Microsoft Word Aygun dissertasiya isi yekun doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix27.03.2018
ölçüsü0,71 Mb.
#35103
1   2   3   4   5   6   7   8   9   10   ...   28

19 

 

 



1.2. Qızıl bazarının təşkilinin beynəlxalq prinsipləri və təşəkkül mərhələləri 

    


         Ölkədə  kredit-bank  sisteminin  effektiv  fəaliyyət  göstərməsinin    obyektiv  şərti 

kimi  qiymətli  metallar  bazarının  yaradılması  çıxış  edir.  Çoxiillik  dünya  praktikası 

göstərir  ki,  qiymətli  kağız,  qiymətli  metallar  bazarının  normal  fəaliyyəti  üçün 

aşağıdakı  şərtlərə  əməl  edilməlidir:  müxtəlif  qiymətli  metal  külçələrinin,  həmçinin 

belə  metallardan  hazırlanmış  sikkə  və  zərgərlik  məmulatlarının  sərbəst  alqı-satqısı;  

banklar, müxtəlif müəssisələr və fiziki şəxslər də daxil olmaqla ticarət iştirakçılarının 

geniş  dairəsinin  mövcudluğu.  Eyni  zamanda  dövlət  də  öz  səlahiyyətli  orqanlarının 

simasında qızıl ticarətinin iştirakçılarından biri kimi çıxış edir;   metala olan tələb və 

təklifdən asılı olaraq, qızılın qiymətinin sərbəst surətdə formalaşması;  konyukturadan 

asılı  olaraq,  qızıl  qiymətlərinin  kotirovkalarını  müntəzəm  surətdə  dərc  edəcək,  birja 

şə

klində  və  ya  London  fiksinqi  yaxud  Sürix  puluna  anoloji  digər  sistem  şəklində 



müvafiq infrastrukturun mövcudluğu; qızılın sərbəst idxalı və ixracı yolu ilə daxili və 

beynəlxalq  bazarların  inteqrasiyası;  qızıl  nominasiyalı  dövlət,  korporativ  və  digər 

qiymətli  kağızların  sərbəst  dövriyyəsi;    qızılla  aparılan  əməliyyatları  məqsədi  ilə 

fyuçers  opsion  və  digər  müqavilələrin  istifadə  olunması;  bazar  iştirakçılarının 

fəaliyyətinin  dövlət  tərəfindən  lisenziyalaşdırılması  və  metalın  keyfiyyəti  üzərində 

dövlət  prob  vurma  nəzarəti.  Birja  ticarət  əməliyyatlarında  vasitəçi  rolunu  yerinə 

yetirən  təşkilat  kimi  qiymətli  kağızlar  bazarının  fəaliyyətində  mühüm  rol  oynayır. 

Birja satıcılar və alıcılar arasında əlaqə Pul, ktredit, banklar 281qurulmasına və qızılın 

bazar qiymətlərinin formalaşmasına yardım edir.  

    Birjaya, birincisi, real (fiziki) metal ticarətini təşkil edən idarə kimi, ikincisi, qızıla 

dair fyucers və opsionlar şəklində müqavilələrin ticarətinin təşkilatçısı kimi yanaşmaq 

olar.  Birinci  halda  fəaliyyətin  əsas  növü  kimi  saflaşdırılmış  standart  külçələrin  alqı-

satqısı sövdələşmələrinin həyata keçirilməsi üçün şərait yaradılması çıxış edir. Bunun 

üçün  müəyyən  edilməş  qaydlar  üzrə  açıq  hərraclar  təşkil  edilir.  kinci  halda  ticarət 

müqavilələr,  qızılın  gələcəkdə  alınıb  satılmasına  dair  qiymətli  kağızlarla  həyata 



20 

 

keçirilir.  Bu,  risklərin  sığorta  olunması,  gələcək  qızıl  hasilatının  hecirləşmə  üçün 



zəruri  şərait  yaradır,  həmçinin  qızıl  hasilatı  sənayesinə  qızıl  hasilatı  sənayesinə 

investsiya  yönəltmək  məqsədi  ilə  kommersiya  bankları  və  qeyri-büdcə  mənbələrinin 

ehtiyatlarının cəlb edilməsi  üçün əlverişli şərait yaradır. 

    nkişaf etmiş müqavilə ticarəti inkişaf etmiş real metal ticarətinə əsaslanır. Bu ticarət 

digər  ölkələrin  təcrübəsi  nəzərə  alınmaqla  təşkil  edilməlidir.  Həmin  ölkələrdə  artıq 

xeyli  müddətdir  ki,  fiziki  metal  bazarı  müqavilələr  bazarı  ilə  qarşılıqlı  surətdə 

fəaliyyət göstərir. Rusiyada ilk  qızıl birjası 1996-cı ilin sentyabr ayında yaranmışdır, 

lakin bu, real metal birjası idi. Birjanın təsisçiləri arasında Rusiyanın qızıl hasil edən 

müəssisələri,  qızıl  axtaranların  iri  artelləri,  aparıcı  kommersiya  bankları,  ərazisində 

qızıl  çıxarılan  regionların  administrasiyaları  var  idi.  Qızıl  bazarının  təşəkkülü 

prosesində  qızılla  təmin  olunmuş  qiymətli  kağızlar  bazarına  da  diqqət  artdı.  Qızıl 

hasilatına  investisiyaları  stimulaşdırmaq  məqsədi  ilə  «Qiymətli  metallar  və  qiymətli 

daşlar  haqqında»  Federal  Qanuna  əsasən  qiymətli  metallar  kütləsində  nominasiya 

edilmiş  dövlət  qiymətli    kağızların  buraxılmasına  icazə  verildi.  Hələ    1993-cü  ilin 

sentyabrında  yerli  dövlət  qiymətli  kağızlar  bazarında  yeni  maliyyə  vasitəsi    –  qızıl 

sertifikatı meydana gəldi. Bu sertifikat bir il müddətinə buraxılır və həm rezidentlər, 

həm də qeyri-rezidentlər, fiziki və hüquqi şəxslər tərfindən əldə edilə bilərdi. Qiymətli 

kağızın  nominalı    999  problu    10  kq  qızıla  bərabər  idi.    Hər  rüb  sertifikat  üzrə  faiz 

ödənilirdi, bu faiz üçaylıq L BOR dərəcəsi, yəni London banklarının birinci dərəcəli 

borc alanlara təqdim etdiyi qısamüddətli kredit dərəcəsi, üstəgəl 3% kimi hesablanırdı. 

Faiz  ödəmələri  və  qiymətli  kağızın  ödənişqiymətli  kağızın  ödəniş  məbləği  müəyyən 

edilərkən  nominalın  dəyəri  London  Birjasındakı  qızılın  qiymətinə  bərabər  tutulurdu. 

Lakin  qızıl  sertifikatların  emissiyası  qarşıya  qoyulmuş  məqsədləri  doğrultmadı: 

inflyasiyanın  sürətinin  azalmasına  təsir  göstərmək  və  qızılla  təmin  edilmiş  qiymətli 

kağızların ikinci bazarının fəaliyyətinin stimullaşdırılması. Birincisi, sertifikat olduqca 

yüksək  nominala  malik  idi.  Bir  sıra  banklar  tərəfindən  həyata  keçirilən  parçalama 

cəhədləri  artıq  dövlət  qiymətli  kağızları  olmayan  və  vergi  qoymada  güzəşt  hüququ 

verməyən  məxsusi  istiqrazların  buraxılmasını  tələb  edirdi.  kincisi,  banklararası 

bazarda  qızılla  müntəzəm  olaraq  aparılan  sövdələşmələrin  və  sertifikatların  girov 



21 

 

qoyulması  prosedurunu  tənzimləyən  normativ  aktların  olmaması  şəraitində    bu 



qiymətli  kağızlar  likvid  aktivlər    hesab  oluna  bilməzdi.  Üçüncüsü,  sertifikatlarla 

aparılan əməliyyatların hecirləşmə zamanı da da müəyyən problemlər yaranırdı, çünki 

həmin  dövrdə qızıl üçün  müddətli vasitələr dövriyyəyə buraxılmamışdı.  Ən  nəhayət, 

qüvvədə  olan  qiymətqoyma  qaydası  Rusiya  investorlarına  aid  olan,  beynəlxalq 

maliyyə  bazarlarının  konyukturasını  bilməyi  tələb  edən  və  böyük  gəlir  vəd  edən 

anlayışlara (L BOR dərəcəsi, qızılın London qiyməti) əsaslanırdı. «Qiymətli metallar 

bazarı» anlayışı ilk dəfə  1993-cü ildə, Rusiya Prezidentinin Fərmanı ilə iqtisadiyyatda 

işlənməyə  başladı.  Hökümət  qiymətli  metellarla  sövdələşmələrin  aparılmasını 

qanunverici şəkildə təsdiq etdi. Qızılla və aparılan sövdələşmələr aşağıdakı formalarda 

həyata  keçirilə  bilərdi:  standart  və  müəyyən  ölçülü  külçələr;  mineral  və  tərkibində 

qızıl və gümüş olan ikinci xammal; tərkibində qızıl və gümüş olan, zərgərlik və digər 

məişət  məmulatlarına  aid  olmayan  məmulatlar;  tərkibində  qızıl  və  gümüş  olan 

məmulatların  hazırlanması  üçün  istifadə  olunan,  tərkibində  qızıl  və  gümüş  olan 

yarımfabrikatlar;  sikkənin  tərkibində  olan  qiymətli  metallar.  Platin  və  platin  qrupu 

metalları  ilə  aparılan  sövdələşmələrin  tənzimlənməsi  xüsusi  olaraq  həyata 

keçirilməlidir  (Platin  sikkələrlə  aparılan  sövdələşmələr  istisna  edilməklə). 

Sövdələşmələrin  keçirilməsi  mexanizi  külçə  şəklində  olan  qiymətli  metalların 

dövriyyəsi  sistemində  üç    əsas  subyektin  ayrılmasını  nəzərdə  tuturdu:  1)  yeraltı 

sərvətlərin istifadəçiləri; 2) Rusiya Qiymətli Metallar Komitəsi və RF Mərkəzi Bankı 

simasında dövlət; 3) kommersiya bankları. Rusiya Qiymətli Metallar Komitəsinə, RF 

Mərkəzi  Bankına  və  səlahiyyətli  kommersiya  banklarına  yeraltı  sərvətlərin 

istifadəçilərindən külçə almaq hüququ verildi. Bununla belə, Rusiya Qiymətli Metallar 

Komitəsinə  üzünə  məxsus  dövlət  sifarişi  çərçivəsində  hökümət  tərəfindən  müəyyən 

edilən  həcmdə  külçə  almaq  müstəsna  hüququ  verildi.  Qızılın  yerdə  qalan  həcmi 

kommersiya  bankları  sisitemi  tərəfindən  satın  alınmalı  idi.  Banklar  öz  hesabına, 

həmçinin  müştərilərin  tapşırığına əsasən bir-biri  ilə,  RF  MB, sənaye  istehsalçıları və 

investorlarla  külçə  şəklində  olan  qızıl  və  gümüş  sövdələşmələri  aparmaq  imkanı 

qazandı. 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə