Beynəlxalq iqtisadi münasibətlərin əsas istiqamətləri və tənzimlənməsi zəruriyyəti


Xarici ticarət və onun tənzimlənməsi qanunauyğunluqları



Yüklə 33,21 Kb.
səhifə3/3
tarix14.04.2023
ölçüsü33,21 Kb.
#105542
1   2   3
referat 2369

3. Xarici ticarət və onun tənzimlənməsi qanunauyğunluqları

Müasir beynəlxalq təcrübə göstərir ki, ölkələrarası xarici iqtisadi əlaqələr olmadan dünyanın heç bir ölkəsi öz milli iqtisadiyyatının normal inkişafını təmin edə bilməz. Ölkələr arasında mövcud olan beynəlxalq iqtisadi əlaqələr çox sahəlidir və onların hər biri ölkənin iqtisadi inkişafında, xüsusilə dünya iqtisadiyyatına inteqrasiyada mühüm yer tutular. Lakin onların içərsində daha əhəmiyyətlisi xarici ticarət əlaqələridir. Harızda beynəlxalq iqtisadi münasibətlərin demək olar ki, 80 faizindən çoxu xarici ticarət əlaqələrinin payına düşür. Beynəlxalq iqtisadi əlaqələrin ən qədim növü də məhz xarici ticarətdir.


İqtisadi inkişafında xarici ticarətin rolu və formalaşması qanunauyğunluqları siyası iqtisadi klassikləri A.Smit və D.Ricardo nəzəriyyələrindən əsaslandırılmış və onlardan sonra gələn alimlər tərəfindən isə inkişaf etdirilmişdir.
D.Ricardonun “Müqayisəli istehsal xərcləri” beynəlxalq ticarətin yaranması qanunauyğunluqları elmi cəhətdən əsaslandıraraq qeyd edilir ki, müxtəlif istehsal amilləri eyni adlı məhsulun istehsalına çəkilən xərcləri fərqləndirir. Xüsusilə müxtəlif ölkələrdə bu amillər bir – birindən kəskin surətdə fərqlənir və onların dəyəri bir – birindən fərqlənir. Yəni eyni məhsulun istehsalı bir ölkədə baha, digər ölkədə ucuz başa gəlir və qiymətləri də müxtəlif olur. Odur ki, istehlakçıya eyni adlı əmtəəni daha ucuz qiymətə təqdim etmək üçün satıcı həmin əmtəəni daha ucuz istehsal edilən ölkədən alıb gətirir və əksinə bu ölkədə daha ucuz qiymətə başa gələn əmtəəni onun daha baha başa gəldiyi ölkəyə idxal edir. Əmtəələrin belə dövriyyəsi xarici ticarət əlaqələrinin yaranmasına səbəb olur.
Bu sahədə A.Smit və D.Ricardonun nəzəriyyələrinin davamçıları kimi Hekşel və Ohlin qeyd edirdilər ki, ölkələr arasındakı istehsal xərcələrindəki nisbi fərqin əsasını istehsal amillərinin dünyada qeyri – bərabər bölgüsü təşkil edir. Onların fikrincə ölkələr bol resursların intensiv istehsal olunması ilə istehsal edilən malları ixrac və onlar üçün kəsirli istehsal resurslarından intensiv istifadəsilə hazırlanan malları isə idxal edirlər.
Bir iqtisadi proses kimi xarici ticarətin genişlənməsi istər istəməz ölkələri müəyyən əmtəələr üzrə ixtisaslaşmasına gətirib çıxarır. Burada bir çox amillərin təsiri özünü göstərir, məsələn, təbii resursların bolluğu, əmək resurslarının bolluğu, elm və texnikanın, texnologiyanın inkişaf səviyyəsi, təbii coğrafi mühit və digər səbəblər ixtisaslaşmaya ciddi təsir göstərirlər.
Xarici ticarət nəzəriyyələri sonralar iqtisadçı alimlər tərəfindən daha da zənginləşdirilərək müasir dünyanın reallıqlarına uyğunlaşmaya çalışmışlar. Xüsusilə xarici ticarət bazarlarının genişlənməsi, rəqabətqabiliyyətlilik meyarı, tələbi idarə etmə, elmi texniki tərəqqi nəticəsində baş verən qütbləşmə və onun yerdəyişməsi xarici ticarətin müəyyən qanunuyğunluqlarının yaranmasına ciddi təsir göstərir. Beləliklə belə bir nəticəyə gələ bilərik ki, dünya dövlətləri bir – birilə ona görə ticarət edirdilər ki, əvvala, iqtisadi ehtiyatlar, təbii resurslar ölklər arasında son dərəcə qeyri – bərabər bölünmüşdür. İkincisi, müxtəlif əmtəələrin səmərəli istehsalı müxtəlif texnologiyalar tələb edir. Məsələn, Yaponiyada ixtisaslı, yaxşı təhsil görmüş iş qüvvəsi çoxdur. Yüksək ixtisaslaşmış əmək ucuzdur. Buna görə də Yaponiyada az xərclə daha ixtisaslı əmək tələb edən məhsulların istehsalını artırmaq daha çox səmərə verir. Bunun əksinə olaraq Avstraliya geniş əraziyə malikdir. Lakin insan və kapital ehtiyatları məhdudur. Braziliyada tropik iqlim, məhsuldar torpaq, kifayət qədər rütubət və ixtisası olmayan çoxlu miqdarda iş qüvvəsi vardır.
Sənayecə inkişaf etmiş bəzi ölkələri isə çoxlu kapital qoyuluşu tələb edən sənaye sahələrini inkişaf etdirməklə daha əlverişli vəziyyətdədirlər. Lakin mövcud şərait həmişə sabit olmaqla qala bilməz. Bu və ya digər ölkədə istehsal qüvvələrinin inkişafı və struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni məhsul istehsalı üzrə ixtisaslaşma üçün şərait yarana bilər.
Müxtəlif ölkələrin iqtisadi ehtiyatları və təbii iqlim şəraiti müxtəlif olduğuna görə eyni məhsulun istehsal xərcləri də müxtəlif olur. Başqa sözlə, hər məhsul vahidinin fərdi dəyəri bir – birindən fərqlənir.
Beləliklə, hər bir dövlətin bu və ya digər məhsulun istehsalı üzrə ixtisaslaşması dünya iqtisadi ehtiyatlarından daha səmərəli istifadə edilməsinə, onu yenidən bölüşdürülməsinə şərait yaradır. Nəticədə bir dövlətin iqtisadi ehtiyatından başqa dövlət istifadə edir və faydalanır, öz milli iqtisadiyyatını inkişaf etdirir. Bu baxımdan hər bir dövlətin milli sərvəti eyni zamanda bütün bəşəriyyətin sərvətidir.
Azad Beynəlxalq Ticarətin üstünlüyü çoxdan məlumdur. Hələ 1776-ci ildə A.Smit bunun mahiyyətini görmüş və göstərmişdir ki, ağıllı ailə başçısı heç vaxt onun ailəsi üçün lazım olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz. Hər bir istehsalçının öz sahəsində başqalarından üstünlükləri var. Ona görə də onun istehsal etdiyi məhsul, ixtisası olmayanlara nisbətən daha az xərclə başa gəlir.
Ölkələr arasındakı iqtisadi əlaqələrin xarakteri dünya dövlətlərinin xarici ticarət siyasətini də müəyyən edir. Dünya ölkələri arasında azad ticarət və himayəçilik siyasəti həyata keçirilir.
Azad ticarət siyasəti o deməkdir ki, dövlətlər arasında ticarətin inkişafına heç bir məhdudiyyət qoyulmur. Himayəçilikdə isə dövlətlərarası ticarətdə məhdudiyyət qoyulur.
Azad ticarət siyasətinin həyata keçirilməsi dünya iqtisadiyyatında iqtisadi ehtiyatların daha səmərləi yerləşdirilməsində və maddi rifahın səviyyəsinin daha yüksəldilməsinə səbəb olur. Hər ölkədə ehtiyatların quruluşu və texnoloji birliklərin səviyyəsi müxtəlifdir. Buna görə də ölkədə müəyyən əmtəələrin real xərcləri də müxtəlifdir. Hər bir dövlət o məhsulu istehsal etməlidir ki, həmin əmtəənin istehsal xərcləri başqa ölkədəkinə nisbətən aşağı olsun. Əgər hər bir dövlət məsələyə belə yanaşsa, təbii mühitə görə istehsalın ixtisaslaşmasından bütün dünya tam istifadə edə bilər. Başqa sözlə, dünyada hər bir azad ticarət siyasəti yeridən dövlət eyni həcmli iqtisadi ehtiyatlardan daha çox real götürə bilər.
Himayəçilik siyasəti ixtisaslaşmasının üstünlüklərindən, onun səmərəliliyindən istifadə etməni məhdudlaşdırır.
Azad ticarət dünya bazarından istədiyi məhsulu sərbərst surətdə seçməyə imkan verir. Azad ticarət eyni zamanda azad rəqabət yaradır. Bu da iqtisadiyyatın inkişafının əsas amillərindən biridir. Buna görə də həyat azad ticarətin inkişafın etdirilməsini tələb edir.
Orta və aşağı inkişaf səviyyəsində olan ölkələrdə istehsal olunan əmtəələrin fərdi dəyəri isə dünya bazar dəyərindən adətən yüksək olur. Buna görə də yerli məhsullar inkişaf etmiş ölkələrdən gətirirlən məhsullarla rəqabətə girə bilmir. Xaricdən gətirilən məhsullar satılır, yerli məhsullar isə reallaşa bilmir. Bu isə milli sənayenin inkişafına mane olur. Bununla əlaqədar olaraq bu cür dövlətlər himayəçilik siyasətini irəli sürürlər. Məqsəd milli sənayeni güclü olan xarici dövlətin zərbəsindən xilas etmək və onun inkişafına şərait yaratmaqdır.
Milli bazarın xarici rəqiblərin təsirindən qorunmasının əsas yolu dövlətin yeritdiyi gömrük siyasətidir. Dövlət bütün xarici əmtəələrə eyni gömrük haqqı qoya bilməz. O əmtəələrə yüksək gömrük haqqı qoyulur ki, o yerli məhsulların istehsalına mane olur.
Bütün müstəqil dövlətlər öz ölkəsinin iqtisadiyyatının inkişaf səviyyəsindən, daxili və beynəlxalq şəraitdən, qarşıda duran vəzifələrindən asılı olaraq xalq təsərrüfatı siyasəti yeridirlər.
Bütün suveren dövlətlər kimi Azərbaycan Respublikası da xarici iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır və müstəqilliyin ilk dövrlərindən başlayaraq özünün xarici ticarət siyasətini formalaşdırır və inkişaf etdirir.
Nəticə

Apardığım araşdırmalar nəticəsində belə qənaətə gəldim ki, beynəlxalq iqtisadi münasibətlər milli iqtisadiyyat üçün ən aktual məsələrdən biridir və bu fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi olduqca önəmlidir. Beynəlxalq iqtisadi münasibətlərin dövlət tənzimlənməsi zəruriyyəti ilk növbədə dünya iqtisadiyyatının sürətli inkişafı və qloballaşmasında irəli gəlir. Bu baxımdan dövlətin xarici iqtisadi siyasətinin formalaşması və onun reallaşdırılması baş verir. Burada xüsusi əhəmiyyət kəsb edən sahələrin seçilməsi, məsələn, xarici ticarət, kapitalın beynəlxalq hərəkəti kimi sahələrə üstünlük verilməsinə zərurət yaranır.




İstifadə edilmiş ədəbiyyat

1. H.Alahverdiyev, K.Qafarov, Ə.Əhmədov “Milli iqtisadiyyatın dövlət tənzimlənməsi” Bakı – 2007.


2. C.Kərimov və başqaları “Beynəlxalq iqtisadi münasibətlər” Bakı – 2007.
3. İ.Kərimli “Beynəəlxalq iqtisadi münasibətlərin müasir problemləri” Bakı - 2006.
4. M.Qasımov “Azərbyacan beynəlxalq münasibətlər sistemində” Bakı – 1966.
5. Azərbaycanın rəsmi dövrü mətbuatı.
Yüklə 33,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə