Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

 
123
Zevs dünyaya hər şey olmaq üçün gəlir. 
Bu, sənin və sənin kimilərinin yox olması deməkdir. 
Hər şey olmaq üçün gələnlərin yanında sən heç olmalısan. 
Olmasan, Zevsin qəzəbinə düçar olarsan. 
Zevs gəlir və sən heç olursan. 
Yaşayırsan, fəqət  əslində yaşamırsan, düşünürsən, fəqət  əslində 
düşünmürsən, duyursan, fəqət  əslində duymursan, görürsən, fəqət 
əslində görmürsən. 
Səndə nə varsa – sənin deyil, Zevsindir. Sən yerimirsən, – o yeri-
yir, sən sevinmirsən – o sevinir, sən arzulamırsan, o arzulayır, sən 
qərar vermirsən, o qərar verir. 
Dünyada yalnız onun istədiyi olur. 
Ancaq o, öz istəyini sənin istəyin kimi sənə tanıdır. 
Hər şey olmaq istəyən hamını heç şeyə çevirməlidir. 
Hamı hər şeyin kölgəsi olmalıdır. 
Olmasa – cəzalanmalıdır. 
Hər iki halda dünyada yalnız Zevs yaşamalıdır. 
Zevsin hakimliyinə niyə razı oldum? 
Ona mən yox, mənim ulu əcdadlarım razı oldular. Özlərinə inan-
madılar, Möhtəşəm Qüvvə aradılar, ona tapındılar. 
Öz naqisliyindən, natamlığından, zəifliyindən qorxdular, əzəmətə 
sığındılar. 
“Gəl, həyatımızı nizamla, təbiətimizi ram et, ömrümüzə məna ver, 
başımıza ağıl qoy, üzərimizdə hakim ol” – dedilər. 
Əcdadlar bilmədilər ki, insanın hakimi özüdür, insan özünün 
hakimi olmalıdır. 
Özünə hakim olmaq haqqını əcdadlar Zevsə verdilər və Zevs onları 
heçə çevirdi. 
Zevs insanların taleyini əlindən aldı – “Siz yoxsunuz, mən varam!” 
– dedi. 
Mənim siz insanlara göndərdiyim  ən dəhşətli  şər belə – xeyirdir, 
çünki onu sizə Mən göndərirəm, mənim siz insanlara bəxş etdiyim ən 
qəddar zülm belə – bəxtiyarlıqdır, çünki onu sizə  Mən bəxş edirəm; 
mənim sizə gətirdiyim ölüm – həyatdır, çünki onu Mən sizə gətirirəm, 
 
124
mənim sizə  təlqin etdiyim köləlik – azadlıqdır, çünki onu sizə  Mən 
təlqin edirəm. 
Mənim sizə söylədiyim yalan – həqiqətdir, çünki onu Mən 
söyləyirəm.  
Mənim törətdiyim cinayətlər – ləyaqətdir, çünki onları  Mən 
törədirəm. 
Dünyaya mənim gözümlə baxın, dünyanı mənim ağlımla dərk edin
mənim qəlbimlə duyun! 
Çünki dünyada məndən başqa heç kəs yoxdur. 
Atam Lay Zevsə “mən də varam!” – demişdi. 
Bu səbəbdən də Zevs ona qatil oğul göndərdi, həmin qatilin əliylə 
onu öldürdü, namusuna toxundu. Bununla da o, Laya dedi ki, sən 
özünə özünün gözünlə baxdığın üçün səhv etmisən, özünü var olan 
saymısan. Var olanın taleyi öz əlində olmalıydı, sənin taleyin isə 
mənim, – Zevsin əlindədir. Mən səni övlad qurbanı edərəm və  sən 
mənim iradəmə tabe olarsan, hökmümdən qaçmazsan! 
Çünki sən heçsən, mən isə hər şeyəm! 
Zevs mən Edipə  də anlatdı ki, sən özünü tanımırsan, sən mən 
Zevsin  əmrini ardıcıl və dürüst yerinə yetirən kölədən başqa heç nə 
deyilsən, atanı öldürməlisən, çünki mən belə buyurmuşam, anana 
evlənməlisən, çünki mən belə buyurmuşam. 
Sənin müstəqil fəaliyyətin  əslində  fəlakətli asılılığın ifadəsindən 
başqa bir şey deyilmiş. Bu səbəbdən də Edip adlı varlıq yoxdur, yalnız 
Zevs var. 
Bəli, günahkar yalnız sənsən, Zevs! 
Möhtəşəmsənsə, Qadirsənsə – günahın məsuliyyətindən çəkinmə! 
Fəqət qorxursan, günahı bəndələrinin üstünə atırsan. 
Qüdrətin – eybəcərliyindən, zülmkarlığından, qəbahətindən 
azdır! 
Özünü təmizə çıxartma! 
İndi mən Edip bilirəm və sabah bütün insanlar biləcəklər ki, 
fəlakətlərin yaradıcısı, səbəbkarı sənsən. 
Atamı mən öldürmədim, insanlar, Zevs öldürdü! 
Anamı mən özümə arvad eləmədim, insanlar, Zevs elədi! 
Nə qədər Zevslər var, günah da var!!! 


 
125
Ediplərdə günah olmur, günah Zevslərdədir! 
Nə qədər ki, Zevslər var, Edipləri günahlandırmayın! 
Nə  qədər ki, Zevslər var, Layların oğulları atalarını öldürüb, 
analarına ərlik edəcəklər. 
1 Od 5-ci il. 
(1 iyul 1984-cü il). 
 
 
PROMETEY İMTİNASI 
 
– Quzğunlar, bədənimi qana qəltan eləyin, qayalar, üstümə tökülün, 
küləklər, tufan qoparın, təki mən Zevsin ətrafında dolanan zəiflərə, 
zəlillərə bənzəməyim! 
Okean, üzərimə  aş, zülmət, gözlərimdə oyna, şaxta, sümüklərimi 
dondur, təki Zevsin qəzəbindən tir-tir əsən miskinlərə, çirkinlərə 
bənzəməyim! 
İldırım, məni vur, sel, məni ud, təki mən Zevsin hüzurunda alçaq-
laşan balacalara bənzəməyim! 
Qar, məni suya döndər, günəş, məni yandırıb kül elə, qeyrətsizlərə, 
ləyaqətsizlərə bənzəməyim! 
Daşa çevrilərəm, ağaca dönərəm, amma məhəbbətsizlərə, 
ülfətsizlərə tay olmaram! 
Qoy  əzab caynağı ürəyimi parçalasın, işgəncə oxları  bədənimi 
deşik-deşik eləsin, ancaq vüqarsızlara, ilqarsızlara bənzəməyim! 
Qoy  əllərim kəsilsin, ayaqlarım qırılsın, gözlərim tökülsün, ancaq 
Zevsin çəmənlərində otlayan insan biçimli quzulara və qoyunlara 
bənzəməyim! 
Qoy tikə-tikə doğranım, ancaq Zevsin ayaqları altında pilləkən 
olmayım! 
Qoy tənhalıqda yalquzaq kimi ulayım, amma Zevsin ətrafında 
dəyirman daşı tək fırlanmayım! 
Qoy iztiraba alışım, zülmə alışmayım! 
Qoy cəfaya alışım, yalana alışmayım! 
Qoy təzyiqə alışım, təhqirə alışmayım! 
Müsibətə alışım, həqarətə alışmayım! 
 
126
Vəhşiylə qarşılaşım, naşıyla qarşılaşmayım! 
Susuz olum, namussuz olmayım! 
Cəfaya alışım, fitnəyə alışmayım! 
Kölgəyə dönüm, köləyə dönməyim! 
Paralanım – sürünməyim! 
Şaqqalanım – satılmayım! 
Taleyə alışım – riyaya alışmayım! 
Zillətə alışım – xəyanətə alışmayım! 
– Oğlum, Herakl, məni xilas eləməyəmi gəlmisən? Söylə görüm, 
insan dəyişilibmi, dünya dəyişilibmi? 
–  İnsan həmin insandır, dünya həmin dünyadır, qəhrəman 
Prometey! 
– Onda məni fəlakətimlə, məşəqqətimlə tək qoy! Mən nacinslərin 
yanına qayıtmaram! 
Qartal, gəl sinəmi deş!.. 
 
1 Od 5-ci il. 
(1 iyul 1984-cü il). 
 
 
AXİLLES  və  PRİAM 
 
– Sən qoca Priam və mən gənc Axilles eyni dərəcədə bədbəxtik! 
Sən istəkli oğlun Hektoru itirdin, mən sadiq dostum Patroklu.    
Dünya böyük bir səhv üzərində qurulub.  
Gəl, dünyanın halına ağlayaq
Hektor Patroklu öldürməliydi. Mən də Hektoru. Bunu döyüşün 
məntiqi tələb edirdi. 
Dünya böyük bir səhv üzərində qurulub.  
Gəl, dünyanın halına ağlayaq. 
Döyüş – rəşadət,  şan-şöhrət timsalıdır. Döyüşsüz Axilleslər, 
Hektorlar yoxdur. Ancaq döyüş  həm də  yırtıcılıq, qatillik, cəlladlıq 
rəmzidir. 
Döyüşdə insan doğulmur, öldürülür. 
Bu, böyük qəbahətdir. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə