Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   2   3   4   5   6   7   8   9   ...   28

 

   Məhz  bu  sabablərə  görə  müasir  dövrün  tələblərinə  uyğun  olaraq  qeyd  olunan 



mövzunun  araşdırılması  və  təkliflərin  irəli  sürülməsi  mövzunun  aktuallığını  sübut 

edən əsas faktorlardandır. 



Tədqiqatın əsas məqsədi və vəzifələri: Azərbaycan ərazisi zəngin qızıl ehtiyatlarına 

malikdir.  Bəlli  olduğu  kimi,  2009-cu  ilin  iyulunda  Azərbaycan  qızılın  sənaye 

hasilatına başlayıb. Qızıl bazarının iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etməsinə 

və dövlətin bu sahədə irimiqyaslı işlərin aparılmasına baxmayaraq, ölkəmizdə qazıntı 

işlərinin  zəif  aparılması,  qızılın  saflaşdırılması  üçün  zavodun  olmaması  və  həm  də 

informasiya qıtlığı mövcuddur.  

Bunları nəzərə alaraq magistr işinin yazılmasında əsas məqsəd bu sahənin mahiyyəti 

və onun əsas keyfiyyət cəhətlərinin öyrənilməsi və təhlil olunması, eyni zamanda qızıl 

bazarının  inkişaf  istiqamətlərinin  müəyyən  edilməsi  və  iqtisadiyyatda  onun 

ə

həmiyyətinin rolunun açıqlanmasından ibarətdir. 



Həmçinin  qızıl  bazarının  müasir  vəziyyətinin  tədqiqi,  onun  qiymətləndirilməsi, 

iqtisadiyyatın  əsas  prinsiplərinin  nəzərə  alınması,  xarici  ölkələrin  qızıl  bazarlarında 

qızılın hasilatı, istehsalı, emalı mexanizmlərinin mövcud obyektin şəraitə uyğun olaraq 

ölkə  iqtisadiyyatına  tətbiqi  imkanları  və  qızılın  gələcək  inkişaf  dinamikasının 

müəyyənləşdirilməsi  üçün  beynəlxalq  təcrübədən  istifadə  olunması  magistr 

dissertasiya  işinin əsas  məqsədi hesab olunur. Bu  məqsədlə dissertasiya işi  aşağıdakı 

vəzifələri yerinə yetirir: 

-  Müasir satış bazarlarının qaydalarının və istehlak sahələrinin rolu öyrənilir; 

-  Qızıl bazarlarında qızılın qiymətinə təsir göstərən amillərin qiymətləndirilməsi 

yolları araşdırılır; 

-  Azərbaycanın qızıl bazarında hasilatın artırılması yolları öyrənilir; 

-  Ölkəmizdə  qızıl  bazarının  təkmilləşdirilməsində  əmtəə  birjalarının  rolunun 

artırılması və istiqamətləri göstərilir.  

Tədqiqatın  obyekti  və  predmeti:  Tədqiqatın  obyekti  qızıl  bazarlarında  onların 

formalaşmasının və dinamikasının dəyişmə meyllərinin müəyyən edilməsi, dünya üzrə 

qızıl  bazarlarında  istehsal,  emal  və  saflaşdırılması  baxımından  qızılın  qiymətlərinin 



 

izlənməsi üzrə texniki təhlillərin aparılması zamanı dünya təcrübəsindən istifadə üzrə 



metod, vasitə və qaydalar təşkil edir. 

Tədqiqatın  predmeti  qızıl  bazarının  iqtisadiyyatda  tutduğu  yer  və  rolunun  tədqiqi 

təhlili,  istiqamətləri  və  qızıl  bazarının  fəaliyyətinin  təkmilləşdirilməsi  məsələlərinin 

araşdırılmasıdır. 



Tədqiqatın informasiya bazası və işlənmə metodları: Tədqiqatın informasiya bazası 

qeyd  olunan  istiqamət  üzrə  Azərbaycan,  eləcə  də  inglis,  türk  və  rus  iqtisadçılarınin 

ə

sərlərindən  qızıl  bazarı,  dünya  qızıl  hasilatının  və  eləcədə  birja  ticarəti  haqqında 



müvafiq  qaydaları  özündə  əks  etdirən  beynəlxalq  təcrübə  və  ölkədaxili  normativ 

hüquqi  aktlardan,  qərar,  qayda  statistik  məlumatlardan  və  mövzu  ilə  bağlı  bir  çox 

internet  mənbələrindən  ibarətdir.  Tədqiqat  üzərində  işləyərkən  müqayisəli  texniki 

təhlil və analitik hesablama metodlarından geniş istifadə edilmişdir. 



Tədqiqatın elmi yeniliyi: Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, qızıl bazarının 

təhlili  və  qiymətləndirilməsi  üzrə  Azərbaycan  Respublikasının  mövcud  təcrübəsinin 

qeyd  olunan  sahə  üzrə  mövcud  olan  dünya  ölkələrinin  təcrübə  kontekstində  təhlil 

edilir 


və 

milli 


təcrübənin 

qabaqcıl 

beynəlxalq 

standartlar 

ə

sasında 


təkmilləşdirilməsinin zəruriliyi və yolları göstərilir: 

-Yeni  bir  texnologiya  işlənərək  həmən  texnologiyaya  asaslanıb  zəif  (kasıb) 

yataqlardan qızılın çıxarılması daha məqsədəuyğundur;  

- Azərbaycanda sahibkarlar yaxşı olar ki, öz vəsaitlərini qızıl yataqlarının kəşfinə və 

istehsalına yönəltsinlər, çünki bu sahə riskli olsa da gəliri qat-qat böyükdür;  

-  Ölkəmizdə istehsal  olunan qızıl   sveçrənin Cenevrə  şəhərində daşınıb saflaşdırılır. 

Yaxşı olar ki, qeyd olunan ölkənin təcrübəsindən istifadə edərək öz vətənimizdə qızılı 

saflaşdıran  fabrik tikilsin. 



Tədqiqatın  praktiki  əhəmiyyəti:  Magistr  dissertasiya  işində  istifadə  olunan  metod, 

təhlil  və  qaydaların  Azərbaycan  qızıl  bazarı  üçün  yeni  olsa  da,  xarici  ölkələrin 

təcrübəsində  geniş  tətbiq  olunur.  Məhz  bu  səbəbdən  tədqiqat  beynəlxalq  təcrübənin 

milli  iqtisadiyyata  tətbiq  üçün  mühüm  praktiki  əhəmiyyət  kəsb  edir.  Digər  tərəfdən 

tədqiqat işində istifadə olunan təhlil metodları qızıl bazarının iştirakçılarının bu sahədə 

bilik, bacarıq və təcrübələrinin təkmilləşdirilməsinə imkan yaradır.  




 

Dissertasiya işinin  strukturu. Magistr dissertasiya işi giriş,  üç  fəsil və bu  mövzuya 

dair nəticə, təkliflər verilməklə 79 səhifədən ibarətdir. 

   Giriş  hisssəsində  mövzunun  aktuallığı  əsaslandırılır,  tədqiqatın  məqsədi  və 

vəzifələri, obyekti və predmeti, informasiya bazası və işlənmə metodları, elmi yeniliyi 

və onun praktiki əhəmiyyəti göstərilir. 

    şin  birinci  fəslində  qızıl  bazarı  və  onların  formalaşmasının  nəzəri-metodoloji 

ə

saslarından  bəhs  olunur.  Fəsildə  beynəlxalq  valyuta  sistemində  qızılın  tarixi  inkişaf 



mərhələləri  və  onun  mahiyyəti,  qızıl  bazarının  təşkilinin  beynəlxalq  prinsipləri  onun 

təşəkkül  mərhələləri,  eyni  zamanda,  Rusiya  qiymətli  metallar  bazarının  fəaliyyətinin 

xüsusiyyətləri barəsində geniş məlumat verilir. 

    kinci  fəsil  qızıl  bazarları  onun  müasir  vəziyyəti  və  inkişaf  meylləri  təhlil  olunur. 

Burada  beynəlxalq  qızıl  bazarları,  onun  iştirakçıları,  Azərbaycanda  qızıl  bazarının 

mövcud vəziyyəti və onun inkişafı təhlil olunur. 

   Üçüncü  fəsildə  isə  qızıl  bazarının  fəaliyyətinin  təkmilləşdirilməsi  yolları  göstərilir. 

Fəsildə  əsasən  qızıl  bazarlarında  qızılın  qiymətinə  təsir  göstərən  amillərin 

qiymətləndirilməsi,  Azərbaycanın  qızıl  bazarında  hasilatın  artırılması  yolları,  eyni 

zamanda  bu  fəsildə  Respublikamızda  qızıl  bazarının  təkmilləşdirilməsində  əmtəə 

birjalarının rolunun artırılması istiqamətləri verilmişdir.  

    Magistr işinin yekununda təhlil nəticəsində əldə olunmuş bir sıra fikirlər, nəticələr 

təkliflər  və  təhlilin  ərsəyə  gəlməsi  ilə  istifadə  olunan  mənbələrin  siyahısı 

göstərilmişdir.     



  

   

 

 

 

 

 

 

 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə