1917-ci ilin fevral burjua inqilabından sonra Cənubi Qafqazda siyasi vəziyyət gərginləşir və regiondakı vilayətlər özlərinin gələcək fəaliyyətləri üçün tədbirlər görməyə başlayırlar



Yüklə 16,8 Kb.
tarix30.04.2023
ölçüsü16,8 Kb.
#107789
AXC


AXC
1917-ci ilin fevral burjua inqilabından sonra Cənubi Qafqazda siyasi vəziyyət gərginləşir və regiondakı vilayətlər özlərinin gələcək fəaliyyətləri üçün tədbirlər görməyə başlayırlar. Çox keçmədən Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı sayılan Zaqafqaziya seymi fəaliyyətə başlayır (23.11.1918). Azərbaycanın seymdəki fraksiyasına M.Ə.Rəsulzadənin başçılığı ilə 44 deputat daxil idi. 1918-ci ilin aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan olunur və Azərbaycandan onun tərkibinə 5 nümayəndə daxil edilir. Lakin bu tədbirlərin heç biri bölgənin vəziyyətini tənzimləyə bilmir, mövcud ziddiyyətləri aradan qaldırmır. Seymin səbatsızlığını görən Gürcüstan onun tərkibindən çıxır (26.V.1918) və beləliklə də, Zaqafqaziya seyminin buraxıldığı elan olunur. Mayın 27-də seymdəki Azərbaycan fraksiyası fövqəladə iclas keçirib Milli şura yaradır. Milli şura mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması barədə qərar qəbul edir və «İstiqlal bəyannaməsi» hazırlanaraq dünyanın böyük dövlətlərinə göndərilir. Bununla da, Azərbaycan Cümhuriyyəti fəaliyyətə başlayır. İyunun əvvəllərində Tiflisdən Gəncǝyǝ köçən Azərbaycan hökuməti bir sıra maneələrlə üzləşsə də, Türkiyə ilə olan anlaşılmazlığın qarşısı alınır. Daha sonra Bakı sovetinin Gəncə üzərinə yürüşü dəf olunur və nəhayət, sentyabrın 15-də Bakı azad edilərək dövlət idarəçiliyi burada cəmləşir. Lakin dövlət quruculuğu sahəsində ilk ciddi addımlarını atan Azərbaycan Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. Onun fəaliyyət dövrü 3 mərhələyə ayrılır: hökumətin ilk addımları və tədbirləri dövrü (VI-XII.1918); dövlətin möhkəmlənməsi dövrü (XII.1918-XII.1919); Azərbaycan Cümhuriyyətinin zəifləməsi və süqutu dövrü (XII.1919-IV.1920).
Şərqdə, islam aləmində və türk dünyasında demokratik idarə üsulunu tətbiq etmiş ilk Respublika sayılan Azərbaycan Cümhuriyyəti 1920-ci ilin əvvəllərində bir sıra daxili və xarici amillər üzündən tədricən zəifləməyə başladı və həmin ilin aprelin 27-dən 28-no keçən gecə Bakıya soxulan XI ordu tərəfindən süquta uğradıldı. Qısa müddətdə mövcud olmasına bax- mayaraq, Azərbaycan Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mövqeyə malikdir və Azərbaycan dövlətçiliyinin bərpası, demokratik idarə üsulunun tətbiqi baxımından müstəsna əhə- miyyat kasb edir. Azərbaycan Cümhuriyyətinin əldə etdiyi nailiyyətlər içərisində ölkə ərazisinin nisbətən qorunub saxlanılması mənəvi və siyasi cəhətdən diqqəti cəlb edir. Ümumiyyətlə götürüldükdə, Azərbaycan hökuməti ərazi məsələsində 3 tərəfli təsirlərə məruz qalmışdı. Bir tərəfdən, Lənkəranda yad qüvvələr Azərbaycan hökumətini tanımır, digər tərəfdən Qarabağ, Zəngəzur, Naxçıvanda erməni daşnaqlarının təcavüzü artır, üçüncü tərəfdən isə şimaldan denikinçilər Azarbaycanın müstəqilliyinə təhlükə yaradırdılar. Həmin qısa dövr ərzində Azərbaycanda tarixi- siyasi coğrafiya baxımından bir sıra işlər görülmüş, tədbirlər həyata keçirilmişdir. Təəssüf ki, Azarbaycan hökumətinin bu sahədəki ilk addımı uğursuz oldu. Bilindiyi kimi, Cənubi Qafqazda seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti meydana çıxdı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumda 1918-ci ilin mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvanın, eləcə də, Eçmiǝzzin qəzasının Ermənistana verilməsinə razılaşdı. Türkiyənin bu işə müsbət münasibət bəsləməsi də məsələnin həmin şəkildə hallinda az rol oynamadı. Lakin bunun əvəzində ermənilər Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkməli idilər. Tarix göstərdi ki, ermənilər həmin iddialarından vaz keçmədilər. Azərbaycan milli şurasının bu addımı isə kobud səhv və ümummilli mənafeyə vurulmuş ağır zərbə oldu. Tarix boyu Azərbaycanın tərkib hissəsi olmuş, sonralar İrəvan xanlığının ərazisi olan torpaqlar-Göyçə mahalının qərb hissəsi faktiki olaraq əldən çıxdı. Azərbaycanın qərb sərhədləri Göyçə gölü ilə məhdudlaşdı. Göycə gölü iki respublika - Azərbaycan və Ermənistan arasında sərhəd zonasına çevrildi. Gölün şərq hissəsi «Göycə dairəsi» statusu ilə Azərbaycan Cümhuriyyətinin tərkibində qaldı. Onun arazisi asrin ilk illərindəki Yeni Bayazid qaza sının şərq torpaqlarını əhatə edirdi və Göycə gölünün şimalındakı Maralicə dağın qərbindən baş- layaraq gölün şərq tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırdı. Ermənistanın Naxçıvana olan iddiaları isə puç oldu. 1918-ci ilin avqustun 7-də K.Qarabǝkir paşanın başçılığı ilə türk ordusu Naxçıvana daxil olur və Andronikin buradakı özbaşınalığına son qoyulur. Lakin türk ordusu Naxçıvandan (ümumiyyətlə, Qafqazdan) çıxdıqdan sonra vəziyyət yenidan kəskinləşir. Ermənilərin növbəti həmlələrinin qarşısını almaq üçün 1918-ci ilin noyabrında yerli azərbaycanlı əhalisi Naxçıvanda Araz-Türk Respublikasi tasis edir. Markazi avval Qamarli, sonra isə Naxçıvan olan həmin Respublikaya Naxçıvan, Şərur-Dərəlǝyǝz və Ordubad qazaları, Sardarabad, Uluxanh, Vedibasar, Qəmərli və Mehri əraziləri daxil idi. 1919-cu ilin mart ayına kimi fəaliyyət göstərmiş həmin respublika bölgənin ermənilərin əlinə keçməsinin qarşını aldı, Azərbaycan Xalq Cümhuriyyətinin bütövlüyünü təmin etdi. Araz-Türk Respublikasinin süqutu ərəfəsində, 1919-cu ilin fevralın 28-də hökumətin qərarı ilə Naxçıvan general- qubernatorluğu yaradıldı. Onun tərkibinə Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Vedibasar və s. arazilar daxil idi. Buna baxmayaraq, 1919-cu ilin may-iyun aylarında ingilis komandanlığının ang ila Naxçıvan bölgəsində erməni idarəçiliyi təşkil olundu. Buna ciddi narazılıq edən Naxçıvan əhalisi iyulun 19-25-də hərbi əməliyyatlar keçirərək erməni qoşunlarını darmadağın etdi və «erməni idarəçiliyi» iflasa uğradı. Ermənilərin Azərbaycan ərazilərini ələ keçirmək üçün etdikləri sonrakı cəhdlərin, o cümlədən Paris sülh konfransındakı cəhdlərinin də qarşısı alındı. Ermənistan hökuməti əldə etdiyi güzəştə (İrəvana yiyələnməsinə) baxmayaraq Azərbaycana təcavüzünü gücləndirir və yeni ərazləri - Zəngəzuru, Qarabağı, Naxçıvanı ələ keçirməyə cəhd göstərirdi. Ciddi səhvə yol vermiş Azərbaycan hökuməti daha yeni ərazilər itirməmək naminə mühüm tədbirlər həyata keçirirdi və məhz bunun sayəsində hökumət sonrakı fəaliyyəti dövründə Azərbaycanın ərazilərini qoruyub saxlaya bildi. Qarabağ ermənilərin ən çox iddiasında olduqları arazi kimi qalırdı. Buranın əhalisinin 400.000 nəfəri azərbaycanlı və kürd, cəmi 170.000 nafari ermani idi. Ermənilərin «Müstəqil Qarabağ Respublikası», «Vahid Rusiya», «1. Bakı quberniyası sahəsi 39.075 kv.km - buraya Cavad (Salyan), Lənkəran, Göyçay, Şamaxı və Quba qəzaları daxil idi;
2. Gəncə quberniyası sahəsi 44.371 kv.km idi. Tərkibində Gəncə, Şamxor (Şəmkür), Qazax, Tovuz, Nuxa, Şuşa, Ağdaş (ǝrǝş), Cavanşir (Tərtər), Cəbrayıl, Zəngəzur qəzalarını birlaşdirirdi:
3. Zaqatala quberniyası sahəsi 3.993 kv. km idi. Tərkibinə Əliabad, Car-Muxax, Qax, Almalı, Balakən sahələri daxil idi, onun tərkibində qəzalar yox idi;
4. Ovvallar İrəvan quberniyasının tərkibində olmuş Naxçıvan və Şərur-Dərəlǝyǝz qəzaları. Göstarildiyi kimi, mübahisəsiz ərazilərin ümumi sahəsi 97.298 kv. km olmuşdur. Mübahisəli ərazilər isə, qeyd edildiyi kimi, təqribən 16,6 min kv. km olmuş və 2 istiqamatda-Ermənistan və Gürcüstanla mübahisələrin obyektinə çevrilmişdi.

Yüklə 16,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə