61
Qeyd edək ki, qızıl və gümüşün hasilatı 1997-ci ilin 21 avqustda imzalanmış,
Production Sharing Agreement tipli müqavilə çərçivəsində hal-hazırda “Gədəbəy” və
“Qoşa” yataqlarında çıxarılır. Biri - Naxçıvanda, ikisi – Azərbaycanın Gədəbəy
rayonunda və üçü hal-hazırda erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş
Kəlbəcər və Zəngilanda yerləşən yataqların işlənməsini nəzərdə tutur. Azərbaycanın
müqavilədə payı 51%, Anglo Asian Mining PLC –49%-dir. lk qızılın hasilatı 2009-cu
ildə “Gədəbəy” yatağında başlanıb, 2010-cu ildə isə gümüşün çıxarılmasına başlanıb.
“Qoşa” yatağından 2013-cü ilin üçüncü rübündən qızl çıxarılmağa başlayıb.
Müqaviləyə əsasən altı yataqdan 400 ton qızılın, 2,5 min ton gümüş və 1,5 min ton
misin çıxarılması planlaşdırılır.
Gədəbəydə ölkə Prezidenti lham Əliyevin iştirakı ilə açılışı edilən 2-ci qızıl emalı
zavodu fəaliyyətə başladı. Bu fonda isə artıq Azərbaycanda qızıl hasilatı da artır.
Beynəlxalq Əməliyyat Şirkəti Gədəbəyin qızıl yataqlarında istehsalı getdikcə artırır.
Sentyabrda ikinci zavodun açılışından sonra prosses daha aktv fazaya qədəm qoyub.
Lakin yerli hasilat hələ də daxili bazara yönəldirilmir. Təhlil göstərir ki, yerli hasilat
daxili bazara yönəldilsə, bu ölkədə qızıl-zinət əşyalarının qiymətinin aşağı düşməsinə
səbəb ola bilər.
"Qızılın saflaşdırılması Azərbaycanda baş vermir. Azərbaycanda istehsal olunan
qızılın saflaşdırılması sveçrə firmaları, şirkətləri tərəfindən Avropada həyata keçirilir.
Bu qızıl külçələr şəklinə salınaraq dünya bazarına çıxarılır. Yəni, həmin qızılın
Azərbaycanda saflaşdırılması mümkün olsaydı və burada yeni texnologiyalar əsasında
müəyyən zavodların, infrastrukurun qurulması mümkün olsaydı, təbii ki, həmin qızılın
yerli istehlaka yönəldilməsi qiymətlərə müəyyən dərəcədə təsir göstərərdi. Amma,
ə
saslı təsir göstərəcəyini düşünmürəm. Çünki, qızılın qiyməti dünya birjasında
müəyyən olunduğu üçün, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da
pərakəndə satış qiymətləri dünya birjalarındakı qiymətlərə uyğun olaraq müəyyən
olunur ”.
Yerli qızıl hasilatının daxili bazara yönəldilməsi həyata keçirilərsə, əhali üçün yeni
iş yerlərinin də yaranacaqdır: "Yerli hasilatın daxili bazara yönəldilməsinin bizdə
qızıl-zinət əşyalarının qiymətinə ciddi təsiri olmasa da, müəyyən mənada təsiri
62
mümkündür. Əgər qızılın saflaşdırılması, əridilməsi Azərbaycanda həyata keçirilib
daxili bazara yönəldilsə, bu, həm də əlavə iş yerlərinin açılması üçün imkanlar yarada
bilərdi” .
Azərbaycanda hasil olunan qızıl ilkin saflaşdırmadan sonra sveçrəyə göndərilir. Və
orada tam əridildikdən sonra külçə halına gətirilir. Külçə halına gətirildikdən sonra isə
həmin qızılın şirkətlə ölkə arasında paylanması baş verir. Dövlətə məxsus külçə
halına gətirilmiş qızıl ölkənin qızıl ehtiyatlarına daxil edilir.
Bizdə qızılın hələ ki, daxili bazara satış üçün yönəldilməsi qərarı verilməyib. Təbii
ki, dövlət yerli hasilatın daxili bazara yönəldilməsi haqda qərar verə bilər. Əgər dövlət
hesab etsə ki, ölkənin müəyyən ehtiyaclarının ödənməsi üçün bu qızılın satılması ilə
müəyyən vəsait əldə edilsin və yaxud da nə vaxtsa qızılı satıb əvəzində alınan vəsaitin
hansısa valyutada saxlanmasına ehtiyac var, o zaman bu barədə qərar verilir.
Lakin dövlətlər qızılın satışını daha çox dünya bazarlarında həyata keçirir, daxili
bazarlarda deyil. Qızılın qiyməti də dünya bazarlarına uyğun tənzimlənir. Yəni,qızılın
ölkədəki qiyməti dünya bazarındakı qiymətlərə uyğunlaşır. Bu, başqa məsələdir. Əgər
qızılın hasilatı daxili bazara yönəldilsə belə, qiymətlərdə yalnız müəyyən qalxmalar,
enmələr ola bilər. Ancaq bütövlükdə, bu, bazara ciddi təsir göstərə bilməz.
Ötən il şirkət 73 milyon 521 min 389 dollar gəlir əldə edib. Gəlirin 37 milyon 445
min 377 dollarını satış xərcləri təşkil edib və nəticədə şirkət 36 milyon 76 min 12
dollar ümumi mənfəət əldə edib. Ümumi mənfəət və 423 min 386 dollar başqa
gəlirdən inzibati xərclər və digər xərclər çıxıldıqdan sonra şirkətin əməliyyat mənfəəti
29 milyon 824 min 626 dollar təşkil edib. Bu məbləğin üzərinə 236 min 438 dollar
maliyyə gəliri əlavə edilib, 1 milyon 510 min 85 dollar maliyyə xərcləri çıxıldıqdan
sonra 28 milyon 550 min 979 dollar vergidən əvvəlki mənfəət formalaşıb. “Anglo
Asian Mining plc” 9 milyon 183 min 734 dollar həcmində vergiləri ödədikdən sonra,
ş
irkətin xalis mənfəəti 19 milyon 367 min 245 ABŞ dolları təşkil edib.
Diqqət çəkən göstərici budur ki, “Anglo Asian Mining plc” –nin gəlirləri 2011-ci
illə müqayisədə təxminən 10 milyon dollardan çox azalaraq 83 milyon 753 min 311
dollardan 73 milyon 521 min 389 dollara düşməsinə baxmayaraq şirkət ötən ili 3%
daha çox xalis mənfəətlə başa vurub. Şirkət keçən il digər əməliyyat və maliyyə
63
xərclərini xeyli azaldaraq və daha az vergi ödəyərək buna nail olub. Belə ki, şirkətin
2011-ci illə müqayisədə vergidən əvvəlki mənfəəti 10% azaldığı halda ödədiyi
vergilər 28,5% azalıb.
“Anglo Asian Mining plc” hər səhmə görə 17.26 sent xalis dividend ödəyəcək.
2012-ci il ərzində “Anglo Asian Mining plc” –nin aktivləri 43% artaraq 162 milyon
709 min 309 dollara, cəmi kapitalı isə 25% artaraq 96 milyon 369 min 154 dollara
yüksəlib.
Qeyd edək ki, “Anglo Asian Mining plc”-nin 111 397 307 ədəd səhminin (cəmi
56,16% -i) 29,44%-I Rza Vəziriyə, 16,24%-i Xəqani Bəşirova, 9,64%-i Con
Sununuya və 3,63%-i “Limelight Industrial Developments Limited” şirkətinə
məxsusdur. Qalan 43,84%-i isə kütləvi üsulla birjada ticarət olunur.
“Anglo Asian Mining plc”- 2011-ci ildə 57 068 unsiya, 2012-ci ildə 50 215 unsiya
qızıl istehsal edib. Şirkət ötən ili 1 unsiyası orta hesabla 1666 ABŞ dollarından 42 557
unsiya, 2011-ci ildə isə 1 573 dollardan 49 304 unsiya qızıl satıb. Həmçinin şirkət ötən
il 502 ton mis, 98,158 unsiya gümüş istehsal edib.
InstaForex şirkəti Sizi dünyanın ən etibarlı və ən effektiv kapital saxlanması
xidmətini təklif edir. Artıq hər maraqlanan şəxs öz kapitalını dünya qızıl bazarlarına
yatırım edə bilər. Hətta maliyyə böhranı zamanı belə valyutalar oynaq pozisiyalar
göstərirdisə də, qızıl heç vaxt sabitliyini itirmədi.
Qızıl kapitalın və varlılığın həcmini ölçmək üçün lap qədim dövrlərdən istifadə
olunan metaldır. Bu əlvan metalla birgə başqa metallar da ayrı-ayrı dövrlərdə qiymətli
metal kimi seçilsə də, qızıl öz etibarını bu günki günə qədər qoruyub saxlamaqdadır.
Müəyyən etaplarda qızıl pul əvəzinə də istifadə olunurdu. XIX-XX əsrlərə təsadüf
edən dünya iqtisadiyyatının inkişafı «qızıl standartı» nın yaranmasına təkan verdi.
Təqribən ХХ əsrin 70-ci illərinə qədər qızıl dünya maliyyə sisteminin əsasını təşkil
etmişdir.
Lakin müxtəlif valyutaların yaranması və dəyişkənlik qızılın rolunu dəyişdirdi və o
hüquqi olaraq maliyyə valyuta dövriyyəsindən çıxdı. Nəticədə əlvan metallar birjası
yarandı və qızıl bu birjanın ən dəyərli alətlərindən birinə çevrildi.
Dostları ilə paylaş: |