İşçi çertyojlari Layihələndirmənin ikinci mərhələsi



Yüklə 7,93 Kb.
tarix22.03.2024
ölçüsü7,93 Kb.
#181777
UNEC 1703142078


İşçi çertyojlari


Layihələndirmənin ikinci mərhələsi – işçi çertyojlarının işlənib hazırlanmasıdır. İşçi çertyojlarının işlənib-hazırlanması təsdiq edilmiş layihə tapşırığına əsaslanır. İşçi çertyojun işlənib hazırlanmasından əvvəl sifarişçi layihə təşkilatına sifariş edilmiş avadanlıq barədə ilkin məlumatlar verməlidir. Texniki xarakteris­ti­ka­lar, bünövrələrin planı və onların qabarit ölçüləri, həmçinin avadan­lıq­dan bünövrəyə düşən gərginlik ilkin məlumatlara aid edilməlidir.
Layihə təşkilatı işçi çertyojlarını işləyib hazırlayarkən layihə tapşırığında qəbul edilmiş qərarlara əməl etməyə borcludur və texniki-iqtisadi göstəricilərin pisləşməsinə, fəhlələrin iş şəraitinin ağırlaşmasına, həmçinin tikintinin bahalaşmasına səbəb ola biləcək kənara çıxma hallarına yol verməməlidir. Burada vacib məqam ondan ibarətdir ki, işlənib hazırlanmış işçi çertyojları əsasında tikinti və quraşdırma işlərini sənaye üsulu ilə yerinə yetirmək mümkün olsun.
Tələb olunan çertyojların sayı minimal olmaqla, bütün tikinti və quraşdırma işlərinin həyata keçirilməsi üçün qənaətbəxş olamalıdır. Minimal sayda çertyojlarla kifayətlənmək və onların işlənib hazırlanması üçün iş həcmini azaltmaqla çertyojların rasional icrası üsullarından geniş istifadə olunmalıdır.
Ona görə də aşağıdakıları yerinə yetirmək vacibdir:
-çertyojlarda hər şeyi hədsiz dərəcədə ətraflı göstərmək lazım deyil, əgər mümkün olarsa, tikinti və quraşdırma işlərinin icrası üçün sadələşdirilmiş və sxematik təsvirlərdən geniş istifadə etmək lazımdır;
-çertyojları təsvirlərin mümkün minimal miqyasında yerinə yetirmək lazımdır: sahələr üzrə müəssisələrdə texnoloji avadanlığın yerləşdirilməsi 1:100 miyasında, qeyri standart avadanlıqlar üçün 1:20 və 1:10 miqyasında verilməlidir;
-tikinti və xüsusi işlər yerinə yetirilərkən standart detallar atlasından, normativ və təlimat materiallarından geniş istifadə edilməlidir; bu hallarda maddə və bənd göstərilməklə uyğun sənədə istinad edilməlidir;
-simmetrik təsvirlər olduğu hallarda onları yalnız simmetriya oxuna qədər göstərmək lazımdır;
-öz uzunluğu üzrə çoxsaylı təkrarlanan təsvirlər onların boy kəsiyi ilə göstərilməlidir (yalnız sonluqlar və bir-iki aralıq göstərilir);
-bir-birindən qismən fərqlənən elementlərdən yalnız birinin tam təsviri verilməli, yerdə qalanlardan isə yalnız əvvəlkilərdən fərqlənən elementlərin təsviri verilməlidir
Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə