30
Şə
kil 3.1 Yarımçə
kmə
üzlük modelinin qrafiki sistem üzrə
qurulması
Müəyyən edilmiş qayda və əmsallardan istifadə edəcək koordinat sisteminin
üzərində bu və ya digər görünüşdə olan üzlüyün qurulması üçün köməkçi xətlər
çəkilir. Bu xətlərin və bucaqların vəziyyəti koordinat oxlarına nəzərən çəkilməsi
üçün təcrübi rəqəmlərdən istifadə olunurdu. Çəkilmiş xətlərin bazasında üzlüyün
modeli qurulurdu. Yəni, onun detallarının konturu və dartı kənarları üçün
buraxılışlar verilirdi. Bu çertyojdan və ya onun əksindən istifadə edərək üzlüyün
detallarmı ayırıb şablonlar hazırlanırdı. Detalların alman konturlarına tikilməsi və
kənarların qatlanması üçün buraxılışlar verilirdi.
Tamamilə aydındır ki, belə sistemdə qurulmuş üzlük qəlibin üzərində yaxşı
otura bilməzdi. Dartı kənarları isə bəzən az bəzən də həddindən artıq çox olurdu.
Yəni qurulmuş model həm keyfiyyətsiz və həm də qənaətcil olmuşdu [7].
Fabrik istehsalına keçildikdə bu çatışmamazlıqlar tez bir vaxt ərzində
müəyyən edilərək, bunun üzərində təkmilləşdirmə işləri aparıldı.
XX əsrin əvvəllərində üzlüyün modelinin qurulması üçün qəlibin səthlərinin
şə
rti açılışından istifadə olunmasına başlandı.
Bu məqsədlə qəlibin burun, zirvə və daban hissələrində onu iki bərabər
hissələrə ayırır, daxili və xarici tərəflərə bölən nöqtələrə işarə edirlər. Qəlibin yan
səthlərinin şərti açılışını almaq üçün kənarları çərtilmiş kağızları ardıcıl olaraq
yapışdırmaqla alırlar (şəkil J.f).
Bu halda çərtilmiş kağızın zolaqları qəlibin qabarıq səthlərində biri-birindən
aralanır, çökük yerlərdə isə biri-birinin üzərinə düşür.
31
Şə
kil 3.2. Qə
libin şə
rti açılış
ının alınması
Zolaqların üzərində kontur xətlərini çəkirlər, sonra isə onu çıxarıb ağ vərəqin
üzərində konturunu alırlar. Bunu əvvəllər qəlibin surəti adlandırırdılar. Texniki
cəhətdən belə adlandırmaq düzgün deyildir. Belə kağız surəti müəyyən dərəcədə
onun forması, ölçüsü və ya səthlərini əks etdirildiyinə görə şərti açılışı ardıcıl
yastıladaraq vərəqin üzərindən surəti kəsib çıxarırlar. Yastılandıqda kəsilmiş
kənarlar əvvəlki vəziyyətlərini alır. Buna görə modelçi bu və ya digər səthin az və
çox olmasını müəyyən edə bilmir.
Sonra daxili və xarici tərəfləri üst-üstə yerləşdirib, pəncə hissədəki xarici və
daxili konturları saxlamaqla konturları çəkib bütün perimetr boyu ortaqlaşdırırlar
(şəkil 3.2).
Qəlibin üzərindən alınmış belə şərti açılışın alınmasmda daxili və aralıq
detalların qalınlıqları nəzərə alınmadığından sahəni tam ödəmir. Buna görə əlavə
korrektirovka tələb olunur. Müxtəlif modelçilər tərəfindən alınmış orta surətin
sahəsi biri-birindən təxminən 4% fərqlənir.
Şə
rti orta açılışı üzərində Knyoffel sisteminin köməkçi xətləri çəkilirdi.
Buna baxmayaraq bu sistemin ilk növbədə ayaq və qəlibin ölçüləri ilə əlaqəsi yox
idi.
1935-ci ildə .P.Zıbin tərəfindən şərti açılışın üzərində ayağın əsas anatomik
nöqtələrinin proyeksiyasını əks etdirən bazis xətlərinin çəkilməsi təklif olundu. Bu
üsulun geniş yayılmasına baxmayaraq bəzi çatışmayan cəhətləri vardır. Şərti
açılışın daban hissəsinin ən qabarıq nöqtəsindən başlayaraq baziz xətlərinə kimi
məsafəni müəyyən etmək üçün şərti açılışın L uzunluğundan istifadə edirlər: I xətti
kimi - 0,225 L (xarici topuq sümüyünün mərkəzi); II xəttə kimi 0,41 L (ayağın
32
bükük nöqtəsi); III xəttə kimi - 0,48 L (ayağın ortası); IV xəttə kimi - 0,78 L
(çeçələ barmağın sonu) (şəkil 3.3.). Bazis xətləri detalların konturunun nisbətən
dəqiq çəkilməsinə imkan verdi.
Şə
kil 3.3. Surətinin üzərinə baziz xətlərinin çəkilməsi.
Bu üsulun ən böyük çatışmayan cəhəti üzlük modelinin yastı şəkildə alınmış
şə
rti açılış üzərində qurulmasıdır. Yalnız böyük və səriştəsi yüksək ehtiyac
olmayan gözəl modellər yarada bilər. Surətçıxarma üsulu modelləşdirmədə bütün
çatışmayan cəhətlərin olması bu üsulun təkmilləşdirilməsinə dair axtarışların
aparılmasını qarşıya qoydu.
1946-1952-ci illərdə tək əməliyyatlı formalaşdırma (üzlüyün dartı kənarları
içliyin kənarlarına tikilir) üsulunda corab şəklində olan üzlük aralanan qəliblərə
geydirilib formalaşdırılır.
Şə
kil 3.4. Qə
libin sə
thlə
rində
n şə
rti açılış
ın alınma üsulları:
a-surə
tçıxarma; v-q Q. .Roslikin,
v - E.A.Divinskinin; q - KYST -ni; d) V.P.Afanasenkonun
Tək əməliyyatlı formalaşdırma üçün surətçıxarma üsulundan istifadə
edilməsi cəhdi baş tutmadı. Buna görə qəlibin yan səthlərindən surətçıxarma
üsulunun təkmilləşdirilməsinə dair işlərin aparılmasına başlandı.