Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə39/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

 
207
Qeyri-adilik Yanğısı gerçək mənada şiddətlidir, ancaq İdeal üçün 
kifayət deyil – Qeyri-adi Yanğı  tələb olunur – Yanğıyla  Təzad təşkil 
eləyən. 
Qətiyyət  gerçək mənada siqlətlidir, ancaq İdeal üçün kifayət deyil 
– Ali Qətiyyət  tələb olunur – Qətiyyətlə Təzad təşkil eləyən. 
Gerçəklik əhəmiyyətlidir, ancaq İdeal deyil, bu səbəbdən də İdeal 
Tələb eləyəndir. 
 
«Bayatı-Kürd» 
Kədər Yükü  gerçək mənada siqlətlidir, ancaq İdeal üçün kifayət 
deyil – Ali Kədər Yükü gərəkdir – onunla  Təzad təşkil eləyən. 
Kədər Dairəsi  gerçək mənada möhtəşəmdir, ancaq İdeal üçün 
kifayət deyil – Ali Kədər Dairəsi  gərəkdir – onunla  Təzad təşkil 
eləyən. 
Kədərdən kənara çıxmaq Səyi  gerçək mənada Qüdrətlidir, – ancaq 
İdeal üçün kifayət deyil – Gerçəklikdən kənara çıxmaq gərək –  
Gerçəkliklə   Təzad təşkil eləyən. 
 
«Simai-Şəms» 
Gerçək Harayla Təzad təşkil eləyən Ali Haray! 
Gerçək İdrakla Təzad təşkil eləyən Ali İdrak! 
Gerçək İradəylə Təzad təşkil eləyən Ali İradə! 
Gerçəkliklə Təzad təşkil edən İdeal. 
 
 
6. «Segah» muğamı 
 
«Maye-Segah» 
Kədərə Düşmək gerçək mənada Zəruridir, ancaq İdeal üçün 
kifayət deyil – Ali Kədərə düşmək gərəkdir – onunla Təzad təşkil 
edən. 
Kədərin güclənməsi gerçək mənada təsirlidir, ancaq İdeal üçün 
kifayət deyil – Ali Kədərin güclənməsi gərəkdir – onunla Təzad təşkil 
edən. 
 
208
Kədər Gözəlliyi gerçək mənada qüdrətlidir, ancaq İdeal üçün 
kifayət deyil – Ali Kədər Gözəlliyi gərəkdir – onunla Təzad təşkil 
edən. 
Kədər Yolu gerçək mənada möhtəşəmdir, ancaq İdeal üçün kifayət 
deyil – Ali Kədər Yolu gərəkdir – onunla Təzad təşkil edən. 
İdeal Yol gərəkdir gerçəkliyə – İdeala çatdıran. 
 
«Şikəsteyi-Fars» 
Kədər Zirvəsi – gerçək mənada Zirvədir, ancaq İdeal üçün kifayət 
deyil, – Ali Kədər Zirvəsi tələb olunur – onunla Təzad təşkil edən. 
Kədər Yükü – gerçək mənada ağırdır, ancaq İdeal üçün kifayət 
deyil, – Ali Kədər Yükü tələb olunur – onunla Təzad təşkil edən. 
Kədər Harayı  – gerçək mənada sarsıntılıdır, ancaq İdeal üçün 
kifayət deyil, – Ali Kədər Harayı  tələb olunur – onunla Təzad təşkil 
edən. 
Kədər Odu – gerçək mənada Şəfqətlidir, ancaq İdeal üçün kifayət 
deyil, – Ali Kədər Odu tələb olunur – onunla Təzad təşkil edən. 
Kədər  Göyü  – gerçək mənada Yüksəkdir, ancaq İdeal üçün 
kifayət deyil, – Ali Kədər Göyü tələb olunur – onunla Təzad təşkil 
edən. 
 
«İrak» 
Ali Kədər təsdiq olunur – Gerçək Kədərlə Təzad təşkil edən: 
Ali Kədər Yükü. 
Ali Kədər Gözəlliyi. 
Ali Kədər Harayı. 
Ali Kədər Ucalığı. 
Ali Kədər Odu. 
Kədər İdealı. 
 
Nəticə 
Muğamda Gerçəklik dərk olunur, İdeal təsdiq edilir. 
 
 


 
209
On  Birinci  Fəsil 
 
MUĞAM  TƏMİZLƏNMƏSİ (KATARSİSİ) 
 
1. Qanunauyğunluq 
Muğam İnsanı hərtərəfli Təmizləyir. 
Bilik vasitəsiylə Naşılıqdan təmizləyir. 
Duyğu vasitəsiylə Duyğusuzluqdan təmizləyir. 
Əməl vasitəsiylə Əməlsizlikdən təmizləyir. 
Kamillik vasitəsiylə Qeyri-kamillikdən təmizləyir. 
 
 
2. «Rast»  muğamı 
 
«Maye-Rast» 
Aydınlıq – Qaranlıqdan təmizləyir. 
Ahəngdarlıq – Qeyri-ahəngdarlıqdan təmizləyir. 
Əhəmiyyətli – Əhəmiyyətsizlikdən təmizləyir. 
Ruhanilik – Ruhsuzluqdan təmizləyir. 
Müdriklik – Naşılıqdan təmizləyir. 
Yol – Yolsuzluqdan təmizləyir. 
 
 
«Hüseyni» 
Kədər – Arsızlıqdan təmizləyir. 
Dəyanət – Dəyanətsizlikdən təmizləyir. 
Qətiyyət – Qətiyyətsizlikdən təmizləyir. 
İradə – İradəsizlikdən təmizləyir. 
 
 
«Vilayəti» 
Şərlə Döyüş – Şərdən təmizləyir. 
Hiddət – Mütilikdən təmizləyir. 
Hissiyyat – Hissizlikdən təmizləyir. 
 
210
«İrak» 
Kamillik – Qeyri-kamillikdən təmizləyir. 
Kamil Aydınlıq – Aydınlıq Qeyri-kamilliyindən təmizləyir. 
Kamil Ahəngdarlıq – Ahəngdarlıq Qeyri-kamilliyindən təmizləyir. 
Kamil Müdriklik – Müdriklik Qeyri-kamilliyindən təmizləyir. 
Kamil İradə – İradə Qeyri-kamilliyindən təmizləyir. 
Qeyri-kamil – Kamilləşir. 
 
 
3. «Çahargah»  muğamı 
 
«Maye-Çahargah» 
Düşüncələr Düşüncəsizlikdən təmizləyir. 
Böyüklük Alçaqlıqdan təmizləyir. 
Möhtəşəmlik Cılızlıqdan təmizləyir. 
Riqqət Ürəksizlikdən təmizləyir. 
Kədər Hərcayilikdən təmizləyir. 
 
 
«Bəstə-Nigar» 
Qəm Hissizlikdən təmizləyir. 
Qəmli məqamlar Hissizlik məqamlarından təmizləyir. 
Qəm çalarları Hissizlik çalarlarından təmizləyir. 
Qəmdən çıxmaq – Qəm müstəbidliyindən təmizləyir. 
 
«Hasar» 
Şərlə Döyüş Şərdən təmizləyir. 
İradə İradəsizlikdən təmizləyir. 
Şəri İnkar – Şərlə barışdan təmizləyir. 
 


 
211
«Mənsuriyyə» 
Kamil – Qeyri-kamili təmizləyir. 
Kamil Müdriklik – Qeyri-kamil Müdrikliyi təmizləyir. 
Kamil Böyüklük – Qeyri-kamil Böyüklüyü təmizləyir. 
Kamil Möhtəşəmlik – Qeyri-kamil Möhtəşəmliyi təmizləyir. 
Kamil Qəm – Qeyri-kamil Qəmi təmizləyir. 
Kamil İradə – Qeyri-kamil İradəni təmizləyir. 
Kamil Təmizlənmə – Qeyri-kamil Təmizlənməni təmizləyir. 
 
 
4. «Bayatı-Şiraz» muğamı 
 
«Maye-Bayatı-Şiraz» 
Müdrik Kədər – Naşı Fərəhdən təmizləyir. 
Daxili – Zahirilikdən təmizləyir. 
İdrak – Xurafatdan təmizləyir. 
İdeal Eşqi – Həyatla barışmaqdan təmizləyir. 
 
 
«Bayatı-İsfahan» 
Böyük Kədərə çatan – kiçik Kədərdən təmizləyir. 
Kədər İnsanı Xülyadan təmizləyir. 
İdeal Həsrəti İnsanı Bəsitlikdən təmizləyir. 
 
 
«Hüzzal» 
Kamillik – Qeyri-Kamili təmizləyir. 
Kamil Ehtiras – Qeyri-Kamil Ehtirası təmizləyir. 
Kamil Bilik – Qeyri-Kamil Biliyi təmizləyir. 
Kamil Əməl – Qeyri-Kamil Əməli təmizləyir. 
Kamil Təmizlənmə – Katarsis – Qeyri-Kamil Təmizlənməni 
təmizləyir. 
 
 
212
5. «Şur» muğamı 
 
«Maye-Şur» 
Eşq Eşqsizlikdən təmizləyir. 
İdrak İdraksızlıqdan təmizləyir. 
Vahid Qeyri-müəyyənlikdən təmizləyir. 
Müxtəliflik Yeknəsəqlikdən təmizləyir. 
Ülvi Həqarətdən təmizləyir. 
 
«Zəmin-Xara» 
Həyat Yollarıyla addımlamaq – Cəhalətdən təmizləyir. 
Maneələri aradan qaldırmaq – İradəsizlikdən təmizləyir. 
Ruhani Səy – Gücsüzlükdən təmizləyir. 
 
«Hicaz» 
Kamillik Həsrəti – Qeyri-kamilliyə alışmaqdan təmizləyir. 
Kamillik Yanğısı – Ruhani ətalətdən təmizləyir. 
Qətiyyət – Tərəddüddən təmizləyir. 
  
«Bayatı-Kürd» 
Kədər Yükü – Hərcayi Fərəhdən təmizləyir. 
Kədərə Qayıtma – Yüngül Nəşədən təmizləyir. 
Kədər Labüdlüyü – İdraksız İnamdan təmizləyir. 
Kamilə Qovuşmaq – Qeyri-kamilə Uymaqdan təmizləyir. 
 
«Simai-Şəms» 
Kamil – Qeyri-kamilliyi təmizləyir. 
Kamil Yanğı – Qeyri-kamil Yanğını təmizləyir. 
Kamil İdrak – Qeyri-kamil İdrakı təmizləyir. 
Kamil Vahidlik – Qeyri-kamil Vahidliyi təmizləyir. 
Kamil Müxtəliflik – Qeyri-kamil Müxtəlifliyi təmizləyir. 
Kamil Təmizlənmə –  Qeyri-kamil Təmizlənməni təmizləyir. 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə