Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə111/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   ...   107   108   109   110   111   112   113   114   ...   127

 
223
Cəhənnəmi gördüm, əhlinin çoxu zənginlər və qadınlar idi”
875
.  
Cənnətə Sorğu-Sualsız Girənlər: Hüseyn b. AbdurRahman deyir ki: 
«Mən Səid b. Cubeyrin yanında idim. Dünən sizin hansınız düşən ulduz 
gördünüz?» dedim. O: «Mən gördüm» dedi. Sonra əlavə etdi ki: «O, vaxt 
mən namazda deyildim. Məni əqrəb sancmışdı». O: «Bəs sən nə etdin?» 
deyə soruşdu. Mən: «Ruqiyyə (dua) etdim» dedim. O: «Səni buna sövq 
edən nə idi?» dedi. Mən: «Şabinin rəvayət etdiyi hədisdir» dedim. O: 
«Şabinin sizə rəvayət etdiyi nədir» dedi. Mən belə rəvayət etdim: «O, bizə 
Burəydə b. Huseyn əl-Əsləmdən rəvayət edib» dedi: O: «Göz dəyənə 
yaxud ilan çalana ruqiyyə (dua) ilə  əlac etmək olar» demişdir. Bunun 
üzərinə o, dedi: «Eşitdiyinə (eşitdiyi kimi) əməl edən insan nə gözəl 
insandır». Lakin İbn Abbas – radıyallahu anhu – bizə Peyğəmbər  
sallallahu aleyhi və səlləm – dən belə bir hədis nəql etmişdi: «Peyğəmbər 
- sallallahu aleyhi və  səlləm – buyurmuşdu: «Mənə bütün ümmətlər 
göstərildi. Peyğəmbər gördüm ki, ətrafında çox kiçik bir cəmaat var idi. 
Peyğəmbər gördüm ki, ətrafında bir və ya iki nəfər var idi. Bir Peyğəmbər 
də gördüm ki, ətrafında bir nəfər də belə yox idi» deyərkən, mənə üzaqdan 
bir qaraltı göstərildi. Mən onları ümmətimdən zənn etdim». Mənə: «Bu 
Musa – əlehissəlam – ın qövmüdür» dedilər. Sən üfüqə doğru bax! Mən 
baxdıqda bir də nə gördüm? Böyük bir qaraltı. Mənə təkrar: «Digər üfüqə 
doğru bax!» deyildi. Yenə də böyük bir qaraltı gördüm. Mənə: «Bu sənin 
ümmətindir. Bunlar ilə  bərabər yetmiş min nəfər hesabsız və  əzabsız 
olaraq Cənnətə girəcəkdir» deyildi. Peyğəmbər  - sallallahu aleyhi və 
səlləm – bu xütbəsindən sonra qalxıb evinə girdi. Bunun ardından 
insanlar, hesabsız və  əzabsız olaraq Cənnətə girəcək olan bu kimsələr 
haqqında müzakirəyə başladılar. Bəzisi: «Şübhəsiz ki, bunlar Peyğəmbər 
sallallahu aleyhi və  səlləm – in dost-yoldaşlarıdır». Bəziləri də: «Bəlkə 
onlar  İslamda doğulan və Allaha şərik qoşmayanlardır» dedilər. 
Bunlardan başqa bəzi fikirlər irəli sürüldü. Bu vaxt Peyğəmbər  
sallallahu aleyhi və səlləm – onların yanına gəldi və: «Haqqında müzakirə 
etdiyiniz  şey nədir?» deyə buyurdu. Ona məsələni başa saldıqdan sonra 
Peyğəmbər: «Cənnətə haqq-hesabsız girən möminlər, ovsun oxumazlar və 
tələb etdirməzlər. Təşəəüm, Tətəyyür etməzlər və hər şeydə öz Rəblərinə 
təvəkkül edərlər» buyurdu. Bu vaxt Ukkaşa b. Mihsan ayağa qalxıb: «Mən 
də onlardan etməsi üçün Allaha dua et» dedim. Peyğəmbər: «Sən 
onlardansan». Onun ardınca başqa birisi qalxıb dedi: «Məni də onlardan 
etməsi üçün Allah dua et» dedi. Peyğəmbər: «Bu işdə Ukkaşa səndən 
qabağı düşdü» buyurdu. Başqa bir rəvayətdə Peyğəmbər: «Ümmətimdən 
                                                           
875
 Əhməd 2/173.  


 
224
bir zümrə Cənnətə girər ki, onlar yetmiş mindir. Onların üzləri ayın bədr 
gecəsindəki parlaması kimidir. Onlar qızğın dəmirlə  bədənlərini 
dağlamayanlardır»
876
. Səhl b. Sad – radıyallahu anhu –  rəvayət edir ki, 
Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətə ümmətimdən 
70 min hesabsız olaraq girəcəkdir. Bir-birinərinin (əlindən) tutmuş olaraq 
girəcəklər. Əvvəl girən ilə son kimsə girənə qədər (belə olacaqdır). Üzləri 
14-cü gecə ayın işıq saçması kimidir”
877
. Rəsulullah - sallallahu aleyhi və 
səlləm – buyurdu: “Rəbbim mənə hesabsız olaraq 70 min kimsəni Cənnətə 
salacağını vəd etmişdir. Hər min ilə bərabər 70 min kimsə olacaq. Bunlara 
sorğu-sual olmayacaq və  Rəbbimin ovcu ilə üç ovuc (Başqa rəvayətdə: 
Rəbbimin iki ovucu ilə
878
)”
879
.  
Cənnətin Torpağı: Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: 
“Cənnətə girdim. Orada incidən qübbələr və torpağı da miskdir”
880

Peyğəmbər: «Cənnətin torpağı  nədir?» deyə buyurdu. İbn Səyyad: «O, 
yumşaq və  bəyazdır, iyisi isə miskdir» dedi. Peyğəmbər: «Sən doğru 
dedin» buyurdu
881
.  İbn Məsud – radıyallahu anhu –  rəvayət edir ki, 
Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «İsraya getdiyim gecə 
İbrahim – əlehissəlam – ilə görüşdüm. Mənə: «Ey Muhəmməd! Ümmətinə 
məndən salam söylə  və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu 
gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: 
«Subhənəllai və Bihəmdihi, və  Lə  İləhə  İlləllahu, Vallahu Əkbər» 
sözləridir»
882
. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki: “Ey Allahın 
Rəsulu! Cənnətin binası necədir?”. Peyğəmbər: “Bir kərpici gümüşdən, 
bir kərpici qızıldan, Lili kəskin qoxulu misk, çınqılları inci və ya yaqut, 
torpağı isə zəfərandır”
883
.  
Cənnətin Nuru Və Bəyazlığı: İbn Abbas – radıyallahu anhu – rəvayət 
edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: “Allah Cənnəti 
bəyaz yaratmışdır. Allaha qiyafətlərin  ən sevimlisi bəyazdır. Diriləriniz 
bəyaz geyinsin, ölülərinizi də  bəyaz kəfənə bükün...”
884
.  İbn Abbas – 
radıyallahu anhu –  rəvayət edir ki, Rəsulullah  - sallallahu aleyhi və 
səlləm - buyurdu: “Allah Cənnəti bəyaz yaratmışdır. Rənglərdən Allaha ən 
sevimlisi bəyazdır. Onu diriləriniz geyinsin, ölülərinizi isə ona kəfənləyin 
                                                           
876
 Buxari 10/155, Müslim 220.  
877
 Buxari 9/406, Müslim 219.  
878
 Heysəmi “Məcmuaz Zəvaid” 10/409, Təbərani “Əvsat”.  
879
 Əhməd 5/269, Tirmizi 2437, Beyhəqi “Əsmə vəs Sıfət” 2/62.  
880
 Buxari 6/374, Müslim 163.  
881
 Müslim 2924,2925.  
882
 Tirmizi 3458. 
883
 İbn Əbi Şeybə “Musənnəf” 13/95-96.  
884
 əl-Acurri “Şəriah” 393, əl-Albani “Silsilətul Daif” 800.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə