gərəkdir, – adi İradəylə Təzad təşkil eləyən. 
 
«İrak» 
Ali Rəvanlıq yaranır – gerçək Rəvanlıqla Təzad təşkil eləyən. 
Ali Ruhanilik yaranır – gerçək Ruhaniliklə Təzad təşkil eləyən. 
Ali İradə yaranır – gerçək İradəylə Təzad təşkil eləyən. 
Ali Kədər yaranır – gerçək Kədərlə Təzad təşkil eləyən. 
İdeal  yaranır – gerçəkliklə  Təzad təşkil eləyən. 
 
 
3. «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Düşüncələr gerçək mənaya malikdirlər, ancaq İdeal üçün kifayət 
deyillər, – Ali Düşüncə  gərəkdir  İdeala, – Düşüncələrlə  Təzad təşkil 
eləyən… 
Düşüncələri birləşdirən Qüssə gerçək mənaya malikdir, ancaq İdeal 
üçün kifayət deyil – Ali Qüssə gərəkdir İdeala – Qüssəylə Təzad təşkil 
eləyən. 
Gerçəkliyə İdeallıq çatışmır – gerçəkliklə Təzad təşkil eləyən…  
 
«Bəstə-Nigar» 
Kədər çeşidləri gerçək məziyyətlərə malikdirlər, ancaq İdeal üçün 
kifayət deyillər – İdeala Ali Kədər gərəkdir – Kədərlə  Təzad təşkil 
eləyən. 


 
205
«Hasar» 
İradə gerçək məziyyətlərə malikdir, ancaq İdeal mənada kifayət 
deyil – Ali İradə gərəkdir – İradəylə Təzad təşkil eləyən. 
Gerçək Ruhanilik əhəmiyyətlidir, ancaq İdeal üçün kifayət deyil – 
Ali Ruhanilik  gərəkdir  – İradəylə Təzad təşkil eləyən. 
Gerçəklik qeyri-kamilliyi İdeal Tələb eləyir – gerçəkliklə  Təzad 
təşkil eləyən. 
 
«Mənsuriyyə» 
Ali Zəka yaranır – Gerçək Zəkayla Təzad təşkil eləyən. 
Ali Duyğu yaranır – Gerçək Duyğuyla Təzad təşkil eləyən. 
Ali Ruhanilik yaranır – Gerçək Ruhaniliklə Təzad təşkil eləyən. 
İdeal təsdiq olunur – Gerçəkliklə  Təzad təşkil eləyən. 
 
 
4. «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Ruhani  İradəylə ram olunmuş  Kədər – gerçək mənaya malikdir, 
ancaq İdeal üçün kifayət deyil – Ali Kədər gərəkdir, – Kədərlə Təzad 
təşkil eləyən. 
Gerçək İdrak – əhəmiyyətlidir,  ancaq İdeal üçün kifayət deyil – 
Ali İdrak gərəkdir, – onunla Təzad təşkil eləyən. 
Gerçək Mənəviyyat  – zəruridir, ancaq İdeal üçün kifayət deyil – 
Ali Mənəviyyat gərəkdir, – onunla  Təzad təşkil eləyən. 
Gerçəklik İdealdan aşağıdır, ona görə İdeala can atır. 
 
 
«Bayatı-İsfahan» 
Kədər Dünyası gerçək mənada Ülvidir,  ancaq İdeal üçün kifayət 
deyil – Ali Kədər Dünyası gərəkdir, onunla  Təzad təşkil eləyən. 
Gerçək Əməl bəhrəlidir,  ancaq İdeal üçün kifayət deyil – Ali Əməl 
gərəkdir,  onunla  Təzad təşkil eləyən. 
Gerçəklik  İdeal üçün kifayət deyil, – Ali Gerçəklik gərəkdir, 
onunla Təzad təşkil eləyən. 
 
206
«Hüzzal» 
Ali Kədər yaranır, – Gerçək Kədərlə Təzad təşkil eləyən. 
Ali İdrak yaranır, – Gerçək İdrakla Təzad təşkil eləyən. 
Ali Mənəviyyat yaranır, – Gerçək Mənəviyyatla Təzad təşkil 
eləyən. 
Ali Həyat yaranır, – Gerçək Həyatla Təzad təşkil eləyən. 
 
 
5. «Şur» muğamı 
 
«Maye-Şur» 
Təmkinli Ehtiras gerçək mənada qüdrətlidir, ancaq İdeal üçün 
kifayət deyil – Ali Ehtiras  gərəkdir,  –  onunla  Təzad təşkil eləyən. 
Gerçək  İdrak  əhəmiyyətlidir, ancaq İdeal üçün kifayət  deyil  –             
Ali İdrak  gərəkdir,  onunla  Təzad təşkil eləyən. 
Dünyayla Təmas gerçək mənada  əzəmətlidir, ancaq İdeal üçün 
kifayət deyil – Mütləqə qovuşmaq gərəkdir – onunla Təzad təşkil 
eləyən. 
İdeal Gerçəklik gərəkdir – Gerçəkliklə Təzad təşkil eləyən! 
 
«Zəmin-Xara» 
Həyat Yollarıyla addımlamaq zəruridir, ancaq İdeal üçün kifayət 
deyil – Mütləqə Yüksəlmək gərək –  onunla  Təzad təşkil eləyən. 
Ziddiyyətlər, Maneələr, Xülyalar, Şübhələr üzərində  Qələbə 
Zəruridir, ancaq İdeal üçün kifayət deyil – Gerçəkliyin  İdeallaşması 
gərəkdir, Gerçəkliklə Təzad təşkil eləyən. 
Gerçək İradə Qüdrətlidir, ancaq İdeal üçün kifayət deyil – Ali İradə 
gərəkdir, İradəylə Təzad təşkil eləyən. 
Gerçəklik İdeal deyil, bu səbəbdən də kifayət deyil. 
 
«Hicaz» 
Kamillik Həsrəti gerçək mənada əhəmiyyətlidir, ancaq İdeal üçün 
kifayət deyil – Ali Kamillik Tələb olunur – Kamilliklə  Təzad təşkil 
eləyən. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə