Beynəlxalq iqtisadi münasibətlərin əsas istiqamətləri və tənzimlənməsi zəruriyyəti



Yüklə 33,21 Kb.
səhifə1/3
tarix14.04.2023
ölçüsü33,21 Kb.
#105542
  1   2   3
referat 2369




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ MİNGƏÇEVİR POLİTEXNİK İNSTİTUTU


FAKÜLTƏ : «İQTİSADİYYAT VƏ İDARƏETMƏ»
KAFEDRA : «İQTİSADİYYAT»
İXTİSAS : 050404 KURS: III QRUP: 289B
FƏNN: «MİLLİ İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ»


KURS İŞİ
TƏLƏBƏ: HÜSEYNOV O.A.
RƏHBƏR: B/m. TAĞIYEV A.M.
Beynəlxalq iqtisadi münasibətlərin əsas istiqamətləri və tənzimlənməsi zəruriyyəti.
Mündəricat
Giriş
1. Xarici iqtisadi münasibətlərin tənzimlənməsi zəruriyyəti və əsas istiqamətləri.
2. Dövlətin xarici iqtisadi siyasətinin formalaşması şərtləri.
3. Xarici ticarət və onun tənzimlənməsi qanunauyğunluqları.
Nəticə
İstifadə edilmiş ədəbiyyat


Giriş

Müasir qloballaşma şəraitində milli iqtisadiyyatın ən problemli məsələlərindən biri də ölkənin beynəlxalq iqtisadi münasibətlərinin qurulması, milli iqtisadiyyatın dünya iqtisadiyatına inteqrasiyası, dünya təsərrüfatında bərabər hüquqlu bir subyekt kimi çıxış etməsidir.


Belə bir şəraitdə beynəlxalq iqtisadi münasibətlərin qurulması və onun tənzimlənməsi olduqca aktuallaşır. Burada əsas məsələ beynəlxalq iqtisadi münasibətlərin daha prioritet sahələrinin seçilməsi və ona üstünlük verilməsidir. Bu mənada xarici ticarət sahəsi daha aktual hesab edilir.
Təqdim etdiyim kurs işində bu fikirlər daha geniş mənada əks etdirilmişdir.

1. Xarici iqtisadi münasibətlərin tənzimlənməsi zəruriyyəti və əsas istiqamətləri

Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin zəruriliyi iqtisadi münasibətlərin mühüm hissəsinin təşkil edən, proseslərin dünyanın ümumi iqtisadi inkişafı fonunda institutsional struktur baxımdan daha sürətlə xarici əlaqələr bir çox hallarda iqtisadi səmərəlilik baxımından yaradılmır.


Müasir mərəhələdə xarici iqtisadi əlaqələrin qarşısında duran əsas məsələ ETT–nin inkişafı ilə əlaqədardır. Belə ki, ETT–nin inkişafı bir ölkə səviyyəsində qalmır, müəyyən dövr keçdikdən sonra beynəlxalq səviyyəyə çıxır, bu isə öz növbəsində ölkələrin bir – biri ilə xarici iqtisadi əlaqələrinin yenidən qurulmasına əsas verir. Xarici iqtisadi fəaliyyət kompleks norma və normativ aktlara əsaslanır. Xarici iqtisadi fəaliyyət beynəlxalq hüquqi normalar əsasında həyata keçirilir. Xarici iqtisadi fəaliyyətin təmin olunmasına digər amillər də təsir göstərir. Yəni ölkənin beynəlxalq arenada iştirakı, onun dövlət quruluşu, material, əmək resursları və maliyyə resursları, təbii resursları, beynəlxalq iqtisadi münasibətlərdə iştirakına zəmin yaradır. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin aşağıdakı vəzifələrini qeyd etmək olar:
1. Xarici iqtisadi fəaliyyətin hüquqi prinsiplərini müəyyən edən normaların işlənib hazırlanması və onların tənzim olunması;
2. Xarici iqtisadi fəaliyyəti tənzim edən orqanların statusunun müəyyən edilməsi;
3. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsini müəyyən etmək, ölkədə müştərək müəssisələrin tikilməsinin hüquqi normativ aktlarının tərtib etmək;
4. İxrac rejimini müəyyən etmək, ixracı lisenziyalaşdırmaq, məhsul aparılması və gətirilməsinin qaydasının müəyyən etmək;
5. Valyuta, gömrük tənzimlənməsini həyata keçirmək;
6. Xarici iqtisadi əlaqələrdə iştirak edən dövlətlərin marağının qorunması tədbirlərini həyata keçirmək.
Xarici iqtisadi fəaliyyət milli istehsal prosesinin tərkib hissəsidir. Ölkənin həyata keçirməkdə olduğu iqtisadi islahatlar göstərir ki, bu iqtisadi islahatlar dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Dövlət xarici münasibətlərin formalaşmasına makrosəviyyədə baxır və qlobal iqtisadi münasibətləri həll edir. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi o vaxt səmərə verir ki, onun fəaliyyət mexanizmi, metod və prinsipləri respublikada aparılan iqtisadi islahatların prinsiplərinə uyğun olsun. Bundan əlavə xarici iqtisadi fəaliyyət sahəsində aparılan islahatlar mövcud təsərrüfat mexanizminin dünya iqtisadiyyatına inteqrallaşmasına uyğun olmalıdır. Bu, respublikanın beynəlxalq bazara çıxmaq imkanlarını genişləndirir. Onu da qeyd etmək lazımdır ki, xarici iqtisadi münasibətlərin formalaşması sahəsində aparılan islahatlar keçid dövrünün üstünlükləri və çatışmazlıqlarını özündə əks etdirir.
Xarici iqtisadi fəaliyyətin formalaşması zamanı ölkə suverenlik mövqeyindən çıxış etməlidir. O, hər şeydən əvvəl ölkənin vahidliyi baxımından araşdırılmalıdır. Ölkənin suverenliyi və xarici iqtisadi fəaliyyət sahəsindəki siyasəti aşağıdakı halların üstünlüyü baxmından nəzərə alınır:
- Ölkənin iqtisadiyyatı açıq olmalıdır;
- Xarici iqtisadi fəaliyyətdə ilk başlanğıc iqtisadi münasibətlərin məqsədyönlü olmasıdır:
- Xarici iqtisadi fəaliyyət resursa qənaət əsasında qurulmalıdır, yəni məhsul ixracatında son məhsul daha çox xüsusi çəkiyə malik olmalıdır.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsində aşağıdakı məsələlər daha da təkmilləşdirilməlidir:
1. Ticarət siyasətinin inzibatı qanunauyğunluğunun hüquqi normativ bazası. Məhdudlaşdırıcı məqsəd səviyyələri reqlamentləşdirilir(lisenziyaların verilməsi, yeni texnologiyanın alınması);
2. Xarici iqtisadi münasibətlərdə iştirak edən dövlətlərlə hesablaşma qaydası, maliyyə məsələləri, gömrük tarifi və vergi sistemi getdikcə təkmilləşməlidir;
3. İdxal və ixrac və həmin münasibətlərdə iştirak edən şəxslər, subyektlər üzrə vətəndaşlıq qanunçuluğu təkmilləşdirilməsi;
4. Xarici ölkələrlə beynəlxalq arbitraj və digər qanunların təkmilləşdirilməsi.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi onun çoxsaylı formaları üzrə fərqlənə bilər. Müasir dövrdə xarici iqtisadi fəaliyyətin əsas formaları aşağıdakılar kimi müəyyənləşir:
- Xarici ticarət;
- Beynəlxalq istehsal kooperasiyası;
- Elmi – texniki əməkdaşlıq və birgə sahibkarlıq;
- İşçi qüvvəsinin beynəlxalq miqrasiyası;
- Kapitalın beynəlxalq axını;
- Beynəlxalq inteqrasiya birlikləri;
- Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq.
Xarici iqtisadi fəaliyyətin formaları dünya təsərrüfat sisteminin inkişaf səviyyəsindən və xüsusiyyətlərindən asılıdır. Ona görə də bu formaların tərkibinin yeniləşməsi, onların hər hansının prioritetliyini dəyişə bilir. Təbiidir ki, bu səbəblərin bu formalar üzrə fəaliyyəti dövlət tənzimlənməsinin xüsusiyyətlərini də dəyişir.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri bütövlükdə və formalar üzrə onun üçün müəyyənləşmiş məqsədlərdən asılıdır. İqtisadi nəzəriyyədə və təcrübədə bütövlükdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi üçün aşağıdakı dörd əsas inteqral məqsəd müəyyənləşir:
1. İqtisadi müstəqilliyin qorunması;
2. İqtisadi təhlükəsizliyin təmin olunması;
3. Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;
4. Dünya iqtisadiyyatına rasional inteqrasiyanın təmin edilməsi.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi bir neçə mühüm iqtisadi proseslərin tənzimlənməsi vasitəsilə aparılır. Belə proseslər bilavasitə xarici iqtisadi fəaliyyətin elementlərinin təşkil edir və aşağıdakılardır:
- xarici ticarət siyasəti;
- Maliyyə - kredit siyasəti;
- Valyuta siyasəti;
- İxrac siyasəti;
- Tədiyyə balansı siyasəti;
- Valyuta ehtiyatlarının idarə olunması siyasəti;
- Xarici kreditlər institutional tənzimlənməsi siyasəti.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin sonuncu elementi ticarətin idarə olunmasının institutsional tənzimlənməsi sistemi hər bir dövlətin idarəetmə mexanizmindən asılıdır.
Azərbaycanda bu sistemin əsas aparıcı elementləri İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank və Dövlət Gömrük Komitəsidir.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi əsasən iki formada həyata keçirilir:
1) liberal siyasət
2) proteksionist siyasət
Liberal siyasətdə əsasən dövlət xarici iqtisafi fəaliyyətə müdaxilə etmir, xarici ticarətin tələb, təklif və digər bazar amillərinin təsiri altında inkişafını əks etdirir.
Real həyatda nə dövlətin tamamilə xarici iqtisadi fəaliyyətə müdaxilə etməməsi və yaxud da dövlətin xarici iqtisadi fəaliyyətdən tam təcrid olunması mümkün deyil.

Yüklə 33,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə