Beynəlxalq iqtisadi münasibətlərin əsas istiqamətləri və tənzimlənməsi zəruriyyəti


Dövlətin xarici iqtisadi siyasətinin formalaşması şərtləri



Yüklə 33,21 Kb.
səhifə2/3
tarix14.04.2023
ölçüsü33,21 Kb.
#105542
1   2   3
referat 2369

2. Dövlətin xarici iqtisadi siyasətinin formalaşması şərtləri

Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsində onun xarici iqtisadi siyasətinin strateji hədəfləri ilk növbədə ölkə iqtisadiyyatının müasir durumu, onun dünya iqtisadiyyatında mövqeylərinin möhkəmlənməsi və ümumi iqtisadi inkişaf strategiyasının reallaşdırılması fonunda formalaşıır. Hazırda dövlətin xarici iqtisadi siyasətinin strateji istiqamətləri daha çox aşağıdakıları əhatə edir:


- xarici ticarətin ümumi dövriyyəsinin artırılması və ÜDM – da xüsusi çəkisinin daha da yüksəldilməsi;
- idxal – ixrac balansının sağlamlaşdırılması;
- ölkənin dünya iqtisadi məkanına və bazarlarına inteqrasiyasının güclənməsi;
- xarici investisiyaların qeyri neft sektoruna istiqamətləndirilməsi;
- beynəlxalq iqtisadi təşkilatlarda təmsilçiliyin güclənməsi və Beynəlxalq Ticarət Təşkilatına üzv qəbul edilməsi;
- beynəlxalq valyuta təşkilatları ilə fəaliyyətin səmərəliliyinin artırılması;
- beynəlxalq qlobal və regional iqtisadi layihələrdə təmsilçiliyin gücləndirilməsi;
- dünya bazarlarında enerji daşıyıcıları ixrac edən ölkə kimi təmsil olunmaq;
- xarici ölkənin iqtisadiyyatına investisiya qoyuluşu və kreditlərin yerləşdirilməsi;
- xarici ölkələrdə istehsal və xidmət müəssisələrinin yaradılması və sair.
Eyni zamanda xarici ticarət siyasətinin prioritet istiqamətləri kimi aşağıdakıları nəzərə almaq son dərəcə vacibdir:
- xarici ticarət münasibətlərinin uzunmüddətli perespektivə istiqamətlənməsi;
- daxili bazarın qorunması və iqtisadiyyatın real sektorunun inkişafının stimullaşdırılması;
- ölkədə istehsal olunan məhsullarının dünya bazarlarına çıxarılmasına kömək edilməsi, yəni ixracatın stimullaşdırılması;
- xarici bazarlarda ölkə istehsalçılarının mənafelərinin qorunması;
- ixracatın strukturunun keyfiyyətinin artırılması;
- daxili bazarların tənzimlənməsi;
- idxalın tənzimlənməsi məqsədi ilə səmərəli gömrük və vergi sisteminin tətbiqi;
- xarici ticarət balansına nail olunması;
- tədiyyə balansının tənzimlənməsi və s.
Bu və digər istiqamətləri özündə əks etdirən xarici ticarət siyasəti o vaxt effektli ola bilər ki, onun işlək, çevik və milli maraqları təmin edən tənzimləmə mexanizmləri olsun.
Azərbaycanın dünya təsərrüfatına inteqrasiyasına vacib problemlərindən biri də xarici ticarət balansının, idxal vəə ixracatın strukturunun sağlamlaşdırılmasıdır. Ümumiyyətlə son illərdə, xüsusiylə 2003–2005–ci illərdən sonra Azərbaycan iqtisadiyyatının uğurlu sahələrindən biri də xarici ticarət fəaliyyəti olmuşdur.
Əgər statistikaya müraciət etsək görərik ki, bu sahədə güclü dinamik inkişafına nail olunmuşdur. Aparılmış tədqiqatlardan göründüyü kimi həm ölkənin ümumi ticarət dövriyyəsində, həm də ayrı – ayrılıqda idxal ixracatında güclü dinamik inkişaf müşahidə olunmaqdadır və bu inkişaf tempi 2010-ci ildə daha da yüksək olmuşdur. Lakin bu göstəricilərin daha dərin təhlili göstərir ki, həm ixracatın, həm də idxalın strukturunda aktual problemlər mövcuddur.
Artıq məlumdur ki, Azərbaycanın mövcüd iqtisadi potensialı bu problemləri həll etmək imkanlarına malikdir, xüsusilə dünya bazarlarına qeyri neft əmtəələri ilə çıxış imkanları daha da genişləndirilməli, bu sahədə dövlət dəstəyi və tənzimlənməsi daha güclü olmalıdır. Doğrudur bu sahədə son illərdə, xüsusilə də 2010-ci ildə nəzərə çarpacaq işlər görülmüşdür. Xüsusilə idxal ixrac əməliyyatlarında “ bir pəncərə ” prinsiplərinin tətbiqinə başlanması olduqca tədqirə layiqdir. İdxal – ixrac əməliyyatlarına “ bir pəncərə ” sisteminin tətbiqi və digər gömrük proseduralarının sadələşdirilməsi, vergi sisteminin təkmilləşdirilməsi nəticəsində ölkədə xarici iqtisadi fəaliyyətin sürətlə artması, idxal – ixracatın strukturunun xeyli genişlənməsi müşahidə olunur. Nəticədə idxalın və ixracatın strukturunun məqsədyönlü şəkildə dəyişməsi, ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının artırılmasına nail olunmuş və artıq Azərbaycan sahibkarlarının 27 Avropa ölkəsi və ABŞ bazarlarına rüsumsuz və ya çox aşağı görük vergiləri ilə ixrac imkanları yaranmışdır. Bütün bunlar isə dünya bazarlarına Azərbaycanın qeyri neft əmtəələrinin çıxarılması sahəsində ardıcıl fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi imkanlarının daha da yaxınlaşdırır. Bu sahədə qarşıda duran əsas məsələlərdən biri ayrı – ayrı ölkələrdə iqtisadi əlaqələri genişləndirməklə bərabər dünya iqtisadi məkanında xüsusi nüfuza malik olan beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək və onlarda təmsil olunmaqdır.
Xüsusilə nüfuzlu beynəlxalq təşkilat və maliyyə qurumlarında təmsil olunmaq və iştirak etmək strateji hədəf olmalıdır. Bu prosesin sürətləndirilməsi ölkəmizin xarici ticarət əlaqələrinin genişlənməsi ilə bərabər eyni zamanda həm xarici, həm də daxili bazarlarda istehsalçıların rəqabətqabiliyyətlik imkanlarının güclənməsinə, ETT və yeni texnologiyanın istehsala tətbiqinin stimullaşdırılmasına, istehsal edilən əmtəə məhsullarının dünya standartlarına uyğunlaşdırılması və inkişafına güclü təsir göstərə bilər.
Xüsusi əhəmiyyət kəsb edə biləcək məsələlərdən biri də ölkəmizdə azad iqtisadi zonaların yaradılmasıdır. Bu barədə dövlətin müvafiq proqramları mövcuddur, ardıcıl danışıqlar aparılır və müvafiq hazırlıq işləri görülür. Burada da daha sürətli işlərin görülməsi və bu prosesin həyata keçirilməsi vaxtı çatmışdır.
Ölkədə investisiya mühutinin yaxşılaşdırılması, ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların tənzimlənməsi sahəsində dövlət siyasətinin davam etdirilməsi ilə bərabər ölkə daxili investisiya vəsaitlərinin dünya bazarlarına çıxarılması da ölkənin iqtisadi imkanları daxilindədir.
Bununla bərabər son illərdə Azərbaycan iqtisadiyyatı üçün prioritet hesab edilən xarici iqtisadi münasibətlərin digər istiqamətlərini də qeyd etmək lazımdır.
Strateji nöqteyi nəzərdən beynəlxalq iqtisadi münasibətlərin müasir qloballaşan dünya təsərrüfatı sistemində bir neçə əsas istiqamətlərini qeyd etmək olar ki, bunlarda eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün olduqca aktualdır. Bu istiqamətləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Beynəlxalq iqtisadi əməkdaşlıq, maliyyə, bank və ixtisaslaşmış qurumlarla əlaqələrin gücləndirilməsi və onlarda təmsilçilik;
2. İnkişaf etmiş ölkələrlə əməkdaşlığa üstünlük verilməsi;
3. Azad ticarət zonalarının yaradılması;
4. Regionların və birbaşa iqtisadi əlaqələrin inkişaf etdirilməsi və s.
Beynəlxalq iqtisadi münasibətlər sahəsində milli iqtisadiyyatın qarşısında duran əsas məsələlərdən biri də prioritetlərin müəyyənləşdirilməsidir. Burada xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri xarici ticarət əlaqələridir.



Yüklə 33,21 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə