Lənkəran Təbii Vilayətində Qızıl Böcəklərin (Buprestidae) Təsərrüfat



Yüklə 81,5 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü81,5 Kb.
#41614


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №2, səh. 72-76 (2017)

 

72 



Lənkəran Təbii Vilayətində Qızıl Böcəklərin (Buprestidae) Təsərrüfat 

Əhəmiyyətli  Növlərinin Bioekoloji Xüsusiyyətləri Və Onların Zərərvermə 

Dərəcəsinin Kəmiyyətcə Qiymətləndirilməsi 

 

E.A. Hüseynova 

 

AMEA Zoologiya İnstitutu,

 A.Abbaszadə küç., 



1128-ci döngə, 504-cü məhəllə,  Bakı AZ 1073, Azərbaycan;  

E-mail: ella_line@mail.ru 

 

Azərbaycanın  Lənkəran  bölgəsinin  Buprestidae  fəsiləsinin  təsərrüfat  əhəmiyyətli  bəzi  növlərinin  bio-

ekoloji xüsusiyyətlərin tədqiqi üçün tələb olunan material 2014-2016-cı illərdə müxtəlif təbii landşaft-

lardan toplanmışdır. Aşkar olunmuş 22 növdən, Agrilinae Laporte, 1835 yarımfəsiləsinə mənsub 4 növ 

çoxsaylı olmuşdur. Bu növlərin (Meliboeus robustus (Küster, 1852),  Coraebus rubi (Linnaeus, 1767), 

Coraebus elatus (Fabricius, 1787) və Agrilus viridis (Linnaeus, 1758)) bioekoloji xüsusiyyətləri öyrənil-

mişdir.  Bu  növlərin  yetkin  fərdlərinin  zərərliliyinin  riyazi  cəhətdən  qiymətləndirilməsi  onlara  qarşı 

mübarizədə  aqrotexniki  vasitələrin  məhdudlaşdırılmasının  mümkünlüyü  barədə  fikir  irəli  sürməyə 

imkan veruir.  

 

Açar sözlər: Fəsilə, çins, böcək, sürfə, ağaç, zərərvermə 

 

 

GİRİŞ  

 

Lənkəran təbii vilayəti Xəzər dənizinin cənub-



qərb  sahilindəyerləşir.  Ərazi  qədim  bitki  örtüyüilə 

fərqlənir.  Burada  enliyarpaqlı  istisevən  ağac  cins-

ləri üstünlük təşkil edir. Meşələr paleogen dövrünə 

aid  ağac  növləri  (dəmirağac,  şabalıdyarpaq  palıd, 

ipək  akasiya,  hirkan  ənciri  və  s.)  ilə  səciyyələnir 

(Алиев и др., 1972). Belə zəngin və özünəməxsus 

floristik  kompleks  aralarında  endemik  və  relikt 

növlərində  olduğumaraqlı  entomofaunanın  forma-

laşmasına  səbəb  olmuşdur.  Həşəratlar  meşə  senoz-

larının ən mühüm komponentlərindən biridir. Müa-

sir  dövrdə,  əhalinin  miqrasiyası,  urbanizasiya  və 

torpaqların becərilməsi proseslərinin intensivləşdiyi 

bir  vaxtda,  təbii  ekosistemləri  qoruyub  saxlamaq 

çox çətindir. Təbiətin qeyri səmərəli istifadəsi meşə 

sahələrinin əhəmiyyətli dərəcədə azalmasına gətirib 

çıxarmışdır.  Təbii  meşə  senozları  çəmənliklərlə, 

çay və sitrus plantasiyaları ilə əvəz olunmuş, və ya-

xud da, ağacların kəsilməsi səbəbindən çılpaq çöllə-

rə  çevrilmişdir.  Aparılan  agromeliorasiya  tədbirləri 

dağ  meşələrinin  qurumasına  gətirib  çıxarmışdır. 

Bütün  bunlar  entomofaunanın  biomüxtəlifliyinə 

ciddi təsir göstərir. Meşə senozlarının kənd təsərrü-

fat sahələrilə əvəz olunması zərərli və faydalı həşə-

ratlar  arasında  balansın  pozulmasına  və  sinantrop 

növlərin sayının əhəmiyyətli dərəcədə artmasına şə-

rait yaratmışdır. O da, məlumdur ki, zəifləmiş ağac-

lar zərərvericilərin daha çox hücumuna məruz qalır. 

Meşələrin zəifləməsilə zərərvericilərin sayının küt-

ləvi  arması  arasında  sıx  qarşılıqlı  əlaqə  vardır. 

Kənd  təsərrüfatı  sahələrinin  meşələrin  yaxınlığında 

olması,  bitkilərdəki  yoluxucu  xəstəliklərin  daşıyıçı 

həşaratlarla  bir  sahədən  başqasına  kecməsi  üçün 

əlverişli şərait yaradır, bu da ağacların məhv olma-

sına səbəb olur. Buna görədə ayrı-ayrı həşərat qrup-

larının keyfiyyət və kəmiyyət vəziyyətinin araşdırıl-

ması çox aktualdır. Buprestidae faunasının bəzi nü-

mayəndələri  meşə  və  meyvə  ağaclarının  təhlükəli 

zərərvericiləri  olduqlarından  Azərbaycanın  Lənkə-

ran  təbii  vilayətində  onların  tədqiqi  böyük  maraq 

kəsb  edir.  Tədqiqatın  məqsədi  kənd  təsərrüfatı  bit-

kiləri üçün təhlükə törədən və biomüxtəlifliyin mü-

hafizəsi üçün  əhəmiyyət  kəsb edən növlər arasında 

nisbəti müəyyən etmək olmuşdur. 

 

 

MATERİAL VƏ METODLAR 

 

Materialın  toplanması,  hesablanması  və  müşa-

hidələr  2014-2016-cı i llərinyaz,  yay  mövsümlərin-

də  Lənkəran  təbii  vilayətinin  Lənkəran,  Lerik,  Yar-

dımlı  və  Astara  rayonlarında  ekspedisiyalar  zamanı 

ümumi qəbul olunmuş entomoloji metodlarla (Фасу-

лати,  1971)  aparilmişdir.  Bioekoloji  xüsusiyyətlərə 

aid  məlumatlar  A.A.Rixterın  (Рихтер,  1948)  məlu-

matları ilə müqayisə olunub. Tədqiqatlar təbii və ag-

rosenozlarda  aparılmışdır.  Səfər  müddətində  Astara 

rayonunun (dəniz səviyyəsindən 1265 m hündürlük-

də,  N  38

o

34´20.5´´və  E  048



o

33´45.1´´  koordinat-

larında  yerləşən,  ərazisi  497  ha  olan  meşə  ilə  əhatə 

olunmuş)  Toradi  kəndi,  Lerik  rayonunun  Qosmoli-

yan, Divağac  (H 1444 m  koordinatlar: N 38 6693°, 

E  048,  36312°)  və  Yardımlı    rayonunun  Alar,    Qız 

qalası və Maqara  (H 1533-1800 m  koordinatlar: N 

38 47 489°; E 48 14 969°) ərazilərində müxtəlif  bio-

toplar    nəzərdən  kecirilib  və  Buprestidae  fəsiləsinə 

aid böcəklər toplanmışdır. 




Lənkəran Təbii Vilayətində Qızıl Böcəklərin (Buprestidae)

 

73 


 Növlərin təyinatı təyinat kitablar ilə, taksono-

mik paylanması isə “Palearktik Sərdqaladlıların Ka-

taloqu”na (Buprestidae) (

Kubáň, V. & et.

) əsasən 

aparılıb. 



 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Qızıl böcəklər (Buprestidaе) fəsiləsi Coleopte-



ra  dəstəsinin  xarici  görünüşcə  ən  gözəl  fəsilələrin-

dən biridir. Ölçülərinə görə çox da böyük olmayan 

bu böcəklər orta, nadir hallarda iri ölçülü, çox vaxt 

metal  parıltılıdırlar.  Onların  bədəni  uzunsovdur, 

yığcam və ya silindr şəkillidir, möhkəm çanaqla ör-

tülmüşdür,  qanadüstlükləri  uclara  doğru  daralır. 

Bığcıqları  qısa,  mişarşəkillidir,  ayaqları  qısadır. 

Ağac gövdəsinin daxilində gizli həyat sürməsi onla-

rın əsas bioloji xüsusiyyələrindən biridir. Lənkəran 

təbii  vilayətində  Buprestidaefəsiləsinə  aid  22  növ 

böcək aşkar olunmuşdur. 

Növ sayına görə Buprestinae və Chrysochroi-



nae  yarımfəsilələri,  fərdlərin  sayına  görə  isə  Agri-

linae  yarımfəsiləsinin  üc  çinsinin  nümayəndələri 

üstün  olmuşlar  (şək.  1).  Bu  növlərdən  Meliboeus 



robustus  –  21%,    Coraebus  rubi  –  15%,  Coraebus 

elatus – 13% və Agrilus viridis  -10% tədqiqat illə-

rində  coxsaylı olmuşlar.  



Agrilinae yarımfəsiləsiləsinə aid qızıl böcəklə-

ri  nazikbədən  adladırırlar.  Nazikbədən  qızıl  böcək 

cinsi  sürfələri ağac  və  kol  bitkilərinin  gövdələrinin 

qabığı  altında,  oduncağında,  ot  bitkilərinin  gövdə 

və  köklərində  inkişaf  edirlər.  Bir  çox  növləri  ciddi 

zərərvericidir.  



Agrilus  Curtis,  1825  qızıl  böcəklər  fəsiləsinin  

ən  böyük  cinsi  olub  3000-ə  qədər  növübirləşdirir 

(Горностаев, 1970). Tez-tez rast gəlinən böcəklər-

dir,  onların  arasında  təhlükəli  zərərvericiləri  cox-

dur.  Bu  cinsə  daxil  olan  növlər  arasında  Agrilus 

viridis (Linnaeus, 1758) ən təhlükəli ziyanverici he-

sab olunur. Böcəyin ölcüləri 5-9 mm-dir, tünd yaşıl 

rəngli,bədəni  nazikdir.    Sürfələrin  ölcüləri  17  mm-

dir (Niehuis, Tezcan, 1993). 

Bu  növün  bir  nəsli  1-2  ilə  inkişaf  edir.  Sürfə 

mərhələsində  zədələnmiş  budaqların  alt  tərəfində 

qışlayır.  Sürfələr  qış  diapauzasından  mart  ayında,  

orta temperatur 12°C olduqda çıxır. Aprel-may ayla-

rında  sürfələr  puplaşırlar.  Pup  ağ  rəngli,  12-21  mm 

ölcüdə olur. 

May-iyun aylarında böcəklər bağlarda rast gə-

linir. Ən yüksək fəallıq günün işıqlı vaxtına təsadüf 

edir. Ağaç və kölların yarpaqlarını gəmirərək qida-

lanırlar.  Mayalanmadan  bir  necə  gün  kecəndən 

sonra  dişi  fərdlər    yarpaqların  və  nazik  budaqların 

üzərinə yumurta qoymağa başlayır. Dişilərin repro-

duktiv  qabiliyyəti  22-72  yumurtadır.  Cənub  rayon-

larında  yumurtanın  inkişafı  11-17  gün  çəkir.  Yu-

murtaqoyma mərhələsi 1-2 ay davam edir. Böcəklər 

yumurta  qoyduqdan  sonra  ölürlər.  Ziyanvericinin 

fəaliyyəti ağacın məhsuldarlıgını 2 dəfə azalda bilir. 

Baxımsız  bağlarda  bu  böcəklər  daha  çoxsaylı 

olurlar. 

Coraebus  (Gory  &  Laporte,  1839)  Agrilinae 

yarım  fəsiləsinin  cinslərdən  biridir.  Ədəbiyyatda 

250 növü olduğu göstərilir. Bizim tədqiqatlarda cin-

sin  Coraebus  rubi  (Linnaeus,  1767)  növünə  təbii 

vilayətin  bütün  rayonlarında  rast  gəlinib.  Ölcüləri 

7-11  mm-dir.  Bədəni  qara  rəngdə  olub,  üzərində 

metal  rəngli  zolaglı  naxışları  var.  Bədəni  uzunsov-

dur. Oduncağın kambiqatında inkişaf edir. Sürfələri 

qızılgül,  moruq,  itburnu  kollarını  daha çox  zədələ-

yir. Yetkin fərdlər yarpaqlarla qidalanır. 

 

 

 



Şəkil 1. Lənkəran bölgəsində Buprestidae növlərinin faizlə miqdarı

 

13; 5% 



4; 1% 

2; 1% 


1; 

0% 


1; 0% 

6; 2% 


5; 2% 2; 1% 

1; 0% 


11; 4% 

9; 


3% 

7; 


3% 

15; 


5% 

17; 


6% 

7; 3% 


12; 4% 

37; 13% 


43; 15% 

58; 21% 


1; 0% 

27; 10% 


1; 0% 

Acmaeoderella flavofasciata

Acmaeoderella villosula

Perotis lugubris longicollis

Dicerca scabida

Dicerca fritillum

Capnodis miliaris

Capnodis tenebrionis

Sphenoptera cuprina

Sphenoptera glabrata

Cratomerus hungaricus sitta

Cratomerus sponsa

Anthaxia signaticollis

Anthaxia muliebris

Anthaxia bicolor

Anthaxia cichorii

Anthaxia podolica

Coraebus elatus

Coraebus rubi

Meliboeus robustus

Agrilus cuprescens cuprescens

Agrilus viridis

Agrilus lineola shamyl


E.A. Hüseynova

 

74 


Cədvəl 1. Yarımfəsilələrin nümayyəndələrinin qida ixtisaslaşmaları

 

Yarımfəsilənin adı 

Rizofaqlar 

Ksilofaqlar 

Fillofaqlar 

Antofaqlar 

Qerbifaqlar 

Polycestinae 

Sürfə 


Sürfə 

Imago 


Sürfə, Imago 

Sürfə 


Buprestinae 

Sürfə 


Sürfə 

Imago 


Imago 

Sürfə 


Chrysochroinae 

Sürfə 


Sürfə 

Imago 




Agrilinae 

Sürfə 

Sürfə 


Sürfə, Imago 

Imago 


Sürfə 

 

 



 

 

Şəkil 2. Yarımfəsilə nümayyəndələrinin yaşayiş yerləri üzrə paylanması 

 

Coraebus elatus (Fabricius, 1787) ölcüləri 5-7 

mm, bədəni tünd bürünc rəngli böcəklərdir. Moruq, 

itburnu, yemişan kollarında inkişaf edir. 



Meliboeus robustus (Küster, 1852). Böcəklərin 

ölcüləri 6-8 mm-dir. Rəngləri çox fərqli olub, tünd 

göydən – tünd yaşıla qədər dəyişir və metal parıltısı 

xarakterikdir. Bu növ 3 illik tədqiqatlarımız zamanı 

say  çoxluğu  təşkil  etmişdir.  Yetkin  fərdlər  meyvə 

ağacların yarpaqlarında qidalanan zamanı rast gəli-

nir vəfərdlərin mayalanma prosesi qida bitkisi üzə-

rində  baş  verir.  Sürfələr  meyvə  ağaclarının  gövdə-

sində  inkişaf  edir,  bununla  da  bitkiyə  əhəmiyyətli 

dərəcədə ziyan vururlar. 

Yalnız  zəifləmiş  ağacların  birindən  digərinə 

çox  asanlıqla  keçərək  orada  müvəffəqiyyətlə  artıb 

çoxaldıqları  üçün  onları  “ikinci  dərəcəli”  ziyanve-

rici hesab edirlər. 

Lakin qızıl böcəklər arasında elə növlər vardır 

ki, nəinki zəifləmiş, hətta sağlam ağaclarda da məs-

kunlaşaraq onların tamamilə məhvinə səbəb ola bi-

lirlər.  Belə  növlər  yüksək  təsərrüfat  əhəmiyyətinə 

malik  olduqları  üçün  məhz  ilk  növbədə  onlar  üzə-

rində  hesablamalar  aparılmalı  və  daim  nəzarətdə 

saxlanılmalıdırlar. 

Qeyd etmək lazımdır ki, bu fəsilənin yalnız  fi-

tofaq olan bir çox növləri meşə və kənd təsərrüfatı 

bitkilərinin  ziyanvericiləri  kimi  maraq  doğururlar 

ki, bunların da kütləvi artımına təbii vilayətdə təsa-

düf  edilməmişdir.  Alma  bağlarında  təxminən  25% 

ağacların gövdələrinin qızıl böcəklərin sürfələri tə-

rəfindən zədələndiyi qeydə alınmışdır. 

Bu  və  ya  digər  potensial  təhlükəli  qızıl  böcək 

növləri baxımsız ərazilərdən onlarla həmsərhəd yer-

ləşən Hirkan Milli Parkına keçib relikt və endemik 

ağac növləri üçün təhlükə törədə bilərlər (cədvəl 1).  

Cədvəldən  göründüyü  kimi  bütün  4  yarımfə-

silə  nümayəndələrinin  qidalanan  sürfə  mərhələsi 

həm çürümüş həm də sağlam bitkilərin müxtəlif  tə-

bəqələri  –qabıq,  oduncaq  və  s.  ilə  qidalanırlar. 

Həmçinin onların  arasında alaq  otları  ilə  qidalanan 

bir  çox  qerbifaqlar  da  var.  Bu  səbəbə  görə,  həmin 

növləri xeyirli hesab etmək olar. Qida ixtisaslaşma-

sına  görə  fəsilənin  nümayəndələri  monofaq,  oliqo-

faq və polifaq qruplara aid olurlar. Bizim məlumata 

görə,  monofaqlar  Lənkəran  təbii  vilayətində  qeyd 

olunmayıb.  8  növ  (36,3%)  oliqofaq,  9  növ  (40%) 

polifaqdır,  qalan  növlərin  isəqida  bitkisi  dəqiq 

müəyyən edilməmişdir. 

Əksər növlərin sürfə mərhələsinin trofik əlaqə-

si  yalnız  bir  növ  ağac  bitkisi  ilə  bağlıdır,  yetkin 

fərdlər isə bir çox ot bitkilərin üzərində rast gəlinir. 

Bir  çox  növlərin  sürfə  mərhələsində  qida  bitkiləri 

təyin  olunmayıb  və  səhvən  əsas  yem  bitkisi  kimi 

yetkin  fərdin  rast  gəlindiyi  bitki  qəbul  edilir.  Cəd-

vəldə öz müşahidələrimizdən əldə etdiyimiz və elə-

cə də ədəbiyyat məlumatları təqdim olunur. 

Diaqram 2-də  göründüyü kimi təqdim olunan 

növlərin çox hissəsinin (27%) sürfə mərhələsi ağaç-

kol və otbitkiləri üzərində kecir (dendro-hortobiont 

və tamnobiot), növlərin 23%-i otlarda (hortobiont), 

18%-i ancaq ağaçlarda (dendrobiont), 1,5%-i ağaç-

kol  bitkilərində  (dendro-tamnobiont)  qeydə  alın-

mışdır. 


Agrilinae yarımfəsilənin nümayəndiləri əsasən 

meşə və meyvə ağaclarının ziyanvericiləri kimi ta-

nınmışdır.  Yetkin  böcəklər  yarpaqlar,  tumurcuqlar 

4; 18% 


6; 27% 

5; 23% 


6; 27% 

1; 5% 


dendrobiont

tamnobiont

xortobiont

dendro-xortobiont

dendro-tamnobiont



Lənkəran Təbii Vilayətində Qızıl Böcəklərin (Buprestidae)

 

75 


və çiçəklərlə qidalanaraq bəzən onları tamamilə ye-

yib  ağacın  zəifləməsinə  və  məhsulun  nəzərəçarpa-

caq dərəcədə azalmasına səbəb ola bilirlər. Bununla 

əlaqədar olaraq böcəyin zərərvurma dərəcəsini inki-

şafın məhz bu mərhələsində hesablamaq vacibdir.  

Ziyanvericiliyinə  görə  gövdə  zərərvericiləri  3 

kateqoriyaya bölünürlər: 

F – fizioloji təhlükəli - zəifləmiş canlı ağaclara 

hucum  edərək  onların  məhv  olma  prosesini  tezləş-

dirir və bərpasına mane olur. 

T – texniki təhlükəli - bərpa oluna bilməyəcək 

dərəcədə zəifləmiş və ya ölü ağaclarda məskunlaşır, 

öz yollarını oduncaq boyu açaraq, onun keifiyyətini 

aşağı  salır  və  odunçagı  parcalayan  göbələklərlə 

yoluxmasına səbəb olur. 

F/T  –  bu  növlər  canlı  ağaclara  hücum  edərək 

onlara texniki ziyan vururlar. 

Növlərin rastgəlmə tezliyi balla geyd olunur: 

1 ball – kütləvi növ, lap çox rast gəlinir 

2 ball – adi növ, çox rast gəlinir 

3 ball – nadir halda rast gəlinir 

4 ball -  tək-tək rast gəlinir 

Vizual  üsulla  zədələnmiş  gövdələrin  sayı  və 

yarpaqların  zədələnmə  dərəcəsi  5  ballı  şkala  ilə 

(yarpağın yeyilmə %-i) təyin edilmişdir: 

9  bal  –  zədələnmə  yoxdur,  7  bal  –  zədələnmə 

25%-ədəkdir; 5 bal – zədələnmə 50%-ədəkdir; 3 bal 

– zədələnmə 75%-ədəkdir; 1 bal - zədələnmə 75%-

dən yuxarıdır. 

Zədələnmə  intensivliyi  aşağıdaki  düstur  ilə 

hesablanmışdır:  

M= Σ(n


1

 x b)/ Σn

1

 

M - zədələnmə intensivliyi, (n



1

 x b) – zədələn-

miş bitkilərin sayının ümumi miqdarının uyğun zə-

dələnmə balına hasilidir. 

n

1

  –  nümunədə  olan  zədələnmiş  bitkilərin 



ümumi miqdarıdır. 

Bu  növlərin  fizioloji  zerərvericiliyi  müəyyən 

edilmiş  və  rastgəlmə  tezliyi  2  balla  qiymətləndiril-

mişdir. Yarpaqların böcəklər tərəfindən zədələnməsi 

qiymətləndirmədə  7  bala  uyğun  olmuşdur  (25%-ə 

yaxin),  bu  da  Meliboeus  robustus  növünün  zərər-

vericilik  dərəcəsinin–5,6,  Coraebus  rubi  –  3,5,  Co-

raebus  elatus-  5,2,  Agrilus  viridis  –  4,2  bala  uyğun 

olduğunu göstərir. Bu göstəricilər iqtisadi ziyan-vur-

ma  həddinə  yaxındır.  Göstəricilər  bu  həddən  yuxarı 

olduqda mübarizə tədbirləri həyata keçirilməlidir. 

Həşəratlar kənd təsərrüfatı bitkilərinin zərərve-

riciləri kimi o zaman əhəmiyyət daşıyırlar ki, onla-

rın  sayı  iqtisadi  zərərvurma  həddini  üstələsin,  əks 

halda,  həşərat  nə  qədər  çox  yesə  də  məhsuldarlığa 

əhəmiyyətli zərər vura bilmir. Ona görə də müvafiq 

elmi-tədqiqat  işləri  vəqoruyucu  tədbirlərin  planlaş-

dırılması populyasilarda sayın azaldılmasına yönəl-

məlidir.  



Mübarizə:  Aqrotexniki  tədbirlər:  Çəyirdəkli 

meyvə  bağlarının  və  şitilliklərin  salınması  zamanı 

torpaqdan ağac və kolların kökləri tamamilə təmiz-

lənməlidir,  çünki,  onlarda  qızılböcəklərin  sürfələri 

qala bilər. Torpağın düzgün emalı və gübrələmə bö-

yük əhəmiyyət daşıyır.  

Mexaniki  üsul.  Bağlarda  ağaçlardan  böcəkləri 

yığıb məhv etmək tövsiyyə olunur.  

 

 

ƏDƏBİYYAT 



 

Алиев  А.А.,  Гасанов  Г.К.  (1972)  Ландшафты 

Талыша. Баку: Элм, 101 с.  



Горностаев  Г.Н.  (1970).  Насекомые  СССР. 

Москва: 97-103. 



Рихтер  А.А.  (1948)  Определитель  насекомых 

Европейской  части  СССР  (Coleoptera:  Bupres-



tidae): 383-391. 

Фасулати  К.К.  (1971)  Полевое  изучение  назем-

ных беспозвоночных. М.: Высшая школа, 424 с.  



Kubáň  V.,  Jendek  E.,  Kalashian  M.Yu.,  Volko-

vitsh,  M.G.  (2016)  Superfamily  Buprestoıdea 

Leach,  1815.  (pp.  19-32  [New  Acts],  432-574 

[Catalogue].  I.Löbl  and  D.Löbl  (eds.).  Catalogue 

of  Palaearctic  Coleoptera  (Revised  and  Updated 

Edition). Vol. 3. Scarabaeoidea, Scirtoidea, Das-

cilloidea,  Buprestoidea  and  Byrrhoidea.  Brill. 

Leiden - Boston, 983 pp. 



Niehuis M., Tezcan S. (1993) Beitrag zur Kenntnis 

der Agrilus-Arten der Türkei (Coleoptera: Bupre-



stidae).  Mitteilungen  Des  Internationalen  Ento-

mologischen Vereins. Band 18, N 1/2.Frankfurt a. 

M. 1. P.37-38. 

 

 



 

 

 


E.A. Hüseynova

 

76 


Биоэкологические Особенности Хозяйственно Значимых Видов Жуков-Златок (Buprestidae

Ленкоранской Природной Области и Количественная Оценка Их Вредоносности 

 

Э.А. Гусейнова 

 

Институт зоологии НАН Азербайджана 

 

Данные  статьи  основаны  на  трехлетних  (2014-2016  гг.)  исследованиях  биоэкологических  особен-



ностей  жуков-златок,  проводимых  в  Ленкоранской  природной  области.  Семейство  жуков-златок 

представлено 22 видами, приводятся сведения по численному соотношению, пищевой специализации 

и среде их обитания. В сборах наиболее многочисленными оказались 4 вида  подсемейства Agrilinae - 

Meliboeus  robustus  (Küster,  1852),  Coraebus  rubi  (Linnaeus,  1767),  Coraebus  elatus  (Fabricius,  1787)  и  

Agrilus  viridis  (Linnaeus,  1758),  биоэкологические  особенности  которых  и  были  изучены.  Количес-

твенная оценка вредоносности исследуемых видов составила 5,6; 3,5; 5,2; 4,2 балла соответственно. 



 

Ключевые слова: Семейство, род, жук, личинка, дерево, вредоносность 

 

 

 

Bioecological Features Of Economically Important beetles Of The Buprestidae Family In The 

Lenkoran Natural Area And Quantitative Estimation Of Damage Caused By Them 

  

E.A.Huseynova 

 

Institute of Zoology, Azerbaijan National Academy of Sciences 

 

The data presented in the paper are based on three-year (2014-2016) studies on the bioecological features of 

the  jewel  beetles  conducted  in  the  Lenkoran  Natural  Area.  The  family  is  represented  by  22  species; 

information  is  given  on  the  numerical  ratio,  food  specialization  and  habitat.  Four  species  of  the  subfamily 



Agrilinae –Meliboeus robustus (Küster, 1852), Coraebus rubi (Linnaeus, 1767), Coraebus elatus (Fabricius, 

1787),  Agrilus  viridis  (Linnaeus,  1758),  which  are  of  great  economic  importance  as  pests  of  fruit  trees 

dominated during material collection. The quantitative assessment of the harmfulness of the studied species 

was 5.6, 3.5, 5.2, 4.2, respectively. 



 

Keywords: Family, genus, beetle, larva, tree, harmfulness 

Yüklə 81,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə